Məhkəmə qərarları › İş №2-1(105)-453/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-453/2022

24.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-453/2022 24.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, İddiaçının nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X5, Üçüncü şəxs X2 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “kompensasiya məbləğinin ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(118)-746/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı "xxxx" ASC Cavabdehnə müraciət edərək 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmiş, cavabdeh orqan 16 dekabr 2021-ci il tarixli, 208590/17 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina ilə razılaşmayan iddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu 5297,38 manat məbləğində ziyana görə kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 02 iyun 2014-cü il tarixli 2(105)-662/2014 nömrəli qətnaməsi ilə İddiaçı ASC–in X2 ASC-nin iqtisadçı vəzifəsindən azad edilməsi barədə 07 yanvar 2013-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi, X2 "xxxx" ASC-yə iqtisadçı vəzifəsi işinə bərpa edilməsi, ona məcburi iş buraxmaya görə əməkhaqqı və istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiya hesablanaraq verilməsi qət edilmişdir. Qeyd edir ki, Cavabdeh hesablama metodu əsas götürülsə, Nizami Ağamalıyevin məcburi iş buraxma dövrü üçün hesablanmış 8750 manat əmək haqqısından vergi və məcburi dövlət sosial sığorta haqqını çıxılsa (1225+262.50=1487.50) ona məcburi iş buraxmaya görə əmək haqqı olaraq 7262.50 manat pul ödənilməli idi. Məhkəmənin qətnaməsində hansı illər üçün əmək məzuniyyətlərinə görə kompensasiyanın hesablanması barədə heç bir göstəriş yoxdur. Belə ki, həmin müddəti icra məmurunun götürdüyü 2002-2006-cı illər və xx.xx.2013- xx.xx.2015-ci illər, 7 il müddəti üçün hesablansa belə bir nəticə alınır. X3 əmək məzuniyyətlərinə görə hesablanmış 1365.45 manat kompensasiyadan vergi və məcburi dövlət sosial sığorta haqqı çıxılsa (191.16+40.96=232.12) ona əmək məzuniyyətlərinə görə hesablanmış kompensasiya olaraq 1133.33 manat pul ödənilməli idi. Beləliklə, qeyd olunan qətnamə üzrə X3 məcburi iş buraxmaya görə əmək haqqı və istifadə edilməyən əmək məzuniyyətlərinə görə kompensasiya olaraq 7262.50+1133.33=8395.83 manat pul ödənilməli idi. Qeyd olunan icra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixinə kimi "xxxx" ASC tərəfindən poçt vasitəsilə 1362.03 manat, İddiaçı ASC-nin X15 filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, xx.xx.2017-ci il tarixdə 995 manat, xx.xx.2017ci il tarixdə 1996 manat, xx.xx.2018-ci il tarixdə 1611.99 manat, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. Həmin qərardan şikayət verilmiş, Şabran rayon məhkəməsinin 8(031)-69/2018 nömrəli, 01 oktyabr tarixli qərardadına əsasən, icra məmurunun xitam qərarı ləğv olunaraq qeyd olunan icra sənədi yenidən icraya yönəldilmişdir. Yenidən icra məmuru tərəfindən əsassız olaraq əlavə 4521.21 manat ASC-yə borc hesablanmışdır. İddiaçı ASC-dən məcburi icra tədbirləri nəticəsində inkasso sərəncamı və əmlakların hesabın (Şabran rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8(031)-1/2016 saylı qərardadı ilə üzərlərinə həbs qoyulmuş 400 manat dəyərində su çəni və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl ) həmin borc da ödətdirilmişdir. xx.xx.2020-ci ildə yenidən həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi həmin icra sənədi üzrə X3 Cavabdeh tərəfindən 5297.38 manat artıq pul və əmlak ödənilmişdir. (9172+4521.21=13693.21. 136xx.xx-8395.83=5297.38) Belə ki, cavabdeh orqan icra sənədi əsasında apardığı hesablamalı zamanı səhvlərə yol vermişdir. Qeyd edir ki, cavabdeh orqan icra sənədi üzrə məcburi iş buraxmaya görə əmək haqqı hesablanarkən 14 faiz vergini əmək haqqından çıxmır, gəlir vergisini və məcburi dövlət sosial sığorta haqlarını da N.Ağamalıyevə ödənilməli məbləğ kimi nəzərə alaraq ona ödənilməli borc məbləğinin üzərinə gəlir, hansı ki, məcburi dövlət sosial sığorta haqlarını və vergini əmək haqqını ödəyən təşkilat ödəmə mənbəyində tutaraq ödəməlidir. Həmin məbləğlər vətəndaşa ödənilməməlidir. N.Ağamalıyevə görə hesablanmış vergi və sosial sığorta haqlarını neçə illərdir ASC ödəyir, hətta ASC-nin bununla bağlı borcu da vardır. Həmçinin, qətnamədə X3 ödənilməli məbləğin miqdarı, hansı dövrləri əhatə etməsi belə göstərilməmişdir. Həmin məbləğin hesablanması barədə inzibati akt yoxdur. Beləliklə, icra vərəqəsi üzrə cavabdeh orqan qeyri-qanuni şəkildə ASC-yə məxsus 400 manat dəyərində su çənini və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kuklu X3 təhvil vermiş və 3897.38 manat ASC-dən artıq pul tutmuş, bununla da, İddiaçı ASC həmin əmlaklardan məhrum olmuş və ASC-yə 5297.38 manat ziyan vurulmuşdur. Hesab edir ki, ona görə də cavabdeh orqanın İddiaçı ASC-yə vurduğu 5297.38 manat məbləğində ziyana görə kompensasiya “Dəvəçi-Sərnişin" ASC-yə ödənilməlidir. Ziyana görə kompensasiyanın ödənilməsi üçün cavabdeh quruma müraciət edilsə də, cavabdeh kompensasiyanın ödənilməsini qeyri-mümkün hesab etmişdir. Cavabdeh orqan iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662 nömrəli 02 iyun 2014-cü il tarixli icra sənədinə əsasən, görülmüş icra tədbirləri nəticəsində X6 "xxxx" ASC-nin iqtisadçı vəzifəsinə 03 fevral 2015-ci il tarixdə bərpa edilmişdir. İcra sənədi üzrə tələbkarın xeyrinə xx.xx.2015-ci il tarixə kimi İddiaçı ASC-nin sədri X9 tərəfindən poçt vasitəsi ilə 1362.03 manat, "xxxx" ASC-nin X15 filialında olan hesabına qoyulmuş inkasso sərəncamı ilə əlaqədar xx.xx.2017-ci il tarixdə 1200 manat, 2017-ci ilin oktyabr ayında 2003.98 manat, xx.xx.2017-ci il tarixdə 998 manat, xx.xx.2017-ci il tarixdə 1996 manat və xx.xx.2018-ci il tarixdə 1611.99 manat olmaqla, cəmi 9172 manat ödətdirilmiş, icra sənədi üzrə borc tam olaraq ödənildiyi üçün Cavabdeh xx.xx.2018-ci il tarixli qərarı ilə icraata xitam verilmişdir. İcra sənədi üzrə tələbkar və borclu tərəfindən icra sənədi üzrə hesablanılmış 9172 manat borc məbləğindən narazı qaldığı üçün Cavabdeh icraata xitam verilməsi barədə xx.xx.2018-ci il tarixli qərarından Şabran Rayon Məhkəməsinə şikayət verilmiş, məhkəmənin 8(031)-254/2018 nömrəli, 19 oktyabr 2018-ci il tarixli qərardadı ilə qeyd olunan icra sənədinin icrası təzələnmişdir. Cavabdeh tərəfindən yenidən hər iki icra sənədi üzrə əmək haqqının və istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanma qaydası ilə bağlı 12 saylı region üzrə X8 müraciət olunmuş, X11 xx.xx.2018-ci il tarixli məktubla müraciəti cavablandıraraq hesablanma qaydasını izah etmişdir. İcra sənədlərinin, yəni Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-664/14 nömrəli, xx.xx.2014-cü il tarixli icra vərəqəsi üzrə 4521,21 manat, Şabran Rayon Məhkəməsinin 2(031)-906/17 nömrəli, xx.xx.2017-ci il tarixli icra vərəqəsi üzrə isə 18922,73 manat, cəmi 23443,94 manat əmək haqqı və istifadə etmədiyi əmək məzuniyyətinə görə hesablanmış məbləğin tələbkarın xeyrinə ödənilməsi ilə bağlı iddiaçı ASC-yə xx.xx.2018-ci il tarixdə rəsmi xəbərdarlıq göndərilmiş, lakin, borclu yenidən icra sənədini icra etməmişdir. Bu səbəbdən də icra sənədinin icrası əmlakların hesabına ödənilməsi məqsədi ilə bağlı icra tədbiri xx.xx.2019cu il tarixə təyin olunmuş və bununla bağlı tərəflərə rəsmi məlumat verilmişdir. Bu məqsədlə də Şabran Rayon Məhkəməsinin 8(031)-1/16 nömrəli, xx.xx.2016-cı il tarixli qərardadı ilə həbs qoyulmuş əmlaklardan 1 ədəd 4 tonluq su çəni dəyəri 400 manat və 1000 manat dəyərində 2 ədəd böyük ölçülü kukl birinci icra sənədi üzrə qalıq qalmış 4521,21 manat borcun əvəzinə tələbkar Nizami Ağamalıyevə təhvil verilmişdir və bu barədə müvafiq akt tərtib olunmuşdur. Birinci icra sənədi üzrə qalıq qalmış 3121,21 manat borcun və ikinci icra vərəqəsi üzrə yaranmış 18922,73 manat borcu tələbkarın xeyrinə ödənilməsi məqsədi ilə İddiaçı ASC-nin əmlaklarına həbs qoyularaq xx.xx.2018-ci il tarixdə akt tərtib edilmiş və dərhal əmlakların üzərinə həbs qoyulması ilə bağlı məhkəməyə təqdimatla müraciət olunmuşdur. Şabran Rayon Məhkəməsinin 25 fevral 2019-cu il tarixli, 8(031)-7/2019 nömrəli qərardadı ilə 1 ədəd rus istehsalı olan direl-deşici dəzgahı,1 ədəd rus istehsalı olan dəmiryonan dəzgahı,1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) tokar dəzgahı, 1 ədəd rus istehsalı olan (1969-cu il buraxılışı) hava komperossoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina üzərinə həbs qoyulmuşdur. Bu səbəbdən də, həbs qoyulmuş əmlakların qiymətləndirilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-yə məktub göndərilmiş, üzərinə həbs qoyulmuş əmlak 9350 manat qiymətləndirilmiş, İddiaçı ASC-nin balansında olan 1 ədəd direldeşici dəzgah,1 ədəd dəmir yonan dəzgah, 1 ədəd tokar dəzgah, 1 ədəd hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina borc əvəzində tələbkar Nizami Ağamalıyevə rəsmi təklif olunmuş, tələbkar Nizami Ağamalıyev xx.xx.2020-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək qeyd olunan əmlakların borc əvəzində qəbul edildiyini və həmin əmlakların ona verilməsini xahiş etmişdir. Bu səbəbdən də qeyd olanan icra sənədlərinin icrası xx.xx.2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə rəsmi məlumat verilmişdir. xx.xx.2020-ci il tarixdə Şabran Rayon Məhkəməsinin 8(074)-73/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş İddiaçı ASCnin balansında olan 1 ədəd direl-deşici dəzgah, 1 ədəd dəmir yonan dəzgah, 1 ədəd tokar dəzgah, 1 ədəd hava kompressoru, 2 otaqdan ibarət gözətçi binası və 2 otaqdan ibarət yardımçı bina tələbkar X3 təhvil verilmiş və bu barədə müvafiq akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-662 nömrəli, 02 iyun 2014-cü il tarixli icra sənədi üzrə borc məbləği tam bağlandığı üçün qeyd olunan icra sənədinin icraatına xitam verilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(118)-746/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. (hakim İ.Quliyev) Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, iddiaçının tələbi vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlıdır. Lakin, belə bir ziyan tələbi məhkəmə qərarının düzgün icra edilməməsi ilə bağlı yarandığına və məhkəmə qərarının icrasına məhkəmə nəzarəti olduğuna görə iddia əsaslı hesab edilə bilməz. İddiaçının tələbinin əsasını məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icra hərəkətləri zamanı inzibati orqanın müvafiq hesablamaları düzgün aparmaması və məhkəmə qərarını düzgün icra etməməsi təşkil edir. Halbuki, cavabdeh inzibati orqanın iddiaya münasibətindən və məhkəmə qərarının icrası ilə bağlı məhkəməyə təqdim edilmiş icra sənədlərindən görünür ki, məhkəmə qərarlarının icrasına qərarı vermiş məhkəmənin nəzarəti olmuş və məhkəmə qərarının icrasından narazılıqla bağlı çoxsaylı şikayətlər olmuş və məhkəmə qərarının icrası ilə bağlı hərəkətlər məhkəmə nəzarətində həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarlarının icrası ilə bağlı icra orqanının qərar və hərəkətlərindən şikayətlə bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmamasının formalaşmış məhkəmə təcrübəsi mövcud olsada, icra qurumlarına qarşı ziyanla bağlı kompensasiya tələblərinin irəli sürülə bilməsi istisna olaraq qəbul edilmişdir. Lakin, məhkəmə hesab edir ki, bu cür tələblər məhkəmə nəzarətində həyata keçirildiyi halda və qərarı verən məhkəməyə müraciət baxımından hüquq müdafiə vasitələri ilə təminat altında olduğuna görə, bu kateqoriyada olan icra işləri ilə bağlı ziyana görə kompensasiya tələbləri iddiası ilə təkrar olaraq məhkəmə qərarının icrasına nəzarət edilməsi hüquqi müəyyənlik baxımından düzgün hesab edilə bilməz. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qərarında konkret olaraq hər hansı normativ akta əsaslanmamışdır. Hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İşin hallarından görünür ki, iddiaçı məhkəmə qərarının düzgün icra edilməməsi ilə bağlı İcra Şöbəsinin hərəkətlərindən narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2015-ci il 2 sentyabr tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Həmin qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, “İcra haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarında da bu mövqedən çıxış edərək qeyd etmişdir ki, məhkəmə aktı üzrə bir neçə borclu olduqda, eləcə də onların yaşadığı ərazi müxtəlif olduqda həmin aktı qəbul etmiş məhkəmə icra sənədini borcluların sayına uyğun və yaşadığı yer üzrə müvafiq icra qurumuna göndərməli və icra məmurunun icraata başlamaq haqqında qərarı vaxtında qəbul etməsinə nəzarət etməlidir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”. İstinad edilən normaların məzmunundan da göründüyü kimi, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı” nın İİ hissəsinin 2.1.1 və 2.1.1-1-ci bəndlərinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəmə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsinin və onunla bağlı xx.xx.2014cü il tarixli, 2(105)-662/2014 saylı icra sənədinin icrasına yönələn qərarı və ya hərəkəti ilə bağlı mübahisələr də inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İPM-in 1.1-ci, 2.1-ci və 2.2 –ci maddələrində təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddia və ya ərizəyə inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə həmin şərt ödənilmədiyi üçün ərizə mümkün sayılmamalıdır. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və məcburi icra tədbirləri yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə şikayət verə bilər. Hazırkı iş üzrə ərizəçi bu qaydaya uyğun olaraq, icraya nəzarət edən Şabran rayon məhkəməsinə müraciət etməli idi. Məhkəmə kollegiyası qeyd olunan fikirlərin davamı olaraq vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2, 35.1, 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 aprel 2022-ci il tarixli, 2-1(118)-746/2022 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar