Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-449/2024 13.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı X7, Cavabdehin nümayəndələri X11, X1 iştirakı ilə, İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-677/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. TSEK tərəfindən verilmiş qərarlardan görünür ki, X8 xx.xx.2010-cü il tarixdən xx.xx.2011-ci il tarixədək, xx.xx.2014-cü ildən xx.xx.2015-ci il tarixədək, xx.xx.2015xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-xx.xx.2021-ci il tarixədək 1 il müddətinə və xx.xx.2017-xx.xx.2022-ci il tarixədək 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir.
2. Ambulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə Məlikov adına 6 saylı BXK-da, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022xx.xx.2022-ci il, xx.xx.2023-cü il-xx.xx.2023-cü il tarixlərdə Məlikov adına X17 müalicə alımışdır.
3. Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim Komissiyasının 1059 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, İddiaçı diaqnozu “Hərbi travmadır. Hərbi Xidmət vəzifələrini yerinə yetirərəkən alınmışdır” qeyd edilmişdir.
4. TSEK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli , xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli qərarlardan görünür ki, “diaqnozun əlillik əlaməti təyin etməməsi” və “göndərişin natamam doldurulması” səbəbindən X8 əlilliyin təyinindən imtina edilmişdir.
5. AR ƏƏSMN tabeliyində DTSERA-nın 21 dekabr 2022-ci il tarixli **********3 nömrəli qərarından görünür ki, diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
6. İddiaçının əlillik vəziyyəti K00044665CLQ saylı xx.xx.2022-ci il tarixli göndəriş əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “göndərişin natamam doldurulması”, xx.xx.2022-ci il tarixdə isə qiymətləndirilərək “diaqnoz əlillik təyin etmir” səbəbilə əlilliyin təyinindən imtina edilmişdir.
7. İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən diaqnoz əlillik əlaməti təyin etmir” barədə 21 dekabr 2022-ci il tarixii, **********3 nömrəli qərar qəbul edilmişdir.
8. Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş K00044665CLQ nömrəli, xx.xx.2022-ci il tarixli göndəriş ilə iddiaçıya əsas diaqnoz - T90.5 “Kəllədaxili travmalann nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması baş beyinin silkələnməsidən sonrakı vəziyyət xroniki beyin işemiyası”, ağırlaşmaları - F06.0 “Üzvi hallyusinoz, üzvi mənşəli emosioanl labil pozuntu koqnitiv funksiyasının pozulması”, G93.4 “Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya beyin daxili hipertenziya kranialgiya”, yanaşı xəstəliklər - H90- “Eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli yüngül İ dərəcəli ağıreşitmə”, İ09.0- “Revmatik miokardit, Revmatizm qeyri fəal faza miteal çatmamazlıq l dərəcə trikuspidal çatmamazlıq İ dərəcə” diaqnozları qoyulmuşdur.
9. Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş B00115021MLM nömrəli, xx.xx.2023-cü il tarixli göndəriş ilə iddiaçıya əsas diaqnoz - T90.5 “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması baş beyinin silkələnməsinin nəticələri”, ağırlaşma – F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu kooqnutiv funksiyanın enməsi ilə” diaqnozları qoyulmuşdur.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı X12 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, diaqnozlarının tam bərpa olunması üçün müvafiq qərar çıxarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı sonradan iddia tələbini dəqiqləşdirərək əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı qapalı kəllə-beyin travmasına görə xx.xx.2010-cu il tarixdən ll qrup hərbi əlildir. Həmin ildən başlayaraq ona hər il 1 il, 2016-cı ildə isə 5 il müddətinə “Hərbi xidmət dövrü ilə əlaqədar” ll dərəcəli əlillik təyin edilmişdir. 2017-ci ildə əlilliyin səbəbli əlaqəsi dəyişdirilərək “hərbi xidmət vəizfələrini yetirməklə əlaqədar” 5 il müddətinə ll dərəcəli əlillik təyin edilmişdir. 2022-ci ilin dekabr ayında əlilliyin müddəti başa çatdıqda əyani müayinədən keçmiş, lakin ona əlilliyin təyin edilməsindən imtina edilmişdir. İmtinaya səbəb kimi “Diaqnoz əlillik əlamətlərini təyin etmir” göstərilmişdir. Halbuki, ona 10 il müddətinə fasiləsiz əlillik təyin edildiyindən artıq müddətsiz əlillik təyin edilməli olmuşdur. Bununla bağlı o, cavabdeh orqana müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir.
13. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu İİ tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X4: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99 - Sinir sisteminin digər pozğunluqları => G92 - Toksiki ensefalopatiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X4: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G90-G99-Sinir sisteminin digər pozğunluqları =>G92-Toksiki ensefalopatiya; Diaqnozun mətni: Keçirilmiş qapalı kəllə beyin travmasının qalıqları. Postravmatik ensefalopatiya tez-tez baş verən qıcolma tutmaları ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.16. Epilepsiya tez-tez təkrarlanan (ayda 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərə çarpan dərəcədə dəyişməsi ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət dövrü ilə əlaqədar, “X4: XİX Sinif Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S09 - Başın digər və dəqiqləşdirilməmiş travmaları => S09.9 - Başın dəqiqləş...; Diaqnozun mətni: Başın dəqiqləşdirilməmiş travması, keçirilmiş qapalı kəlləbeyin travmasının qalıqları.Dəqiqləşdirilməmiş nevrotik pozuntular, asteno-nevrotik vəziyyət; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Qobustan rayon Mərkəzi Xəstəxanasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və Səbəb: Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik, “X4: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => T90-T98-Travmaların, zəhərlənmələrin və xarici səbəblərin digər təsirlərinin nəticələri => T90-Başın ...; Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş kəllə-beyin travmasının qalıqları.Qamış sinirinin baldır səviyyəsində travması, sol qamış sümüyünü cisminin sol oturaq sümüyünün sol incik sümüyünün başının vı boyunun sınığından sN. Hərəkətin və yerişin pozulmaları, yeriş funksiyasının pozulması ilə. Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan veg...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından baş beyinin əzilməsindən sonrakı vəziyyət; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb:Adsızlaşdırılmış göndərişdə xəstənin hansı rayon xəstəxanasında qeydiyyatda olduğunu yazmaq qanuna ziddir” səbəbi ilə imtina edilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyinj travması baş beyinin silkələnməsindən sonrakı vəziyyət xroniki beyin işemiyası Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefaloptiya Eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli yüngül İ dərəcəli ağıreşitmə Revmatik miokardit, revmatizm qeyri-fəal faza mitral çatmamazlıq İ dər trikuspidal çatmamazlıq İ dər; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin ekspertiza üçün əhəmiyyətli olan və əlillik təyinatına əsas verən ağırlaşmaları dəqiqləşdirilsin .ətraflı qeyd olunsun.” səbəbi ilə imtina edilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması baş beyinin silkələnməsidən sonrakı vəziyyət xroniki beyin işemiyası. Uzvi hallyusinoz, üzvi mənşəli emosional labil pozuntu koqnitiv funksiyasının pozulması. Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya beyin daxili hipertenziya kranialgiya. Eşitmənin konduktiv və neyrosensor itirilməsi, ikitərəfli yüngül İ dərəcəli ağıreşitmə. Revmatik miokardit, Revmatizm qeyri fəal faza mitral çatmamazlıq İ dərəcə trikuspidal çatmamazlıq İ dərəcə.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Göndəriş yeni təlimata uyğun tərtib edilsin” səbəbi ilə imtina edilmişdir. Şamaxı rayon Mərkəzi Xəstəxanısının xx.xx.2022-ci il tarixli göndərişi əsasında təkrar baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri. Keçirilmiş qapalı kəllə-beyin travması. Baş-beynin silkələnməsidən sonrakı vəziyyət: Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi ilə imtina edilmişdir. Bundan əlavə, iddiaçı X10 əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən diaqnoz əlillik əlaməti təyin etmir” barədə 21 dekabr 2022-ci il tarixii, **********3 nömrəli qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonragöndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir.
14. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3461/2023 nömrəli qərardadı ilə iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi cavabdeh inzibati orqanın ekspertləri cəlb edilmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14 X22 ekspertlərinə tapşırılmış, ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: İddiaçı X12 əyani müayinə olunmaqla ona qoyulan “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, başneynin silkələnməsindən sonrakı vəziyyət” diaqnozunun təsdiq edilib-edilməməsi müəyyən edilsin.
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X14 publik hüquqi şəxsi tərəfindən xx.xx.2023-cü il tarilxi T695/2023 nömrəli ekspert rəyi verilmiş, nəticə hissəsində qeyd edilmişdir, İddiaçı iş materiallarında olan adına tərtib edilmiş göndərişlərdə qeyd edilmiş “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsindən sonrakı vəziyyət” xəstəliklərindən əziyyət çəkir.
16. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-677/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçı X8 müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.(hakim V.Əzizova).
17. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri:
18. Cavabdeh apellyasiya şikayətində iddia ərizəsinə etirazdan əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********9). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 1059 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəllə beyin travması. Beyin silkələnməsi. Basın təpə və alın nahiyəsinin sıyrılmış yaraları. Dö$ qəfəsinin sol yarısının yumsaq toxumalarının əzilməsi, sol kürək, saq bel nahiyəsində və sol agız bucağında qançırlar’’ diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, "Əyani müayinə zamanı epitutmaların olmasından şikayətlənmiş, anamnestik məlumatlarda qəbul etdiyi medikamentoz preparatlardan Pirasetam, Depakin qəbul etdiyini ifadə etmiş, ünsiyyətə normal qoşulmuşdur. Obyektiv baxış zamanı 12 cüt kranial sinirlər patoloqiyasız, patoloji reflekslər mənfi, serebellar testlər normal icra etmiş, Rom bərq də dayanıqlı, ətraflarda iflic, parez aşkar” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrıları, əsəbilik, qıcolma tutmalarından şikayətlənmişdir. Anamnestik məlumatlarında dağınıq skleroz xəstəliyindən əziyyət çəkdiyini də qeyd etmiş, tutma zamanı özündə olmadığını bildirmiş, medikamentoz preparatlardan Finlepsin", "Depakin", "Cavinton", "FezanY” qəbul etdiyini qeyd etmişdir. Təqdim olunmuş baş-beynin instrumental müayinə nəticələrində fərqli patologiyalar qeyd olunmuş, vətəndaş EEQ müayinəsinin neçə aparıldığını izah edə bilməmiş, həmçinin təqdim olunmuş EEQ müayinəsinin dalğalarında nəticə vərəqindən fərqli olaraq epiaktiv ocaq aşkarlanmamışdır. Təqdim olunmuş tibbi müalicə sənədlərində də fərqli psixi və nevroloji diaqnozlar qeyd olunsa da, müayinə zamanı öz təsdiqini tapmamışdırlar. Müayinə zamanı başın təpə nahiyəsində çapıq toxuma izlənilmiş, yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuşdur. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, psixi statusunda psixoproduktiv əlamətlər və davranış pozuntusu aşkar edilməmiş, nevroloji olaraq heç bir defisit müşahidə edilməmişdir. Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının xx.xx.2022-ci il tarixli 19231 nömrəli Ambulator xəstənin tibbi vərəqində diaqnoz “Dağınıq ensefalomielit' kimi qeyd olunmuşdur. Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli 381 nömrəli Tibbi rəyində diaqnoz "Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Ə.D.Məlikov adına X19 xx.xx.2023-xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travmasının (baş beyin silkələnməsinin nəticələri). Posttravmatik ensefalopativa. Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Postravmatik xroniki başağrıları. Tor qişa angiopatiyası. Presbiopiya. Dağınıq ensefalomielif' kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Stimul Hospitalın xx.xx.2022-ci il tarixli Kranial MRT müayinəsinin nəticəsi "Hər iki orta serebellar pedikulada, mezensefaloda və supratentorial kəsiklərdə bilateral dərin pəri kallozal aq maddədə, korpus kallozuma perpendikulyar yerləşim göstərən, çox sayda T2 hiperintens demielinizan ocaq qeyd olunur. Əlamətlər dağınıq skleroz lehindir. Kontrastli müayinə məsləhtdir” kimi qeyd olunmuşdur. Stimul Hospitalın xx.xx.2022-ci il tarixli Kranial MRT müayinəsinin nəticəsi “Hər iki orta serebellar pedikulada və supratentorial kəsiklərdə bilateral dərin perikallozal aq maddədə, korpus kallozuma perpendikulyar yerləşim göstərən, cox savda T2 hiperintens demielinizan ocaq qeyd olunur. Əlamətlər dağınıq skleroz lehinədir. İvkm sonrası sekanslarda kontrastlanan lezvon qevd edilmədi. Kortikal atrofiva. Yan mədəciklər minimal genişlənmişdir” kimi qeyd olunmuşdur. X19 xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi "Biopotensiallar yas xüsusiyyətlərinə uyqundur. Qevri-spesifik orta strukturların disfunksivası aktivləsdirici strukturların üstünlüyü fonunda bas-beynin qıcolma hazırlığı hüdudunun enməsi qevd olunur. Kliniki korrelyasiya məsləhətdir” kimi qeyd olunmuşdur. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sağ gicgah payında subsm-ik kistik-gliotik ocaq qeyd olunur. Beyin şırımları alın- gicgah-təpə paylarında olmaqla dərinləşmiş, subaraxnoidal sahənin qenislivi artmışdır. Silvi yarıqları dərinləsmisdir-kortikal atrofiyaya xarakter. Yan və İİİ mədəciklər qenislənmisdir-mərkəzi atrofivava xarakter. Sağ arxa gicgah-təpə nahiyəsində dəri altı çapıq dəyişiklik və kalsinatlar qeyd olunur-keçirilmiş travma inkar edilmir” kimi qeyd olunmuşdur. X19 xx.xx.2023-cü il tarixli Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib, sistolik funksiyası azalıb (LVEF-60%). Konsentrik hipertrofiva və diastolik disfunksiya qeyd edilir. Sol qulaqcıq və saq boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru (qlobal hipokinez) qeyd edilir. Aorta kökü sərtləşib və qapaqları kalsifikdir, digər qapaq apparatı normaldır. Pulmonar arteriya və pulmonar arter təzyiqi (SPAP-mmHq) normaldır. Perikard boşluğu təmizdir. MC-1, AC-min, TC-min" kimi qeyd olunmuş, əlillik təyinatına əsas verməmişdir. Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, əlillik təyinatına əsas verən nevroloji və psixi defisit müşahidə edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin qərarında qeyd edilənləri qəbul etməyərək bildirirlər ki, Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası qanunun 3.3-1-ci bəndinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Göründüyü kimi, iddiaçının əlillik müddəti bitdikdən uzun zaman keçdikdən sonra qiymətləndirmə üçün növbəti göndəriş daxil olmuşdur. Odur ki, 10 ildən artıq müddət ərzində fasiləsiz olaraq İİ dərəcəli əlillik təyin edildiyindən ona əlillik dərəcəsi müddətsiz təyin edilməlidir fikri qəbul edilən deyildir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluqunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər hansı bir bəndini aid etmək mümkün olmadı. Cavab olaraq bildirmək istəyirik ki, yüzlərlə bu formada anoloji işlərdə bütün məhkəmələrin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyinatına əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin bildirilir ki, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X6-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Bundan əlavə sənədlərlə Diaqnoz onun hazırkı vəziyyətini əks etdirsə də şəxsdəki patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda maddələrdən birini aid etmək mümkün olmamışdır. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstləiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin şəxsin əyani müayinəsində instrumental müayinə vasitələri olan EEQ, KT, MRT-nin cavablarına əsasən əlillik təyinatına əsas verən ağırlaşmaların olmadığı müəyyən edilmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
20. Cavabdehin nümayəndəsi-mütəxəssis məhkəmə iclaslarında bildirmişdir ki, AR MN Hərbi Həkim Komissiyasının 2017-ci il tarixli qərarına əsasən iddiaçıda qapalı kəllə beyin travması, beyin silkələnməsi, başın təpə və alın nahiyəsinin sıyrılmış yaraları, döş qəfəsinin sol yarısının yumşaq toxumalarının əzilməsi, sol kürək, sağ bel nahiyəsində və sol ağız bucağında qançırlar diaqnozu olduğu qeyd edilmişdir. Diaqnozun ağırlaşmalarına əsasən iddiaçının epilepsiyası və ürəklə bağlı şikayətləri olmuşdur. İddiaçı şikayətlərinə uğun olaraq müayinə olunsa da, DTSERA-da edilmiş müayinədə müvafiq diaqnozlar öz təsdiqini tapmamışdır. Forma-88-də qeyd olunan diaqnozun ağırlaşmalarına uyğun olaraq yalnız F07.0 diaqnozu əsasında iddiaçıya əlillik təyin edilə bilər. Digər diaqnoz və ağırlaşmaların müvafiq XBT kodu yoxdur. Cavabdehin nümayəndəsi-mütəxəssis məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, iddiaçının xəstəliyinin əsas diaqnozu T90-dır. Diaqnozların ağırlaşmaları var, lakin müvafiq XBT kodu yoxdur. Dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik baş ağrısı diaqnozlarının XBT kodu yoxdur. T90.5 diaqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"nda yoxdur. Posttravmatik ensefalopatiya diaqnozu 187 nömrəli qərarda yoxdur. İkitərəfli yüngül İ dərəcəli ağıreşitmə diaqnozu əlillik təyinatına əsas vermir. Revmatik miokardit diaqnozu şəhadətnamədə qeyd edilməmişdir. Həmin diaqnoz ilə ümumi xəstəliklə əlaqədar əlillik təyin edilə bilər. Sözügedən diaqnoz hərbi xidmət vəzifələrini yerinə yetirərəkən aldığı travma ilə əlaqəli deyildir. H90 diaqnozu eşitmə xəstəlikləridir. İ09 diaqnozu xroniki revmatik xəstəliklər müvafiq qərarda vardır. İddiaçı müayinə olunmuşdur, exokardioqrafiya olunmuşdur, ürək funksiyaları normaldır. G44 diaqnozu yoxdur. Forma- 88-də qeyd edilən diaqnozlardan yalnız F07.0 (üzvi mənşəli şəxsiyyət pozğunluğu) əlillik təyinatında əsas verə bilər. Müvafiq xəstəlik travma nəticəsi ola bilər. F07.0 hərbi həkim komissiyasının rəyində yoxdur. İddiaçı F07.0 diaqnozu ilə Respublika Psixiatriya Xəstəxanasında xx.xx.2023-cü il tarixdə müayinə olunmuşdur, lakin DTSERA-da müayinə olunan zaman müvafiq xəstəlik öz təsdiqini tapmamışdır. İddiaçıda epilepsiya var, lakin Forma-88-də düzgün kod qeyd edilməyib.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, Məlikov adına X17 müayinə olunduğu zaman infarkt aşkar olunduğu bildirilmişdir. Hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı yaralanmalara əsasən ona 2010-cu il tarixdə oktyabr ayından 2022-ci ilə qədər ll dərəcə əlillik təyin edilmişdir. Əlillik müddəti bitdikdən sonra Məlikov adına X17 müalicə və müayinə olunmuşdur. AR Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarına əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Posttravmatik ensefalopatiya, tez-tez baş verən qıcolmalar diaqnozu ilə 12 il əlilliyi olmuş, pensiya almışdır. Başında olan şikayətləri ilə əlaqədar olaraq 2022-ci ilin sentyabr ayında Stimul Hospitalında MRT müayinəsi aparılmış, dağınıq skleroz diaqnozu müəyyən edilmişdir. Hər il TSEK-də müayinələrdən keçirdi, lakin sistemdə görünmür. Keçməsəydi, pensiya ödənişləri dayandırılardı. Əlillik 2022-ci ildə dayandırılmışdır. 2010-2017-ci illərdə hər il, 2017-ci ildən sonra 5 ildən bir müayinələrdən keçmişdir. 2012-2013-cü illərdə pensiya almışdır. Ona müddətsiz əlillik təyin edilməsini istəyir.
TƏTBİQ EDİLƏN HÜQUQ
22. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
23. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.
21. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2015-ci il tarixli 595 nömrəli Fərmanı: ...6. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 6.1. birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər etsin; ...
24. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı: Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə təsdiq edilsin (əlavə olunur).
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə: 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:
26. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: (-) 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. (-) 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları” na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti” nə əsasən müəyyən olunur. (-) 2.2. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları üzrə məhdudlaşma dərəcələri aşağıdakılardır: 2.2.1. özünəqulluq bacarığı – insanın başlıca fizioloji tələbatlarını sərbəst şəkildə həyata keçirməsi, ev təsərrüfatında gündəlik ev işləri ilə məşğul olması, habelə şəxsi gigiyena bacarıqları:
2. İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə özünəqulluq bacarığı; 2.2.2. sərbəst hərəkətetmə bacarığı – sərbəst hərəkət etmək, hərəkət zamanı, hərəkətsizlik və ya bədən vəziyyətinin dəyişdirilməsi zamanı bədənin tarazlığını qoruya bilmək, ictimai nəqliyyatdan istifadə edə bilmək bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrdən istifadə etməklə sərbəst hərəkət etmək bacarığı; 2.2.3. istiqamətseçmə bacarığı – ətraf şəraitin adekvat qavranılması, olduğu və ya səmtləndiyi yerin (məkanın) zamana görə müəyyən edilməsi və təhlükəsizliyinin qiymətləndirilməsi bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə, köməkçi texniki vasitələrin istifadəsi ilə sərbəst istiqamətseçmə bacarığı; 2.2.4. ünsiyyət bacarığı – məlumatın qavranılması, təhlili, yadda saxlanması, istifadəsi və ötürülməsi yolu ilə insanlarla ünsiyyət qurmaq bacarığı: İİ dərəcə – mütəmadi olaraq kənar şəxslərin qismən köməyi ilə və köməkçi texniki vasitələrdən istifadə edərək ünsiyyət qurmaq bacarığı; 2.2.5. davranışına nəzarətetmə bacarığı - özünü dərk etmək, sosial, hüquqi və mənəvi-etik normaları ehtiva edən adekvat davranış bacarığı: İİ dərəcə – davranışına nəzarət bacarığının daimi azalması və yalnız kənar şəxslərin mütəmadi köməyi ilə qismən özünüidarəetmə; 2.2.6. öyrənmə bacarığı – bilik və bacarıqların qavranılması, təcrübənin (o cümlədən peşə, sosial, mədəni və məişət xarakterli təcrübənin) artırılması, əldə edilən bilikləri gündəlik həyatda tətbiq etmək bacarığı: İİ dərəcə – psixoloji-tibbi-pedaqoji komissiyanın rəyi əsasında xüsusi dövlət təhsil standartları və proqramları çərçivəsində təhsil müəssisələrində və stasionar təhsilin həyata keçirildiyi digər müəssisələrdə, köməkçi texniki vasitələrin köməyi ilə öyrənmək və təhsil almaq bacarığı; 2.2.7. əmək fəaliyyəti bacarığı – işin yerinə yetirilməsinə, keyfiyyətinə, həcminə və məzmununa dair tələblərə uyğun olaraq əmək fəaliyyəti bacarığı: İİ dərəcə – əlilliyi olan şəxslərə uyğunlaşdırılmış iş yerlərində köməkçi texniki vasitələrdən istifadə edərək əmək fəaliyyətini həyata keçirmək bacarığı;
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası: 1.3-cü bənd. Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəsmi internet saytında yerləşdirilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; (-) 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi-həkim-məsləhət komissiyasına müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən, xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.6-cı bənd. Tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri” nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir.
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
31. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir.
33. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir:
34. İşdən görünür ki, cavabdeh orqanın iddiaçıya əlilliyin təyin edilməsindən imtinasının səbəbi diaqnozda əlillik əlamətinin müəyyən edilməməsi olmuşdur.
35. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçıya 2010-cu ilin oktyabr ayından başlayaraq hər il 1 il müddətinə, 2017-ci ildə isə 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin müddət bitdikdən sonra iddiaçı təkrar müayinələrdən keçirilərək Şamaxı rayon Mərkəzi xəstəxanası tərəfindən Tibbi-sosial Ekspert Komissiyasına dəfələrlə Forma-088 göndərişləri verilmişdir. Həmin göndərişlərdə iddiaçının xəstəliyinin əsas diaqnozu kimi “Kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyinj travması baş beyinin silkələnməsindən sonrakı vəziyyət” göstərilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qeyd olunan diaqnoz əsasında iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı bundan narazı qalaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, iş mateiallarından iddiaçının uzun illərdir əsasən həmin diaqnozla müalicə olunması və xəstəliyin “hərbi xidmət dövrü ilə əlaqədar” olması, hər il, o cümlədən sonuncu dəfə 2017-ci ildə ona əsas diaqnozu eyni olmaqla ll dərəcəli əlilliyin təyin edilməsi müəyyən edilir. Qeyd olunmalıdır ki, iş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının rəyi ilə iddiaçıya təyin edilmiş həmin diaqnoz öz təsdiqini tapmışdır.
36. Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş B00115021MLM nömrəli, xx.xx.2023-cü il tarixli göndəriş ilə iddiaçıya əsas diaqnoz - T90.5 “Kəllədaxili travmalann nəticələri, keçirilmiş qapalı kəllə-beyin travması baş beyinin silkələnməsinin nəticələri”, ağırlaşma – F07.0- üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi mənşəli şəxsiyyət pozuntusu kooqnutiv funksiyanın enməsi ilə” diaqnozları qoyulmuşdur.
37. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə üzrə əlavə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, iddiaçının xəstəlikləri nəzərə alınmaqla Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X22 ekspert-həkimi mütəxəssis qismində cəlb edilməklə, ekspertizanın keçirilməsi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X23 tapşırılmış, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: iddiaçı canlı müayinə olunmaqla, onda:“XBT 10 kodu F07.0 üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə” xəstəliyi aşkar edilirmi?
38. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X22 xx.xx.2024-cü il tarixli 1564 saylı rəyində qeyd edilmişdir ki, ...X7 hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək, məhkəmənin ekspertlər qarşısında qoyduğu sualı tam və dolğun cavablandırmaq ambulator qaydada bir qədər çətin olduğundan daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir.
39. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X25 xx.xx.2024-cü il tarixli Həkim Psixiatr Komissiyasının rəyi ilə müəyyən olunur ki, iddiaçı AR Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun olaraq Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş, diaqnoz: Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə F07.0 kimi qeyd olunmuşdur.
40. Yaranmış zərurətlə əlaqədar, məhkəmə kollegiyası tərəfindən AR Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nə sorğu ünvanlanaraq iddiaçıda F07.0 diaqnozunun tərkibindəki aşağıdakı əlamətlərdən hansının aşkar olunduğu barədə məlumat verilməsi xahiş olunmuşdur: -əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" 7.6.2.1-ci bənd); -məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları" 7.6.2.2-ci bənd)
41. “Respublika Psixiatriya Xəstəxanası” X22 xx.xx.2024-cü il tarixli 9490 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsi Sizin 2-1(105)-449/2024 nömrəli, xx.xx.2024cü il tarixi sorğunuza cavab olaraq bildirir ki, xəstə X12 2 dəfə (xx.xx.2023 və xx.xx.2024cü il tarixlərdə) Həkim Psixiatr Komissiyasından keçib və "Üzvi mənşəli şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə-F07.0” diaqnozu qoyulub. Əlilliyin müəyyən olunması meyarlarının dərəcəsinin təyini Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin öhdəliyindədir və sorğuda göstərdiyiniz sualların cavabları da həmin agentlik tərəfindən verilməlidir.
42. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna sorğu ünvanlanaraq iddiaçı X8 əlilliyə görə pensiya işinin təsdiq edilmiş surətini məhkəməyə təqdim etmələri xahiş olunmuşdur.
43. Dövlət Sosial Müdafiə X3İunun sosial ödənişinə dair inzibati icraat materiallarının təsdiq ediİmiş surəti məhkəməyə təqdim edilmişdir.
44. Təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçıya ilk dəfə xx.xx.2010-cu il tarixdən 1 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, daha sonra xx.xx.2011-ci il tarixdən 2016-cı il tarixə kimi hər il 1 il müddətinə, xx.xx.2017-ci il tarixdən isə 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Yəni, iddiaçı 12 il müddətində ikinci dərəcə əlil olmuşdur. Azərbaycan Respublikası MN Mərkəzi Hərbi Həkim Komissiyasının 1059 saylı xx.xx.2017-ci il tarixli qərarından görünür ki, diaqnoz “Hərbi travmadır. Hərbi Xidmət vəzifələrini yerinə yetirərəkən alınmışdır” qeyd edilmişdir.
45. Cavabdeh iddiaçıya 2010-cu il tarixdən etibarən 12 il müddətində ikinci dərəcəli əlillik təyin etsə də, hazırda həmin diaqnozun ikinci dərəcə əlillik təyini üçün əsas olmadığını bildirir.
46. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
47. Belə olan halda, 2010-cu ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır.
48. Digər tərəfdən, Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (xx.xx.2024-cü il tarixli, 2-1(102)- 4372024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-589/2024 nömrəli, xx.xx.2024-ci il tarixli 2-1(102)-671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-764/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-555/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçı sonuncu əlillik dövründə müntəzəm olaraq müayinə və müalicələrə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmişsə, şəxsin cari xəstəliyi ona ikinci qrup əlilliyin təyin edilməsinə hüquqi və faktiki əsas yaradır.
49. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş B00115021MLM nömrəli, xx.xx.2023-cü il tarixli göndərişdə (Forma 88) qeyd edilən XBT F07.0 “Üzvi mənşəli şəxsiyyət pozuntusu, kooqnutiv funksiyanın enməsi ilə” diaqnozlu xəstəlik Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxımından əlilliyin təyininə əsas verən xəstəliklərdir.
50. Belə ki, F07.0 kodlu xəstəlik (üzvi mənşəli şəxsiyyət pozuntusu) “Əlilliyin müəyyən olunması meyarları” nın 7-ci “Psixi və davranış pozuntuları” bölməsinin 7.6.2 və 7.6.2.2-ci bəndlərinə əsasən orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsinə əsas verir.
51. Beləliklə, müəyyən edilir ki, B00115021MLM nömrəli Forma 88 göndərişdəki ağırlaşma kimi qeyd edilmiş F07.0 kodlu xəstəlik “Əlilliyin müəyyən olunması meyarları” na əsasən, iddiaçıya ikinci dərəcə əlilliyin təyin edilməsinə əsas verən xəstəliklər siyahısına daxil edilmişdir.
52. Cavabdeh apellyasiya şikayətinin dəlillərində əlavə olaraq bildirmişdir ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.
53. Bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən, diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur.
54. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
55. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
56. Bu mənada, apellyasiya şikayətinin diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı dəlilləri əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
57. İddiaçının əlilliyinin səbəb əlaqəsi (Hərbi Xidmət dövrü ilə əlaqədar) cavabdeh tərəfindən mübahisələndirilmir. Belə ki, cavabdeh şikayətinin dəlillərində qeyd olunan diaqnozun əlillik təyinatına əsas vermədiyini bildirir.
58. Bununla belə kollegiya qeyd edir ki, iddiaçının hərbi travma olub, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınan “qapalı kəllə-beyin travması, beyin silkələnməsi, başın təpə və alın nahiyyəsinin sıyrılmış yaraları...” diaqnozlu xəstəliyi nəticəsində onda B00115021MLM nömrəli göndərişdə əsas diaqnozun ağırlaşması kimi göstərilmiş F07.0 kodlu xəstəlik yaranmışdır. Hansı ki, cavabdeh tərəfindən həmin diaqnozlu xəstəliklə iddiaçıya xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci ilədək olan 12 illik müddət ərzində davamlı olaraq “Hərbi Xidmət dövrü ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir.
59. Əlilliyin hansı tarixdən təyin edilməli olmasına münasibətdə kollegiya qeyd edir ki, iddiaçıya təyin edilmiş əlillik müddəti sonuncu dəfə xx.xx.2017-ci il tarixdə Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əlillik" altsistemi tərəfindən 5 il müddətinə (xx.xx.2022-ci il tarixədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2022-ci il tarixdən sonra iddiaçının əlillik vəziyyəti qiymətləndirilmiş, iddiaçı 18 noyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş K00044665CLQ nömrəli göndəriş əsasında əlillik təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncunun imtinası ilə razılaşmayaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra isə məhkəmə icraatı gedişində B00115021MLM nömrəli, xx.xx.2023cü il tarixli göndəriş əsasında əlillik vəziyyəti qiymətləndirilmiş və iddiaçının müraciətindən imtina olunmuşdur.
60. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əlillik müddəti 2022-ci ilin iyul ayının 12-də bitsə də, yuxarıda qeyd edilən səbəblərdən 18 noyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş K00044665CLQ nömrəli və xx.xx.2023-cü il tarixli, B00115021MLM nömrəli göndərişlər nəticəsində verilmiş imtina hazırkı məhkəmə araşdırmasının predmetini təşkil edir və bu imtinaların əsassız olması öz təsdiqini tapdığından, iddiaçıya məhz 18 noyabr 2022-ci il tarixli göndəriş nəzərə alınmaqla əlillik təyin edilməlidir.
61. Bu baxımdan, məhkəmə kollegiyası əlilliyin 18 noyabr 2022-ci il tarixli göndəriş nəzərə alınmaqla, 18 noyabr 2022-ci il tarixdən təyin edilməli olmasını əsaslı və qanuni hesab edir.
62. İddiaçının hazırkı tələblə müraciət etməkdə məqsədi “Hərbi Xidmət dövrü ilə əlaqədar” əlilliyin təyin edilməsi olsa da, ərizəsində bunu qeyd etmədiyindən, kollegiya hesab edir ki, 18 noyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş K00044665CLQ nömrəli göndəriş nəzərə alınmaqla, ona “Hərbi Xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
63. Beləliklə kollegiya işin yuxarıda sadalanan hallarını nəzərə alaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, 18 noyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş K00044665CLQ nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçıya “Hərbi Xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
64. Göstərilənlərə əsasən məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 yanvar 2024-cü il tarixli, 2-1(118)-677/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. 18 noyabr 2022-ci il tarixdə rəsmiləşdirilmiş K00044665CLQ nömrəli göndəriş nəzərə alınmaqla, iddiaçı X8 “Hərbi Xidmət dövrü ilə əlaqədar” orqanizmin funksiyalarının 65-80 faiz pozulmasına görə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi X22 üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.