Məhkəmə qərarları › İş №2-1(105)-453/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-453/2023

22.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-453/2023 22.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı statusun bərpa edilməsi, inzibati icraatın aparılmaması) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “onun müharibə veteranı statusunun bərpa olunması, veteran adı və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin öhdəlik olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Veteran adı və müvafiq vəsiqənin verilməsi” Komissiyasının üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(118)-607/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: 002282 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1997-ci il tarixdə Veteran vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi şəxsi heyətlə iş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, 024-11124/421-3222 nömrəli cavab məktubunda göstərilmişdir ki, DİN-in Mühafizə İdarəsinin Bakı su kəmərləri və obyektlərinin mühafizəsi üzrə polis alayının xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrinə əsaəsn ezam olunduğu (İddiaçı) Beyləqan rayonu Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarına əsasən Ermənistanla hərbi əməliyyatlar aparılan inzibati ərazi vahidi hesab olunmadığından, məsələnin müsbət həlli mümkünsüzdür. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək onun müharibə veteranı statusunun bərpa olunması, veteran adı və müvafiq vəsiqəsinin verilməsi vəzifəsinin öhdəlik olaraq AR Daxili İşlər Nazirliyinin “Veteran adı və müvafiq vəsiqənin verilməsi” Komissiyasının üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Daxili İşlər Nazirliyinin Mühafizə idarəsinin Bakı su kəmərləri və obyektlərin mühafizəsi üzrə polis alayında polis nəfəri vəzifəsində işləmişdir. Bakı su kəmərləri və obyektlərin mühafizəsi üzrə polis alayının xx.xx.1994-cü il tarixli, 37 №-li əmrinə əsasən o və bir qrup polis əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə Füzuli rayonuna ezam olunmuşlar. Lakin onlar qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələrini Beyləqan rayon Polis Şöbəsində qeydiyyata aldırdıqdan sonra, Füzuli rayonunun Arayatılı kəndində postlara yerləşdirilmişlər. Beləliklə, o 15 gün müddətində Arayatılı kəndində postda xidmət aparmışdır. Onunla olan polis əməkdaşları, X6, X7 və X8 da postlarda onunla bərabər olmuşlar. Onların hamısına 1997-ci il tarixdə “Müharibə veteranı” vəsiqəsi təqdim olunmuşdur. Ona da xx.xx.1997-ci il tarixdə 002287 №-li Veteran vəsiqəsi təqdim olunmuşdur. O mütəmadi olaraq veteranlar üçün nəzərdə tutulan müavinəti və 2019-cu ilin aprel ayında təyin olunmuş Prezident təqaüdünü almışdır. Lakin 2022-ci ilin fevral ayında ona Prezident təqaüdünün verilməsi dayandırılmışdır, sonradan məlum olmuşdur ki, onun “Müharibə Veteranı” statusu ləğv olunmuşdur. Bununla bağlı AR-nın Daxili İşlər Nazirliyinə müraciət etmiş, sonuncu müraciətinə xx.xx.2002-ci il tarixdə cavab verilmişdir ki, ezam olunduğu Beyləqan rayonu xx.xx.1995-ci il tarixli, 216 №-li Nazirlər Kabinetinin qərarına əsasən Ermənistanla hərbi əməliyyatın aparıldığı inzibati ərazi hesab olunmadığından, qaldırdığı məsələnin müsbət həlli mümkün deyil. Lakin onun xidmət apardığı Füzuli rayonu Nazirlər Kabinetinin qərarına əsasən Ermənistanla hərbi əməliyyatın aparıldığı inzibati ərazi hesab olunur. Yuxarıda adlarını qeyd etdiyi polis yoldaşları hal-hazırda Müharibə veteranı statusunu daşıyırlar. Həmin polis yoldaşları onlarla bir yerdə Füzuli rayonunun Arayatılı kəndində postlarda xidmət aparmağını təsdiq edə bilərlər. Beləliklə, “Veteran haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı hesab olunur və onun “Müharibə veteranı” statusu bərpa olunmalı, ona “Veteran adı və müvafiq vəsiqə”si verilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, xx.xx.2020-ci il tarixdə vət. İddiaçı ona təkrar “müharibə veteranı adı və vəsiqəsi” verilməsi ilə bağlı DİN-ə ünvanlanmış müraciəti ilə əlaqədar, adına verilmiş xx.xx.1997-ci il tarixli “002287” nömrəli vəsiqəsinin əsaslılığını yoxlamaq məqsədilə Nazirlikdə fəaliyyət göstərən müvafiq Komissiyanın protokollarına baxış keçirilərkən adı aşkar edilməmişdir. Həmçinin, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş arxiv məlumatında onun Baş Mühafizə İdarəsinin xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrinə əsasən ictimai asayişin qorunması məqsədilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparılmayan ərazilərə ezam edilməsi qeyd olunsa da, döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən heç bir məlumat aşkar olunmamış, bu səbəbdən də həmin müharibə veteranı vəsiqəsi etibarsız hesab edilmişdir. Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli qərarının tələblərinə uyğun olaraq vət. İddiaçı “müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi məqsədəuyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(118)-607/2023 nömrəli qərarı ilə iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, rəsmi sənədlərə əsasən iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.1994-cü il tarixli 37 nömrəli əmrinə əsasən ictimai asayişin qorunması məqsədilə xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatları aparılmayan ərazilərə ezam edilmişdir. İddiaçı özü də ərizəsində qeyd edir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək məqsədilə Füzuli rayonuna ezam olunmuşlar. Lakin onlar qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələrini Beyləqan rayon Polis Şöbəsində qeydiyyata aldırdıqdan sonra, Füzuli rayonunun Arayatılı kəndində postlara yerləşdirilmişlər. Göründüyü kimi iddiaçı qeydiyyata düşmək üçün Beyləqan rayon Polis Şöbəsinə getmiş və ezamiyyət vərəqələri Beyləqan rayon Polis Şöbəsində qeydiyyata alınmışdır. Lakin iddiaçının Fizuli rayonununa, döyüş bölgəsinə ezam olunması və döyüşlərdə iştirak etməsini sübut edən hər hansı bir rəsmi sənəd mövcud deyil. Bu halda cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilə bilməz. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmənin qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya qaydasında ləğv edilməlidir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycanın ərazi bütövlüyündə iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Müharibədə iştirak etdiyi üçün ona veteran statusu verilmiş, sonradan isə heç bir hüquqi əsas olmadan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Veteran adının və müvafiq vəsiqənin verilməsi” komissiyasının qərarına əsasən ləğv edilmişdir. O, Füzuli rayonunun Arayatılı kəndində postda olarkən hal-hazırda müharibə veteranı statusunu daşıyan şəxslərlə birlikdə xidmət aparmışdır. İddia ərizəsində həmin şəxsləri şahid kimi göstərsə də məhkəmə həmin şəxsləri məhkəmə baxışında dindirməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti, Azərbaycan Respublikasının Strateji X4 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X3 Xidməti və Azərbaycan Respublikasının Strateji X4 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 20.1. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Maddə 20.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Maddə 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Maddə 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müharibə veteranı statusunun bərpa edilməsi ilə bağlıdır. İddiaçı ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyindən, ona xx.xx.1997-ci il tarixli 002287№li “Müharibə veteranı” vəsiqəsinin verildiyini, ona görə müavinət, daha sonra isə təqaüd aldığını, 2022-ci ilin fevral ayından təqaüdün ödənilməsinin dayandırıldığını əsas gətirərək, qeyd olunan iddia tələbini irəli sürmüşdür. Cavabdeh inzibati orqan iddiaçının ezam olunduğu müvafiq rayonun hərbi əməliyyatlar aparılan inzibati ərazi vahidi olmadığından, Müharibə veteranı adı və vəsiqəsinin verilməsinin mümkün olmadığını əsas gətirərək, imtina etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, fevral ayından təqaüdün ödənilməsinin dayandırıldığını, bununla bağlı ona köməklik edilməsini xahiş etmiş, daha sonra ona “Müharibə veteranı” olmasına dair arayışın verilməsini xahiş etmidir. İddiaçının həmin müraciətinə baxılmasının nəticəsi barədə cavabdeh inzibati orqan tərəfindən 14 oktyabr 2020-ci il tarixli arayış tərtib edilmiş, həmin arayışın məzmununa əsasən iddiaçının adının Komissiyanın protokollarında aşkar olunmadığından, müraciətə baxılmasının dayandırılması, qəbul olunmuş qərar barəsində ona məlumat verilməsi qeyd edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçıya onun barəsində Komissiyanın protokollarında heç bir məlumat aşkar edilmədiyindən, qaldırdığı məsələnin müsbət həllinin mümkün olmadığı qeyd edilmişdir. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubun məzmunundan görünür ki, “Müharibə veteranı adı və vəsiqəsinin”, eləcə də Prezident təqaüdünün verilməsinə köməklik göstərilməsi barədə müraciətinə baxıldığını, onun ezam olunduğu müvafiq rayonun hərbi əməliyyatlar aparılan inzibati ərazi vahidi olmadığı qeyd olunmuş, əlavə olaraq ona ətraflı izah verildiyini, şikayət və tələbi olmadığından, müraciətə baxılmasının dayandırılması bildirilmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya 1997-ci il tarixdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi halı işin mübahisəsiz halı olsa da, cavabdeh inzibati orqan həmin ad və vəsiqənin verilməsinin qanunsuz olması, heç bir əsasının olmamasını bildirərək, buna səbəb kimi Komissiyanın protokollarında iddiaçının adının aşkar edilməməsi, onun döyüş əməliyyatlarında iştirakını təsdiq edən heç bir məlumatın aşkar olunmaması halını qeyd edərək, həmin müharibə veteranı vəsiqəsinin etibarsız hesab edildiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın istinad etdiyi həmin hallarla bağlı qeyd edir ki, iddiaçıya 1997-ci il tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmiş, indiki halda isə həmin ad və vəsiqənin verilməsinə dair inzibati aktın etibarsız hesab edilməsi və ya ləğv edilməsi halı müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan həmin ad və vəsiqənin verilməsinin əsassız olduğuna istinad edərək, etibarsız hesab olunduğunu bildirsə də, bu barədə qəbul olunmuş qərarı məhkəməyə təqdim etməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya qeyd olunan statusun verilməsi barədə inzibati aktın ləğv edilməsi və ya etibarsız hesab olunması və ya qüvvədən düşməsi halı müəyyən edilmədiyindən, habelə cavabdeh inzibati orqan tərəfindən bu barədə qəbul edilmiş heç bir qərarı olmadığından, onun iddiaçı barəsində hazırda qüvvədə olan inzibati aktın əsassız olması, etibarsız olması kimi hallara istinad etməsi qanunvericiliyin norma və prinsiplərinə (qanunçuluq, bərabərlik, mötəbərlik) zidd olmuşdur. Bundan əlavə qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qeyd olunan ad və vəsiqənin verilməsinin əsassız və etibarsız hesab edilməsi qənaətinə gələrkən, bununla bağlı öz təşəbbüsü ilə inzibati icraatın təzələnməsi, maraqlı şəxs qismində çıxış edən iddiaçının iştirakı ilə inzibati icraatın təkrar aparılması, bu barədə ona məlumat verilməsi, onun dinlənilmə hüququnun təmin edilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Halbuki, həmin tədbrilərin görülməsi inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh inzibati orqanın vəzifəsi olmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı məhz ona qeyd olunan ada görə ödənilən müvafiq təqaüdün ödənilməsi dayandırıldığından, bununla bağlı ona köməklik edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Göründüyü kimi, iddiaçı bu barədə sonradan məlumat əldə etmiş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində onun statusunun etibarsız hesab olunması barədə gəldiyi qənaəti bununla bağlı aparılmış inzibati icraatın nəticəsi və bunu özündə ehtiva edən qərarın nəticəsi kimi ortaya çıxmamışdır. Qeyd olunan hallar isə özlüyündə cavabdeh inzibati orqanının hərəkətlərinin qanunvericiliyin tələbinə zidd olmasını təsdiq edir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sonrakı müraciətinin nəticəsində inzibati icraat aparılsa da və həmin inzibati icraat materialları məhkəməyə təqdim edilsə də, həmin materiallara iddiaçının verdiyi izahatına dair sənəd, aparılmış inzibati icraata dair onun mövqeyini ifadə edən hər hansı sənəd əlavə edilməmiş, yalnız müvafiq arayışda iddiaçının izahat verməsi, şikayət və tələbinin olmaması halına istinad edilmiş, habelə həmin müraciətin nəticəsi olaraq da iddiaçı barəsinsə qeyd olunan statusun verilməsinin ləğv edilməsi və ya etibarsız olunması barədə hər hansı qərar qəbul edilməmişdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh inzibati orqan tərəfindən iddiaçı ilə bağlı ona verilən “Müharibə veteranı” statusunun etibarsız hesab edilməsi (əsassız olması) ilə bağlı gəldiyi qənaəti qanunvericiliyin tələbinə zidd olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin norma və tələblərinə əməl edimədiyi halda, birinci instansiya məhkəməsi tərəfindən həmin hallara düzgün hüquqi qiymət verilməmiş, cavabdeh inzibati orqan tərəfindən aparılmış inzibati icraatın qanunvericiliyin norma və prinsiplərinə uyğun aparılıbaparılmaması, bununla bağlı inzibati icraatın təzələnib-təzələnməməsi, iddiaçının inzibati icraat zamanı iştirakının və dinlənilmə hüququnun təmin edilib-edilməməsi, habelə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırıb-araşdırmaması, iddiaçı barəsində qüvvədə olan inzibati aktın ləğv edilibedilməməsi və ya etibarsız hesab edilib-edilməməsi ilə bağlı cavabdeh inzibati orqan tərəfindən inzibati aktın qəbul edilib-edilməməsi hallarını aydınlaşdırmamış, nəticə etibarilə iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunduğundan və apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilərək iddia təmin edilməlidir. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli 2-1(118)-607/2023 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı verilmiş “Müharibə veteranı” statusunun bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar