Məhkəmə qərarları › İş №2-1(105)-451/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-451/2025

19.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-451/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), X1 və Əzizova Vəfa Ehtiram qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “ona 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(118)-344/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək “ona 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxx 1960-cı il tarixdə Azərbaycan Respublikası, Füzuli rayonunun Kürtlar kəndində anadan olmuşdur. 26 avqust 1978-ci il tarixdən 18 may 1979-cu il tarixinə kimi Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasında fəhlə işləmişdir. 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. 21 oktyabr 1981-ci il tarixində Füzuli rayonunun Lenin adına sovxozun 9 nömrəli briqadasından işdən azad edilmişdir. 19 oktyabr 1981-ci il tarixdə Oktyabr İnqilabının 50 illiyi adına “Azərkimya” X4 Sintez zavodunun xlor istehsalatının elektrolitik qələvinin alınması sexində 3-cü dərəcəli aparatçı vəzifəsinə işə qəbul edilmişdir. 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil almışdır. 13 sentyabr 1988-ci il tarixdə “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. 03 noyabr 1988-ci il tarixdə usta vəzifəsinə keçirilmişdir. 08 yanvar 1994-cü il tarixdə 1 nömrəli sahəyə iş icraçısı təyin edilmişdir. 01 avqust 1994-cü il tarixdə həmin 1 nömrəli sahəyə sahə rəisi təyin edilmişdir. 01 sentyabr 1998-ci il tarixdə işdən azad edilmişdir. 01 iyun 1999-cu il tarixdən 01 dekabr 1999-cu il tarixinə kimi işsizlik müavinəti təyin edilmişdir. 10 yanvar 2001-ci il tarixdə “Azərkimya” X4 Sintez zavodunun texnoloji avadanlıqların təmiri və quraşdırılması sexinin qeyri standart avadanlıqların təmiri və quraşdırılması sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. 21 fevral 2003-cü il tarixdə təmir-tikinti, korroziyadan mühafizə və əhaliyə məişət xidməti sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 sentyabr 2005-ci il tarixdə izolyasiya və korroziyadan mühafizə sexinə sahə rəisi vəzifəsinə keçirilmişdir. 01 mart 2006-cı il tarixdə həmin sexdə sex rəisinin müavini vəzifəsinə keçirilmişdir. 20 oktyabr 2008-ci il tarixdə təmir-tikinti, izolyasiya və korroziyadan mühafizə sexinə izolyasiya və korroziyadan mühafizə sahəsinin rəisi vəzifəsinə keçirilmişdir. 01 iyul 2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 02 iyul 2010-cu il tarixdə “Azərkimya” İstehsalat Birliyinin Təmir-Tikinti İdarəsinin 1 saylı Təmir-Tikinti sahəsinə iş icraçısı vəzifəsinə təyin edilmişdir. 05 yanvar 2011-ci il tarixdə 1 saylı Mexaniki- Quraşdırma sahəsinə iş icraçısı vəzifəsinə keçirilmişdir. 01 dekabr 2011-ci il tarixdə izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 aprel 2012-ci il tarixdə 2 saylı izolyasiya sahəsinə 12-ci dərəcəli sahə rəisi vəzifəsinə keçirilmişdir. 10 iyun 2019-cu il tarixdə 2 saylı izolyasiya sahəsində 13-cü dərəcəli sahə rəisi vəzifəsinə keçirilmiş və hal-hazırda da həmin vəzifədə işləyir. 26 avqust 1978-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. O, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malikdir. SOKAR Təmir Tikinti idarəsinin 6 iyun 2023-cü il tarixli 14 nömrəli arayışı onun ağır zərərli şəraitdə işlədiyi iş stajını yox, ümumi iş stajını təsdiq edən arayışdır. Cavabdeh orqanın həmin arayışa istinad edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtinası başa düşülən deyil. Beləliklə, o hesab edir ki, onun 26 avqust 1978-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək 42 ildən çox ümumi iş stajına, 15 ildən çox ağır zərərli şəraitdə işlədiyi iş stajına malik olduğu üçün ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının qanunla tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçının cavabdeh orqana təqdim etdiyi SOCAR Təmir-Tikinti idarəsinin 06 iyun 2023-cü il tarixli, 14 nömrəli arayışında xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Təmir-tikinti və mexaniki quraşdırma sahələrində iddiaçının iş icraçısı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən İddiaçı iş stajına aid məlumatların yerində yoxlanılması nəticəsində çalışdığı müəssisədə vaxtilə attestasiya zamanı işlədiyi iş icraçısı vəzifəsinin zərərli peşə hesab edilmədiyi üçün məzuniyyət və əmək haqqına əlavə hesablanmadığı müəyyən edilmişdir. Bu fakt "xxxx" İstehsalat Birliyi “Təmir-Tikinti” idarəsinin 7 iyul 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Əlavə olaraq bildirilir ki, SOCAR Təmir-Tikinti idarəsi tərəfindən İddiaçı dair verilmiş sözügedən arayışda da işlədiyi sahə və vəzifənin güzəştli əmək pensiyası hüququ verən iş olması barədə yuxarıda qeyd olunan qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan hər hansı sahə və vəzifəyə istinad edilməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (xx.xx.1981 -xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Yuxarıda qeyd edilənlərə əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: PB N 040256 saylı diplomdan görünür ki, iddiaçı 29 avqust 1983-cü il tarixindən 24 iyul 1988-ci il tarixinədək təhsil almışdır. İş materiallarında olan H3 N ******* saylı hərbi biletdən müəyyən edilir ki, o, 18 may 1979- cu il tarixindən 10 iyun 1981-ci il tarixinədək hərbi xidmətdə olmuşdur və qeyd olunan illərin onun ümumi iş stajına daxil edilməsi halı cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa WT-İ N ******* nömrəli əmək kitabçası ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixədək, həmçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2010-cu il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2023cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. Qeyd olunan hallar X3-Polietilen zavodu tərəfindən verilmiş 164 saylı, 06 iyun 2023-cü il tarixli və 165 saylı, 06 iyun 2023cü il tarixli arayışlarla da təsdiq olunur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(118)-344/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi ŞərtlərləTəyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X3-Polietilen zavodu tərəfindən verilmiş 164 saylı, 06 iyun 2023-cü il tarixli və 165 saylı, 06 iyun 2023-cü il tarixli, 166 saylı, xx.xx.2023-cü il tarixli arayışlarda qeyd edilir ki, iddiaçının çalışdığı vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının, 8-ci bölməsinin 8.1.1 bəndinə əsasən (xlor, kaustik soda; antikorroziya tərkiblərinin və örtük sexlərinin işçiləri) həmin vəzifələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Göründüyü kimi, iddiaçının fəaliyyət göstərdiyi vəzifələrin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmaması iddiaçının hüquqlarının pozulmasına əsas olmamalıdır. Cavabdeh inzibati işin icraatı zamanı qeyd etdiyi arqumenti təsdiq edəcək hər hansı bir sənədi məhkəməyə təqdim etməmişdir. Bunun əksinə olaraq yuxarıda adı qeyd olunan iş materiallarında olan vəzifə təlimatları və arayışlarla iddiaçının məhz həmin işlə məşğul olduğu öz təsdiqini tapmışdır. Bundan başqa iddiaçının pensiya kapitalı və iş stajı ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, cavabdehin həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, İddiaçı dair Mərkəzi Filialda mövcud olan sənədlərdə onun “Azərkimyatəmir” Tresti 1 saylı Təmir-Tikinti-Quraşdırma-İdarəsində xx.xx.1988-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində iş icraçısı və xx.xx.1994xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində isə “sahə rəisi” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi “sahə rəisi” vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” (29) bəndində nəzərdə tutulmamışdır. Eyni zamanda sahə rəisi vəzifəsi sözügedən bənddə nəzərdə tutulan iş icraçısı vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də həmin dövrü adıçəkilən şəxsin güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun güzəştli iş stajı 12 il 6 aydan az (11 il 10 ay 10 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə qeyd edir ki, sahə rəisi vəzifəsi Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzr qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraiti xüsusilə ağır olan işlərə aid edilməlidir. Lakin məhkəmə öz qərarında qeyd edilən işlər üzrə qərarlara istinad etməmiş, həmin qərarların tarix və nömrəsini göstərməmişdir. Həmçinin qərarda istinad olunan X3-Polietilen zavodu tərəfindən verilmiş 164, 165, 166 nömrəli arayışları tərəflərindən mübahisələndirilməmiş, mübahisələndirilən xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər üzrə isə iddiaçı tərəfindən güzəştli arayış təqdim edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili və nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamə: 109-cu bənd: yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri

1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).

“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, eyni zamanda mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini iddiaçıya 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçının hüquqi marağı qeyd olunan tarixdən pensiya təyin edilməsinə nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərək iddiaçıya 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitunun gündüz şöbəsində təhsil aldığı dövrü nəzərə almaqla 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh inzibati orqanın imtina məktubu və apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının ümumi iş stajı ilə bağlı hər hansı mübahisə mövcud deyil. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələ iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olması ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddiaçının təhsil aldığı dövrü nəzərə almaqla iddia tələbinin təmin olunması qənaətinə gəlmiş, lakin təhsil dövrünün ümumi iş stajına daxil edildiyini və bu məsələ ətrafında mübahisə olmadığını nəzərə almamışdır. Hazırda mübahisənin predmetini iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş güzəştli iş stajına malik olub-olmaması halı təşkil edir. Bununla bağlı qeyd olunur ki, inzibati orqan tərəfindən iddiaçının 11 il, 10 ay, 10 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1988-xx.xx.1994-cü il, xx.xx.2005-xx.xx.2005-ci il və xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər) güzəştli iş stajına malik olması qəbul edilir. Qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalıdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2020-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Həmçinin yuxarıda da qeyd olunduğu kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının ümumi iş stajı mübahisələndirilməmiş, yalnız güzəştli iş stajının yetərli olmaması halına istinad edilmişdir. Cavabdeh inzibati orqan imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətini eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı dair Mərkəzi Filialda mövcud olan sənədlərdə onun “Azərkimyatəmir” Tresti 1 saylı Təmir-Tikinti-Quraşdırma- İdarəsində xx.xx.1988-xx.xx.1994-cü il tarixləri dövr ərzində iş icraçısı və xx.xx.1994xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində isə “sahə rəisi” vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən şəxsin işlədiyi “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa gön əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” (29) bəndində nəzərdə tutulmamışdır. Eyni zamanda sahə rəisi vəzifəsi sözügedən bənddə nəzərdə tutulan iş icraçısı vəzifəsinə uyğun deyil. Göstərilən səbəbdən də həmin dövrü adıçəkilən şəxsin güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi cavabdeh inzibati orqanın dəlillərini əsassız hesab edərək mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi vəzifələrin adları “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda birbaşa nəzərdə tutulmamışdır. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iş icraçısısahə rəisi güzəştli şərtlərlə pensiya hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərə aid edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən cavabdeh inzibati orqanın dəlilləri ilə əlaqədar zəruri araşdırılma aparılmamışdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, işin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçının güzəştli iş stajını cavabdehin müəyyən etdiyindən fərqli qaydada hesablamışdır. Belə olan halda, məhkəmə özünün qənaətini əsaslandırmaq vəzifəsi daşıyır. Bunun üçün məhkəmə güzəştli stajı kimi qəbul etdiyi hər bir iş dövrünü “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” ilə dəqiq şəkildə əlaqələndirməlidir. Başqa sözlə, məhkəmənin güzəştli staj kimi qəbul etdiyi hər bir işin sözügedən Siyahıda nəzərdə tutulmuş konkret hansı iş olduğu, hansı peşə ilə uyğunlaşdırıldığı dəqiq göstərilməlidir. Hazırkı mübahisə üzrə isə birinci instansiya məhkəməsi güzəştli stajı hesablayarkən bu qaydada bir əlaqələndirmə və uyğunlaşdırma aparmamışdır. Məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın dəlillərinin ətraflı araşdırılması ilə əlaqədar analoji müəssisələrə müvafiq sorğular edilməklə aşağıdakı məlumat əldə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti "xxxx" İstehsalat Birliyinin 20 may 2025-ci il tarixli, 14-2-3/2-363/2025 nömrəli məktubundan görünür ki, “Azərkimyatəmir” Tresti 1 saylı Təmir-Tikinti-Quraşdırma İdarəsi müstəqil hüquqi şəxs statusuna məxsus olmuş və heç bir zaman nə "xxxx" Dövlət Şirkətinin, nə də SOCAR-ın "xxxx" İstehsalat Birliyinin strukturuna daxil olmamışdır. Həmin İdarənin arxiv məlumatları Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialında saxlanılır. Yuxarıda adı çəkilən idarənin sahə rəisi vəzifəsinin əmək funksiyalarına uyğun olan "xxxx" İB-nin Təmir-tikinti İdarəsinin Mexaniki quraşdırma sahəsinin “sahə rəisi” vəzifəsinə dair vəzifə təlimatı əlavədə təqdim edilmiş və eyni zamanda məlumat üçün bildirilmişdir ki, qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid deyil. Göründüyü kimi iddiaçının xx.xx.1994-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində "xxxx" İB-nin Təmir-tikinti İdarəsində çalışdığı “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına aid olmadığından onun güzəştli iş stajına daxil edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan dəlillə əlaqədar zəruri araşdırılma aparılmamaqla iddia təmin edildiyindən qərar ləğv edilməlidir. Apellyasiya instansiyasında icraat zamanı iddiaçının vəkili və nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövrü ümumi iş stajı, 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrü və “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində 01 avqust 1994cü il tarixindən 01 sentyabr 1998-ci il tarixinədək 1 nömrəli sahədə sahə rəisi vəzifələrində işlədiyi dövrləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajı hesab edərək, 60 yaşdan, yəni 10 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Həmçinin kollegiya iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə qeyd olunan tarixlərə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövrün ümumi iş stajı kimi nəzərə alınmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, iddiaçının təhsil aldığı dövrlər onun ümumi iş stajına daxil edilməli olduğundan, o cümlədən ümumi iş stajı cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmədiyindən ərizə həmin hissədə təmin edilməlidir. Daha sonra iddiaçının 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrün güzəştli iş stajı kimi nəzərə alınması xahiş olunmuşdur. Kollegiya həmin hissədə də ərizəni əsaslı hesab edərək qeyd edir ki, aşağıda qeyd olunanlara əsasən iddiaçının 18 may 1979-cu ildən 10 iyun 1981-ci ilədək hərbi xidmətdə olduğu dövr də onun güzəştli iş stajına daxil edilməlidir. Belə ki, SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına əsasən, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdən sonra gələn işə bərabər tutulur. İş materiallarına əlavə olunmuş, iddiaçıya məxsus H3 seriyalı ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci ilədək (2 il, 23 gün) hərbi xidmət keçmişdir. İddiaçının hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1981-ci ildən xx.xx.1983-cü ilədək işlədiyi dövr cavabdeh inzibati orqan tərəfindən güzəştli iş stajı kimi qəbul edildiyindən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu maddəsinin tətbiqi üçün əsaslar mövcud olur. Yuxarıda qeyd olunan mövqe Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2- 1(102)-200/2023 nömrəli, 12 yanvar 2023-cü il tarixli qərarında da ifadə olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, ...“Kollegiya mübahisəyə keçmiş SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarının tətbiq edilməli olduğu halda, edilmədiyinə dair iddiaçının dəlillərini də əsaslı hesab edir. Belə ki, həmin norma iddiaçının hərbi xidmətdə olduğu vaxtı qüvvədə olmuşdur. Bununla bağlı olaraq kollegiya qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Müvafiq olaraq iddiaçı güzəştli iş stajının hesablanması zamanı hərbi xidmət dövrünün nəzərə alınması məsələsinə münasibətdə sözügedən SSRİ Nazirlər Sovetinin 03 avqust 1972-ci il tarixli 590 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və verilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin müddəalarına istinad edə bilər. Həmin norma isə nəzərdə tutur ki, yeraltı işlərdə, əmək şəraiti zərərli olan işlərdə və çox isti sexlərdə, eləcə də əmək şəraiti ağır olan başqa işlərdə işləyən fəhlə və qulluqçulara güzəştli şərtlərlə qocalığa (yaşa) görə pensiya təyin edilərkən pensiya təyin edilməsi üçün müraciət edənin arzusu ilə keçmiş SSRİ Silahlı Qüvvələrində xidmət dövrü hərbi xidmət dövründən əvvəlki işə, yaxud da həmin dövrdə sonra gələn işə bərabər tutulur. Odur ki, təkrar apellyasiya baxışı zamanı iddiaçının güzəştli iş stajı hesablanarkən sözügedən normanın tələbləri də nəzərə alınmalı, iddiaçının həqiqətən hərbi xidmətdən əvvəl və ya sonra güzəştli iş stajı hesab edilən peşədə işlədiyi müəyyən olunarsa, hərbi xidmət dövrünün də güzəştli staja hesablanması məsələsi müzakirə olunmalıdır”... Beləliklə də, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının 11 il, 10 ay, 10 gün güzəştli staja malik olması işin mübahisələndirilməyən halıdır. Bununla yanaşı, iddiaçının 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci ilədək hərbi xidmətdə olduğu 2 il, 23 gün iddiaçının güzəştli stajına əlavə edildikdə onun tələb olunan güzəştli iş stajının 12 il 6 aydan çox olması iş materialları ilə öz təsdiqini tapır. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Eyni zamanda iddiaçının “Azərkimyatəmir” Trestinin 1 saylı Təmir Tikinti Quraşdırma İdarəsində 01 avqust 1994-cü il tarixindən 01 sentyabr 1998-ci il tarixinədək 1 nömrəli sahədə “sahə rəisi” vəzifələrində işlədiyi dövrlərin onun güzəştli iş stajına daxil edilməsi xahiş olunmuşdur. Kollegiya hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən (analoji müəssisə tərəfindən sorğuya cavab olaraq göndərilmiş məktub) sözügedən “sahə rəisi” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olmadığından həmin dövrlər iddiaçının güzəştli iş stajına daxil edilməməli, ərizə həmin hissədə təmin olunmamalıdır. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin qanunvericiliyin tələb etdiyi qaydada inzibati icraat apardığı, iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, bunun üzərindən obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinin tələblərinə uyğun olaraq mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar hərtərəfli araşdırılması və iş üzrə obyektiv qanunauyğun qərar qəbul edilməsi məqsədilə müvafiq sorğular edilmişdir. Beləliklə də, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövrü ümumi iş stajı, 18 may 1979cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövrü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajı hesab edilərək ona 60 yaşının tamam olduğu 10 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi isə işin sadalanan xüsusatları istiqamətində zəruri araşdırma aparmadan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqanın imtina məktubunun 27 iyul 2023-cü il tarixli olması nəzərə alındığı zaman iddiaçıya 10 noyabr 2020-ci il tarixdən yaşa görə əmək pensiya təyin edilməsi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələblərinə də uyğundur. Belə ki, sözügedən maddənin tələbinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. İddiaçının pensiya hüququnun yarandığı tarix, ödənişlə bağlı tələb olunan qanunun “qüvvəyə minmə tarixi” və “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il” şərtlərini ödədiyi üçün təyin ediləcək pensiya təyinat tarixindən hesablanaraq ona ödənilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsinə yönəldilmişdir. Hazırda birinci instansiya məhkəməsinin qərarı ləğv edildiyindən inzibati orqanın apellyasiya şikayəti qismən – birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi hissəsində təmin olunmalıdır. Beləliklə də, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 30 yanvar 2025-ci il tarixli, 2-1(118)-344/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı 29 avqust 1983-cü il tarixdən 01 avqust 1988-ci il tarixədək M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunun gündüz şöbəsində təhsil aldığı dövr onun ümumi iş stajı, 18 may 1979-cu il tarixdən 10 iyun 1981-ci il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olduğu dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmək hüququ verən iş stajı hesab edilərək ona 60 yaşının tamam olduğu 10 noyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar