Məhkəmə qərarları › İş №2-1(105)-450/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-450/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-450/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsinə qarşı “X2 şəhid adının bərpa olunması” tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 20N9-cu il tarixli, 2-N(085)-75/20N9 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçının oğlu X8 2 avqust N994-cü il tarixdə Şəmkir rayonunda N nömrəli hərbi hissədə həlak olmuş, o Sumqayıt şəhərində Şəhidlər Xiyabanında dəfn edilmiş, ona şəhid statusu verilmiş, ailəsi isə şəhid ailələrinə verilən güzəştlərdən istifadə etmişdir. İddiaçı “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin N9 dekabr 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. İddiaçı bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görülməsi barədə Sumqayıt şəhər Prokurorluğuna ərizə ilə müraciət etmiş, aparılmış araşdırma zamanı cinayət hadisəsi olmadığından toplanmış material üzrə Sumqayıt şəhər Prokurorluğunun N7.09.2007-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Hərbi Komissarlığından Sumqayıt şəhər hərbi komissarlığına daxil olmuş məktubda qeyd edilmişdir ki, aparılan araşdırmaların nəticəsi olaraq sənədləri şəhid hesab edilməsinə əsas vermədiyi halda şəhid kimi qeydiyyata alınmış şəxslərin adları içərisində Fərəcov Ceyhunun da adı vardır. İddiaçı əvvəllər də cavabdehə qarşı oğlu X3 şəhid adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 09.04.20N4-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi kollegiyasının 24.NN.20N4-cü il tarixli qərarı ilə isə birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddiaçının birbaşa cavabdehin özünə müvafiq tələbi özündə əksetdirən ərizə ilə müraciət etməməsinə görə iddia mümkün sayılmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Sumqayıt şəhər Hərbi Komissarlığının Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzinə ünvanladığı 24 mart 2007-ci il tarixli məktubunda Azərbaycan Respublikasının Hərbi Komissarının göstərişinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin arxivinə sorğu edilərək araşdırma aparılması ilə əlaqədar adlı siyahıda qeyd olunmuş şəhid ailələrinə verilən müavinətlərin müvəqqəti dayandırılmasını xahiş etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin 28 yanvar 20N9-cu il tarixli, 9/2-N042 saylı məktubunda qeyd edilmişdir ki, 05.06.N994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X8 02.08.N994-cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə-Tibbi ekspertizasının Şəmkir bölməsi tərəfindən keçirilmiş 02.08.N994-cü il tarixli 34 nömrəli ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən) vəfat etdiyinə görə N nömrəli hərbi hissə komandirinin 0N avqust N994-cü il tarixli 238 nömrəli əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmış, ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. İddiaçı cavabdehə qarşı oğlu X2 şəhid adının bərpa edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X8 N972-ci ildə anadan olmuşdur. 05.06.N99N-ci ildə Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış, həmin tarixdən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müxtəlif ərazilərdə yerləşən hərbi hissələrində qulluq etmiş, sonuncu dəfə Şəmkir rayon ərazisində yerləşən N63 saylı hərbi hissədə xidmət apararkən N avqust N994-cü ildə Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş, ölümündən sonra ona şəhid statusu verilmiş və o, Sumqayıt şəhər şəhidlər xiyabanında dəfn olunmuşdur. «Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin N9 dekabr 2006-cı il tarixli fərmanına əsasən 2007-ci ilin yanvar ayının 0N-dən ayda N00 manat olmaqla 7 ay ərzində təqaüd almışdır. Lakin sonradan həmin təqaüdün verilməsi dayandırılmışdır. Bununla əlaqədar Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etdikdə ona yazılı surətdə cavab olaraq bildirmişlər ki, «N63 saylı hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 №-li əmrindən çıxarışa əsasən oğlunuz X8 hərbi xidməti borcunu yerinə yetirərkən həlak olmadığı üçün hərbi hissənin şəxsi heyət üzvlüyündən azad edilmiş, bütün təminat siyahılarından çıxarılmışdır». X2 ölüm haqqında şəhadətnməsində göstərilir ki, N63 №-li hərbi hissəsin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Həlak olmamışdan qabaq Fərəcov Ceyhun döyüşlərdə yaralanmış, Gəncə şəhərinin hərbi hospitalında müalicə almış və yenidən orduya qayıtmışdır və göstərilən vaxtda həlak olmuşdur. Oğlu Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş və qanunvericliyin yuxarıda göstərilmiş anlayışına əsasən şəhid statusu əldə etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin (hakim XN3, 2N(85)-75/20N9 saylı iş) 28.02.20N9-cu il tarixli qərarı ilə iddia təmin edilmiş, X3 verilmiş şəhid adının bərpa olunması öhdəliyi cavabdehə həvalə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 20N9-cu il tarixli qərarı ilə (hakimlər XN4 -məruzəçi, XN5 və X9, 2-N(N05)-403/20N9 saylı iş) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28.02.20N9-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 20N9-cu il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-N(N02)49/2020 saylı, N4 yanvar 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 iyul 20N9cu il tarixli, 2-N(N05)-403/20N9 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim XN0, hakimlər XN, X7). Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7 fevral 202N-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim H.Babayeva, hakimlər F.Məmmədov və M.Rzayev 2-N(N05)-20/202N saylı iş) cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 20N9-cu il tarixli, 2- N(085)75/20N9 saylı qərarı tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7 fevral 202N-ci il tarixli qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- N(N02)969/202N saylı, 25 may 202N-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının N7 fevral 202N-ci il tarixli, 2-N(N05)-20/202N saylı qərarı lıəğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir (sədrlik edən və məruzəçi hakim X4, hakimlər XNN, X5). APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N972-ci il təvəllüdlü əsgər C.Ə.Fərəcov N63 №-li hərbi hissə komandirinin teleqramına və 34 №li 02.08.N994cü il tarixli ölüm haqqında tibbi şəhadətnaməyə əsasən 2 avqust N994-cü ildə hərbi xidməti zamanı “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən vəfat etmişdir. Göründüyü kimi əsgər Fərəcovun ölüm səbəbinin xidməti vəzifəsinin icrası ilə əlaqələndirilməsi cavabdehə təqdim edilmiş sənədlərlə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0№-li qərarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il N5 iyul tarixli N07 №-li qərarına əsasən Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmə qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0№-li qərarının 4.N-ci maddəsinə əsasən, şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi XN2 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin 28 fevral 20N9-cu il tarixli, 2-N(085)-75/20N9 saylı qərarı ləğv edilməli və yeni qərar çıxarılmaqla iddia təmin olunmamalıdır. Belə ki, 2 avqust N994-cü il tarixdə tərtib edilmiş 34 saylı ölüm haqqında tibbi şəhadətnamədə iddiaçının oğlu X2 2 avqust N994-cü il tarixdə “ürəyin kəskin işemik xəstəliyi, tac damarların stenozu” səbəbindən hərbi hissədə qəflətən ölməsi və həmin gün hərbi hissə tərəfindən Sumqayıt Şəhər Hərbi Komissarlığına göndərilən teleqramda infarktdan ölməsi qeyd edilmişdir. Lakin bundan sonra Sumqayıt Şəhər Hərbi Komissarlığının Sumqayıt şəhər VVAQ şöbəsinə göndərdiyi 22 avqust N994-cü il tarixli məlumatında X2 2 avqust N994-cü il tarixdə N63 saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. Bu məlumat komissar tərəfindən imzalanmış və komissarlığın möhürü ilə təsdiq edilmişdir. Sumqayıt şəhər VVAQŞ tərəfindən 22 avqust N994-cü ildə, sonradan N2 mart 200N-ci ildə təkrar verilən ölüm haqqında şəhadətnamədə iddiaçının oğlunun N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğu qeyd edilmişdir. İddiaçıya 3 sentyabr N993-cü ildə Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən şəhid ailəsi vəsiqəsi verilmiş, iddiaçı şəhid ailəsi kimi güzəştlərdən istifadə etmiş, cavabdeh tərəfindən Sumqayıt şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinə göndərilən 24 may 2007-ci il tarixli məktubla müavinətlərin ödənilməsi müvəqqəti dayandırılmışdır. Cavabdeh iddiaçıya göndərdiyi 24 fevral 20N5-ci il tarixli məktubunda oğluna şəhid statusunun verilməsi və ya həmin statusun ləğv edilməsi barədə onlarda heç bir məlumat olmadığını bildirmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin iddiaçının vəkilinə göndərdiyi N9 sentyabr 20N8-ci il tarixli məktub-arayışında qeyd edilmişdir ki, Sumqayıt şəhər Hərbi Komissarlığının 4/N7N2 saylı 24 mart 2008-ci il tarixli məktubu ilə şəhid ailələrinin təqaüdü dayandırılmışdır. İddiaçı və L.Quliyeva hərbi komissarlıqdan təkrar şəhid ailəsi hüququnu təsdiq edən arayışı təqdim etmədiyinə görə onlara təyin edilmiş Prezident təqaüdü bərpa olunmamışdır. Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 23 iyul 202N-ci il tarixli cavabında qeyd edilmişdir ki, “Seyfəli” təlim mərkəzindən gəlmiş, Sumqayıt ŞHK-dan çağırılmış, N972-ci il təvəllüdlü sıravi X8 N63 №-li hərbi hissə komandirinin N5.N0.N993-cü il tarixli 2 №-li əmrilə (əsas: səh 3, sıra 3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək operator vəzifəsinə təyin edilmişdir. N63 №-li hərbi hissə komandirinin NN.03.N994-cü il tarixli 9N №-li əmrində (əsas: səh 39, § 2, əmrdə atasının adı yazılmamışdır) sıravi XN9 şəhərinə hospitala müalicəyə göndərildiyi üçün qazan təminatından çıxarılması barədə məlumat vardır. N63 №-li hərbi hissə komandirinin 20.04.N994-cü il tarixli N33 №-li əmrində (əsas; səh 57, § N, sıra 54, əmrdə atasının adı yazılmamışdır) silah təhkim olunmuş şəxsi heyətin siyahısında sıravi Ceyhun Fərəcovun adı qeyd edilmişdir, N63 №-li hərbi hissə komandirinin N7.05.N994-cü il tarixli N60 №-li əmrilə (əsas: səh 80, § N, sıra N) BMP-da operator sıravi X8 vəzifəsindən azad edilərək mühafizə tağımında atıcı vəzifəsinə təyin edilmişdir. 05.06.N994-cü il tarixində Sumqayıt ŞHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N972-ci il təvəllüdlü, mühafizə tağımının atıcısı, sıravi X8 02.08.N994cü il tarixində xəstəlikdən (əsas: Məhkəmə - Tibbi ekspertizasının Şəmkir bölməsi tərəfindən keçirilmiş 02.8.N994-cü il tarixli 34 №-li ölüm haqqında tibbi şəhadətnaməsinə əsasən) vəfat etdiyinə görə N63 №-li hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 238 №-li əmrilə əsas: §-4, səh-35) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Ölüm öz xidməti vəzifəsini yerinə yetirərkən baş vermişdir. Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Klinik Hospitaldan daxil olan N4 oktyabr 202N-ci il tarixli cavab məktubunda 22.03.N994-cü il tarixli xəstəlik tarixindən təsdiq olunmuş, “çıxarış epikrizinin” surəti əlavə edilmişdir. Həmin “çıxarış epikrizində” qeyd edilmişdir ki, X2 təsadüfən öz əlində açılan ğüllədən sağ ayağının 3-4-cü barmaqlarının yumuşaq toxmalarını dəlib keçən yaraları ilə bağlı N0.03.N994 - 22.03.N994-cü il tarixə kimi hərbi hospitalın şöbəsində müalicə alıb. Yaralanması hərbi xidmətdə olduğu müddətdə baş vermişdir. N5 ğünlük hərbi təlimdən azad edilib. 2 avqust N994-cü il tarixdə tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə və həmin tarixli teleqramda C.Ə.Fərəcovun ölümünün səbəbi ürəyin kəskin işemik xəstəliyi, hərbi hissədə qəflətən ölməsi qeyd edilmişdir. (i/v N27,N32) Bundan əlavə məhkəmə kolleğiyası tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində baxılmış 2-N(085)-420/20N9 saylı iş tələb edilərək öyrənilmiş, həmin işin 237-ci vərəqində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin NN.NN.2020-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə N4.N0.N993-cü ildən 05.NN.N993-cü ilədək döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N994-cü il N5 yanvar tarixli N0 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın NN-ci bəndinə əsasən Şəhid-Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, milli təhlükəsizlik orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilirlər. Həmin Qaydaların N.2.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun N-ci maddəsinə dair” 30.N2.2008-ci il tarixli Qərarına görə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun N-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və yuxarıda qeyd olunan qanunvericilik normalarina əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 28 fevral 20N9-cu il tarixli, 2-N(085)- 75/20N9 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı şəhid adının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməsin. Məhkəmə qərarından təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar