Məhkəmə qərarları › İş №2-1(105)-455/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-455/2023

04.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-455/2023 04.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı aylıq müavinətin verilməsi tələbinə dair iş üzrə (Açar sözlər: məcburi köçkün qismində aylıq müavinətin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X7, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq vahid müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1793/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, 27/23-105 nömrəli məktubundan görünür ki, Sizin övladlarınıza vahid aylıq müavinət Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24.01,2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi QaydasTnın 2.6-cı (2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara;) bəndinin tələbinə əsasən şamil olunmur. Həmin məsələ ilə bağlı Sizə fərdi qəbul zamanı müvafiq izahat və düzgün istiqamət verilmişdir. Bununla yanaşı həmin məsələyə məhkəmə qaydasında baxılması üçün Sizin aidiyyəti üzrə müvafiq məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. İddiaçılara və onların atasına məxsus olan məcburi köçkün vəsiqələrinə əsasən X8 (AA 477395), X9 (AA 433289) və X2 rayonundan məcburi köçkündürlər. Onlar müvəqqəti olaraq ünvan 2 ünvanında məskunlaşmışlar. ünvan 3razi dairəsi üzrə nümayəndəliyinin 398 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, iddiaçıların atası xx.xx.1966-cı il təvəllüdlü X11 1992-ci ilin may ayından Laçın rayonunun Qarıqışlaq kəndindən məcburi köçkün düşmüşdür. Hazırda Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 18, otaq 65 ünvanında məskunlaşmışlar. Elxan Süleymanov xx.xx.2019cu il tarixdən aylıq yemək xərci müavinəti alır. Qızları- iddiaçılar X8 və X9 yemək xərci müavinəti almırlar. Laçın rayon İcra Hakimiyyəti başçısı aparatının xx.xx.2023-cü il tarixli, 5-64/2-126/2023 nömrəli məktubundan görünür ki, xx.xx.2002-ci il taixdə doğulmuş İddiaçı2 və xx.xx.2004-cü il taixdə doğulmuş İddiaçı1 adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 3.1-ci bəndinin tələbinə əsasən Laçın rayonu üzrə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına və aylıq hesabata daxil edilərək, aidiyyəti üzrə baxılması üçün tərəfimizdən xx.xx.2019-cu il tarixli, 5/157 nömrəli məktubla Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin həmin Qaydanın 3.5-ci bəndinin icrası zamanı sözügedən Qaydanın 2.6-cı bəndinə əsasən onlara vahid aylıq müavinət şamil edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçılar məhkəməyə müraciət edərək məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq vahid müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, onlar Laçın rayonu, Qarıqışlaq kəndində qeydiyyatdadırlar və hal-hazırda Sumqayıt şəhərində məskunlaşmışlar. X1 məcburi köçkünlərə edilən bütün yardımları alır və məcburi köçkündür, məcburi köçkün statusu və vəsiqəsinə sahibdir. Həmçinin, iddiaçılar məcburi köçkün statusuna və vəsiqəsinə sahibdirlər. Lakin hal-hazırda ailələrində atalarından başqa məcburi köçkünlərə verilən müavinəti alan yoxdur. Halbuki iddiaçıların 18 yaşı tamam olmuş, müstəqil şəxslərdirlər və eyni zamanda məcburi köçkün statusu və vəsiqəsinə də sahibdirlər. Qeyd edilənlərlə əlaqədar olaraq iddiaçıların atası onlara məcburi köçkünlərə verilən müavinətin təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin müraciət qanunsuz olaraq müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 atası X3 övladlarına vahid aylıq müavinətin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciəti Komitənin xx.xx.2022-ci il tarixli 01/4670 nömrəli məktubu ilə cavablandırılaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na müvafiq olaraq aidiyyəti olaraq baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı əraziləri işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi, vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə ərazilərə işğaldan azad olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 2.3-cü bəndinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı bəndinə əsasən, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Qərarın 9-cu bəndinə əsasən, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Yuxarıda yazılanlara əsasən bildirilir ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Bildirilir ki, iddiaçılara vahid aylıq müavinətin verilməsindən imtina olunması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.6-cı bəndinə əsasən, valideynlərindən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, iddiaçılar İddiaçı2, İddiaçı1 atası X3 məcburi köçkün statusuna malik olduğu və hazırda Laçın rayonu, Qarıqışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olması, anaları X4 isə yaşayış yeri üzrə ünvan 5i ünvanında qeydiyyatda olsada, məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığı müəyyən olunmuşdur. Odur ki, Qaydaların 2.6-cı bəndinin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı2, İddiaçı1 anaları məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından vahid aylıq müavinət ödənilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2021-ci il 30 iyun tarixli 2-1(102)-710/2021 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmış, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1 (104)-463/2020 saylı 24 sentyabr 2020-ci il tarixli qərarından verilmiş kassasiya şikayəti qismən təmin olunmuşdur. Kollegiya öz qərarını aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası yuxarıda yazılan mövqe ilə razılaşmayaraq bildirir ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edildiyi zaman məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin ödənilməsinin yeni şərtləri müəyyən edilmişdir. Belə ki, əvvəlki qanunvericiliklə (“Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən vahid aylıq müavinətin paylanmasına dair Təlimat”) nəzərdə tutulan şərtlər bir qədər dəyişdirilmişdir. Aşağı instansiya məhkəmələrinin mövqeyindən belə məlum olur ki, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət bücəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” onun qəbul edildiyi gündən sonra aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməlidir. Halbuki sözügedən qaydaların müddəalarının təhlili onu göstərir ki, həmin müddəaların Qaydalar qəbul olunanadək aylıq müavinət almaq hüququ yaranmış şəxslərə münasibətdə tətbiq edilməsi nəzərdə tutulub. Digər tərəfdən aşağı instansiya məhkəmələrinin mövqeyi haqlı hesab olunsa, “Qaydalar”dakı bəzi müddəaların (məs: Qaydaların 1.1-ci bəndinə əsasən, ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə aylıq müavinət verilir) nəzərdə tutulmasının əhəmiyyəti qalmır. Belə ki, məsələn, 2017-ci ildən sonra (Qaydalar qəbul edildikdən sonra) ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan yeni şəxslərin olması mümkün deyil. Başqa sözlə qanunvericinin iradə ifadəsi də aylıq müavinətin verilməsi əsaslarının yenidən müəyyən edilməsi olmuşdur ki, bu səbəblə də yeni yanaşma əsasında qanunvericilik dəyişilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası həmin şəxslərə münasibətdə hazırda qüvvədə olan qanunvericilik aktlarının tətbiqini qanuni hesab edir. Belə olan halda iddiaçıların yeni tənzimləməyə əsasən, aylıq müavinət almaq hüququ yoxdur”. Həmçinin bildirilir ki, qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeydşərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulur. Bu qeyd olunanlara əsasən iddiaçılar İddiaçı2 və İddiaçı1 “vahid aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia tələbi məhkəmə tərəfindən təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1793/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X8 və X6 məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq vahid müavinətin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır. (hakim İmran Burcayev) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılara məcburi köçkünlər üçün nəzərdə tutulan aylıq vahid müavinətin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. qüvvədə olan qanunvericilik normalarının :ələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən /əsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki, şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas ermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq iormativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulur. Aparılmış araşdırma zamanı, iddiaçılar İddiaçı2, İddiaçı1 atası X3 məcburi köçkün statusuna malik olduğu və hazırda Laçın rayonu, Qarıqışlaq kəndində yaşayış yeri üzrə qeydiyyatda olması, İddiaçı2, İddiaçı1 anası X4 isə yaşayış yeri üzrə ünvan 5i ünvanında qeydiyyatda olsada, məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığı müəyyən olunmuşdur. Odur ki, Qaydaların 2.6-cı bəndinin tələblərinə uyğun olaraq, iddiaçılar İddiaçı2, İddiaçı1 valideynlərindən biri məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olmadığından onlara vahid aylıq müavinət ödənilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin öz qərarında qeyd etdiyi “cavabdehin imtinası” ifadəsinin işlənməsi düzgün hesab olunmamalıdır. Belə ki, iddiaçılar İddiaçı2, İddiaçı1 atası X3 övladlarına vahid aylıq müavinətin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciəti Komitənin xx.xx.2022-ci il tarixli 01/4670 nömrəli məktubu ilə cavablandırılaraq, “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na müvafiq olaraq aidiyyəti olaraq baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. İddiaçı2 vahid aylıq müavinətin verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə müraciəti Komitənin xx.xx.2022-ci il tarixli 01/5835 nömrəli məktubu ilə cavablandırılaraq “Məcburi Köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na müvafiq olaraq aidiyyəti olaraq baxılması üçün Laçın Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Göründüyü kimi, hər iki cavab məktubu imtina xarakterli inzibati akt olmamışdır, ddiaçılara vahid aylıq müavinətin ödənilməsi ilə bağlı Komitəyə ünvanlanmış məktublar Qaydaların tələblərinə uyqun olaraq baxılması üçün aidiyyəti rayon icra hakimiyyətinə döndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin qərarında qeyd etdiyi “valideynlərindən atası “məcburi köçkün statusunu malik olan” anlayışı məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı məsələləri tənzimləyən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasında deyil, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1,6-cı bəndinin şərtlərindən İçiri kimi qeyd olunmuşdur, (valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq dən vəsiqə verilir.) Odur ki, iddiaçılar İddiaçı2, İddiaçı1 nəcburi köçkünlər üçün nəzərdə tutulan vahid aylıq müavinətin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin nömrəli qərarı ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. İİ. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 6. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: ...dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrədövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.

1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir: 1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla); 2.Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: .... 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara; ….. 2.15. 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına (“məcburi köçkün” statusu saxlanılmaqla). …

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1 əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və ƏhalininSosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3 aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyatakeçirilir; 3.4 aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5 əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; “Uşaq hüqquları haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 1. Uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi məcburi köçkün qismində vahid aylıq müavinətin verilməsi ilə bağlıdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçılardan İddiaçı2 xx.xx.2002-ci il təvəllüdlü və İddiaçı1 xx.xx.2004-cü il təvəllüdlü olmaqla, hər ikisi yektkinlik yaşına çatmış şəxslərdir (18 yaşı tamam olmuşdur) və hər ikisi məcburi köçkün statusuna malikdir (buna dair müvafiq vəsiqələri vardır), habelə valideynlərindən biri ataları məcburi köçkün statusuna malik olmaqla, ona aylıq müavinət ödənilir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçılar özlərinin və valideynlərdən birinin (atalarının) məcburi köçkün statusuna malik olmaları halına istinad edərək, qeyd eidlən iddia tələbini irəli sürmüşlər. Cavabdeh inzibati orqanın imtinasını əsası isə iddiaçıların müvafiq Qaydaların 2.6-cı bəndinə əsasən (valideynlərdən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara) aylıq müavinət şamil edilməyən kateqoriya şəxslərə aid olması ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıların hər biri müvafiq icra hakimiyyəti orqanı tərəfindən yuxarıda istinad edilən Qaydaların 3.1-ci bəndinə əsasən Laçın rayonu üzrə vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısına və aylıq hesaba daxil edilmiş və baxılması üçün Azərbaycan Respublikası Qaçqınların və X12 üzrə Dövlət Komitəsinə göndərilmiş, həmin Komitə tərəfindən Qaydaların 2.6-cı bəndinə əsasən iddiaçılara vahid aylıq müavinət şamil edilməmişdir. Yuxarıda istinad olunan Qaydaların 2.6-cı bəndinə əsasən aylıq müavinətin valideynlərdən biri məcburi köçkün statusuna malik olmayan uşaqlara şamil edilmir. Həmçinin, uşaq hüquqları haqqında qanunvericiliyin tələbinə əsasən “uşaq” dedikdə məhz yetkinlik yaşına çatmayan, 18 yaşı tamam olmamış şəxslər başa düşülür. İndiki halda iddiaçıların hər birinin 18 yaşı tamam olmaqla, yetkinlik yaşına çatmış şəxslərdir. Qeyd olunan hallar əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələbinə zidd olmuşdur. Bundan əlavə, qeyd olunmalıdır ki, müvafiq Qaydalarda aylıq müavinətin şamil edilmədiyi halların siyahısı dəqiq şəkildə və imperativ norma şəklində qeyd edilmişdir. İndiki halda qanunvericilikdə qeyd olunmuş həmin hallardan hər hansı birinin iddiaçılarına münasibətdə mövcud olması halı aşkar edilməmişdir. Bu baxımından da cavabdeh inzibati orqanın imtinası qanunvericiliyin tələbinə zidd olmuşdur. Həmçinin, məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq, qeyd edir ki, cavabdehin qeyd olunan əsasla imtinası özlüyündə hamının qanun qarşısında bərabər olması, hüquqlarının bərabər təminatı kimi konstitusion norma və prinsipin mahiyyətinə zidd olmuşdur və həmin normanın tələbinə əsasən bu prinsipin tələblərini pozmaqla, şəxsin ona verilən güzəştlərdən məhrum edilməsi yolverilməzdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda məcburi köçkün statusuna malik olan iddiaçıların həmin statusla bağlı müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə aylıq müavinət almaq hüquqları mövcud olmuşdur. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıların qeyd olunan dövlət təminatından əsassız olaraq, imtina edilmişdir Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanının apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, müvafiq Qaydaların tələbinə əsasən aylıq müavinət şamil edilən şəxslərin siyahısının tərtib edilməsi və aylıq hesabatın Komitəyə təqdim edilməsi müvafiq icra hakimiyyəti orqanının səlahiyyətinə aid olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılarla bağlı qeyd edilən adlı siyahı və aylıq hesabat müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib edilərək, cavabdeh inzibat orqana təqdim edilmişdir. İndiki halda iddiaçılara aylıq müavinət verilməsindən məhz cavabdeh inzibati orqan tərəfindən imtina edilmişdir. Qeyd olunan hallar isə özlüyündə cavabdehin apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına düzgün hüquqi qiymət verilərək, iş üzrə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1793/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar