Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-455/2024 10.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Zaur İkram oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-42/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilən apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,18 ha torpağın dövlət ehtiyacları üçün alınmasına görə hər sotuna 9000 manat olmaqla, ümumilikdə 162.000 manat məbləğində kompensasiya ödənişinin alınıb iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-42/2022 nömrəli 18 mart 2022-ci il tarixli qərarı ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-442/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı qismən ləğv edilərək yeni qərar qəbul edilmiş və iddia tələbi qismən təmin edilmiş, İddiaçı Səməd oğlunun mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 982.84 kv m torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 29485.20 manat pul kompensasiyasının iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil X5nin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-244/2023 nömrəli 18 yanvar 2023-cü il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-442/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərarı qanuni qüvvəyə mindiyindən, 13 aprel 2023-cü il tarixdə icra olunması üçün cavabdeh inzibati orqana göndərilmişdir. Müvafiq qərar cavabdehə çatdırılmasına baxmayaraq, onun icrası barədə hər hansı əsaslı məlumat və yaxud sübut məhkəməyə daxil olmamışdır. Həmçinin məhkəmə tərəfindən cərimənin tətbiq olunması barədə cavabdehə dəfələrlə xəbərdarlıq göndərilməsinə baxmayaraq, cavabdeh orqan müvafiq qərarın icrasını tam olaraq təmin etməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-42/2022 nömrəli qərardadı ilə cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-442/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün 500 (beş yüz) manat məbləğində cərimə olunmuşdur. Cavabdeh Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizənin təmin edilməməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində göstərilir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında”Azərbaycan Respublikası Qanununa əsasən dövlət ehtiyacları üçün alınan əmlakın dəyərinə (kompensasiya) vəsait ayrılması səlahiyyəti Maliyyə Nazirliyinə aiddir. Azərbaycan Respublikası Prezidentinin 12 oktyabr 2006-cı il tarixli 1729 nömrəli Sərəncamı ilə Azərbaycan Avtomobil X5 “Avtomobil yolları” X6 vəsaitinin dövlət büdcəsi tərkibində təsdiq olunmuş xərclər dairəsində sərəncamçısıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 yanvar 2007-ci il tarixli 13 nömrəli qərarı ilə “Avtomobil yolları” X6 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması və istismarı üçün xərclənməsi Qaydaları” təsdiq edilmişdir. Həmin qaydalara əsasən Fondun əsas məqsədi Azərbaycan Respublikasında ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarını və qənaətbəxş vəziyyətdə saxlanılmasını təmin etməkdir. Fond dövlət büdcəsinin tərkibində yaradılır və onun vəsaitinin xərclənməsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa və Dövlət Xəzinədarlığının fəaliyyətini tənzimləyən normativ hüquqi aktların tələblərinə uyğun olaraq həyata keçirilir. Fondun vəsaiti Azərbaycan Respublikasında avtomobil yollarının və onlarla əlaqədar mühəndis qurğularının, təhkim zolaqlarının istifadəsi, saxlanılması və istismarı ilə bağlı istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsinə yönəldilir. Fondun vəsaiti təyinatı üzrə istifadə olunmalıdır və onun başqa məqsədlər üçün xərclənməsinə yol verilmir. Bununla əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilmişdir. Ödənilməsi nəzərdə tutulan kompensasiya Azərbaycan Avtomobil X5nə ayrıldığı təqdirdə qərarın icrası təmin ediləcəkdir və bu barədə iddiaçıya məlumat verilmişdir. Göründüyü kimi, borclu olaraq üzərlərinə düşən vəzifələri yerinə yetirsələr də, məhkəmə bu halları araşdırmamış və nəticədə haqsız olaraq cərimə təyin etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinə etiraz etdi və bildirdi ki, mübahisəli torpaq sahəsi 8 ildir ki, istifadəsindən alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin qərarı hazırkı tarixə qədər icra olunmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-42/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslı səbəblər olmadan icra olunmaması barədə gəldiyi nəticə ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 79.1-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Nəzərə alınmalıdır ki, inzibati işlər üzrə çıxarılmış məhkəmə qərarlarının vaxtında, tam və düzgün icrasının təmin olunması Azərbaycan Respublikası Konstitusiyasının 60-cı və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 120-ci maddəsinin tələblərinə əsasən həmin Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir. Müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Apellyasiya şikayətində qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məqsədilə Agentlik tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsi, ödənilməsi nəzərdə tutulan kompensasiyanın Azərbaycan Avtomobil X5nə ayrıldığı təqdirdə qərarın icrasının təmin ediləcəyi dəlillərini məhkəmə kollegiyası təkzib edərək qeyd edir ki, bu dəlil məhkəmə qərarının icra olunmamasına əsas kimi göstərilə bilməz. Kollegiya xüsusi ilə qeyd edir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 13 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil yolları” X6 vəsaitinin ölkə ərazisində ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanması, qorunması və təmiri, habelə avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı kompensasiyaların ödənilməsi üçün xərclənməsi Qaydaları”nın 3.1.4-cü bəndinə əsasən avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə əlaqədar fiziki və hüquqi şəxslərə vurulmuş zərərin əvəzinin ödənilməsi və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3.1.1-ci maddəsinə uyğun olaraq, avtomobil yollarının çəkilməsi üçün torpaqların (tikililərin, qurğuların və torpaqla möhkəm bağlı olan digər əşyaların) alınmasını zəruri edən layihələrin icrası ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına əsasən ödənilməli olan kompensasiyaların maliyyələşdirilməsi Fondun vəsaitinin yönəldildiyi maliyyələşdirilmə istiqamətlərindən biridir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburi olduğundan və məhkəmə aktının icra olunmaması qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələndiyindən, Azərbaycan Respublikası Avtomobil X5 Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-442/2022 nömrəli 14 sentyabr 2022-ci il tarixli qərarının icrasını təmin etmədiyi üçün onun cərimə olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, 2-1(118)-42/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-455/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-455/2024
10.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver