Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-451/2020 16.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və X2 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçıtərəfindən verilmiş apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Sumqayıt Apelyasiya Məhkəməsinin (ünvan: ünvan 2 binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyasının yenidən hesablanması və ödənilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnin Sumqayıt şəhər şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.(hakim V.Əzizova) Qərardaddan narazı qalan İddiaçıapelyasiya şikayəti verərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdehin təqsiri ucbatından vaxtında güzəştli şərtlərə pensiya almaq hüququ pozulub, 57 yaşında pensiya almaq hüququ olduğu halda 64,6 yaşında pensiya təyin edilib. Məhkəmə qərardadı yalnız cavabdehin nümayəndəsinin fikirlərinə əsaslanmışdır, iddia ərizəsi araşdırılmadan baxılması mümkünsüz hesab edilərək, Azərbaycan Respublikası ƏƏSMN-yanında DSMF-nm yeni yaradılmış Xüsusi şərtlərlə Təyinat İdarəsinə müraciət etmək tövsiyə edilmişdir. xx.xx.2020-ci ildə ərizə ilə həmin Mərkəzi Filiala müraciət etmişdir. Mərkəzi Filialın 11.09 2020-ci il tarixli **********8 saylı cavab məktubunda bildirilmişdir ki, bütün sənədlərlə onlara müraciət edilsin və güzəştli şərtlərlə yenidən pensiya təyin etsinlər. DSMF-nin Sumqayıt şəhər şöbəsinin verdiyi arayışa əsasən xx.xx.2020-ci ildə yaşa görə (zərərli sahə üzrə yox) ayda 320 manat pensiya alır, halbuki həmin sahədə işləyən digər şəxslər 650 manatdan çox pensiya alırlar. Həm də həmin pensiyanı bəziləri 52 yaşında bəziləri isə 57 yaşından sonra alıblar. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X3 apelyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, cavabdeh tərəfindən mübahisələndirilən qərardaddan qanunla şikayət verilməsi üçün müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. Sonda L.R.Məmmədova apelyasiya şikayətinin mümkün sayılmamasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi apelyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apelyasiya şikayətinin vaxtında verilməsi, apelyasiya şikayəti verən şəxs və ya onun nümayəndəsinin belə şikayəti verməkdə səlahiyyətli olma məsələsi apelyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından görünür ki, İddiaçı cavabdehə qarşı Sumqayıtİnzibati Məhkəməsində iddia qaldıraraq, əmək pensiyasının yenidən hesablanması və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMFnin Sumqayıt şəhər şöbəsinə qarşı əmək pensiyasının yenidən hesablanması və ödənilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. Bundan sonra iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, cavabdehin nümayəndəsini dinləyərək, аpеlyаsiyа şikаyətinin dəlilləriniaraşdıraraq, hesab edir ki, iddiaçı tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından (iş. v. 28) görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı iddiaçı tərəfindən xx.xx.2020ci il tarixdə alınmışdır. Sözügedən qərardaddan iddiaçı tərəfindən apelyasiya şikayəti yalnız xx.xx.2020-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır.Belə olan halda iddiaçının 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli məhkəmə qərardadından apelyasiya şikayəti verməsi üçün son müddət qanunvericiliyin tələbinə görə xx.xx.2020-ci il tarix hesab olunur. Lakin sözügedən qərardaddan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdəapelyasiya şikayəti verilməklə qanunla müəyyən edilmiş prosessual müddət ötürülmüşdür. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 129.1-ci və 129.2-ci maddələrinə əsasənillərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası xidməti vəzifəsindən istifadə etməklə apelyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün məhkəmə iclasının təyin edilməsi barədə İddiaçı göndərilmiş məhkəmə bildirişində hüquqi yardım göstərərək, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürüldüyünü bildirmiş və bununla bağlı ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizənin məhkəməyə təqdim edilməsini təklif etmişdir. Lakin iddiaçı 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli məhkəmə qərardadından apelyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizəni məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən2-1(118)- 1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardaddan apelyasiya şikayəti onun verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddət ötürülməklə verildiyindən, bu müddətinbərpası ilə bağlı hər hansı ərizəməhkəməyə təqdim olunmadığından, verilmiş apelyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apelyasiya mümkün sayılmadıqda apelyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadından apelyasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsində nəzərdə tutulmuş prosessual müddət cavabdeh tərəfindən ötürüldüyündən, bu müddətin bərpası ilə bağlı hər hansı ərizəməhkəməyə təqdim edilmədiyindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmamalı və bununla da apelyasiya şikayətinin qəbulundan imtina edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1069/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadınan İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın. Apelyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 4 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: AZ 1025, ünvan 5 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2-1(105)-451/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-451/2020
16.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver