Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-454/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X2 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı, onun vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Seriya RX № ******* xx.xx.2012-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən (C tikilisi tam olaraq, B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsinin) anbar və istehsalat obyekti üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına çıхarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-116/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Qeyri dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidən qurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında 22 oktyabr 2008-ci il tarixli Aktla və Abşeron rayon İHB-nin 478 saylı, 05 aprel 2011-ci il tarixli sərəncamı ilə istismara qəbul edilmiş İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-0095, KOD 30801006 saylı Dövlət aktı ilə Xırdalan şəhərinin ərazisində ona məxsus 2,20 ha (hazırda1.50 ha) torpaq sahəsində inşa etdirdiyi sahəsi 2097.99 kv.m anbar və istehsal obyektinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınmasını və buna dair müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi-vəkili məhkəməyə iddia tələbinə dair dəqiqləşmə ərizəsi təqdim edərək, “Seriya RX № ******* xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən (C tikilisi tam olaraq, B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsinin) anbar və istehsalat obyekti üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Xırdalan Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edilərək İddiaçı tikinti məqsədi ilə alqı-satqı qaydasında Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan yararsız kimi uçota alınmış torpaqdan 2,2 hektar torpaq sahəsinin nəzərdə tutulması bildirilərək, satılan torpaq sahəsinin normativ qiyməti barədə arayış verilməsi xahiş olunmuşdur. Xırdalan bələdiyyəsinə təhkim edilmiş və alqı-satqı predmeti olan torpaqdan tikinti məqsədi ilə İddiaçı 2,2 hektar torpaq sahəsi satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən etiraz edilməməsinə dair müvafiq rəy verilmişdir. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 43 saylı, 17 fevral 2005-ci il tarixli məktubuna əsasən istənilən torpaq sahəsinə baxış keçirilmiş Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan tikinti məqsədi ilə 2,2 hektar torpaq sahəsinin İddiaçı satılması razılıq verilməsinə dair akt tərtib edilmişdir. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 03 saylı, 25 fevral 2005-ci il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan Sahibkarlıqla məşğul olmaq üçün yararsız kimi uçota alınmış torpaqdan tikinti məqsədi ilə 2,2 hektar torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Göstərilən qərar əsasında torpaqların alqısatqısına dair akt tərtib edilmiş və həmin akt Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən 01 mart 2005-ci il tarixdə, 470 nömrə ilə qeydiyyata alınmışdır. Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin 03 saylı, 25 fevral 2005-ci il tarixli qərarı ilə Abşeron rayonu, Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan Sahibkarlıqla məşğul olmaq üçün yararsız kimi uçota alınmış torpaqdan tikinti məqsədi ilə İddiaçı satılmış 2,2 hektar torpaq sahəsinə dair 16 mart 2005-ci il tarixdə torpağa mülkiyyət hüququna dair JN-0095, KOD 30801006 saylı Dövlət aktı verilmişdir. Həmçinin həmin torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Göstərilən torpaq sahəsində sahəsi 2907,59 kvm obyekt inşa edilmişdir. Göstərilən qeyriyaşayış sahəsi 22 oktyabr 2008-ci il tarixdə istismara qəbul edilmiş həmin obyektin istismarına qəbuluna dair 22 oktyabr 2008-ci il tarixdə müvafiq akt tərtib edilmişdir. Abşeron rayon İHB-nin 478 saylı, 05 aprel 2011-ci il tarixli sərəncamı ilə İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-0095, KOD 30801006 saylı Dövlət aktı ilə Xırdalan şəhərinin ərazisində ona məxsus 2,20 ha torpaq sahəsində inşa etdirdiyi anbar və istehsal obyektinin istismara qəbul edilməsi qərara alınmışdır. 01 oktyabr 2012-ci il tarixdə 2,2 ha torpaq sahəsindən 0,70 ha torpaq sahəsi daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı tərəfindən X1. Bundan sonra yenidən qeydiyyat aparılmış və mülkiyyətində qalan 1,50 ha torpaq sahəsi iddiaçının adına qeydiyyata alınmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 30 mart 2022-ci il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı: 1. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; 2. Müraciət üzrə əlavə edilmiş eskiz layihədə göstərilən Q tikilisi və A tikilisinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, yüksək gərginlikli elektrik xəttinin (110 kv.t) mühafizə zolağında yerləşdiyi; 3. Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edildiyi və təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edildiyi; 4. Qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin texniki sənəddə qeyd olunan ölçüləri ilə faktiki qeyri-yaşayış binası və torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 2011-ci il tarixli, 478 nömrəli sərəncamından görünür ki, İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-0095 KOD 30801006 Dövlət Aktı ilə Xırdalan şəhəri ərazisində ona məxsus 2.20 ha torpaq sahəsində inşa etdirdiyi anbar və istehsal obyekti istismara qəbul edilmişdir. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 25 fevral 2005-ci il tarixli, 03 nömrəli qərarından görünür ki, İddiaçı Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan sahibkarlıqla məşğul olmaq üçün yararsız kimi uçota alınmış torpaqdan tikinti məqsədilə 2,2 hektar satılması qərara alınmışdır. Bundan sonra 01 mart 2005-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” Akt tərtib olunmuşdur. JN-0095, KOD 30801006 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 25 fevral 2005-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı 2,20 hektar torpaq sahəsi ayrılmışdır. RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,50 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-116/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, seriya RX № 0048647, xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən (C tikilisi tam olaraq, B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsinin) anbar və istehsalat obyekti üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən, məhkəmə qərarında göstərilən dəlillər işin hallarına uyğun olmadığından, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadığından, habelə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut olunmadığından qərar ləğv olunmalı və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və onun vəkili apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;.... 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ..... 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; .... Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; .... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia tələbinin qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən anbar və istehsalat obyekti üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına çıхarışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı anbar və istehsalat obyekti üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmayaraq yaranmış mübahisə ilə əlaqədar aşağıdakıları qeyd edir. Abşeron rayonu Xırdalan bələdiyyəsinin 25 fevral 2005-ci il tarixli, 03 nömrəli qərarından görünür ki, İddiaçı Xırdalan Bələdiyyəsinin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaqdan sahibkarlıqla məşğul olmaq üçün yararsız kimi uçota alınmış torpaqdan tikinti məqsədilə 2,2 hektar satılması qərara alınmışdır. Bundan sonra 01 mart 2005-ci il tarixdə “Torpaqların alqı-satqısına dair” Akt tərtib olunmuşdur. JN-0095, KOD 30801006 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin 25 fevral 2005-ci il tarixli, 03 nömrəli qərarı ilə İddiaçı 2,20 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarına əlavə olunmuş 01 oktyabr 2012-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Abşeron rayon, Xırdalan şəhərində yerləşən 2,20 ha torpaq sahəsindən 0,70 ha hissəsi İddiaçı tərəfindən X1. RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,50 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İş materiallarına əlavə olunmuş 22 oktyabr 2008-ci il tarixli “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Aktdan görünür ki, Xırdalan şəhərinin şimal hissəsində, Xırdalanın Sarayla sərhəddində yerləşən istehsalat obyekti istismara qəbul edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 2011-ci il tarixli, 478 nömrəli sərəncamından görünür ki, İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-0095 KOD 30801006 Dövlət Aktı ilə Xırdalan şəhəri ərazisində ona məxsus 2.20 ha torpaq sahəsində inşa etdirdiyi anbar və istehsal obyekti istismara qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-1832/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş 24 noyabr 2023-cü il tarixli, 3-21-3-32/2- 14154/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, məhkəmə tərəfindən eskiz lahiyə təqdim edilmədiyindən Q tikilisi və A tikilisinin bir hissəsi sənəd üzrə torpaq sahəsindən kənarda, yüksək gərginlikli elektrik xəttinin (110 kv.t) mühafizə zolağında yerləşibyerləşməməsi sualının cavablandırılması mümkün olmamışdır. Lakin iddiaçının faktiki istifadəsində olan (baş planda göstərilən) C tikilisi tam olaraq, B tikilisinin 112 kv.m hissəsi **********07 reyestr nömrəli İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşir. C tikilisi tam olaraq B tikilisinin 262 kv.m hissəsi yüksək gərginlikli elektrik xəttinin (110 kv.t) mühafizə zolağında yerləşir və sxemdə göstərilmişdir; Elektron məlumat bazasına əsasən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşən torpaq sahəsi ehtiyyat fondu kateqoriyalı torpaqlara aiddir. Cavabdeh inzibati orqanın 30 iyul 2024-cü il tarixli, 321332/1-10237/24 nömrəli məktubundan görünür ki, idarənin elektron baza məlumatlarına əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,50 ha torpaq sahəsindən kənarda yerləşən B tikilisinin bir hissəsi və C tikilisinə aid torpaq sahələri TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və təyinatına görə Sənaye, Nəqliyyat, Rabitə və X4 aid edilmişdir. Apellyasiya instansiyasında icraat zamanı məhkəmə kollegiyası tərəfindən cavabdeh inzibati orqanın mütəxəssisinin iştirakı ilə mübahisə predmeti olan əraziyə, anbar və istehsalat obyektlərinə baxış keçirilmişdir. Yerli baxış zamanı torpaq sahəsinin hasara alındığı və torpaq sahəsinin, tikililərin iddiaçının faktiki istifadəsində olduğu, qeyd olunanlarla bağlı mübahisə olmadığı, torpaq sahəsində A,B,C,D tikililərinin yerləşdiyi, iş materiallarına əlavə edilmiş eskiz layihədə və cavabdeh orqanın mütəxəssisi N.Mahmudov tərəfindən tərtib edilmiş torpaq sahəsinin baş planında tikililərin nömrələrinin fərqli qeyd olunduğu müəyyən olunmuşdur. Belə ki, eskiz layihə üzrə A tikilisi mütəxəssis rəyində B tikilisi, eskiz layihə üzrə Q tikilisi mütəxəssis rəyində C tikilisi, eskiz layihə üzrə B tikilisi mütəxəssis rəyində A tikilisi olaraq, D tikilisi isə elə D tikilisi olaraq qeyd olunmuşdur. Eyni zamanda eskiz layihə üzrə A tikilisi və Q tikilisi istiqamətində yüksək gərginlikli elektrik xəttinin keçdiyi vizual olaraq görülmüşdür. Eyni zamanda eskiz layihə üzrə A tikilisinin anbar binası kimi istifadə olunan vahid tikili olması vizual olaraq görülmüşdür. Yerli baxışda iştirak edən mütəxəssisin məhkəməyə təqdim etdiyi rəydə edilmişdir ki, GPS aləti vasitəsi ilə yerölçmə işləri aparılmış və sözügedən torpaq sahələri barədə məlumatlar idarənin elektron baza məlumatları əsasında araşdırılmışdır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, mühəndis N.Mahmudov tərəfindən tərtib edilmiş müəsisənin yerləşdiyi torpaq sahəsinin baş planında əsas tikili inzibati bina olduğundan liter A ilə işarələnmiş, digər tikililər isə təlimata uyğun olaraq B və C literləri ilə literlənmişdir. Lakin vətəndaş tərəfindən təqdim olunmuş eskiz layihədə anbar binası liter A ilə işarələnmişdir. Buna baxmayaraq ölçü və sahələrdə hər hansı bir fərq yoxdur və layihəyə uyğundur. Mühəndis N.Mahmudov tərəfindən tərtib edilmiş baş planda B tikilisi kimi qeyd edilən tikilinin 335.21 m2 hissəsi, təqdim edilmiş layihədən çıxarılması şərtilə nəzərə alına bilər. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilərək seriya RX № ******* xx.xx.2012-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən (C tikilisi tam olaraq, B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsinin) anbar və istehsalat obyekti üzərində iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, İddiaçı adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin vahid əmlakın bir hissəsi çıxıldıqdan sonra qalan hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı gəldiyi nəticə əsassızdır. Göründüyü kimi birinci instansiya məhkəməsi B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmalı olması qənaətinə gəlmişdir. Yuxarıda da qeyd olunduğu kimi kollegiya tərəfindən mübahisə predmeti olan əraziyə, anbar və istehsalat obyektlərinə baxış keçirilmiş, həmin ərazidən yüksək gərginlikli elektrik xəttinin keçməsi və B tikilisinin 112 kv.m hissəsinin iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli ərazidən yüksək gərginlikli elektrik xətti keçməsə belə, B tikilisinin 112 kv.m hissəsi İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşdiyindən, eləcə də B tikilisi vahid əmlak olduğundan həmin hissədə iddia tələbi təmin edilməməlidir. Belə ki, vahid əmlakın müəyyən bir hissəsi çıxılmaqla qalan hissəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, B tikilisinin 112 kv.m hissəsi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsindən kənarda yerləşdiyindən və bu da B tikilisinə münasibətdə iddianın rədd edilməsinə əsas olduğundan, elektrik xəttinin mühafizə zolağı ilə bağlı əlavə araşdırmaya zərurət qalmamışdır. Qeyd olunan hallar məhkəmə iclasında iddiaçının diqqətinə çatdırılmaqla onunla müzakirə edilmiş, lakin iddiaçı iddia tələbinə olduğu kimi baxılmasını xahiş etmişdir. Hazırda iddia tələbi iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən (C tikilisi tam olaraq, B tikilisinin 262 kv.m hissəsi çıxıldıqdan sonra qalan hissəsinin) anbar və istehsalat obyekti üzərində onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədədir. Göründüyü kimi C tikilisi ilə bağlı artıq mübahisə yoxdur, iddia tələbindən tamamilə çıxarılmışdır. Mübahisə B tikilisi ilə bağlı olmuşdur ki, ona da yuxarıda münasibət bildirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddia qismən – B və C tikililəri tam olaraq çıxılmaqla A və D tikililərinə münasibətdə təmin edilməlidir. Məhkəmə kollegiyası iddianın əsaslılığı baxımından cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərərək aşağıdakıları qeyd edir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı vermiş və hazırda da apellyasiya şikayətində həmin dəlillərə istinad etmişdir: 1) Abşeron rayonu, Xırdalan şəhərində yerləşən qeyri-yaşayış binasının tikintiyə icazə verilməsi barədə sənədlərinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi; 2) Müraciət üzrə əlavə edilmiş eskiz layihədə göstərilən Q tikilisi və A tikilisinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, yüksək gərginlikli elektrik xəttinin (110 kv.t) mühafizə zolağında yerləşməsi; 3) Sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edilməsi və təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edilməsi; 4) Qeyri-yaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin texniki sənəddə qeyd olunan ölçüləri ilə faktiki qeyri-yaşayış binası və torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olması. Kollegiya qeyd edir ki, iş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışdan da görünür ki, iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını istədiyi anbar və istehsalat obyekti onun mülkiyyətində olan torpaq sahəsində yerləşir. Eləcə də sözügedən anbar və istehsalat obyektinə münasibətdə istismara qəbul aktı da qəbul edilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 oktyabr 2008-ci il tarixli “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Aktdan görünür ki, Xırdalan şəhərinin şimal hissəsində, Xırdalanın Sarayla sərhəddində yerləşən istehsalat obyekti istismara qəbul edilmişdir. Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 2011-ci il tarixli, 478 nömrəli sərəncamından görünür ki, İddiaçı Torpağa mülkiyyət hüququna dair JN-0095 KOD 30801006 Dövlət Aktı ilə Xırdalan şəhəri ərazisində ona məxsus 2.20 ha torpaq sahəsində inşa etdirdiyi anbar və istehsal obyekti istismara qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar qeyd olunmuşdur. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün yetərlidir. Hazırki iş üzrə də yuxarıda qeyd olunduğu kimi iddiaçıya məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiqləyən sənəd, 22 oktyabr 2008-ci il tarixli “Qeyri-dövlət qurumları, fiziki şəxslər tərəfindən inşa edilmiş (yenidənqurulmuş) bina və tikililərin (qurğuların) istismara qəbul edilməsi haqqında” Akt və Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05 aprel 2011-ci il tarixli, 478 nömrəli sərəncamı mövcuddur. Bu isə onu deməyə əsas verir ki, iddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etməkdə haqlı olmuşdur. İnzibati orqanın apellyasiya şikayətinin 2-ci dəlili müraciət üzrə əlavə edilmiş eskiz layihədə göstərilən Q tikilisi və A tikilisinin bir hissəsinin sənəd üzrə torpaq sahəsindən kənarda, yüksək gərginlikli elektrik xəttinin (110 kv.t) mühafizə zolağında yerləşməsi ilə bağlıdır. Kollegiya həmin dəlili qismən əsaslı hesab etməklə qeyd edir ki, iş materiallarına əlavə edilmiş eskiz layihədə və cavabdeh orqanın mütəxəssisi N.Mahmudov tərəfindən tərtib edilmiş torpaq sahəsinin baş planında tikililərin nömrələrinin fərqli qeyd olunmuşdur. Belə ki, eskiz layihə üzrə A tikilisi mütəxəssis rəyində B tikilisi olaraq qeyd olunmuşdur. Yuxarıda da qeyd olunduğu kimi həmin hissədə iddia tələbi təmin edilmir. Eləcə də eskiz layihə üzrə Q tikilisi mütəxəssis rəyində C tikilisi olaraq qeyd olunmuşdur. Hazırda iddiaçının həmin tikili ilə bağlı tələbi yoxdur. Cavabdehin apellyasiya şikayətinin 3-cü dəlili sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə ehtiyat fondu torpaqlarına aid edilməsi və təyinatı üzrə müəyyən edilmiş istifadə rejiminə uyğun tələbləri gözlənilmədən üzərində qeyri-yaşayış binasının inşa edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası həmin dəlili də iddiaçının müraciətindən imtina və mülkiyyət hüquqlarının məhdudlaşdırılması əsası kimi qəbul etməməklə qeyd edir ki, iş materiallarına əlavə olunmuş RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,50 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin “məqsədli istifadə növü” olaraq “sahibkarlıq” qeyd olunmuşdur. Eyni zamanda cavabdeh inzibati orqanın 30 iyul 2024-cü il tarixli, 321332/1-10237/24 nömrəli məktubundan görünür ki, idarənin elektron baza məlumatlarına əsasən İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1,50 ha torpaq sahəsindən kənarda yerləşən B tikilisinin bir hissəsi və C tikilisinə aid torpaq sahələri TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və təyinatına görə Sənaye, Nəqliyyat, Rabitə və X4 aid edilmişdir. Bu isə həmin dəlilin əsassız olduğunu göstərir. Cavabdeh inzibati orqanın apellyasiya şikayətinin sonuncu – 4-cü dəlili isə qeyriyaşayış binası və onun yerləşdiyi torpaq sahəsinin texniki sənəddə qeyd olunan ölçüləri ilə faktiki qeyri-yaşayış binası və torpaq sahəsinin ölçüləri arasında uyğunsuzluq olması ilə bağlıdır. Kollegiya həmin dəlili də əsassız hesab etməklə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd olunan uyğunsuzluqla bağlı hər hansı sübut təqdim edilməmiş, eləcə də mütəxəssis rəyində də qeyd edilmişdir ki, “ölçü və sahələrdə hər hansı bir fərq yoxdur və layihəyə uyğundur”. Göründüyü kimi cavabdeh inzibati orqanın apellyasiya şikayətində istinad etdiyi dəlillər eskiz layihə üzrə A tikilisi (mütəxəssis rəyindəki B tikilisi) istisna olmaqla əsaslı hesab edilə bilməz və iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, iş materiallarına əlavə edilmiş eskiz layihədə və cavabdeh orqanın mütəxəssisi N.Mahmudov tərəfindən tərtib edilmiş torpaq sahəsinin baş planında tikililərin nömrələrinin fərqli qeyd olunduğu müəyyən olunmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, eskiz layihə üzrə A tikilisi mütəxəssis rəyində B tikilisi olaraq qeyd olunmuşdur. Həmin hissədə iddia tələbi təmin edilmir. Eləcə də eskiz layihə üzrə Q tikilisi mütəxəssis rəyində C tikilisi olaraq qeyd olunmuşdur. Hazırda iddiaçının həmin tikili ilə bağlı tələbi yoxdur. Eskiz layihə üzrə B tikilisi mütəxəssis rəyində A tikilisi olaraq, D tikilisi isə elə D tikilisi olaraq qeyd olunmuşdur. Həmin tikililərə münasibətdə isə iddia tələbi təmin olunur. İddiaçıya izah olunsun ki, hazırkı iddia eskiz layihə üzrə A tikilisinin iddiaçının mülkiyyətdə olan torpaq sahəsindən kənarda yerləşən hissəsi və mühafizə zonası ilə bağlı uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra həmin tikilinin qalan hissəsi üzərində də mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə cavabdeh inzibati orqana müraciət etməsini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 yanvar 2025-ci il tarixli, 2-1(118)-116/2025 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. RX seriyalı, ******* nömrəli, xx.xx.2012-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”la İddiaçı mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşən eskiz layihə üzrə D (anbar binası) və B (inzibati bina) tikililəri üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, onun adına müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. İddia qalan hissədə rədd edilsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.