Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-452/2023 22.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)- 208/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1963-cü il tarixdə Azərbaycan Respublikası, ünvan 1 ünvanında qeydiyyatdadır. (AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsi). İddiaçının təqdim etdiyi ИТ-İ ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1988-ci il tarixdən “Yeni Bakı” İEM TQİ-ə keçirilmiş, həmin tarixdən xx.xx.1992-ci il tarixədək elektrik qaynaqçısı işləmiş, xx.xx.1992-ci il tarixdən Sumqayıt TQİ-yə keçirilmiş, həmin tarixdən xx.xx.1996-cı il tarixədək elektrik qaynaqçısı işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" DŞ-nin “Santexquraşdırma” İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək, xx.xx.2010-cu il tarixdən xx.xx.2013-cü il tarixədək, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X2ynaqçı, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cü il tarixədək "xxxx" ASC-də elektrik qaynaqçısı, xx.xx.2013-cü il tarixdən xx.xx.2014-cü il tarixədək “Tekbu İnşaat və Təsisat AŞ” Azərbaycan nümayəndəliyində qaynaqçı, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək X9 ve Ticaret Anonim Şirkətinin Azərbaycan nümayəndəliyində qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cü il tarixədək RM Kimya MMC-də qaynaqçı, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-də qaynaqçı işləmiş, xx.xx.2019-cu il tarixdən hal-hazıradək X2ynaq ustası işləyir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Mərkəzi Filiala təqdim edilən "xxxx" ASC-nin iddiaçıya dair xx.xx.2021-ci il tarixli, 43 nömrəli əmək haqqı arayışında qeyd edilənlərə əsasən xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 98 ay (8 il 2 ay) iddiaçıya əmək haqqı ödənilmədiyi müəyyən olunmuşdur. Qanunvericiliklə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına daxil edilmədiyi üçün qeyd olunan 98 ayı (8 il 2 ay) iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən, iddiaçının 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (18 il 6 ay 5 gün) təşkil edir. Bu səbəbdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, cavabdehin güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında cavabının qanunsuz hesab edilməsi, iddiaçının güzəştli şərtlərlə əmək pensiyasının hesablanması və verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-xx.xx.1981-ci il tarixlərində Sumqayıt şəhər 49 saylı Texniki peşə məktəbində “Əl ilə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı qaynaq işləri üzrə nəzarətçi” ixtisası üzrə təhsil almış, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-ci il tarixinə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1984-cü il tarixindən əmək fəaliyyətinə başlamış, hazırda da “Azfen” BM-nin AZF-100 layihəsində qaynaq ustası vəzifəsində işləyir. Onun "xxxx" ASCdə zərərli sahələrdə işlədiyi dövr üzrə 12 il 1 ay stajı, “Azfen” BM-də zərərli sahələrdə işlədiyi dövr üzrə 12 il 2 aydan artıq stajı vardır. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, cavabdehə təqdim etdiyi sənədlərdən (əmək kitabçasından, arxiv arayışlarından və s.) də göründüyü kimi iddiaçının güzəştli iş stajı 12 il 6 aydan artıq olmuşdur. Bakı İnzibati Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2-1(112)-5490/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz və etiraza əlavə təqdim edərək qeyd etmişdir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün müvafiq şərtlər mövcud olmalıdır: 1) tələb olunan yaş həddinə çatmalı, 2) xx.xx.2006-ci il tarixədək azı 25 il sığorta stajı olmalı, 3) stajın 12 il 6 ayını əmək şəraiti zərərli və ağır işlərdə işləməlidir. İkinci və üçüncü şərtlərə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” nın 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında’’ Qanuna və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Qarşılıqlı yoxlama nəticəsində tərtib olunmuş aktdan məlum olur ki, iddiaçı həmin dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əmək haqqı hesablanmışdır. Bu səbəbdən əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, müvafiq aktda iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlərə münasibətdə əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 132-ci maddəsinə əsasən bu Məcəllənin 127-ci maddəsində nəzərdə tutulan qismən ödənişli sosial məzuniyyət müddəti məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən ödənişsiz məzuniyyət dövrünün iş stajına daxil edilməsi nəzərdə tutulmamışdır. Göründüyü kimi məzuniyyət hüququ verən əmək stajına öz hesabına ödənişsiz məzuniyyətdə olduğu dövr daxil edilmir. Belə olan halda, xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (12 il 27 gün) təşkil edir. Üçüncü şərtə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilənlərə əsasən iddiaçının əmək şəraiti zərərli və ağır işlərdə işlədiyi dövr 12 il 06 aydan az (06 il 01 ay 25 gün) təşkil edir. Göründüyü kimi qanunla tələb olunan ikinci və üçüncü şərtlər ödənilmir. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-208/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim İ.Quliyev). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin “arayışda heç bir istifadə edilməmiş məzuniyyət, ezamiyyət, kompensasiya və indeksasiyanın nəzərə alınmaması” dəlilinə münasibətdə qeyd edir ki, tərəflərindən keçirilmiş qarşılıqlı yoxlama zamanı müəssisənin sənədləri əsasında iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. Məhkəmənin “iddiaçının xx.xx.2017-cı il tarixədək 12 il 6 aydan artıq xüsusi iş stajı vardır” mövqeyi ilə bağlı bildirir ki, iddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə yaranmışdır. Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunan normanın məzmunundan göründüyü kimi bu norma yaş həddi xx.xx.2017-cı il tarixədək yaranmış şəxslərə münasibətdə şamil oluna bilər. dİddiaçının 57 yaşı xx.xx.2020-ci il tarixdə yarandığı üçün bu norma tətbiq oluna bilməz. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajı və 12,5 il güzəştli iş stajı mövcuddur. İddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddəsinin "b" bəndi əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. (-) Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-).
“İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası təşkil edir. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə istinadən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına müvafiq olaraq ona güzəştli şərtlərlə pensiya təyin edilməsi niyyətindədir. Bu baxımdan, kollegiya qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 57 yaşının tamam olduğu 31 avqust 2020-ci il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) 1 yanvar 2006-cı il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması 2) 1 yanvar 2006-cı il tarixədək azı 12,5 il güzəştli iş stajının mövcud olması. Ümumi iş stajı ilə bağlı kollegiya qeyd edir ki, iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının qeydlərinə əsasən o, xx.xx.1984-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1988-ci il tarixdən “Yeni Bakı” İEM TQİ-ə keçirilmiş, həmin tarixdən xx.xx.1992-ci il tarixədək elektrik qaynaqçısı işləmiş, xx.xx.1992ci il tarixdən Sumqayıt TQİ-yə keçirilmiş, həmin tarixdən xx.xx.1996-cı il tarixədək elektrik qaynaqçısı işləmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.2003-cü il tarixədək "xxxx" DŞ-nin “Santexquraşdırma” İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək qaynaqçı işləmişdir. (21 il 10 ay 30 gün). İddiaçıya məxsus H3 seriyalı, ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı 23 noyabr 1981-ci il tarixdən 16 noyabr 1983-cü il tarixədək SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. (02 il) Azərbaycan SSR X8 Təhsil Komitəsi tərəfindən verilmiş B № 808525 saylı, 18 iyun 1981-ci il tarixli diplomdan görünür ki, İddiaçı 01 sentyabr 1978-ci ildə Sumqayıt şəhər 49 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və 18 iyul 1981-ci ildə elektrik qaynaqçısı, yarımavtomat maşınlarında işləyən elektrik qaynaqçısı, qaynaq işləri üzrə nəzarətçi peşəsi üzrə orta texniki peşə məktəbinin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. (02 il 10 ay 17 gün). Cavabdeh imtina məktubunda xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində, ümumilikdə, 98 ay (8 il 2 ay) iddiaçıya əmək haqqı ödənilmədiyini, məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər iş stajına daxil edilmədiyindən 01 yanvar 2006cı il tarixinədək onun ümumi iş stajının 25 ildən az (18 il 6 ay 5 gün) təşkil etdiyini bildirmişdir. Bundan sonra isə cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, tərəflərindən aparılmış qarşılıqlı yoxlama nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyini iddia etdiyi dövrlərdə sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əmək haqqı hesablanmışdır. Bu səbəbdən, əmək haqqı ödənilməyən dövrlərin sosial sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, müvafiq aktda iddiaçının 2000-ci il iyul ayından 2002-ci il may ayınadək (işdən azad edilənədək) ödənişsiz məzuniyyətdə olduğu müəyyən olmuşdur. Məzuniyyət hüququ verən əmək stajına öz hesabına ödənişsiz məzuniyyət dövrü daxil edilmədiyindən xx.xx.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 ildən az (12 il 27 gün), güzəştli iş stajı isə 12 il 06 aydan az (06 il 01 ay 25 gün) təşkil edir. Göründüyü kimi cavabdeh imtinasında xx.xx.1987-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər nəzərə alınmadan 01 yanvar 2006-cı il tarixinədək mübahisələndirilməyən ümumi iş stajının 18 il 6 ay 5 gün təşkil etdiyini qeyd etsə də, daha sonra etiraz və şikayətinin dəlillərində xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr ərzində sadəcə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək iddiaçının adına əmək haqqı hesablandığını, bu baxımdan, mübahisələndirilməyən ümumi iş stajının 12 il 27 gün olduğunu bildirmişdir. Beləliklə, hazırda cavabdeh tərəfindən iddiaçının "xxxx" ASC-də işlədiyini iddia etdiyi xx.xx.1984-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövr mübahisələndirilir. Kollegiya cavabdehin göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Dövlət Sosial Müdafiə X7 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Sığorta kapitalı əsasında hesablanan pensiya təminatı şöbəsinin mütəxəssisləri və "xxxx" ASC-nin baş mühasibi və arxivçisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, həmin müəssisə tərəfindən iddiaçının adına verilən xx.xx.2021-ci il tarixli, 43 saylı arayışda qeyd edilən faktlar yerində sənədlərlə qarşılıqlı araşdırılaraq müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1984-cü ildən adıçəkilən müəssisədə elektrik qaynaqçısı peşəsinə işə qəbul edilməklə, xx.xx.2002-ci ilədək eyni peşədə işləməsi müəssisədə saxlanılan sənədlərlə öz təsdiqini tapmışdır. Qeyd edilən dövrlərdə 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il üzrə iyun ayı daxil olmaqla, adına əmək haqqı hesablanmış, 2000-ci il iyul ayından xx.xx.2002-ci il tarixədək haqqı ödənilməyən məzuniyyətdə olmuşdur. Cavabdeh dəlillərində mübahisələndirilən 1984-2002-ci illər ərzində iddiaçıya yalnız 1996-cı il aprel ayından 1998-ci il dekabr ayınadək, 1999-cu il may, iyun, dekabr ayları, 2000-ci il yanvar ayından iyun ayınadək adına əmək haqqı hesablandığını qeyd etsə də, işdən görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus əmək haqqı cədvəllərinə əsasən "xxxx" ASC tərəfindən iddiaçıya 1984-1991-ci illər, 1992-ci ilin yanvar, fevral, mart ayları, 1996-cı il aprel ayından 1998-ci ilin dekabr ayınadək, 1999-cu ilin may, iyun, dekabr ayları, 2000-ci ilin yanvar ayından iyun ayınadək əmək haqqı ödənilmişdir. Həmçinin, "xxxx" Dövlət Şirkəti Sumqayıt Tikinti Quraşdırma İdarəsi tərəfindən işə baxan məhkəmənin sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixinə kimi Sumqayıt Tikinti Quraşdırma İdarəsində 6-cı dərəcəli qaynaqçı peşəsi ilə faəliyyət göstərmişdir. Həmin illərin əmək haqqı cədvəlləri saxlanılmadığı üçün iddiaçıya həmin vaxt verilən aylıq və illik əmək haqqının miqdarı barədə arayış vermək mümkün olmamışdır. Göründüyü kimi əmək kitabçasındakı məlumatların uyğunluğu cavabdehin özü tərəfindən məhkəməyə təqdim edilmiş əmək haqqı cədvəlləri ilə bir daha öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin 1984-2002-ci illər ərzində müvafiq dövrlərdə iddiaçıya əmək haqqı ödənilmədiyindən həmin dövrlərin onun iş stajına daxil edilməməsi ilə bağlı dəlili ilə bağlı bildirir ki, hazırkı işdə bu məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarına görə həll edilməlidir. Çünki iddiaçının sosial sığorta haqlarına istinadən mübahisələndirilən 1984-2002-ci il tarixləri aralığındakı əmək stajı dövrü məhz həmin qanunun qüvvədə olduğu dövrə aiddir. Bu baxımdan, müvafiq olaraq həmin dövrün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməsi məsələsi də həmin Qanunun tələblərinə görə həll olunmalıdır. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmalıdır. Bu normadan hərəkətlə iddiaçının 2002-ci ilədək işlədiyi dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Bu baxımdan, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlili əsassızdır.
Cavabdehin iddiaçı 2000-ci il iyul ayından 2002-ci il may ayınadək, yəni ümumilikdə 01 il 10 ay ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrün sığorta stajına daxil edilməsinin mümkün olmaması dəlilinə münasibətdə isə kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin normanın tələbindən göründüyü kimi qanunamüvafiq qaydada verilən ödənişsiz məzuniyyətin maksimal müddəti 6 ayadək müəyyən edilmişdir. Eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının icraatında olmuş 2-1(102)-1394/2021 nömrəli analoji işdən görünür ki, həmin iş üzrə iddiaçı X3 1998ci il 12 yanvar tarixdən 2008-ci il 25 avqust tarixədək ödənişsiz məzuniyyətdə olmuşdur. Kassasiya instansiya məhkəməsi ödənişsiz məzuniyyət dövrünün sosial sığorta stajına daxil edilməsi məsələsi ilə bağlı Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə istinad edərək işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə biləcəyini qeyd etmiş, bu səbəbdən, ödənişsiz məzuniyyət dövrünün 1998-ci il 12 yanvar tarixdən başlayan ən çoxu ilk altı ayını qanuna uyğun hesab etməklə iddiaçının əmək stajına aid edilə biləcəyi qənaətinə gəlmişdir. Belə olan halda, kollegiya hesab edir ki, iddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrün 2000-ci il iyul ayından ilk 6 ayı onun sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən cavabdehin müvafiq dəlili həm də ona görə əsassızdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin sonuncu abzası əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün xx.xx.2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxil edildiyini müəyyən etsə də, həmin tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajının həmin maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanmasını müəyyən etmişdir ki, bu halda da ən azından iddiaçının işlədiyi və əmək kitabçasında qeyd edilən dövrləri də əhatə edən ödənişsiz məzuniyyət dövrünə düşən 2000-ci il iyul ayından 6 ayadək müddətə, yəni 2001-ci il yanvar ayınadək olan dövrlər onun əmək stajı kimi nəzərə alınmalıdır. Beləliklə, iddiaçının 1 yanvar 2006-cı il tarixədək təhsil, hərbi xidmət və əmək fəaliyyəti dövrü ilə birlikdə 25 ildən artıq ümumi iş stajına malik olduğu müəyyən edilir. Güzəştli iş stajı ilə bağlı kollegiya qeyd edir, cavabdeh dəlillərində iddiaçının güzəştli iş stajını xüsusi olaraq mübahisələndirməmiş, yalnız ümumi iş stajı ilə bağlı yuxarıda qeyd edilən əsaslarla, yəni işlədiyi dövrdə əmək haqqı ödənilməməsi və ödənişsiz məzuniyyətdə olması əsasları ilə mübahisələndirmişdir. Yuxarıda şərh olunan mövqeyə əsasən cavabdehin həmin dəlillərinin əsassız olduğu müəyyən edilmişdir. Bununla belə, kollegiya qeyd edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 38 nömrəli güzəştli arayışdan görünür ki, İddiaçı əmək kitabçasına, "xxxx" ASC-nin arxivində olan əmrlərə və əmək haqqı hesablanması cədvəllərinə əsasən xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinə kimi “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsində zərərli sahələrdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1987-ci il tarixindən “Azərenerjitikinti” trestinin “Bakıenerjitikinti” Tikinti Quraşdırma İdarəsinin adı dəyişdirilərək, “Azərenerjitikinti" trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsi adlandırılmış, həmin idarədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1988-ci il tarixindən “Azərenerjitikinti” trestinin “Bakıenerjitikintiquraşdırma” Tikinti Quraşdırma İdarəsindən köçürmə yolu ilə, həmin trestin “Yeni Bakı “ İEM TQİ-ə keçirilmiş, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinə kimi “Yeni Bakı “İEM TQl-də əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1992-ci il tarixdən “Azərenerjitikinti” İTQB-nin xx.xx.1992-ci il tarixli, 200 saylı əmrinə əsasən “Yeni Bakı“ İEM TQİ-nin bazasında “Azistilikenerjitikinti“ Tİ, sonuncunun nəzdində isə Sumqayıt TQİ yaradılmış, o, köçürmə yolu ilə Sumqayıt TQİ-ə keçirilmiş, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixinə kimi “Azərenerjitikintiqııraşdırma" DŞ-nin ’’Santexquraşdırma” İdarəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı işləmiş, xx.xx.1998-ci il tarixdən işdən azad olunmuşdur. xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixinə kimi ’’Santexquraşdırma” İdarəsində əl ilə qaynaq aparan elektirik qaynaqçısı işləmiş, xx.xx.2002-ci il tarixdən işdən azad olunmuşdur. zərərli sahələrdə işlədiyi dövr üzrə faktiki əmək haqqı 12 il 1 ay olmuşdur. Onun zərərli sahələrdə işlədiyi dövr üzrə Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları bəndinə uyğun olaraq imtiyazlı təqaüd almaq hüququna malikdir. Həm iddiaçıya məxsus əmək kitabçasından, həm də yuxarıda qeyd olunan arayışdan göründüyü kimi iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1998-ci il tarixədək, xx.xx.1999-cu il tarixdən xx.xx.2002-ci il tarixədək müəssisədə əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmişdir. (17 il 10 ay 22 gün). İddiaçının işlədiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahıdan görünür ki, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində işlədiyi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi Siyahının 23200000 kodlu xxxııı “Ümumi peşələr” bölməsinin 23200000—19906 şifrinə uyğun gəlir. İddiaçı həmin müəssisədə işlədiyi müddət ərzində 2000-ci il iyul ayından 2002-ci il may ayınadək ödənişsiz məzuniyyətdə olduğundan həmin dövrün yuxarıda qeyd edilən qaydada 6 ayı güzəştli iş stajı kimi qəbul edildikdə, onun 12,5 ildən artıq güzəştli iş stajına malik olduğu və bu əsasla da güzəştli şərtlərlə pensiya hüququnun yarandığı müəyyən edilir. Birinci instansiya məhkəməsi yaranmış münasibətə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-cı il tarixədək qüvvədə olmuş redaksiyasına istinad edərək həmin normada qeyd edilən şərtlərin iddiaçıya münasibətdə ödənildiyini qeyd etmişdir. Həmin maddəyə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunan kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Kollegiya edir ki, həmin norma iddiaçıya münasibətdə o halda tətbiq edilə bilərdi ki, onun xx.xx.2017-cı il tarixədək 57 yaşı tamam olmuş olsun. Lakin işin hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, onun xx.xx.2017-cı il tarixdə hələ 54 yaşı olmuş, yəni normanın yaşla bağlı ilkin şərti iddiaçıya münasibətdə ödənilməmişdir. Qeyd edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi qismən əsaslı olsa da, iddia tələbini təmin edərkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Məhkəmə kollegiyası, eyni zamanda nəzərə alır ki, iddiaçının 57 yaşının tamam olduğu tarix xx.xx.2020-ci il olsa da, birinci instansiya məhkəməsinin qərarının nəticə hissəsinin mətnində “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözlərinin əvəzinə “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri qeyd edilərək aşkar yazı səhvinə yol verilmişdir. Lakin həmin yanlışlıq birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin düzgünlüyünə təsir etmir. Belə olan halda yanlışlıq İPM-in 76.1-ci maddəsinə əsasən aradan qaldırılmalı, qərarın mətnində “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(118)-208/2023 nömrəli nömrəli qərarı – qərarın nəticə hissəsində “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri “57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən” sözləri ilə əvəz edilməklə - dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.