Məhkəmə qərarları › İş №2-1(105)-456/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-456/2024

14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-456/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: ünvanlı sosial yardımın bərpa edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona və ailə üzvlərinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa edilərək, dayandırıldığı 15 mart 2023-cü il tarixindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati iş üzrə ünvan 2qayıt İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(118)-3767/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı tərəfindən verilmiş apellyasiya şikayətinə ünvan 2qayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZ-İ № 098251 saylı, 14 fevral 2004-cü il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, X12 ilə İddiaçı arasındakı nikah 14 fevral 2004-cü il tarixdə 211 nömrə ilə qeydə alınmışdır. ünvan 2qayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 15 saylı MKS tərəfindən tərəfindən tərtib edilmiş 05 aprel 2023-cü il tarixli “ailə tərkibi haqqında arayış”dan görünür ki, İddiaçı ailə üzvləri həyat yoldaşı X12, oğulları X9, X13 və qızı Xəlilov a Nuray Sabir qızından ibarətdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X2 üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 28 aprel 2023cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixindən təyin edilmiş aylıq 402.60 manat məbləğində sosial yardımın verilməsi “ailə tərkibinin düzgün göstərilməməsi” səbəbindən 1 il müddətinə məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ailələrinə təyin edilmiş ünvanlə dövlət sosial yardımın verilməsinin bərpa edilərək 01 mart 2023-cü il tarixdən ödənilməsi, eləcə də ailələrinin sosial yardım almaq hüququnun 01 il müddətinə məhdudlaşdırılmasının ləğv edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasını və “ona və ailə üzvlərinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa edilərək, dayandırıldığı 15 mart 2023-cü il tarixindən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması”nı məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1984-cü ildə anadan olmuşdur. Ailəlidir və üç uşaqları vardır. O, 14 fevral 2004-cü il tarixdə X12 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 3 övladları vardır. Həyat yoldaşı müharibə iştirakçısıdır və səhətindəki problemlərlə bağlı normal işləyə bilmir. Ailələrinin tək gəlir mənbəyi iddiaçıdır, əlavə gəlir yerləri yoxdur. 01 iyun 2022-ci il tarixdən məişət şəraitlərinin acınacaqlı vəziyyətdə olması səbəbindən dövlət tərəfindən onlara 402 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilmişdir. Lakin həmin ünvanlı dövlət sosial yardımı onlara cəmi 8 ay ödənilmişdir, 2023-cü ilin mart ayında isə ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Cavabdeh tərəfindən onlara təyin edilmiş ünvanlı dövlət sosial yardımın verilməsinin dayandırılması əsassız və qanunsuz olmaqla, ailələrinin konstitusion hüquqlarını pozmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, , İddiaçı xx.xx.2022-ci il tarixdə **********236 nömrəli ərizəylə ünvanlı dövlət sosial yardımın təyin olunması ilə bağlı inzibati orqana VEMTAS üzərindən müraciət etmiş, 01,16.2022-ci il tarixdən iddiaçıya ünvanlı dövlət sosial yardım təyin olunmuşdur. Lakin monitorinqin aparılması nəticəsində xx.xx.2023-cü il tarixdən ünvanlı dövlət sosial yardımın Ödənilməsi dayandırılmışdır. İş üzrə İddiaçı xx.xx.2022ci il tarixli **********236 nömrəli müraciəti əsasında təyin edilmiş ünvanlı dövlət sosial yardımın xx.xx.2023-cü il tarixdə dayandırılma səbəbi kimi iddiaçının ailə tərkibinin düzgün göstərilmədiyi qeyd edilmişdir. Belə ki, Fondun Abşeron-Xızı regioanl filialından iddiaçıya ünvanlanmış xx.xx.2023- cü il tarixli 3-17-1/2-X-77403/2023 nömrəli məktubda araşdırılma zamanı “Ünvanlı sosial yardım haggında” Qanunun 10-cu maddəsinə və “Ünvanlı sosial yardımın təyin edilməsi, təyin edilməsindən imtina edilməsi Qaydalarının 4.2 (sosial yardımın verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar baş verdikdə sosial yardım alan ailə bu barədə elektron formada VEMTAS-a 15 (on beş) iş günü müddətində məlumat verməlidir) bəndinə əsasən “Ərizə bəyannamə”də göstərilən məlumatlarla faktiki məlumatlarda uyğunsuzlug aşkar olunduğu və onun ailəsinə təyin olunmuş ünvanlı dövlət sosial yardımın xx.xx.2022-ci ildən etibarsız hesab edildiyi bildirilmiş, bu səbəbdən ona artıq ödənilmiş 402.60 (dörd yüz iki manat altmış qəpik) vəsaiti qeyd olunan rekvizitlər üzrə qaytarmağı və bu barədə Filiala məlumat verməyi xahiş olunmuşdur. Həmçinin, Fondun Maddi X5 üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2023-cü İİ tarixli 3-17-1/2-X-94079/2023 nömrəli məktubda ünvanlı dövlət sosial yardımın alınması ilə bağlı “Ünvanlı yardım” (VEMTAS) altsisteminə iddiaçının daxil etdiyi xx.xx.2022-ci il tarixli **********23603 nömrəli müraciəti əsasında xx.xx.2022-ci il tarixindən ailəyə təyin olunmuş aylıq 402,60 manat məbləğində sosial yardımın verilməsi ailə tərkibinin düzgün göstərilməməsi səbəbilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdig olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi QaydalarT’nın 4-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixindən dayandırıldığı və “Ünvanlı dövlət sosial yardımı haggında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən ailənizin sosial yardım almag hügugu 1 (bir) il müddətinə məhdudlaşdırıldığı bildirilmişdir. Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin maddiX5nin və sosial yardım təyinatından sonrakı monitoringlərin aparılmasına dair Təlimatda geyd olunur ki, bu fakt maddi-məişət şəraitinin yoxlanılması zamanı tərtib olunmuş akt və çəkilmiş videogörüntü əsasında təsdiq edilmişdir. Qeyd etməyi zəruri hesab edirik ki, xx.xx.2022-ci il tarixli **********236 nömrəli müraciətinə əsasən həm ərizə bəyannamədə, həm də X2 nəticəsində çəkilmiş videogörüntülərdə N.XəHİova ailə tərkibinin 5 nəfərdən ibarət olduğunu və evdə 5 nəfərin yaşadığını (özü, həyat yoldaşı və 3 övladı), özünün analıg məzuniyyətində olduğunu, həyat yoldaşının isə işləmədiyini qeyd etmişdir. Lakin, xx.xx.2023-cü ildə keçirilmiş maddi məişət şəraitinin yoxlanması zamanı tərtib edilmiş müayin akına əsasən təmsilçi 2019-cu ildən etibarən gaynı X4 onlarla bir verdə yaşadığını bildirmiş və “aktla tanış oldum və heç bir narazılığım yoxdur” geydini edərək həmin aktı imzalamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qəran ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın 4.2-ci bəndində qeyd olunur ki, sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Aydın olur ki, İddiaçı əvvəlcə ailə üzvlərinin 5 nəfərdən (həyat yoldaşı,özü və 3 övladı) ibarət olduğunu bildirsə də, xx.xx.2023-cü il tarixdə keçirilmiş maddi məişət şəraitinin keçirilməsi zamanı qaynı R.Xəlilovun onlarla bir yaşadığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı ünvan 2qayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3767/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı və ailə üzvlərinə təyin edilmiş ünvanlı dövlət sosial yardımın bərpa edilərək, dayandırıldığı 15 mart 2023-cü il tarixindən ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilməsi qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ddiaçıya ünvanlı sosial yardımın təyin edilməsindən imtina edilməsinin səbəbi olaraq ailə tərkibinin düzgün göstərilməməsi ilə bağlı bildirilməlidir ki, cavabdeh tərəfindən qeyd edilən halın mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. Eyni zamanda təqdim edilmiş video yazıya baxış keçirilərkən, iddiaçının ailə tərkibinin yalnız həyat yoldaşı, özü və övladlarından ibarət olması barədə məlumat verdiyi müəyyən edilmiş və cavabdeh orqanın imtinasının əsaslarına dair heçbir hal müşahidə edilməmişdir. Qanunvericilikdə (müvafiq Qaydalarda) “ünvanlı sosial yardımın alınması”ndan imtina əsasları kimi müəyyən edilmiş, o cümlədən “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və 0 verilməsindən imtina edilməsi Qaydaları”nın 3.7.6-cı bəndində göstərilən halların iddiaçıya münasibətdə mövcud olmasına dair nə məhkəmə icraatında, nə də iddiaçının müraciəti üzrə inzibati icraat çərçivəsində tutarlı sübut təqdim edilməmiş və dəlil gətirilməmişdir. İmtina məktubunda məsələyə formal yanaşılaraq, iddiaçının ailə gəlirləri barədə düzgün məlumat verilmədiyi barədə dəlillərə əsaslanaraq mövqe bildirilmişdir. Belə olan halda, məhkəmə imtinanı qanuni saymayaraq, bu imtinanın həm də iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Fililalı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X14 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun: Maddə 3. Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Maddə 6.1. Sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. Maddə 6.2. Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 6.3. Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. Maddə 7.1. Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Maddə 7.2. Ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 8.1. Sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunur. Maddə 10.1. Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. Maddə 10.2. Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 312 saylı, 16 noyabr 2005ci il tarixli Fərmanı: 2.3-cü bənd. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.1-ci və 6.3cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. 2.4-cü bənd. Həmin Qanunun 10.2-ci maddəsində (birinci halda) və 10.6-cı maddəsinin birinci cümləsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 6.2-ci maddəsində nəzərə tutulmuş qaydalar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 37 saylı, 5 fevral 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazilər kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”: 2-ci bənd. Sosial yardımın alınması üçün müraciətin bir halda elektron formada “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş X10 və X14 (VEMTAS) vasitəsilə həyata keçirilməsi, digər halda isə kağız üzərində müraciətin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir. (-); 2.5-ci bənd. kağız üzərində edilən müraciət qanunvericiliyin tələblərinə uyğun olduğu halda, şöbənin ünvanlı sosial yardım üzrə işçisi tərəfindən müraciətdə qeyd olunan məlumatlar qəbul olunduğu gün VEMTAS-a daxil edilərək gücləndirilmiş elektron imza ilə təsdiqlənir. Əks halda, uyğunsuzluq barədə məlumat bir iş günü müddətində Təmsilçiyə bildirilir. (-). 3.4. Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X2”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda, sosial yardım üzrə işçi öz-özünə etiraz etməyə borcludur. 3.7. Aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. (-). “Azərbaycan Respublikasında 2023-cü il üçün ehtiyac meyarının həddi haqqında” Qanuna əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarının həddi 246 manat məbləğində təsdiq edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri ünvan 2qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi cavabdeh inzibati orqanın ünvanlı sosial yardımın xx.xx.2023-cü il tarixdən bərpa edilməsindən ibarətdir. Cavabdeh inzibati orqanın imtinasını onunla əsaslandırmışdır ki, ailə tərkibinin düzgün göstərilməməsi səbəbindən xx.xx.2022-ci il tarixdə təyin edilmiş sosial yardımın verilməsi xx.xx.2023-cü il tarixdən dayandırılmış və 1 il müddətinə sosial yardım almaq hüququ məhdudlaşdırılmışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşğaıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının ailəsinə xx.xx.2022-ci il tarixdə ünvanlı sosial yardım təyin edilmişdir. İş materiallarında olan ailənin X2 barədə məlumatın məzmunundan görünür ki, ailəni təmsil edən şəxs İddiaçı, yaşadığı ünvan ünvan 2qayıt şəhəri, 13 mkr, 42,44, ailə üzvləri həyat yoldaı və 3 uşağının olması və digər məlumatlar əks olunmuşdur. İş materiallarında olan ünvan 2qyaıt Şəhər İcra Hakimiyyətinin 15 saylı Mənzil Kommunal Sahəsi tərəfidən verilmiş ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışın məzmunundan görünür ki, ünvan 2qayıt şəhəri, 13 mkr., ev 42, mənzil 44 ünvanında İddiaçı və 4 nəfər ailə üzvi ilə yaşayır, mənzild qeydiyyatda olan digər şəxslər bu ünvanda yaşamırlar. İş materiallarında olan 15 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş aktın məzmunundan görünür ki, bina 42, mən-44-də yaşayan İddiaçı sosial yardım sənədlərini düzəltdiyi vaxt həmin mənzildə X7 qeydiyyatda olub, ancaq özü yaşamamışdır. İş materiallarından görünür ki, X1 şhəri, 42-ci məhəllə, ev 64, mənzil 65 ünvanında qeydiyyatdadır, yaşadığ ünvan kimi də həmin ünvan qeyd edilmişdir (xəstə qeydiyyatından çıxarış məlumatı). İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçı tərəfindən ailə tərkibi barədə düzgün məlumat verilməməsi, qaynının onlarla birgə yaşadığı halda, bu barədə məlumat verməməsi halına istinad edərək, iddiaçıya sosial yardımın verilməsi dayandırılmış və almaq hüququ məhdudlaşdırılmışdır. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. Qeyd edilməlidir ki, cavabdeh imtina və şikayətin əsası kimi sonrakı monitorinqlərin aparılması zamanı xx.xx.2023-cü il tarixdə maddi-məişət şəraiti müayinə olunduğunu, həmin vaxtda iddiaçının özünün bu barədə məlumat verdiyini, ona əsasən akt tərtib edildiyini, videogörüntü vasitəsilə qeydə alınması halına istinad edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş videogörüntünü əks etdirən CD diskə baxış keçirilmiş, həmin diskdə iddiaçı tərəfindən belə bir məlumatın verilməsi halı müəyyən edilməmişdir. Nəticə etibarilə cavabdehin təqdim etdiyi həmin dəlil əsasında istinad etdiyi halın müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, cavabdehin nümayəndəsi məhkəmə araşdırması zamanı həmin CD diskdə olan videogörüntüyə aid məlumatın xx.xx.2022-ci il tarixli müayinə ilə bağlı olduğunu, xx.xx.2023-cü il tarixli müyainə ilə bağlı CD diskin olmadığını, yalnız aktın tərtib edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad edilən müvafiq Qaydaların 3.4-cü bəndinə əsasən Bölmənin və ya Mərkəzin sosial yardım üzrə işçisi “Ailənin X2”ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi texniki avadanlıqlar vasitəsilə Təmsilçinin iştirakı olmaqla video və foto çəkilişi əsasında həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. Göründüyü kimi, qanunvericiliyin qeyd olunan normasının dispozitiv şərtlərində ailənin X2nin video və foto çəkiliş əsasında həyata keçirilməsi imperativ norma şəklində müəyyən edilmişdir. İndiki halda isə cavabdeh inzibati orqan tərəfindən sonrakı monitorinq zamanı ailənin maddi-məişət şəraitinin müyainəsinə dair video və foto çəkiliş aparılması halı müəyyən eidlməmiş, yalnız müayinənin nəticəsinə dair akt tərtib edilmişdir. Bu hal özlüyündə həmin aktın mötəbərliyini şübhə altına almış olur. Cavabdeh tərəfindən isə həmin aktın mötəbərliyinin müəyyən edilməsi üçün başqa sübut vasitələri məhkəməyə təqdim edilməmiş, nəticə etibarilə məhkəmə araşdırması zamanı həmin aktda əks olunmuş məlumatların mötəbərliyinin müəyyən edilməsi mümkün olmamışdır. Başqa sözlə desək, həmin akt cavabdehin imtina və şikayətin əsası kimi istinad etdiyi halın müəyyən edilməsi üçün əsaslı və mötəbər sübut qismində çıxış etməmişdir. Bundan əlavə, iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş sənədlər (MKS tərəfindən tərtib edilmiş akt, xəstə qeydiyyatından çıxarış, ailə tərkibi haqqında arayış və s.) də cavabdehin istinad etdiyi halları təkzib etmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina və şiayətinin əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, öz təsdiqini tapmadığlndan, imtina və şikayətin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. ünvan 2qayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-3767/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) ünvan 2qayıt Apellyasiya Məhkəməsi (ünvan 2qayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar