Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-449/2022 04.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-N(NN8)- 633/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin xx.xx.202N-ci il tarixli, N/Q-N4730 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N yanvar N994-cü ildə Siyəzən rayonu Hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. İlk olaraq N saylı hərbi hissəyə, N994-cü ilin yanvar ayının ortaları N saylı hərbi hissəyə, N994-cü ilin mart ayında Ağdam rayonunda yerləşən N saylı hərbi hissəyə göndərilmişdir. Hərbi əməliyyatların qızğın getdiyi Ağdamın Güllücə, Baş Qərvənd istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. N994-cü il mart ayının 28-i döyüş əməliyyatları zamanı yaralanmışdır. Əvvəlcə Mingəçevir şəhər birləşmiş xəstəxanasında, daha sonra Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunmuşdur. Ona əvvəlcə “sağ daban nahiyəsinin qəlpə yarası”, daha sonra “sağ ağ ciyər payının kəskin ocaqlı pnevmoniyası, sağ aşıq-daban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” dioqnozları qoyulmuşdur. Müalicə aldıqdan sonra Siyəzən rayonu hərbi komissarlığı tərəfindən N saylı hərbi hissəyə göndərilmişdir. N saylı hərbi hissənin tərkibində daha sonra Füzuli rayonunda, XN6 kəndində və s. yerlərdə hərbi xidmətini davam etdirmişdir. N997-ci ilin dekabr ayının N0-da N saylı hərbi hissədən tərxis edilmişdir. Lakin, qeyd etdiyi məlumatlar hərbi biletində və s. sənədlərdə tam şəkildə öz əksini tapmamışdır. Bəzi sənədlərdə məlumatlar natamam, bəzilərində səhv qeyd olunmuşdur. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsə də, cavabdeh qurum tərəfindən ona N5 iyul 202N-ci il tarixli cavab məktubu göndərilərək göstərilmişdir ki, döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə arxiv sənədlərində məlumat olmadığına, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edildiyinə görə iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı qeyd edir ki, cavabdeh qurumun cavab məktubunda göstərdiyi qaydada müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsi əsassızdır, qanunvericiliyin tələblərinə ziddir. İddia ərizəsində qeyd etdiyi kimi o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İş üzrə kifayət qədər sübutları vardır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi hərbi həkim komissiyasının xx.xx.20N8-ci il tarixli, N597 nömrəli qərarında qeyd olunur ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı, müayinə və müalicə olunduğu yaralanma və xəstəlik-diaqnozlar: “sağ daban nahiyəsinin qəlpə yarası”, daha sonra “sağ ağ ciyər payının kəskin ocaqlı pnevmoniyası, sağ aşıq-daban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Ona görə iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı X2 iddia ərizəsində göstərilənlər əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı ərizəsində göstərmişdir ki, Qarabağ döyüşlərdə iştirak etmişdir. Qeyd olunan ifadənin əsasında da Müdafiə Nazirliyinə qarşı olan tələblərini irəli sürmüşdür. Müharibə veteranı, silahlı qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi və “Veteranlar haqqında» Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 7 aprel 2006-cı il tarixli 90-NNN QD №-li Qanunu ilə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə edilmiş əlavələr və dəyişikliklərə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu maddənin birinci hissəsində göstərilən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №-li Fərmanının ikinci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabineti də özünün 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnaməni təsdiq etmişdir. Həmin Əsasnamənin N-ci bəndinin onuncu yarımbəndinə uyğun olaraq, “N988-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni milliyətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-keçmiş DQMV ərazisində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə - müdafiə, daxili işlər, milli təhlükəsizlik orqanları, Dövlət Sərhəd xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir”. Həmin Əsasnamənin N-ci bəndinin on birinci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir”. Hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, X2 döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığından, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edildiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Buna görə də, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın qərarı əsaslı olmuşdur. “Müharibə veteranı” adının verilməsi üçün şəxsin hərbi hissəyə daxil edilməsi kifayət etmir, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (təxris olunması) da şərtdir. Buna görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə “Qeyd” hissəsi əlavə olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-N(NN8)-633/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia təmin edilərək, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı qanunsuz və əsassız olduğunundan, qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğundan ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Tərəflərindən işin tam və hərtəfli araşdırılması üçün Müdafiə Nazirliyi Mərkəzi Arxivinə sorğu verilmiş, Arxiv tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya təqdim edilmiş və iddiaçıya “Müharibə” veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsas olmuş 29 iyun 202N-ci il tarixli arayışın surəti təqdim edilmişdir. Arxiv arayışında bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilməsi göstərilmişdir. Ştatdan kənar edilərək bütün növ təminatlardan çıxarılması qanuni əsaslarla təxris olunması anlamına gəlmir. Bundan əlavə, qeyd edilən əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır. Göstərilən səbəblərdən iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Bu fakt isə onun döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsinin dayandırılmasını təsdiq etməklə müharibə vetranı adını və müvafiq veteran vəsiqəsini almaq hüququnu istisna edir. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd olunan xüsusatları araşdırılmamış, qərar əsaslandırılmamış, iddia tələbi əsassız olaraq təmin edilmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasında iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nomrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında... Azərbaycan Respublikası Müdafiə nazirinin N yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı və Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat: N.6. N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə N4. Sübut etmə vəzifəsi N4.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərdən çıxarışlar və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Bundan başqa, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi deyil, həmçinin şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli, 9/2-47NN saylı məktubunda qeyd edilir ki, İddiaçı barədə N №-li hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 4 №-li, 05 fevral N994-cü il tarixli 3N №-li və N №-li hərbi hissə komandirinin N fevral N994-cü il tarixli 33 №-li, N6 aprel N994-cü il tarixli 93 №-li əmrlərindən arxiv çıxarışları Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın ünvanına göndərilmişdir. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi X6 N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh 6, əmrdə adı Əlizaman yazılmışdır) xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti atıcı vəzifəsinin icrasına başlamışdır. N90 №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN0 №-li əmrilə sıravi X8 (əsas: § 3, sıra N8, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib) 223 №-li hərbi hospitala stasionar müalicəyə getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. 3 (üç) aydan artıq hospitalda stasionar müalicədə olduğuna görə sıravi X8 N90 №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 99 saylı əmrilə (əsas: sıra 258, səh 277, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin dekabr N994-cü il, yanvar, dekabr N995-ci il, yanvar, dekabr N996-cı il, yanvar, oktyabr N997-ci il tarixli nizami hissə üzrə əmrlərində və N90 №-li hərbi hissə komandirinin oktyabr-dekabr N994-cü il, yanvar, dekabr N995-ci il, yanvar, dekabr N996-cı il, yanvar, oktyabr N997-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.20N5-ci il tarixli, 9/2-4N62 nömrəli arxiv arayışında qeyd edilir ki, Siyəzən RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X3 ondan ötrü ki, N №-li hərbi hissə komandirin N yanvar N994-cü il tarixli 4 №-li əmrilə (əsas: § 8, sıra 208, səh. 32) bütün növ təminatlardan istifadə etmək hüququ verilərək İV motoatıcı tabura təyin olunmuş və hərbi xidmətini davam etdirmək üçün komandirin 5 fevral N994-cü il tarixli 3N №-li əmrilə (əsas: § N, sıra 223, səh. 78, qeyd: adı Arzuman yazılmışdır) N №-li hərbi hissənin sərəncamına göndərildiyindən bütün növ təminatlardan azad olunmuşdur. N №-li hərbi hissədən göndərilmiş İddiaçı N №-İi hərbi hissə komandirin N fevral N994-cü il tarixli 33 №-li əmrilə (əsas: § 5, sıra NN7, səh. N9) 2 MAT-ın şəxsi heyətinin siyahısına salınaraq bütün növ təminatlara təmin olunmuş və hərbi xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş 2-ci bölüyün sıravi əsgəri İddiaçı komandirin N6 aprel N994-cü il tarixli 93 №-li əmrilə (əsas: § 4, sıra 79, səh. 5) N7.04.94-cü il tarixdən şəxsi heyətin ümumi siyahısından çıxarılmaqla bütün təchizatlardan məhrum edilməklə lazımi sənədlərlə təmin edilmişdir. Hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən göndərilmiş sıravi İddiaçı N90 №-li hərbi hissə komandirin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh. 7) 2 bölüyün şəxsi heyətin siyahısına salınmaqla bütün növ təminatlarla təmin olunaraq atıcı vəzifəsinə təyin olunmuşdur. N90 №-li hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas: NN.N0.93-03.04.99-cu il tarixli əlifba kitabı sıra 930, səh. 44) Müdafiə Nazirinin 05.09.94-cü il tarixli əmrinə əsasən 09.09.94cü il tarixli 99 №-li əmrlə hospitala göndərilməsi qeyd edilmişdir. (09.09.94-cü il tarixli 99 №-li nizami hissə üzrə əmr Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidmətin əmr üzrə təsdiq edə bilməmişdirlər). N №-li hərbi hissə komandirinin N994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığı üçün İddiaçı xidməti barədə araşdırma apara bilməmişdirlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 04 mart 2022-ci il tarixli, 4/2-N4N9 saylı məktubunda qeyd edilir ki, Siyəzən RHK-dan çağırılmış, N975-ci il təvəllüdlü X9 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 4 №-li əmrilə (əsas: səh 32, § N8, sıra 208, əmrdə adı Alzaman yazılmışdır) 4 MAT-un şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 3N №-lı əmrində (əsas: səh 77, § N, sıra 223, əmrdə adı Arzuman yazılmışdır) X4 xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərildiyinə görə bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş X6 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 33 №-li əmrilə (əsas: § 4, sıra NN7, əmrdə adı Əlizaman yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Xidmətini davam etdirmək üçün N90 №-li hərbi hissəyə göndərilmiş sıravi X7 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 93 №-li əmrilə (əsas: sıra 79. əmrdə adı Əlizaman. atasının adı Dilavar yazılmışdır) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş, sıravi X6 N90 №-li hərbi hissə komandirinin N7 aprel N994-cü il tarixli N07 №-li əmrilə (əsas: § 4, sıra 36N, səh 6. əmrdə adı Əlizaman yazılmışdır) N9.04 N994-cü ıl tarixdən şəxsi heyətin siyahısına daxil edilməklə bütün növ təminatlarla təmin edilərək müvəqqəti atıcı vəzifəsinin icrasına başlamışdır. N90 №-li hərbi hissə komandirinin N aprel N994-cü il tarixli NN0 №-li əmrilə sıravi X8 (əsas: § 3, sıra N8, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib) 223 №-li hərbi hospitala stasionar müalicəyə getmiş hesab edilərək xx.xx.N994-cü il tarixdən qazan təminatından çıxarılmışdır. 3 (üç) aydan artıq hospitalda stasionar müalicədə olduğuna görə sıravi X8 N90 №-li hərbi hissə komandirinin N sentyabr N994-cü il tarixli 99 №-li əmrilə (əsas: sıra
258. səh 277, əmrdə adı Elzaman yazılmışdır, vəzifəsi göstərilməyib, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) bütün növ təminatlardan çıxarılaraq ştatdan kənar edilmişdir. N №-li hərbi hissə komandirinin N994, N997-ci il tarixli nizami hissə üzrə əmrləri Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N8-ci il tarixli, N597 nömrəli qərarında qeyd edilir ki, Siyəzən RHK tərəfindən N994-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N994-cü ildə aldığı və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanmadiaqnoz: “Sağ daban nahiyəsinin qəlpə yarası” və xx.xx.N994-cü ildən xx.xx.N994-cü ilə kimi MN Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu xəstəlik, yaralanmanın nəticəsi-diaqnoz: “Sağ ağ ciyərin aşağı payının-kəskin ocaqlı pnevmoniyası. Sağ aşıq-daban oynağı nahiyəsində odlu silahla qəlpə yaralanmasından sonrakı bərkimiş dəri çapıqları (xx.xx.N994)” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin xx.xx.20N8-ci il tarixli N35 nömrəli göndərişi, xx.xx.20N8-ci il tarixli NN7 nömrəli arayışı, Mingəçevir Şəhər Birləşmiş Xəstəxanasından verilmiş xx.xx.20N8-ci il tarixli 546 nömrəli məktubu, MN Mərkəzi Hərbi Hospitalından verilmiş xx.xx.N994-cü il tarixli çıxarış epikrizi, xx.xx.N999-cu il tarixli 2036 nömrəli arayış, SQ Baş Klinik Hospitalından verilmiş xx.xx.20N8-ci il tarixli 53N3 nömrəli arayış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. (əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2-ci bəndinin a yarımbəndi) Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon bölməsinin 09 mart 2022-ci il tarixli, N7N saylı məktubunda qeyd edilir ki, N975-cı il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən o, xx.xx.N994-cü il tarixdə Siyəzən rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli N60 nömrəli əmrinə əsasən xx.xx.N997-ci il tarixdə tərxis olunmuş, xx.xx.N997-ci il tarixdə Siyəzən rayon Hərbi Komissarlığında hərbi qeydiyyata alınmışdır. İddiaçı qeydiyyat kartasının təsdiq edilmiş surəti məhkəmənin ünvanına göndərilmişdir. N975-cı il təvəllüdlü İddiaçı qeydiyyat kartasına əsasən o, xx.xx.N994-cü il tarixdə Siyəzən rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.N997-ci il tarixli N60 nömrəli əmrinə əsasən xx.xx.N997-ci il tarixdə tərxis olunmuş, xx.xx.N997-ci il tarixdə Siyəzən rayon Hərbi komissarlığında hərbi qeydiyyata alınmışdır. Cavabdeh inzibati orqan X2 döyüş əməliyyatları aparılan zaman xx.xx.N994-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə arxiv sənədlərində məlumat olmadığını, habelə uzun müddət hospitalda olduğu üçün N nömrəli hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 99 nömrəli əmri ilə ştatdan kənar edilməsini əsas gətirərək iddiaçının tələbini təmin etməkdən imtina etmişdir. Cavabdehin qeyd edilən dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunan sənədlərlə iddiaçının xx.xx.N994-xx.xx.N994-cü illərdə 877, 888, N nömrəli hərbi hissələrdə xidmətdə olması, döyüşlərdə iştirak etməsi, yaralanması və xx.xx.N997-ci il tarixdə ordu sıralarından tərxis olunması təsdiqini tapır. İddiaçıya məxsus AO seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.N997-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.N997-ci il tarixli, N60 nömrəli əmri əsasında Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmış (tərxis edilmiş) və Siyəzən rayon hərbi komissarlığına göndərilmişdir. Qeyd edilən əmrdən isə müəyyən olunur ki, N994-cü ilin iyunun 30-na qədər ordu sıralarına çağırılmış əsgər-matrosların və çavuşların, ali təhsilli olan və ordu sıralarında N il 6 ay və daha çox xidmət etmiş əsgərlərin, matrosların və çavuşların N997-ci ilin noyabrın 30-dək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericilikdə nəzərdə tutulmuş digər qoşun birləşmələrinin sıralarından ehtiyata buraxılmağı əmr edilmişdir. İddiaçının döyüşlərdə iştirakını və hərbi xidmətdən tərxis olunmasını təsdiq edən hərbi biletin və hərbi qeydiyyat kartasındakı məlumatların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, müvafiq əmrlərin və ya məlumatların arxivdə mövcud olmaması iddiaçının təqsiri deyildir və belə olan halda inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu istisna edən halları sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissədə hərbi xidmət keçməsi, ehtiyata buraxılması (tərxis edilməsi) iş materialları ilə təsdiqini tapdığından, mövcud iddia tələbinin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı olmuşdur. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 mart 2022-ci il tarixli, 2-N(NN8)-633/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.