Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-447/2022 23.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “ona məcburi köçkün statusu və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-635/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya məxsus AZ-İ 504224 seriyalı doğum haqqında şəhadətnmədən görünür ki, İddiaçı xx.xx.2004-cü il də Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X7, ana qrafasında X3 qeyd edilmşdir.
2. AZE 16718570 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1982-ci ildə Qubadlı rayon Hacılı kəndində anadan olmuş, Qubadlı rayonu Qubadlı şəhərində qeydiyyatdadır.
3. 104959 seriyalı məcburi köçkün vsiqəsindən görünür ki X1 rayonundan məcburi köçkün kimi Bakı şəhəri Sabunçu rayonunda müvəqqəti məskunlaşmışdır.
4. Bakı şəhər Sabunçu rayon İHB Zabrat qəsəbəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında Qubadlı rayonundan məcburi köçükn kimi qeydiyyatsız müvəqqəti məskunlaşmışdır.
5. Qubadlı rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki. Respublikanın digər ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərin işğaldan yeni azad olunmuş ərazi vahidlərinə, o cümlədən Qubadlı rayonuna qeydiyyata alınmaları müvəqqəti dayandırılmışdır.
6. İddiaçının atası ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə müraciət edərək qızına məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.
7. Cavabdehin xx.xx.2021-ci il tarixli, 01/5175 nömrəli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
8. İmtina ilə razılaşmayan iddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi üçün lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı məcburi köçkün statusunun vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınlar və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Qubadlı rayon İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına qəbl edilmişdir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-635/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının atası X1 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir, lakin anası X3 həmin statusa malik deyidlir və Sumqayıt şəhərində qeydiyyatdadır. Bununla bağlı iddiaçıya məcburi köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur.
13. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
14. Apellyasiya şikayətində göstərilir ki, məhkəmə qərar qəbul edərkən iddiaçının nümayəndəsi Nümayəndə gəlini X2 Qubadlı rayonuna qeydiyyata düşməsi ilə bağlı Qubadlı rayon polis şöbəsinə müraciət edib, “işğaldan azad olmuş rayonlara qeydiyyatın dayandırıldığını bəhanə gətirərək” onun qeydiyyata alınmasından imtina edilməsi faktının üstündən sükutla keçərək, doğrudanmı işğaldan azad olunmuş rayonlara qeydiyyatın dayandırılması barədə müvafiq əmrin olub-olmamasına münasibət bildirilməmişdir. Həmin imtinanı qanunsuz və əsassız hesab edirlər. Belə ki, Azərbaycan Respublikası DİN-nin “İşğaldan azad edilmiş şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatdan çıxmanın məhdudlaşdırılması barədə” məlum əmrinin tələbinə görə işğaldan azad olmuş rayon və şəhərlərdə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınması həmin şəhər və rayonlara məskunlaşma başa çatanadək dayandırılmışdır. Hansı ki, o, həyat yoldaşının daimi qeydiyyatda olduğu yerə qeydiyyata düşmək istəyir. Həmin əmrdə isə işğaldan azad olmuş rayonlarda qeydiyyatda olan vətəndaşların ölkənin digər inzibati ərazi vahidlərində yaşayış yeri üzrə qeydiyyata alınmaları məhdudlaşdırılmışdır. Hansı ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə qərarın təsviri hissəsində Qubadlı rayon polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubunu qeyd edib təqdid edərkən, sadəcə həmin məktubu qeyd etməklə kifayətlənərək, qeydiyyatın məhdudlaşdırılmasına dair DİN-dən bununla bağlı müvafiq sənədin tələb edilərək işə əlavə edilməsi və tədqiq edilməsi təmin olunmamışdır. Belə ki, DİN-nin həmin əmrində eşitdiyinə görə “İşğaldan azad edilmiş şəhər və rayonlarda yaşayış yeri üzrə qeydiyyatdan çıxmanın dayandırılması” tələb edilmişdir. Həmin rayonlara, eləcə də Qubadlı rayonuna qeydiyyata düşmənin məhdudlaşdırılması ilə bağlı məhdudlaşdırma barədə heç bir tələb qeyd olunmamışdır.
Apellyasiya şikayətinə dair etiraz
15. Cavabdehin nümayəndəsinin apellyasiya şikayətinə dair yazılı etirazı 10 iyun 2022-ci il tarixdə məhkəmə daxil olmuşdur. Etirazda bildirilir ki, Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar qüvvəyə minənədək, məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair münasibətləri tənzimləmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Kollegiyasının 2004cü il 16 iyul tarixli qərarında da valideynlərindən atası məcburi köçkün statusuna malik olan uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İddiaçı anası X3 məcburi köçkün statusuna malik olmadığından Qaydaların 4.1.6-cı bəndinin tələblərinə uyğun olaraq onlara məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Belə ki, birinci instansiya məhkəməsinin qərarında da qeyd olunduğu kimi “məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının atası X1 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir, lakin anası X3 həmin statusa malik deyildir və Sumqayıt şəhərində qeydiyyatdadır. Bununla bağlı iddiaçıya məcburi köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə)”məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”in 4.1.6-cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur. İddiaçı anası X3 məcburi köçkün olmadığından, həmçinin yaşayış yeri üzrə ünvan 3 ünvanında qeydiyyatda olduğundan Qaydaların 4.1.6-cı bəndinin tələbinə uyğun olaraq iddiaçıya məcburi köçkün statusunun və onu təsdiq edən vəsiqənin verilməsindən imtina edilmişdir. Etirazda həmçinin göstərilir ki, iddiaçının anası T.Vəliyevanın ünvan 3 ünvanından qeydiyyatdan çıxaraq, işğaldan azad olunmuş ərazilərə qeydiyyata alınması Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid deyildir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi.
17. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdeh və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Mütənasiblik prinsipi
19. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
20. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunu Maddə 1. məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir.
21. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 1.1-ci bənd. “Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 4.1 “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 14. Sübut etmə vəzifəsi 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
23. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası iddiaçının vəkili və nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
25. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsindən imtinası təşkil edir.
26. Cavadehin imtinasının əsas dəlili ondan ibarətdir ki, yuxarıda istinad edilən “Qaydalar”ın 4.1.6-cı maddəsinə əsasən valideynlərdən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir.
27. Birinci instansiya məhkəməsi təqdim edilən sübutlara və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən bu nəticəyə gəlmişdir ki, İddiaçı yemək xərci ilə bağlı müavinət verilsə də, bu hal ona məcburi köçkün vəsiqəsi verilməsini şərtləndirmir. Müəyyən edilmişdir ki, iddiaçının atası X1 rayonunda qeydiyyatda olmaqla məcburi köçkün statusuna malikdir, lakin anası X3 həmin statusa malik deyidlir və Sumqayıt şəhərində qeydiyyatdadır. Bununla bağlı iddiaçıya məcburi köçkün statusu verilməsi üçün “Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı maddəsinin dispozitiv şərti yerinə yetirilməmiş olur.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi qəbul edir.
29. “Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən məcburi köçkün vəsiqəsinin verilməsi üçün 3 şərt ödənilməlidir:
1. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olmalı;
2. Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmalı;
3. Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almalıdır.
30. Birinci və üçüncü şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçının atası X7 xx.xx.1982-ci il tarixdə Qubadlı rayon Hacılı kəndində anadan olmuş və ona Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən seriya AA №104959 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Həmçinin, İddiaçı AZ-İ 504224 seriyalı doğum haqqında şəxsiyyət vəsiqəsi verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə birinci və üçüncü şərt ödənilir.
31. İkinci şərtə bağlı kollegiya qeyd edir ki, iş materiallarında olan AZ-İ seriyalı, 000307 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 24 yanvar 2003-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. İşin hallarından görünür ki, iddiaçının anası X3 Bakı şəhəri, Sabunçu rayonunda yaşayış yeri üzrə qeydiyyatdadır.
32. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, iddiaçının anasının hazırda daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) də qeydiyyatda olmadığı səbəbindən cavabdeh tərəfindən iddiaçıya məcburi köçkün statusu verilməsindən imtinası “Qaydalar”ın 4.1.6-cı bəndinə uyğundur və bu halda cavabdehin iddiaçının tələbinin təmin edilməsindən imtinası əsaslı olmuşdur.
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2-1(118)-635/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.