Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-451/2021 13.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı iddiaçının hərbi biletində aparılan qeydlərə əsasən, 29.N2.N94-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N5.02.N95- ci il tarixli 27 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmış, N2 may N94-cü il tarxində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan N və N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq iddiaçı 28.02.N92-ci il tarixdən, 28.02.N93-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, N2 may N94-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində N aprel N92-ci il tarixli N38 №li əmrilə ehtiyyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 3N mart 202N-ci il tarixli, 2-N(NN8)- 238/202N saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının hərbi biletində aparılan qeydlərə əsasən, 29.N2.N94-cü il tarixli müvafiq əmrinə əsasən hərbi hissə komandirinin N5.02.N95-ci il tarixli 27 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılmış, N2 may N94-cü il tarxində elan olunan atəşkəsə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeyində olan N və N saylı hərbi hissədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi barəsində Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinə daxil olmaması barəsində inzibati araşdırmanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və araşdırmanın nəticəsi olaraq iddiaçı 28.02.N92-ci il tarixdən, 28.02.N93-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, N2 may N94-cü il tarixinədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi barəsində N aprel N92-ci il tarixli N38 №li əmrilə ehtiyyata buraxılmağının arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 3N mart 202N-ci il tarixli, 2-N(NN8)-238/202N saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim V.Əzizova). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək, işin yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı 28.02.N92-ci il tarixdən N2 may N94-cü il tarixədək N və N saylı hərbi hissədə Azərbaycan Respublikasmın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında təkrar hərbi xidmət kimi döyüşlərdə iştirak etmişdir. Cavabdehə döyüşlərdə iştirak etməyi barədə arxiv arayışının verilməsi üçün ərizə ilə müraciət etmişdir. Cavabdehin N6.N2.20N-cu il tarixli 9/2-N980№di arxiv arayışında qeyd edilmişdir ki, onun N N-li hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N38 №-li əmrində (əsas əmrdə atasının adı yazılmayıb) onun ’batalyon üzrə növbətçinin köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Zəngilan RHK-dan çağırılmışdır, N saylı hərbi hissə komandirinin N fevral N93-cü il tarixli 3N №-li əmrilə (əsas pr. N, səh., 35) hərbi hissəyə daxil edilmişdir və bütün növ təminatlarla təmin edilmişdir, lakin, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin N6.N2.20N-cu il tarixli 9/2-N980№-li arxiv arayışında qeyd edilib ki, onun hansı vaxtdan N saylı hərbi hissədə xidməti barədə məlumat verilmədiyindən əlavə araşdırma apara bilmirlər. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışa əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etsə də, xidmət etdiyi dövr barədə arxiv arayışında dəqiq məlumat olmadığına görə Müharibə Veteranı adı və vəsiqəsini ala bilmir. Döyüşlərdə iştirak etməyi barədə hərbi hissə komandiri təsdiq edib, lakin buna baxmayaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv İdarəsi bunun əksini bildirir. Dəfələrlə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxiv İdarəsinə müraciət etməyinə baxmayaraq heç bir məlumat ala bilməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq, qərardadda qeyd etmişdir ki, cavabdeh qismində göstərilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli N36 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda inzibati orqan kimi nəzərdə tutulmamışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsinə iddiaçıya arxiv arayışının verilməsi barədə müraciəti və bununla bağlı cavabdehin imtina cavabı əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırki işin hallarından görünür ki, iddiaçı 28.02.N92-ci il tarixdən N2.05.N94-cü il tarixinədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən onun xidməti ilə bağlı N və N saylı saylı hərbi hissələrdən tələb olunan əmrlər əsasında araşdırılma aparılması və ehtiyata buraxılması barədə arxiv arayışının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış N6 dekabr 20N-cu il tarixli 9/2-N980 saylı məktubdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N aprel N92-ci il tarixli N38№li əmrində İddiaçı batalyon üzrə növbətçinin köməkçisi vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün İddiaçı N nömrəli hərbi hissə komandirinin N7 iyun N92-ci il tarixli N7№li əmrilə N7.06.N92-ci ildən N.06.N92-ci ilədək 3 (üç) gün müddətinə həbs olunmuşdur. Zəngilan RHK-dan çağırılmış N72-ci il təvəllüdlü İddiaçı N nömrəli hərbi hissə komandirinin N fevral N93-cü il tarixli 3N№li əmrilə hərbi hissəyə daxil edilib, bütün növ təminatlarla təmin olunmuşdur. Ərizədə İddiaçı nə vaxtadək N nömrəli hərbi hissədə xidməti barədə məlumat verilmədiyindən əlavə araşdırma aparılması mümkün olmamışdır. Göründüyü kimi, iddiaçının xidmət keçməsi ilə bağlı arxivdə olan məlumatlar Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən araşdırılmış və buna dair iddiaçıya arxiv arayışı təqdim edilmişdir. Hazırda iddiaçı verilən arayışın məzmunu ilə razılaşmayaraq, ehtiyata buraxılmağı barədə arxiv arayışının verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Yuxarıda qeyd edilən Plenum Qərarının 7-ci bəndinə əsasən, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Müdafiə Nazirliyi tərəfindən arxiv arayışının verilməsi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu müəyyən edilmir. İşdən görünür ki, iddiaçının hazırkı iddianı qaldırmaqda əsas məqsədi müharibə veteranı vəsiqəsini almaqdır. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmək və verilən cavabla razılaşmadığı təqdirdə məhkəmədə iddia qaldırmaq hüquqları izah edilməlidir. İddiaçının hazırkı ərizəsində sadaladığı xüsusatlar isə müharibə veteranı vəsiqəsinin verilməsinə dair inzibati mübahisə üzrə məhkəmənin xidməti vəzifəsinə görə araşdırılmalı və hüquqi qiymət verilməli olduğu hallardır. Azərbaycan Respublikası İPM-nin 35.N-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, kollegiya hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunur. İddianı mümkün saymayan birinci instansiya məhkəməsi doğru nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 3N mart 202N-ci il tarixli, 2-N(NN8)-238/202N saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən N0 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-451/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-451/2021
13.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver