Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-447/2025 24.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)-18/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İş materiallarından görünür ki, iddiaçı xx xxxxxxx 1972-ci il təvəllüdlüdür. Cavabdeh orqan tərəfindən iddiaçıya 24 dekabr 2014-cü il tarixindən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə diaqnozları ilə) ikinci dərəcəli əlillik 1 il müddətinə təyin edilmişdir. Daha sonra isə 14 yanvar 2016-cı il tarixli göndəriş əsasında vətəndaşın əlilliyi yenidən qiymətləndirilmiş və ona“Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” (X1 : XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 - Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə diaqnozları ilə) 5 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmişdir. 2021-ci ildə yenidən müayinə zamanı iddiaçıya əlilliyin təyin edilməsindən imtina etmişdir və Dövlət-Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının 02 yanvar 2022-ci il tarixli qərarı ilə İddiaçı “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia qaldıraraq “iddiaçının üçüncü qrup əlilliyinin yenidən müəyyən edilməsi və ötürülmüş müddət də daxil olmaqla, onun əlilliyi olan şəxs hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbini dəqiqləşdirərək, “cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1972-ci ildə Quba Rayonu Qımıl kəndində doğulmuşdur. xx.xx.1992-ci ildən hərbi xidmətə çağırılmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərə qatılmışdır. 1994-cü ilin aprel ayında cəbhə bölgəsində Ağdam ətrafında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlər zamanı mərmi partlaması nəticəsində qapalı kəllə beyin travması-sol alın nahiyəsindən və sol bazunun aşağı üçdə bir hissəsindən kor qəlpə yarası almışdır. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilədək N saylı Hərbi hissədə müalicə almışdır. Hərbi hissədə iddiaçıya xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək alın nahiyəsindən kor qəlpə yaralanması diaqnozu ilə müalicə almağı barədə epikriz verilmişdi. xx.xx.2009cu ildə AR MN Mərkəzi Hərbi Həkim komissiyasında yoxlanılıb, iddiaçı barəsində qərar verilib. Diaqnoz Keçirilmiş qapalı kəllə-beyin travmasından (baş beynin silkələnməsinin sonrakı vəziyyəti, astenik sindrom ilə) Quba RHK-nın xx.xx.2009- cu il tarixli göndərişi, N saylı hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çaxarış epikriz əsasında qoyulmuşdur. Xəstəliyinin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmış hərbi travma kimi qiymətləndirilib. 1 saylı X7 xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək və xx.xx.2014-cü ildən xx.xx.2014-cü ilədək stasionar müalicə almaqla, xx.xx.2014-cü il tarixdən 3-cü qrup əlil kimi pensiya almışdır. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında xx.xx.2021-ci ildən xx.xx.2021ci ilədək kod T90.5 olan keçirilmiş QKBTnın sonrakı ensefalopatiya, nevroza bənzər sindrom diaqnozu ilə müalicə almışdır. Qusar Rayon Mərkəzi Xəstəxanasında xx.xx.2021ci ildən xx.xx.2021-ci ilədək keçirilmiş QKBT davamlılıqları, posrtumsyalopatiya, alın nahiyəsində kor qəlpə yaralanmasının sonrakı vəziyyəti hərbi travma kimi qiymətləndirilməklə müalicə almışdır. Kəllə daxili hipertanzion sindromu, yaddaş, dərketmə, qavrama qabiliyyətinin enməsi, kordinator pozulmalar, kəskin ifadəli asteno nevrotik sindromu ilə TSEK-ə göndərilmişdir. Həmçinin psixatrik həkim müayinəsinə əsasən xx.xx.2021-ci ildə postontazion sindromu, xx.xx.2021-ci ildə travmotoloqun müayinəsinə əsasən sol bazunun aşağı üçdə bir hissəsinin latural arxa səthində yad cisim müəyyən edilmişdir. xx.xx.2021-ci ildə EEQ müayinəsi ilə baş beyinin bioelektrik aktivliyinin diffuz pozuntuları üzərində beyin neyronlarının babil vəziyyəti qeyd olunur. xx.xx.2021-ci ildə rentgen müayinəsinə əsasən sol bazunun aşağı üçdə bir hissəsində yumşaq toxumalarda metallik yad cisim müəyyən edilmişdir. TSEK-ə göndərilən zaman iddiaçıya kodu T90.5 olan keçirilmiş QKBT-nın davamlılığı postravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti əsas diaqnozu qoyulmaqla hərbi travma kimi qiymətləndirilmişdir. Ağırlaşma olaraq G93.2 kodu ilə kəllə daxili hipertenzion sindromu, R41.8 kodu ilə yaddaş, qavrama, dərketmə qabiliyyətinin enməsi, R-27 kodu ilə kordinator pozulmalar, R53 kodu ilə kəskin asteno nevrotik sindromu diaqnozu qoyulmuşdur. Bundan sonra Qusar Rayon Mərkəzi Xəstəxanasından “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. Hesab edir ki, iddiam təmin edilməli, üçüncü qrup əlilliyinin yenidən müəyyən edilməsi və ötürülmüş müddət də daxil olmaqla, iddiaçının əlilliyi olan şəxs hesab edilməsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasına həvalə edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlillər: Cavabdeh iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildirirlər ki, iddiaçının əlillik vəziyyətinə Quba Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndəriş əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.8 Digər kəllədaxili travmalar; Diaqnozun mətni: Keçirilmiş qapalı KBT-nın davamlı qalıq əlamətləri; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Digər" səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Quba Rayon Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0244003AAL0L saylı göndərişi əsasında baxılmış və “X1 : XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98 - Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90 Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT nindavamlı qalıqları postravmatik ensefalopatiya alın nhiyyəsinin kor qəlpə yaralanmnasından sonrakı vəzziyət .Hərbi travmadır Yuxah ətrafların monoplegiyası, kəllə daxili hipertenzion sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz və ağırlaşması əlilliyin təyininə əsas vermir” səbəbi ilə imtina verilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul etməyinizi xahiş edirlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)-18/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Tibbi-Sosial Ekspertiza və X2-Sosial ekspert komissiyasının xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. (hakim Leyla Mirzəyeva) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini tapmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işi ümumiyyətlə araşdırmayaraq, cavabdeh olaraq onların etirazını belə təhrif edərək, guya etiraz şəxsin əlil olmasını təsdiq edirmiş kimi, həmçinin işə baxarkən işi lazımi qaydada araşdırmayaraq sırf ekspert rəyinə əsasən vətəndaşda qeyd edilən diaqnozun olması səbəbindən vətəndaşa əlillik təyin edilməsinin zəruriliyini vurğulamışdır. Ekspert rəyi ilə şəxsin əlil olmasına qənaətinə gəlinirdisə, Dövlət Tibbi-Sosial Ekspertiza və ReabilitasiyaAgentliyi tərəfindən əlilliyin qiymətləndirilməsi və təyin edilməsinə nə ehtiyac qalardı ki. Həmçinin birinci instansiya məhkəməsi vətəndaşın əyani vəziyyətinin yoxlanılması üçün əyani müayinənin keçirilməsi barədə aralıq qərardad qəbul etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik əlaməti təyin etməməsi İddiaçı forma 88 nömrəli arayışı əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Göndərişdə qeyd olunan diaqnoz əlillik əlaməti təyin etmədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onda əlillik hərbi travma nəticəsində yaranmışdır. Ona görə də onun tələbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsidir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli, 595 nömrəli Fərmanı: (-)
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; (-)
“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur). (-)
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: (-) 4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi iddiaçı barəsində göndərilmiş müvafiq tibbi göndərişdə əks olunmuş xəstəliklərə aid diaqnoz və ağırlaşmaların əlilliyin təyin etməsinə əsas verməməsi olmuşdur. İş materiallarında olan Quba Rayon Mərkəzi Xəstəxanası tərəfindən göndərilmiş müvafiq tibbi göndərişin (Forma 88) məzmunundan görünür ki, iddiaçı barəsində əsas diaqnoz kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, postravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, hərbi travma (T90.5), ağırlaşmaları yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindromu (G83.2), yanaşı xəstəliklər əzginlik (süstlük) və yorğnluq, kəskin asteno nevrotik sindromu (R53) , Qavrama və dərketmə qabiliyyətinə aid olan digər yaddaş və ya qavrama, dərketmə qabiliyyətinin enməsi (R41.8), digər kordinasiya pozğunluğu, kordinator pozulmalar (R-27) qeyd edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və məhkəmənin qərardadı əsasında daxil olmuş “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 T515/2024 saylı rəyində qeyd edilmişdir ki, “Vətəndaş В.A.İsayev kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adına adına “Quba rayon mərkəzi xəstəxanası” Phş-si tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0244003AAL0L saylı göndərişdə qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, posttravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Hərbi travmadır. Yuxan ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindrom. Əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom; Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, yaddaş qavrama dərketmə qabiliyyətinin enməsi, digər koordinasiya pozğunluğu, koordinator pozulmalar” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, əsas xəstəlik və ağırlaşmaları əyani müayinədə anamnestik məlumatlar və obyektiv müayinələrlə öz təsdiqini tapmadığından əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər hansı bir maddəsini aid etməyə əsas vermədi. Qeyd: Ekspertiza cavabdehin nümayəndələrinin iştirakı ilə keçirilmişdir (i.v 94-97) İşə baxan məhkəmə qərarında sözügedən ekspert rəyinə istinad edərək iddiaçı barəsində göndərişdə öz əksini tapmış iddiaçının əziyyət çəkdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.12-ci maddəsində ikinci qrup əlilliyin təyin edilməsi əsaslarında öz əksini qeyd edərək, cavabdehin imtinasını əsassız hesab etmiş və bu baxımdan, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müvafiq məhkəmələrə ünvanlanmış “Əlilliyin müəyyən edilməsi, dəyişdirilməsi və ləğvi ilə bağlı mübahisələr üzrə 2022-ci ildə inzibati məhkəmələrdə baxılmış işlərin məhkəmə təcrübəsinin ümumiləşdirilməsinin nəticələri üzrə” icmal məktubun 74-cü və 75-ci bəndlərində göstərilmişdir ki, əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar, hərbi xidmət dövrü ilə əlaqədar və ya hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar yaranması “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” nin 7.2-ci bəndinə uyğun olaraq hərbi-həkim komissiyasının rəyinə əsasən müəyyən edilir. Odur ki, əlilliyi ümumi səbəblərlə müəyyən edilmiş şəxs əlilliyinin xüsusi səbəblərdən hər hansı birindən yaranmasını mübahisələndirirsə, hərbi-həkim komissiyasının rəyinə istinad etməlidir, həmin rəy olmadan əlilliyin səbəbinin göstərilən səbəblərdən biri ilə əvəz edilməsinə yol verilmir. Bununla belə, onu da vurğulamaq zəruridir ki, xəstəlik, pozuntu və çatışmazlığın hərbi-həkim komissiyasının rəyində göstərilən səbəbi o halda əlilliyin səbəbi ilə eyniləşdirilə bilər ki, həmin xəstəlik, pozuntu və çatışmazlıqla əlaqədar orqanizmin funksiyalarının 30 faizdən artıq pozulması müəyyən edilsin, yəni həmin xəstəlik əlilliyin müəyyən edilməsinə əsas versin. Əks halda, hərbi-həkim komissiyasının rəyində göstərilənlər əlilliyin qiymətləndirilməsi zamanı nəzərə alınmır və əlilliyin səbəbinin həmin rəydəki səbəblə müəyyən edilməsi istisna edilir. Məhkəmə təcrübəsində də hərbi-həkim komissiyasının rəyində göstərilən xəstəlik (sol diz oynağının zədələnməsi) “Əlilliyin müəyyən olunması meyarları” na Əlavədə öz əksini tapmadığı üçün başqa xəstəliklə (eşitmənin itirilməsi) əlilliyin müəyyən edilməsi və nəticə etibarilə əlilliyinin ümumi səbəblərlə qeyd edilməsi halları mövcuddur. Hazırkı iş üzrə iddiaçı ona “ümumi xəstəlik” səbəbindən deyil, məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcəli əlillik təyin edilməsini tələb edir. Hansı ki, bunun üçün icmal məktubda da qeyd edildiyi kimi: 1) iddiaçı barəsində tərtib edilmiş göndərişdə əsas diaqnoz və ağırlaşmaları kimi qeyd edilən xəstəliyin (xəstəliklərin) Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarı ilə Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilməli; 2) Həmin xəstəlik (xəstəliklər) qanunvericiliyin tələbinə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəlik olmalıdır. İşin halları ilə bağlı qeyd edilməlidir ki, göndərişdə əsas diaqnoz kimi qeyd edilən XBT T90.5 (Kəllədaxili travmalarının nəticələri) və əsas diaqnozun ağırlaşması kimi qeyd edilən G83.2 kodlu (yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindromu) xəstəliklərin özləri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir. Lakin Quba rayon mərkəzi xəstəxanası” Phş-si iddiaçı barəsində olan göndərişi xx.xx.2021-ci il tarixində tərtib edildiyindən hazırki işin halları ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin müddəaları tətbiq edilməlidir. Nəzərə alınmalıdır ki, iddiaçı barəsində əsas diaqnoz kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, postravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, hərbi travma (T90.5) həmin vaxtı qüvvədə olan qanunvericiliyə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasına daxil deyildi. Göndəriş verilən tarixdə qüvvədə olan əsasnamədə T90 kodlu xəstəlik əlilliyə əsas verən xəstəlik kimi göstərilməsə də, hazırda qüvvədə olan əsasnamədə həmin xəstəlik qeyd edildiyindən kollegiya həmin hala da qiymət verməyi zəruri hesab edir. Belə ki, hazırda T90 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” nın 6-cı “Sinir sistemi xəstəlikləri” bölməsində və 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsində əlilliyin təyininə əsas verən xəstəlik kimi təsbit edilmişdir. Hansı ki, bu xəstəlik 6-cı bölmədə göstərilən sinir sistemi xəstəliyi kimi əlilliyin təyininə əsas olması üçün əksər hallarda baş beynin əzilməsi, kontuziyası ilə müşayiət edilməlidir (6.1.1-6.1.10-cu bəndlər). Digər halda isə yəni sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəliyi kimi isə bu xəstəlik ya kəllə sümüklərinin plastikası mümkün olmayan çatışmazlıqları (3 sm2 və daha çox) və ya kəllə sümüyünün plastikası mümkün olan geniş (30 sm2-dən artıq) qüsuru ilə, ya da üzün (kəllə sümüyünün) eybəcərləşmə ilə nəticələnən sümük və dəri strukturlarının həcminə və zədələnməsinə görə çatışmazlıqları ilə xarakterizə olunmalıdır (13.6.1-13.6.2-ci bəndlər). Göründüyü kimi T90 kodlu xəstəlik başın travmasının nəticələri ilə, yəni baş-beyin əzilməsi ilə bağlı olduqda əllilliyin təyin edilməsinə əsas verir. Lakin işin hallar ilə (göndəriş, iş materiallarında olan digər sənədlər və s.) iddiaçıda baş-beyin əzilməsinin olması müəyyən edilmir. Ona görə də kollegiya yuxarıda qeyd edilən halları nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, göründüyü kimi T90 kodlu xəstəliyin özünün varlığı əlilliyin təyin edilməsi üçün kifayət etmir. Kollegiya onu da qeyd edir ki, ekspertiza prosesi cavabdehin nümayəndələrinin, yəni işin nəticəsində bilavasitə maraqlı olan şəxsin iştirakı ilə həyata keçirildiyindən ekspert rəyi mötəbər sübut sayıla bilməz. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 aprel 2025-ci il tarixli, 2-1(105)-447/2025 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın mütəxəssisləri cəlb edilmədən keçirilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X9 tapşırılması qərara alınmışdır. Ekspertin qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı canlı müayinə olunmaqla, onda: 1) Əsas diaqnoz: T90.5. “kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, postravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, hərbi travma” xəstəliyi aşkar edilirmi? 2) Əsas diaqnozun ağırlaşması: G83.2. “yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindromu xəstəliyi aşkar edilirmi? Əgər aşkar edilirsə, həmin xəstəliyin müəyyən edilməsinə əsas olan hallar (tibbi sənədlərə istinad edilməklə), habelə aşkar edilməməsi halı əsaslandırılmaqla ətraflı qeyd edilməsi göstərilmişdir. . Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin T 387/2025 saylı ekspert rəyi ilə müəyyən olunur ki, Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün adın “Quba rayon mərkəzi xəstəxanası” Phş-si tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 0244003AAL0L saylı göndərişdə qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, posttravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Hərbi travmadır. Yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindrom. Əzginlik (süstlük) və yorğunluq, kəskin asteno-nevrotik sindrom; Qavrama və dərketmə qabiliyyətinə aid olan digər və, yaddaş qavrama dərketmə qabiliyyətinin enməsi, digər koordinasiya pozğunluğu, koordinator pozulmalar” diaqnoz ona xəstəxanada anamnestik, klinik və laborator instrumental müayinələri əsasında müəyyən edilsə də, məhkəmə tibbi müayinəsi zamanı yuxarı ətraflarda oynaqlarda hərəkət tamdır, əzələlərdə parez, atrofiya aşkar edilmədi. “T90.5 Kəllədaxili travmaların nəticələri, keçirilmiş QKBT-nın davamlı qalıqları, postravmatik ensefalopatiya, alın nahiyəsinin kor qəlpə yaralanmasından sonrakı vəziyyəti” diaqnozu xx.xx.2009-cu il tarixli, 125 nömrəli MN Mərkəzi Hərbi Həkim Komissiyasının qərarında, eləcə də əyani müayinəsi zamanı öz təsdiqini tapır. Ekspert rəyindən müəyyən edilir ki, göndərişdə göstərilən xəstəliyin ağırlaşması iddiaçıda aşkar edilməmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, G83.2 kodlu xəstəlik həm əvvəlki, həm də indiki qaydalara əsasən əlilliyə əsas verən xəstəlik kimi nəzərdə tutulsa da, həmin xəstəlik xəstədə ətrafların parezləri (iflici) və tonus pozunutusu (əzələ gücünün azalması) ilə müşahidə edilməlidir. Bir sözlə, göndərişdə qeyd edilən əsas diaqnozun ağırlaşması olan G83.2 kodu yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindromu xəstəliyini, yəni yuxarı ətrafların iflic olmasını nəzərdə tutsa da, işin halları ilə, həmçinin ekspertiza rəyi ilə bu sübut edilmir. Həmçinin iddiaçı məhkəmə iclasında yuxarı ətrafların iflic olmadığını təsdiq etdi. Eyni zamanda iddiaçının yuxarı ətraflarda oynaqların hərəkətinin tam olması məhkəmə iclası zamanı vizual olaraq da müəyyən edildi. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Kollegiya qeyd edir ki, iddiaçı tələbində əlilliyin təyin olunmasını xahiş etsə də, iddia ərizəsinin məzmunu, işin halları, xüsusilə iddiaçıda baş verən əlilliyin hərbi travma əsasında yaranmasını nəzərə alaraq onun tələbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsi olmasını müəyyən edilir. Bu halda, kollegiya qeyd edir ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin maddənin məzmunundan görünür ki, məhkəmə iddia ərizəsinin ifadə tərzindəki müəyyən nöqsanlar və ya qeyri-dəqiqliklər səbəbindən iddia tələbindən kənara çıxmaq və ya ərizənin məzmununu məhdudlaşdırmaq hüququna malik olmaya bilər. Lakin eyni zamanda məhkəmə işin mahiyyətini düzgün qiymətləndirmək və ədalətin təmin olunması məqsədilə iddia ərizəsində ifadə olunan tələbin əsas məqsədini və onun hüquqi mahiyyətini nəzərə alaraq iddia tələbindən məzmun baxımından kənara çıxmamaq şərti ilə müəyyən qədər sərbəst yanaşma nümayiş etdirərək iddiaçının həqiqi iradəsini nəzərə almaq və bunun əsasında qərar qəbul etmək səlahiyyətinə malikdir. Kollegiya qeyd edir ki, İPM-in 52-ci maddəsinə uyğun olaraq iddia tələbindən kənara çıxılmasa da, iddianın hüquqi və faktiki məzmununa əsaslanaraq qiymətləndirmə aparılmalıdır. Nəzərə alınmalıdır ki, ifadə tərzi ilə bağlı formal iradlar hüququn məqsədinə uyğun sayılmamalıdır. Əgər ərizənin ümumi məzmunundan və əlavə olunmuş sənədlərdən aydın olur ki, şəxs əslində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsini istəyir, bu zaman məhkəmə həmin tələbi bu prizmadan qiymətləndirməli və şəxsin hüquqlarının bərpasına yönəlməlidir. O da nəzərə alınmalıdır ki, iş materialları ilə həmçinin iddiaçıda R-27 kodu ilə kordinator pozulmalar aşkar edildiyi müəyyən edilsə də, həmin xəstəlik göndərişdə əsas diaqnozun ağırlaşması deyil, yanaşı xəstəlik kimi qeyd edilmişdir. Bu da iddiaçı barəsində əlilliyin təyin edilməsinə əsas versə də, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsinə əsas vermir. Çünki “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsi üçün yanaşı xəstəlik deyil, əsas diaqnozun ağırlaşması (səbəb əlaqəsi) nəzərə alınır. Lakin iddiaçının iddia ərizəsinin məzmunu (İPM-nin 52-ci maddəsi), həmçinin məhkəmə iclasındakı ifadəsi ilə də müəyyən olunur ki, onun hüquqi marağı sadəcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsidir. Həmçinin kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıda R-27 kodlu xəstəlik göndərişdə yanaşı xəstəlik olaraq qeyd edildiyindən və iddiaçının marağı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyinin təyin edilməsi olduğundan məhkəmə tərəfindən iddiaçıda həqiqətən də həmin xəstəliyin müəyyən edilib-edilməməsi ilə bağlı geniş araşdırma aparılmamış, təkrar məhkəmə tibbi ekspertizası təyin edilməsi barədə qərardada ekspert qarşısında əlavə sual qoyulmamışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, (T90.5) kodlu xəstəlik göndəriş vaxtı qüvvədə olan qanunvericiliyə əsasən əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər sırasına daxil deyildi. (Hətta hazırki qanunvericiliyin tələbləri nəzərə alınsaydı belə, yuxarıda göstərilən hallara əsasən iddiaçıda aşkar edilən T90 kodlu xəstəliyin özünü varlığı əlilliyin təyin edilməsi üçün kifayət etmir.) Həmçinin işin halları, eyni zamanda ekspertiza rəyi ilə də iddiaçıda əsas diaqnozun ağırlaşması olan G83.2 kodlu “yuxarı ətrafların monoplegiyası, kəllədaxili hipertenzion sindromu” xəstəliyi müşahidə edilmədiyi müəyyən edildi. Kollegiya bir daha vurğulayır ki, göndərişdə qeyd edilən R.27 kodlu xəstəlik hazırda iddiaçıda aşkar edilsə belə, həmin xəstəlik Quba Rayon Mərkəzi Xəstəxanasının göndərişində əsas diaqnozun ağırlaşması kimi göstərilmədiyindən, ona məhz “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlilliyin təyin edilməsinə dair iddia tələbi təmin edilə bilməzdi. Bunun üçün ilk növbədə iddiaçı qeyd olunan xəstəliyin (R- 27 kodlu) əsas diaqnozun ağırlaşması kimi nəzərə alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaranmasının müəyyən edilməsi ilə bağlı (tibbi göndərişin (Forma 88) yenidən doldurulması) ilk növbədə Quba Rayon Mərkəzi Xəstəxanasına müraciət etməlidir. Bu səbəbdən, də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan natamam sübutlar əsasında iddanı təmin etmişdir. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 27 fevral 2025-ci il tarixli, 2-1(118)-18/2025 nömrəli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “cavabdeh orqanın xx.xx.2022-ci il tarixli qərarının ləğv edilərək əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.