Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-457/2021 21.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 hadan ibarət torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyata alınması Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha-dan ibarət torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayit İnzibati Məhkəməsinin 07 may 2021cı il tarıxlı 2-1(118)-307/2021 saylı qərarından İddiaçı verdiyi apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:
1. İddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək "Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha-dan ibarət torpaq üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin" cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 ha-dan ibarət torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş, müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmiş, lakin Cavabdeh əsassız olaraq dövlət qeydiyyatının aparılmasından 07 sentyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. Cavabdeh həmin imtina bildirişində qərəzli olaraq torpaq sahəsi üzərində hüququn qeydiyyatından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydalarının müddəalarına zidd olaraq bələdiyyə qərarının 03 oktyabr 2003-cü il 92 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib olunmamışdır. Sumqayıt Bələdiyyəsinin cavabdeh İdarəyə ünvanladığı 24 avqust 2020-ci il tarixli 2463 saylı məktubunda torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olaraq həmin torpaq sahəsinin ona satılmasını rəsmən qəbul etmiş və səbəblərini izah edərək onun bələdiyyə torpağını alarkən ödədiyi pulu təsdiq edən sənədlərin məhv edildiyini bildirmişdir. Bu səbəbdən o, həmin torpaq sahəsinin alınması üçün qanunvericiliklə müəyyən olunmuş məbləği - 1080 (min səksən) manatı Sumqayıt Bələdiyyəsinə ödəmişdir. Bununla da Bələdiyyə torpaq sahəsinin sahiblik və istifadə hüququnun onda olmasını tam qəbul etmişdir. Cavabdeh torpağı ona satan Sumqayıt Bələdiyyəsinin həmin torpaq sahəsinin əvvəlki mükiyyətçisi olmasını qəbul edir. Bu hal da qeyd olunan hüququn imtinasını bu şəkildə əsaslandırması başa düşülən deyildir. Torpaq sahəsinin alqı-satqı aktının və həmçinin Memarlıq və Şəhərsalma İdarəsinin rəyinin təqdim olunmaması məsələsinə gəldikdə isə qeyd edir ki, torpaq sahəsi ona ayrılarkən inşaat pasportu tərtib edilmiş, inşaat pasportunda torpaq sahəsinin yerləşmə mövqeyi müvafiq sxem tərtib olunaraq təsbit olunmuşdur. Qeyd edilən sxem Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən həmin ərazinin, yəni Sumqayıt şəhəri 51-ci məhəllə ərazisinin bütövlükdə memarlıq idarəsi tərəfindən təsdiqlədiyi sxematik plana uyğun ayrıldığı məlumdur. Cavabdeh qanunsuz, qərəzli bəhanələr gətirməklə istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatından imtina etməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Həmin Məcəllənin 358.2-ci maddəsinə görə isə əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Hesab edir ki, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasından imtina edilməsi hüquqa ziddir. Belə ki, hər bir halda həmin torpaq sahəsi qanunvericiliklə təsbit olunmuş qaydada ona ayrılmış və bu prosedur başa çatmışdır. Torpaq sahəsinə 2003-cü ildən fasiləsiz, qanuni əsaslarla sahiblik edir və hesab edir ki, qeyd olunan torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatının alınmasından imtina edilməsi tamamilə əsassızdır. Eyni əsaslarla ayrılmış torpaq sahələri üzərində ayrı-ayrı fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Belə olan halda onun müraciəti əsasında bilavasitə həmin ərazidə yerləşən torpaq sahəsinin üzərində hüququn qeydiyyata alınmaması qanunvericliyə ziddir, qərəzlidir.
Cavabdehin etirazları:
3. Cavabdeh inzibati orqannın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddia ərizəsində göstərilən hallar tərəflərindən araşdırılmış və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğlu Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və plan ölçünün verilməsinə dair 25 avqust 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** № ilə qeydiyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğluna bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı aşağıdakı çatışmazlıqlar aşkar edilmişdir: Belə ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları"nın müddəalarına zidd olaraq bələdiyyənin qərarının 03 oktyabr 2003-cü il tarixli 92 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib edilməmişdir. Həmçinin bildirilmişdir ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Göründüyü kimi torpaq sahəsinin rəsmiləşdirilməsi qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğluna 07 sentyabr 2020-ci il tarixli **********91 qeydiyyat nömrəli cavab göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır.
Birinci instansiya məhkəməsində icraat:
4. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-cı il tarıxlı 2-1(118)-307/2021 saylı qərarı ilə (hakim L.E.Mirzəyeva) İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakən dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası təmin edilməmişdir.
5. Qərardan narazı qalan İddiaçı apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(118)307/2021 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) apelyasiya şikayətinin dəlilləri:
6. İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istifadəsində olan və mülkiyyətinə verilmiş daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasına maneəçilik törədilib. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsaslıdır. Lakin konstitusion prinsip olan qanun qarşısında bərabərlik prinsipi hər bir halda nəzərə alınmamışdır. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, ona torpaq sahəsi ayrılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə riayət olunmamışdır. Ola bilsin ki, bələdiyyənin qanunvericiliyə tam əməl etməməsi barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Lakin nəzərə almaq lazımdır ki, eyni əsaslarla ayrılmış çoxlu sayda torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatına alınması halları vardır. Belə bir sənəd onun tərəfindən təqdim edilmişdir, hətta məhkəmə öz sorğusu ilə X2 Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması və bu hüququn qeydiyyata alınması zamanı təqdim olunmuş sənədləri əldə etmiş və əldə edilən sənədlərdən də məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan əmlak üzərində hüquq eyni əsaslarla, rahatlıqla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Görünür məhkəmə onun iddiasının əsaslı olması üçün gətirdiyi və öz təşəbbüsü ilə dəqiqləşdirmək məqsədilə əldə etdiyi bu təkzibedilməz sübutları məhkəmə baxışı zamanı onun, cavabdehin və üçüncü şəxsin iştirakı ilə tədqiq etsə də, qətnamədə bu barədə səthi, anlaşılmayan əsaslandırma gətirmişdir. Əlavə olaraq qeyd edir ki, eyni əsaslarla məhkəmə mübahisəsi nəticəsində qüvvəyə minmiş məhkəmə qərarları əsasında da torpaq sahələri üzərində cavabdeh tərəfindən hüququn qeydiyyata alınması barədə sübutları da məhkəməyə təqdim etmişdir. «İnzibati icraat haqqında» Qanunun 12.1-ci maddəsinə görə hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 13.1-ci maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qeyd olunan maddi hüquq normalarının məzmunu belə qənaətə gəlməyə əsas verir ki, məhkəmə eyni əsaslarla inzibati orqan olaraq cavabdehin torpaq sahəsi üzərində hüququnun qeydiyyatını apararaq çıxarış verməsini müəyyən etmişdirsə onun iddiasının təmin olunmaması necə əsaslandırıla bilər. Düzdür hər bir halda belə bir əsaslandırma gətirmişdir ki, daşınmaz əmlakın rəsmi reyestrdə dövlət qeydiyyatının aparılması ilə bağlı funksiyanı yerinə yetirən icra orqanının faktiki xarakterli hərəkəti özü-özlüyündə məhkəmə üçün oxşar qərar qəbul etmək öhdəliyini qoymur. Həmçinin, nəzərə almaq lazımdır ki, Sumqayıt Bələdiyyəsi sözügedən torpaq sahəsini ona satdığını və həmin torpaq sahəsinə iddiası olmadığını məhkəmədə bildirmiş, əlavə olaraq onun həmin torpaq sahəsinə görə ödədiyi məbləği təsdiq edən rəsmi arayış təqdim etmişdir. Lakin məhkəmə qətnamədə qeyd etmişdir ki, işə əlavə olunmuş 24 avqust 2020-ci il tarixli qəbz kommunal xidmətlərə görə bələdiyyəyə ödənilmiş məbləğdir. Bu qeyd hansı məntiqə sığır? Hər bir halda məhkəmə nəzərə almalı idi ki, torpaq sahəsinin ayrılması üçün müraciət etmək və müvafiq olaraq torpaq sahəsinə görə müəyyənləşdirilmiş pul məbləğini ödəməklə o, öz üzərinə düşən öhdəlikləri tam olaraq və ən əsası qanunvericiliklə müəyyən edilmiş qaydaya uyğun etmişdir. Digər tərəfdən həmin torpaq sahəsinin ona ayrılması proseduru həyata keçirilmiş və artıq uzun müddətdir ki, həmin torpaq sahəsini təyinatına uyğun istifadə edir. Əgər torpaq sahəsinə dair hüquqlar qeydiyyata alınmayacaqsa bu işin nəticəsini torpaq sahəsinin hüquqi statusunun mülkiyyətçisinin müəyyənləşdirilməsi hansı şəkildə həll olunmalıdır. Cavabdehin bu qərəzli mövqeyi məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmamasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Onu da qeyd edir ki, istifadə etdiyi torpaq sahəsinin yerləşdiyi ərazi yaşayış massividir. Onun istifadəsində və sahibliyində olan torpaq sahəsi kimi yüzlərlə torpaq sahəsi fərdi yaşayış məqsədilə istifadə olunur. Necə olmuşdur ki, qonşulara məxsus torpaq sahələri dövlət reyestrində qeydiyyata alınaraq çıxarışla rəsmiləşdirilmişdir. O halda ki, ona məxsus torpaq sahəsi həmin torpaq sahələri ilə eyni hüquqi statusdadır. Hesab edir ki, birinci instansiya məhkəməsi onun cavabdehə qarşı iddia ərizəsinə münasibətdə ədalətli qərar qəbul etməmiş, işin hallarını araşdırmadan və onlara düzgün qiymət vermədən qərar qəbul etmişdir. Hesab edr ki, onun tərəfindən qanunun tələbinə riayət olunmaqla əldə etdiyi torpaq sahəsinə dair hüququnun qeydiyyata alınmasından imtina edilməsi hüquqa ziddir. Belə ki, hər bir halda həmin torpaq sahəsi ona ayrılmış və bu prosedur başa çatmışdır. Torpaq sahəsinə 10 ildən artıqdır ki, fasiləsiz qanuni əsaslarla sahiblik edir, qeyd olunan torpaq sahəsi üzərində hüququn dövlət qediyyatının alınmasından imtina edilməsi üçün cavabdehin irəli sürdüyü tələblər tamamilə əsassızdır.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apelyasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs tərəfindən etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş İddiaçı öz izahatında qeyd etmişdir ki, ona bələdiyyədən qərar verilmiş və bildirilmişdir ki, “evini tikə bilərsən”, lakin bunun qanuni yolları başa salınmamışdır. O, Bələdiyyəyə torpağın pulunu 2003-cü ildə də ödəmişdi, sonra sənədlər tapılmadığından yenidən 2020-ci ildə də ödəmişdir. Odur ki, apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, iddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, 0.06 hadan ibarət torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi, plan və ölçünün tərtib edilməsi barədə ərizə ilə Cavabdehnə müraciət etmiş və iddiaçı müraciətinə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri əlavə etmişdir. Lakin Cavabdeh əsassız olaraq dövlət qeydiyyatının aparılmasından 07 sentyabr 2020-ci il tarixli bildirişlə imtina etmişdir. Məhkəmə isə hesab etmişdir ki, cavabdehin imtinası əsaslıdır. Lakin konstitusion prinsip olan qanun qarşısında bərabərlik prinsipi nəzərə alınmamışdır. Birinci instansiya məhkəməsi qərarı əsaslandırarkən qeyd etmişdir ki, iddiaçıya torpaq sahəsinin ayrılması zamanı bələdiyyə tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Bələdiyyənin qanunvericiliyə əməl etməməsi barədə məhkəmənin gəldiyi nəticə düzgün olsa da, nəzərə almaq lazımdır ki, eyni əsaslarla ayrılmış çoxlu sayda torpaq sahələri üzərində hüququn dövlət qeydiyyatına alınması halları vardır. Belə bir sənəd tərəfimizdən təqdim edilmiş, hətta məhkəmə öz sorğusu ilə cavabdeh X1 Sumqayıt şəhəri, 20-ci mikrorayon ərazisində yerləşən torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması zamanı təqdim olunmuş sənədləri də əldə etmiş və əldə edilən sənədlərdən də məhkəmə iclasında müəyyən olunmuşdur ki, qeyd olunan əmlak üzərində hüquq eyni əsaslarla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin birinci instansiya məhkəməsi iddianın əsaslı olması üçün təqdim edilmiş və öz təşəbbüsü ilə dəqiqləşdirmək məqsədi ilə əldə etdiyi sübutları məhkəmə baxışında tədqiq etməsinə baxmayaraq bu barədə qərarda anlaşılmayan əsaslandırma gətirmişdir. Hesab edirlər ki, cavabdehin imtinası əsassızdır, ona görə də birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş edirlər.
10. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 izahatında apelyasiya şikayətinə etiraz etdiyini bildirərək onu da vurğulamışdır ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları" haqqında Əsasnamənin və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı Qaydaları"nın müddəalarına zidd olaraq bələdiyyə qərarının 03 oktyabr 2003-cü il 92 nömrəli olmasına baxmayaraq, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı tərtib olunmamışdır. Memarlıq və Şəhərsalma İdarəsinin rəyi və alqı-satqı aktı olacağı təqdirdə iddiaçının müraciətinə yenidən baxıla bilər. Ona görə də təmsil etdiyi orqan haqlı olaraq iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 əvvəlki iclasda iştirak etmiş nümayəndə T.Qüdrətlinin izahatında vurğulanan hallarla razı olduğunu qeyd edərək apelyasiya şikayətilə razılaşmadıqlarını, məhkəmə tərəfindən Memarlıq və Şəhərsalma İdarəsinin hazırki mübahisəyə dair münasibətinin alınması ilə əlaqədar mübahisənin məhkəmədən kənar qaydada həll edilməsinin mümkün olmamasını vurğulayaraq, onu da qeyd etdi ki, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edirlər.
12. Cavabdeh 3-cü şəxs Sumqayıt şəhər Bələdiyyəsi dəfələrlə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına üzrlü səbəblər olmadan gəlməmişdir.
13. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə 3-cü şəxs Sumqayıt şəhər Bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədbiq edilən hüquq
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
16. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.
17. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
18. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
19. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
20. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
21. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
22. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
23. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
24. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
32. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (-). Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir. (-). Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.1. Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
35. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; (-); hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən (satılan) torpaq sahələrinin minimum həddinin müəyyən edilməsi; (-).
36. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-); 4.0.7. hüquqi və fiziki şəxslərin mülkiyyətinə və icarəsinə verilən torpaq sahələrinin minimum həddini müəyyən etmək; (-). Maddə 6. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. (-). 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir (12 dekabr 2008-ci ilə qədər qüvvədə olan redaksiyada).
37. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə: (-). İİ. Bələdiyyə torpaqlarının ayrılması qaydası
5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. (-).
6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.
7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıqplanlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. (-). İV. Torpaqayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi
18. Müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir.
19. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. (-).
21. Müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. (-).
38. Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanı: (-).
2. Müəyyən edilsin ki: “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 18.6-cı maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; həmin Qanunun 5.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanları” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; həmin Qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər.
39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 may 2002-ci il tarixli 696 saylı Fərmanı: (-).
2. Müəyyən edilsin ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin ikinci və üçüncü cümlələrində və 24-cü bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər; həmin Əsasnamənin 17-ci, 18-ci, 19-cu, 21-ci, 22-ci bəndlərində və 23-cü maddəsinin birinci cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) həyata keçirir; həmin Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (əvvəllər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları) (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər; (-).
40. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Apelyasiya instansiya məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası hazırkı qərarın 14-27-cı bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını və apelyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddia tələbi təmin olunmalıdır.
42. Belə ki, iddiaçının məhkəməyə müraciət etməsinin əsası hazırki qərarın 1-2-ci bəndlərində istinad edilən hallarla bağlı olmuş və birinci instansiya məhkəməsi zamanı işə baxılarkən hazırki qərarın 4-cü bəndində şərh edilən nəticəyə gəlinmişdir.
43. Məhkəmə kollegiyası iddiaçının hazırki qərarın 6, 8 və 9-cu bəndlərində qeyd edilən apelyasiya şikayətinin dəlillərinə və iddiaçı tərəfin məhkəmədəki ifadələrinə, o cümlədən cavabdeh tərəfin 10 və 11-ci bəndlərdəki izahatlarında göstərilənlərə hüquqi qiymət verərək hesab edir ki, hazırki qərarın 35-36-cı bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçıya 03.10.2003-cü il tarixli Bələdiyyənin qərarı əsasında satılan torpaq sahəsinin ayrılmasına görə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər Şöbəsinin 30 sentyabr 2003-cü il tarixli 02/395 saylı rəyi, həmçinin iddiaçı tərəfindən torpağın alqı-satqısı ilə əlaqədar ödəmiş olduğu məbləğə dair kassa mədaxil qəbzinin, yəni 2000-2010-cu illər üzrə bələdiyyənin bir sıra maliyyə sənədlərinin, o cümlədən vətəndaşların torpağın alqı-satqısına görə ödəniş etdikləri qəbzləri qanuna müvafiq qaydada rəsmiləşdirilməklə müddətin keçməsinə görə məhv edilmiş, buna baxmayaraq iddiaçının yenidən 24 avqust 2020-ci il tarixində torpağın müəyyən olunmuş 1080 manat məbləğinin Bələdiyyənin hesabına təkrar ödənilməsinə dair Sumqayıt Bələdiyyəsinin cavabdeh İdarənin rəisinə ünvanlanmış 24.08.2020-ci il tarixli 2463 saylı məktubu cavabdeh İdarəyə təqdim edilmiş olsa da, iddiaçıya müraciətilə bağlı 07.09.2020-ci il tarixində imtina məktubu verilmiş və imtinanın əsası kimi 03.10.2003cü il tarixində Bələdiyyənin qərarı ilə ayrılan torpaq sahəsilə bağlı rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyinin alınmaması, həmçinin alqı-satqı aktının tərtib edilməməsi göstərilmişdir.
44. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı Sumqayıt şəhərində istifadəsində olan 600 kv.m torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmiş, cavabdehin mövqeyinə görə iddiaçıya bələdiyyə qərarına əsasən 03.10.2003-cü ildə torpaq sahəsinin ayrılmasına baxmayaraq memarlıq xidmətinin rəyi alınmamış, alqı-satqı aktı bağlanmamışdır.
45. İşin mübahisə olunmayan hallarına əsasən Sumqayıt Bələdiyyə Şurasının 03.10.2003-cü il tarixli qərarı ilə iddiaçıya Sumqayıt şəhərində fərdi yaşayış evi tikmək məqsədi ilə 600 kv.m torpaq sahəsi ayrılmış, 07.10.2003-cü il tarixdə torpaq sahəsi iddiaçıya təhvil verilmiş, iddiaçı bələdiyyənin hesabına 1080 manat ödəmişdir. Həmçinin Azərbaycan Respublikası DT və XK-nin Sumqayıt şəhər şöbəsi 30.09.2003-cü il tarixdə fərdi yaşayış evi tikmək üçün Sumqayıt şəhərində iddiaçıya 600 kv.m torpaq sahəsinin satılmasına etiraz etmədiyi barədə rəy və ərazinin cizgi planını vermişdir.
46. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi iddiaçıya fərdi yaşayış evinin inşa edilməsi üçün ayrıldığından hazırkı qərarın 36-cı bəndində istinad edilən qanunun 6.5-ci maddəsinə görə həm Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin, həm də Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyinin alınması şərt idi. Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi Sumqayıt şəhərinin baş planına əsasən fərdi ev tikmək üçün iddiaçıya 600 kv.m torpaq sahəsinin Sumqayıt Bələdiyyə Şurası tərəfindən alqı-satqı qaydasında sənədləşdirilməsinə etiraz etmədiyi barədə 30 sentyabr 2003-cü il tarixdə rəy vermiş, lakin Sumqayıt şəhər İcra Hakimiyyətinin memarlıq xidmətinin rəyi təqdim edilməmişdir.
47. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya torpaq sahəsi ayrılarkən memarlıq xidmətinin rəyi alınmasa da, hazırda qüvvədə olan və hazırkı qərarın 37-39-cu bəndlərin sadalanan normalara görə fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı memarlıq xidmətinin rəy vermək səlahiyyəti yenə də mövcuddur.
48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən bələdiyyənin torpaq sahəsinin ayrılmasına dair qərarının qəbulundan sonra iddiaçıya ayrılmış torpaq sahəsinin sərhədləri yerdə (naturada) yerquruluşu qaydasında müəyyən edilməli, torpaq sahəsinin plan və ölçüsü tərtib edilməlidir. Bu məqsədlə torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün sənədlər bələdiyyə tərəfindən müvafiq icra hakimiyyətinə göndərilməlidir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planlama) aparmalı, yerin plan və ölçüsünü hazırlamalı və həmin sənədi bələdiyyəyə göndərməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, plan və ölçünün hazırlanması ilə bağlı müvafiq icra hakimiyyəti tərəfindən görülməli işlər bələdiyyə torpağının ayrılması prosesinin tərkib hissəsi olan bir prosesdir və müstəsna olaraq bələdiyyənin özü tərəfindən məcburi qaydada həyata keçirilməlidir.
49. Qeyd edilməlidir ki, fərdi yaşayış evinin tikintisi üçün iddiaçıya torpaq sahəsi ayrılarkən səlahiyyətli orqan kimi rayon torpaq şöbəsi rəy vermiş, bələdiyyə isə torpaq sahəsinin ayrılması barədə qərar qəbul etmişdir. Öz növbəsində, ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikinti layihələrinə uyğun olub-olmamasını müəyyən etmək isə, iddiaçının səlahiyyətində aid olmadığından, belə sənədin mövcud olmaması və iddiaçıdan tələb edilməsi düzgün olmazdı.
50. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırda da fərdi yaşayış evinin inşa edilməsi üçün ayrılan torpaq sahəsi ilə bağlı yerli icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəy vermək səlahiyyəti olduğundan, məhkəmə kollegiyası tərəfindın mübahisəyə dair memarlıq xidmətinin münasibəti öyrənilməsi məqsədilə 02.09.2021-ci il tarixli sorğusuna cavab olaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin 10.09.2021-ci il tarixli münasibətində bildirilmişdir ki, şəhərin baş planına uyğun olaraq vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması məqsədi ilə Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, həmçinin sahəsi 0,06 ha olmaqla İddiaçı Rüstəm oğluna da məxsus torpaq sahələri həmin baş plana uyğun bölünmüş və Sumqayıt Bələdiyyəsi tərəfindən həmin baş plana uyğun sənədləşdirilmişdir. Həmin ərazidə 1991-ci il tarixdən vətəndaşlara ayrılmış torpaq sahələrində onlar tərəfindən təyinatına uyğun olaraq həmçinin, İddiaçı Rüstəm oğlu tərəfindən də fərdi yaşayış evlərinin inşa edilməsi barədə Memarlıq və Şəhərsalma İdarəsində məlumat vardır. Əlavə olaraq o da, qeyd edilir ki, İddiaçı Rüstəm oğluna fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin ayrılması haqqında Sumqayıt şəhər Bələdiyyə Şurasının 03 oktyabr 2003-cü il tarixli (protokol №92) qərarı ləğv edilməmiş, dəyişdirilməmiş və qüvvədədir.
51. Kollegiya onu da qeyd edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən 2003-cü ildə bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsinin dəyəri, uzun müddət keçdikdən sonra yəni, 20 avqust 2020-ci il tarixli qəbzlə ödənilsə də, həmin məbləğ torpaq sahəsinin hazırda mövcud olan deyil, 2003-cü il tarixdə mövcud olan dəyəri məbləğində ödənilməsi iddiaçı ilə bələdiyyə arasında sözügedən torpaq sahəsinin alqı-satqısı ilə bağlı prosedurlar qanunvericiliyə uyğun həyata keçirilməyərək natamam qalması, bələdiyyə tərəfindən torpaq sahəsi ayrılarkən qanunvericiliyin tələblərinə riayət olunmaması, qeydiyyat üçün lazım olan sənədlərin tam təqdim edilməməsi, bu hallara görə cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinasının qanuni olması barədə mövqeyi ilə razılaşıla bilməz ona görə ki, torpağın dəyərinin ödənilməsi ilə bağlı hazırkı qərarın 43-cü bəndində göstərilənlərlə yanaşı, həmin məsələyə məhkəmə kollegiyasının cavabdeh İdarəyə 09.09.2021-ci il tarixli sorğusuna cavab olaraq Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 27.09.2021-ci il tarixli münasibətində bildirilmişdir ki, iddiaçıya ayrılan torpaq sahəsinin dəyərinin vətəndaş İddiaçı tərəfindən Sumqayıt Bələdiyyəsinə ödənilib-ödənilməməsi İdarənin səlahiyyətlərinə aid deyildir.
52. Beləliklə, torpağın alqı-satqısı ilə bağlı torpaq sahəsinin dəyərinin vaxtında ödənilməməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz, həmçinin o da nəzərə alınmalıdır ki, cavabdeh İdarənin nə imtinasında, nə də ki, iddiaya münasibətində torpağın dəyərinin ödənilməməsilə bağlı hər hansı bir qeydi olmamışdır.
53. Məhkəmə kollegiyası onu da vurğulayır ki, hazırki qərarın 40-cı bəndində istinad edilən qanun normalarının tələbləri baxımından inzibati orqanın inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh İdarə iddiaçıya Bələdiyyə tərəfindən satılan torpağın qeydə alınmasına imtinasını həm də alqı-satqı aktının olmaması ilə şərtləndirməsi özü-özlüyündə hazırki qərarın 45-ci bəndində şərh olunan rəsmi sənədləri şübhə altına alır ki, bu da qeyd edildiyi kimi qanunla qadağandır.
54. Digər tərəfdən torpağın alqı-satqısının mövcudluğu işdə iştirak edən şəxslər tərəfindən mübahisələndirilməyərək cavabdeh imtinasında həm də, alqı-satqı aparılmasına dair aktın tərtib edilməməsini göstərməklə formal mülahizələrə əsasən iddianın təmin edilməməsini etirazında vurğulayaraq iddianın mümkün sayılmamasını xahiş etmiş olsa da, mübahisə predmeti olan torpaq sahəsinin yaşayış evi tikilməsi üçün bütün zəruri sənədlərin əldə olunmaqla iddiaçıya bələdiyyənin qərarı ilə ayrılaraq satılması, iddiaçı tərəfindən torpağın dəyərinin bələdiyyəyə ödənilməsi, həmin torpaq sahəsinin digər şəxslərin hüquqları ilə yüklü olmaması halının mövcudluğu hazırkı qərarın 33-34-cü bəndlərində istinad edilən normaların tələbləri ilə uzlaşmır.
55. Kollegiya hesab edir ki, torpağa dair alqı-satqı aktının səlahiyyətli orqanlar tərəfindən tərtib edilməyərək bələdiyyə mülkiyyətində olan torpağın “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda qeyd olunan müvafiq maddələrinin tələblərinə əsasən torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarına uyğun olaraq alqı-satqısının həyata keçirilməklə iddiaçı tərəfindən bələdiyyənin hesabına 1080 (min səksən) manat məbləğində torpağın satışına görə pulun ödənilməsi özü-özlüyündə həmin aktın mövcudluğunu ehtiva edir, digər tərəfdən hazırki qərarda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəaları, o cümlədən “Hüquqların dövlət qeydiyyatına alınmasına hansı hallarda imtina edilə bilinməsini” özündə ehtiva edən 15.1-ci maddəsinin tələblərində göstərilən halların heç biri iddiaçının müraciətinin rədd edilməsi üçün cavabdeh tərəfin mövqeyi ilə uzlaşmadığından iddia tələbinin rədd edilməsi qanuni, əsaslı və ədalətli hesab edilə bilməz.
56. Beləliklə, məhkəmə qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bu baxımdan apellyasiya şikayətinin təmin edilməməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Odur ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunaraq iş üzrə yeni qərar qəbul edilməklə iddiaçının tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(118)-307/2021 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən 0,06 ha.-dan ibarət torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin olunsun. İddiaçı Sumqayıt şəhər Bələdiyyə Şurasının 03 oktyabr 2003-cü il tarixli (protokol №92) qərarı ilə Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində fərdi ev tikintisi üçün ayrılmış və hazırda istifadəsində olan 600 kv.metr torpaq sahəsinin üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.