Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-448/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, üçüncü şəxslər X2 və X7 oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı cavabdehin üzərinə Qurbanov Qurban Həmid oğlunun Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), ev ½, mənzil 57-dən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)- 601/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. 309011000088-05101-093064 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 1/2 saylı evdə yerləşən 57 saylı mənzil 1/2 hissə ilə İddiaçı, 1/2 hissə ilə X7 oğlunun adına qeydə alınmışdır.
2. DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Qurbanov Qurban Həmid oğlu ünvan 1 ünvanında qeydiyyatdadır.
3. Nikahın pozulması haqqında xx.xx.2018-ci il tarixli şəhadətnamədən görünür ki, X4 ilə X8 oğlu aralarında bağlanmış nikah xx.xx.2017-ci il tarixdə pozulmuşdur.
4. Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 05 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Qurbanov Qurban Həmid oğlu xx.xx.2019-cu il tarixdən hazıradək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evdə yerləşən 57 saylı mənzildə qeydiyyatdadır.
5. İddiaçı üçüncü şəxsin ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (köhnə), 1/2 saylı evdə yerləşən 57 saylı mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması barədə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir.
6. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə haqqında” Azərbaycan Respublikası Qanununun” 9-cu maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq Qurbanov Qurban Həmid oğlunun qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında baxılmasının məqsədəuyğun olduğu bildirilərək aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı xx.xx.2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə Qurbanov Qurban Həmid oğlunun ünvan 1-dən qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 1/2 saylı evdə yerləşən 57 saylı mənzil iddiaçının və keçmiş həyat yoldaşı X7 oğlunun paylı mülkiyyətindədir. Belə ki, həmin mənzil, birgə nikahda dövründə qazanılmış daşınmaz əmlak kimi uzun müddət məhkəmə mübahisəsinin predmeti olmuş və nəhayət tərəflər arasındakı məhkəmə mübahisəsinin yekunu olaraq - X7 oğlunin və onun mənzil üzərində 1/2 pay hüququ üzrə mülkiyyət hüqunun tanınması qət edilmişdir. Məhkəmə çəkişmələri getdiyi dövrdə C.Qurbanovun atası Qurbanov Qurban saxta yollarla mübahisəli mənzilə dair qeydiyyat vəsiqəsi almış və həmin sənədi əsasında xx.xx.2019-cu il tarixdə həmin mənzilə pasport qeydiyyatına alınmışdır. Daha sonra onun həmin mənzilə olan mülkiyyət hüququ ləğv edilmişdir. Buna baxmayaraq qeydiyyatı həmin mənzildə qalmışdır. Cavabdehin mənzilə olan mülkiyyət hüququ ləğv edildikdən sonra göstərilən ünvandaki mənzildə yaşamasa da, formal olaraq orada qeydiyyatda qalır. Bunun nəticəsində mənzil və kommunal xidmətlər haqqı artıq hesablanır və s. İddiaçı cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması tələbi üzrə inzibati orqan olan Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin oradan imtina cavabı verilərək aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməyi tövsiyə etmişlər.
9. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Qurbanov Qurban Həmid oğlu, xx.xx.2023-cü il tarixli qərardadı ilə X7 oğlu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
10. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-601/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
11. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxs Qurbanov Qurban Həmid oğlu paylı mülkiyyətçilərdən birinin ailə üzvü (atası) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər.
12. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
13. İddiaçı apellyasiya şikayətində göstərir ki, məhkəmə mübahisəli mənzilin iddiaçı və üçüncü şəxs Ceyhun Qurbanovun birgə nikah dövründə əldə etməsini qeyd etmiş, lakin sonradan yanlışlığa yol verərək tərəflərin nikah pozulduqdan sonra mənzilin onların arasında ½ payla bölünməsini, üçüncü şəxs Qurban Qurbanovun paylı mülkiyyətçilərdən birinin ailə üzvü (Ceyhun Qurbanovun atası) olduğundan həmin mənzilə istifadə hüququnun yarandığını və müvafiq olaraq pasport qeydiyyatına alınmasını qeyd etmişdir. Məhkəmənin belə mövqeyi səhvdir. Belə ki, qeyd olunduğu kimi İddiaçı ilə üçüncü şəxs Ceyhun Qurbanov arasında nikaha xx.xx.2017-ci ildə xitam verilərkən onların birgə nikah dövründə qazanılmış daşınmaz əmlakları artıq özgəninkiləşdirilmişdi və onlar arasında birgə nikah dövründə qazanılmış daşınmaz əmlakla bağlıl məhkəmə mübahisəsi 2017-ci ildən 2021-ci ilin sonuna kimi davam etmişdir. Mübahisəli mənzilin 2017-2021-ci illər arasında olan dövr üçün rəsmən mülkiyyətçisi üçüncü şəxs Qurbanov Qurban olmuş və o uzun müddət qeydiyyatda və faktiki yaşadığı 11-ci mikrorayonda olan mənzildən pasport qeydiyyatından çıxaraq xx.xx.2019-cu il tarixdə 9-cu mikrorayonda olan mənzilə mülkiyyətçi kimi pasport qeydiyyatına alınmışdır. Məhkəmə qərarının əsaslandırıcı hissəsində norma baxımından “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə, eləcə də Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinə, həmçinin Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Qərarına istinad edilir ki, bu da yanlış mövqedir. Sözügedən normalar şəxsin mənzilə istifadə hüququ, əmlak hüquqları, eləcə də mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış (o cümlədən ailə üzvü olaraq) şəxslərin dairəsinə şamil oluna bilər. Hazırkı işdə isə mülkiyyətçi olmuş və bu əsas ilə qeydiyyata düşmüş şəxsin hüquqlarından sui-istifadə etməsi və son nəticə olaraq mülkiyyət hüququnun etibarsızlığına səbəb olaraq ləğv edilən şəxsin hərəkətlərinin qiymətləndirilməsindən gedir və bu hərəkətlər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsi ilə nizamlanır.
14. Üçüncü şəxs Q.Qurbanov apellyasiya şikayətinə dair yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, oğlu X3 Vəfa Oktay qızı ilə 2009-cu ildə ailə həyatı qurmuşlar. 2013-cü il noyabr ayının 21-nə qədər özünə məxsus olan Sumqayıt şəhəri 42ci məhəllə, ev 12, mənzil 33-də qeydiyyatda olublar. Ona məxsus evi sataraq Ceyhunun adına 3 otaqlı ev almışdır. Bundan istifadə edən Vəfa boşanaraq guya birgə nikah dövründə evi (Sumqayıt şəhəri 9-cu mikrorayon ev ½, mənzil 57) əldə etmişlər. Hazırda həmin evdə qeydiyyatdadır, başqa bir yaşayış yeri yoxdur. Həmin ev Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə bölünmüşdür. O, özü orda qeydiyyatdadır və elə orada yaşayır, başqa bir yaşayış yeri yoxdur, bu səbəbdən ona qarşı qaldırılmış iddianı qəbul etmir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxslər apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
17. Cavabdeh 18 aprel 2023-cü il tarixli məktubla məhkəməyə müraciət edərək 01 iyun 2023-cü il tarixli iclasında nümayəndələrinin iştirakının təmin ediləcəyini bildirmiş, lakin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
18. Mülki Məcəllə Maddə 27. Fiziki şəxsin yaşayış yeri 27.1. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
19. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanun: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında;
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 sentyabr 2020ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər
21. İnzibati Prosessual Məcəllə: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
22. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı keçmiş qaynatası, iş üzrə üçüncü şəxs olan Qurbanov Qurban Həmid oğlunun mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasından ibarətdir.
25. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Üçüncü şəxs Q.Qurbanov paylı mülkiyyətçilərdən birinin ailə üzvü (atası) olduğundan onun həmin mənzilə istifadə hüququna xitam verilməsi haqqında məhkəmə qətnaməsi əsasında yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarıla bilər.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda istinad olunan normaya (19-cu bənd) əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
27. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən xx.xx.2020-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə də yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
28. Bu səbəbdən də kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, üçüncü şəxsin mübahisəli ünvanda hansı əsaslarla yaşayış yeri üzrə qeydiyyata alınmasından asılı olmayaraq, üçüncü şəxs hazırda qeyd edilən mənzilin 1/2 hissəsinin mülkiyyətçisi olan C.Qurbanovun atası olmaqla həmin ünvanda yaşadığından və onun qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində nəzərdə tutulmuş digər hallar mövcud olmadığından cavabdeh inzibati orqanın imtinası qanuni olmuş və birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə düzgün hüquqi nəticəyə gəlmişdir.
29. Beləliklə də kollegiya iddiaçının apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qəbul edərək hesab edir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.
30. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli, 2-1(118)-601/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.