Məhkəmə qərarları › İş №2-1(105)-457/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-457/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-457/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndəsi X2, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Dövlət Vegi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)- 2013/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 19 oktyabr 2007-ci il tarixli, 810 nömrəli sərəncamına əsasən "xxxx" MMC-yə Xırdalan şəhəri, Heydər Əliyev prospektinin cənub tərəfində 0.23 ha torpaq sahəsində çoxmərtəbəli yaşayış evlərindən ibarət kompleksin tikintisinə icazə verilmişdir. Abşeron rayon Xırdalan Bələdiyyəsinin 28 noyabr 2007-ci il tarixli, 06 nömrəli qərarına əsasən bələdiyyə ərazisində yararlı sahədən ibarət olmaqla, bələdiyyə mülkiyyəti kimi uçota alınmış torpaqdan çoxmənzilli yaşayış binasının tikintisi məqsədilə 2300 m² torpaq sahəsinin 99 il müddətinə "xxxx" MMC-nin icarəsinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş “Çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazırlığı barədə” 20 dekabr 2019-cu il tarixli, 0300 nömrəli rəyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 67 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus 2 girişli, zirzəmili, 14 (+ mansarda) mərtəbəli (Blok 2, 3) və 2 girişli, zirzəmili, 16 (+ mansarda) mərtəbəli (Blok 1, 4) yaşayış binalarının tikintisi 2018-ci il tarixdə başa çatmış və istismara yararlı olduğu təsdiq edilmişdir. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 027 nömrəli “2019-cu il yanvarın 1-dək bütün mərtəbələrin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binası kompleksinin istismarına” icazə sənədinə əsasən xx.xx.2019-cu il tarixdən 14 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********156652 nömrəli səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarı ilə iddiaçı "xxxx" MMC üzrə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə 2019cu ilin mart ayından 2022-ci ilin fevral ayına qədər olan dövrlər üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli **********157289 nömrəli səyyar vergi yoxlaması aktına görə vergi ödəyicisi tərəfindən əlavə dəyər vergisi üzrə 1955674,41 manat vergi borcunun azaldılması aşkar edilmişdir. 2 saylı Ərazi Vergilər İdarəsinin 23 yanvar 2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ilə iddiaçı barəsində 2022-ci il üzrə 1955674,41 manat əlavə dəyər vergisi, həmin məbləğin 50 faizi məbləğində və Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 80 manat olmaqla, cəmi 977917,21 manat maliyyə saksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, səyyar vergi yoxlaması xx.xx.2022-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmiş, nəticəsi isə xx.xx.2022-ci il tarixli **********157289 nömrəli aktla rəsmiləşdirilmişdir. Aktda qeyd edilənlərə əsasən: "xxxx" MMC tərəfindən inşa edilmiş 4 girişli 14-16 (mansard olmaqla) mərtəbəli binanın ümumi sahəsi 35 565.67 m2, satışa yararlı sahəsi 26 584.46 m2 müəyyənləşdirildi. Vergi ödəyicisinin təqdim etdiyi müqavilələrə əsasən 24 500.46 m2 yaşayış sahəsi, 598.0 m2 qaraj sahəsi, 2 012.80 m2 qeyri- yaşayış və 500.0 m2 zirzəmi sahəsinin satıldığı müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin satışına dair müqavilələr yoxlamaya təqdim edildiyi üçün ekspert rəyinin alınmasına zərurət yaranmadı. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş müqavilələrə əsasən 24 500.46 m2 (326 mənzil) sahədən 4 mənzil üzrə 261.62 m2 sahə İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış, qalan 322 mənzil üzrə 24 238.85 m2 yaşayış sahəsinin satış dəyəri 10 963 466.22 manat (ƏDV daxil), vergi ödəyicisi tərəfindən yoxlamaya qarajların satılmasına dair 33 müqavilə təqdim edilmiş, satış müqavilələri üzrə qarajların cəmi satış dəyəri 212 300,0 manat (ƏDV daxil) müəyyən edildi. Bundan başqa, qeyri-yaşayış sahəsinin satışına dair 22 müqavilə təqdim edilmişdir ki, müqavilələr üzrə cəmi satış dəyəri 1544766.0 manat (ƏDV daxil) müəyyən edildi. Həmçinin, vergi ödəyicisi tərəfindən yoxlamaya 500 m2-lik zirzəmi sahəsinin satışına dair müqavilə təqdim edilmişdir ki, onun satış dəyəri 100 000,0 manat (ƏDV daxil) müəyyən edildi. Qeyd edilənləri nəzərə alaraq, 12 820 532.22 manat (ƏDV daxil) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edildi. Nəticədə ƏDV üzrəl 955 674.41 manat verginin (********.22/1.18*18%) azaldıldığı müəyyən edildi”. Hesab edir ki, xx.xx.2023-cü il tarixli, **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuiliyyətə cətb edilməsi haqqında” qərarı qanunsuzdur. Belə ki, səyyar vergi yoxlaması aktından aydın olur ki, vergi orqanı 1955 674.41 manat ƏDV-ni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən hesablamışdır. Qeyd edir ki, vergi orqanının Vergi Məcəlləsinin yuxarıda göstərilən 67.16-cı maddəsini iddiaçıya münasibətdə tətbiq etmək hüququ olmamışdır. İddiaçı Abşeron rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2007-ci il tarixli sərəncamına əsasən 4 girişli, 16 mərtəbəli, 2 yaşayış binasının tikinti-quraşdırma işlərinə 2007-ci ildə başlamış və binaların tikintisi 2010-cu ildə yekunlaşmışdır. Səyyar vergi yoxlamasına təqdim edilmiş alqı-satqı müqavilələrindən isə aydın olur ki, binalar üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2008-ci ildə başlamış və sonuncu sahənin alqı-satqısı 2013- cü ildə baş tutmuşdur. Göründüyü kimi iddiaçı tərəfindən tikintisi həyata keçirilmiş binanın tikintisi və bina üzrə bütün yaşayış və qeyri-yaşayış sahələrinin tam satışı 2020-ci ildən əvvəlki tarixdə (2013cü ildə) yekunlaşmışdır. Vergi Məcəlləsinin 67.16-cı maddəsi tikinti-quraşdırma işlərinə xx.xx.2020-ci il tarixdən sonra başlamış və ya 2020-ci il 1 yanvar tarixədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə şamil edildiyi halda, vergi orqanı həmin maddəni tikinti-quraşdırma işlərini, habelə bütün yaşayış və qeyri-yaşayış sahələrinin satışını xx.xx.2020-ci ildən əvvəlki tarixdə yekunlaşdırmış iddiaçıya münasibətdə tətbiq edərək kobud səhvə yol vermişdir. Həmçinin, VM-nin 67.16-cı maddəsi xx.xx.2019-cu il tarixli AR Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edilmiş və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh vergi orqanı həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə baş tutmuş əməliyyalatlara münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır ki, bu da AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinin tələblərinə zidd olmuşdur. Bundan başqa, vergilərin hesablanması ilə bağlı qanunla müəyyən edilmiş 3 illik müddət bitdiyindən iddiaçıya hətta Vergi Məcəlləsinin 67.15-ci maddəsini rəhbər tutaraq belə hər hansı vergi məbləği hesablana bilməzdi. VM-nin 85.4-cü maddəsi ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. Göründüyü kimi səyyar vergi yoxlaması mart 2019 hesabat ayından sonrakı dövrü əhatə etdiyi və vergi orqanının əvvəlki tarixlər üzrə hər hansı vergi məbləği hesablamaq hüququ mövcud olmadığı halda, hazırkı səyyar vergi yoxlamasında vergi orqanı 2008- 2013-cü illər ərzində baş tutmuş alqı-satqı əməliyyatlarını əsas götürərək cəmiyyətə əlavə vergi məbləği hesablamışdır ki, bu da VM-nin 85.4-cü maddəsinin pozulması ilə nəticələnmişdir. İddiaçı MMC Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr. ünvanında tikintisi başa çatmış çoxmənzilli yaşayış binası ilə bağlı VM-nin 220.8-ci maddəsinin (xx.xx.2016-cı il tarixədək qüvvədə olan redaksiyasının) tələblərinə müvafiq olaraq hesablanmış sadələşdirilmiş vergi məbləğinin tam şəkildə dövlət büdcəsinə ödənilməsini həyata keçirmişdir. Lakin cəmiyyət binanın inşası ilə bağlı yaranmış ciddi maliyyə problemləri səbəbindən, vergi öhdəliyinin geri qalan hissəsinin ödənilməsini həyata keçirə bilməmişdir. Belə ki, cəmiyyət binanın sakinlərinin mənzillərə köçürülməsi və binanın kommunal problemlərinin (su, kanalizasiya sistemi, işıq və qazla təchiz edilməsinin) həlli istiqamətində çoxsaylı maliyyə itkilərinə məruz qalmış və binanın tikintisini ümumilikdə zərərlə başa vurmuşdur. Hətta 4 ədəd liftin quraşdırılması ilə bağlı borc öhdəliyi də cəmiyyət tərəfindən bugünkü tarixədək icra edilməmişdir. İddiaçı MMC yaşayış binasınının inşasını maliyyə itkiləri və digər çətinliklər hesabına başa vurduğundan, Vergi Məcəlləsinin 220.8-ci maddəsində nəzərdə tutulmuş sadələşdirilmiş vergi məbləğini tam ödəsə də, binanın tikintisi zərərlə yekunlaşdığından digər vergi öhdəliklərini yerinə yetirməyə qadir olmamışdır. Cavabdeh orqan iddia tələbinə yazılı etirazında qeyd etmişdir ki, “növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********156708 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş müqavilələrə əsasən 24500,46 m2 (326 mənzil üzrə) sahədən 4 mənzil üzrə 261,61 m2 sahə İcra Hakimiyyətinin mənzil fonduna ayrılmış, qalan 322 mənzil üzrə 24238,85 m2 yaşayış sahəsinin satış dəyəri 10963466,22 manat (ƏDV ilə), vergi ödəyicisi tərəfindən yoxlamaya qarajların satılmasına dair 33 müqavilə təqdim edilmiş, satış müqavilələri üzrə qarajların cəmi satış dəyəri 212300.0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Bundan başqa, qeyri-yaşayış sahəsinin satışına dair 22 müqavilə təqdim edilmişdir ki, müqavilələr üzrə cəmi satış dəyəri 1544766,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Həmçinin, vergi ödəyicisi tərəfindən yoxlamaya 500 m2-lik zirzəmi sahəsinin satışına dair müqavilə təqdim edilmişdir ki, onun da satış dəyəri 100000,0 manat (ƏDV ilə) müəyyən edilmişdir. Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır. Vergi ödəyicisi tərəfindən bu məlumat təqdim edilməmişdir. Vergi ödəyicisində cari yoxlamadan əvvəl 3 səyyar vergi yoxlaması keçirilmiş, hər 3 yoxlamada da yaşayış və qeyri-yaşayış sahələrinin satılmadığı müəyyən edilmiş, bu fakt vergi ödəyicisi tərəfindən təsdiqlənmiş, səyyar vergi yoxlaması aktları vergi ödəyicisi tərəfindən imzalanmışdır. Qeyd edilənləri nəzərə alaraq 12820532,22 manat (ƏDV ilə) dövriyyə Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə edilən dövrün sonuncu ayına bərpa edilmişdir. Nəticədə ƏDV üzrə 1955674,41 manat verginin (12820532,22/1,18 X 18%) azaldıldığı müəyyən edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-2013/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********167600 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilmişdir. (hakim: C.Məmmədov). Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını işin faktiki hallarına uyğun olaraq tətbiq etməli olduğu halda tətbiq etməmiş və nəticədə yanlış qənaətə gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 16. Vergi ödəyicisinin vəzifələri 16.8. Bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Maddə 38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. (-) Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları (-) Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (-). Maddə 56. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti 56.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704 nömrəli Azərbaycan Respublikasının Qanunu: (-) 1.24.2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə aşağıdakı məzmunda 67.16cı maddə əlavə edilsin: “67.16. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə”; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin halları ilə müəyyən olunur ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********156652 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən iddiaçı barəsində növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Aparılmış yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli **********157289 nömrəli səyyar vergi yoxlaması Aktı ilə rəsmiləşdirilmiş, həmin Akt əsasında 23 yanvar 2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Hazırkı iş üzrə iddiaçının tələbi 23 yanvar 2023-cü il tarixli **********167600 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğvi barədədir. İşin faktiki hallarından görünür ki, cavabdeh vergi orqanı iddiaçı MMC tərəfindən 2008-2013-cü illər ərzində təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə ümumilikdə 12 820 532.22 manat (ƏDV ilə) dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlamanın sonuncu dövrünə, yəni 2022-ci ilin fevral ayına bərpa etmiş və həmin vergiyə cəlb edilən dövriyyə əsasında iddiaçıya, ümumilikdə, 1955674.41 manat əlavə dəyər vergisi hesablamışdır. İddiaçı iddia ərizəsinin dəlillərində qeyd edir ki, yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2008-2013-cü il tarixlərdə həyata keçirildiyindən vergi orqanı Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etməklə iddiaçıya əlavə vergi məbləği hesabaya bilməzdi. Səyyar vergi yoxlaması aktından görünür ki, cavabdeh vergi orqanı əvvəlki səyyar vergi yoxlamaları zamanı satılmış yaşayış və qeyri-yaşayış sahələri barədə məlumatın vergi orqanına təqdim edilmədiyini əsas gətirərək, əvvəlki tarixlərdə baş tutmuş satış üzrə dövriyyəni Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən yoxlama ilə əhatə olunan dövr üzrə vergiyə cəlb edilən dövriyyə kimi qiymətləndirərək iddiaçıya ƏDV üzrə əlavə vergi məbləği hesablamışdır. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdə keçirilən səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi aşkar edildikdə, vergitutma məqsədləri üçün aşağıdakı hallarda yaşayış və qeyri-yaşayış sahələri yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş sayılır: 67.16.1. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumat səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilmədikdə; 67.16.2. bu Məcəllənin 16.8-ci maddəsində nəzərdə tutulan məlumatı təqdim edən, lakin təqdim edilən məlumatda yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilmədiyi göstərildikdə. Həmin Məcəllənin 16.8-ci maddəsinə əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan aşağıdakı şəxslər yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən məlumat formasını hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edir: 16.8.1. 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış; 16.8.2. sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslər. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, vergi orqanı yalnız 1) 2020-ci il 1 yanvar tarixindən sonra tikinti-quraşdırma işlərinə başlamış şəxslər və 2) sadələşdirilmiş verginin ödəyicisi olmayan, 2020-ci il 1 yanvar tarixinədək tikintiquraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə VM-nin 67.16-cı maddəsinə istinad etməklə, tikinti-quraşdırma işləri başlamış binanın yaşayış və qeyriyaşayış sahələrini yoxlamanın əhatə etdiyi sonuncu hesabat dövründə təqdim edilmiş hesab edə bilər. İşin müəyyən edilmiş faktiki hallarından isə görünür ki, iddiaçıya Abşeron Rayon İHBnin 19 oktyabr 2007-ci il tarixli, 810 nömrəli sərəncamı ilə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında yerləşən torpaq sahəsində çoxmərtəbəli yaşayış kompleksinin tikintisinə icazə verilmiş, iddiaçı tərəfindən həmin ərazidə yaşayış kompleksi inşa edilmiş, 2 girişli, zirzəmili, 14 mərtəbəli (blok 2, 3) və 2 girişli, zirzəmili, 16 mərtəbəli (blok 1, 4) yaşayış binalarının tikintisi 2018-ci ildə başa çatmış, xx.xx.2019-cu il tarixdən 14 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə verilmişdir. Həmin binalar üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışı isə 2013-cü ildə yekunlaşmışdır. Qeyd olunanlardan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, bir halda ki iddiaçı çoxmərtəbəli yaşayış kompleksinin tikintisini 2018-ci ildə, həmin kompleks üzrə yaşayış və qeyri-yaşayış sahələrinin satışını isə 2013-cü ildə başa çatdırdırmışdır, bu halda vergi orqanının iddiaçıya münasibətdə 01 yanvar 2020-ci ildən sonra tikinti-quraşdırma işlərinə başlamış və ya 2020-ci il 1 yanvar tarixinədək tikinti-quraşdırma işlərinə başlamış, lakin tikintisi başa çatmayan, habelə bina üzrə təqdim edilməmiş yaşayış və qeyri-yaşayış sahələri olan şəxslərə münasibətdə tətbiq edilə bilən Vergi Məcəlləsinin 67.16-cı maddəsinə istinad etmək və bu əsasla əlavə vergi məbləği hesablamaq hüququ yaranmamışdır. Belə ki, iddiaçı Vergi Məcəlləsinin 67.16-cı maddəsinin tətbiqinə əsas verən 16.8-ci maddədə təsbit edilmiş vergi ödəyiciləri kateqoriyasına aid deyildir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdeh vergi orqanı həmin normanı iddiaçıya münasibətdə tətbiq edərək əlavə vergi məbləği hesablamaqda haqlı olmamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsinin 67.16-cı maddəsi xx.xx.2019-cu il tarixli, 1704 nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Vergi Məcəlləsinə əlavə edildiyi və xx.xx.2020-ci il tarixdən qüvvəyə mindiyi halda, cavabdeh həmin normanı qüvvəyə minməmişdən əvvəlki tarixlərdə, yəni xx.xx.2020-ci il tarixədək baş tutmuş alqı-satqı əməliyyatlarına münasibətdə tətbiq edərək, iddiaçının vəziyyətini ağırlaşdırmışdır. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanı mübahisəli inzibati aktı qəbul edərkən vergi qanunvericiliyində müddətlərlə bağlı nəzərdə tutulmuş məhdudiyyətləri də nəzərə almamışdır. Belə ki, qanuni şəkildə vergiləri ödəmək (o cümlədən müvafiq vaxtda və miqdarda) hər bir şəxsin əsas konstitusiya vəzifələrindən biridir. Qanunla müəyyən edilmiş qaydada vergilərin ödənilməsi ilə bağlı vəzifələrin yerinə yetirilməməsi belə şəxslərin məsuliyyətə cəlb olunması üçün əsas yaradır. Bu cür hüquq pozuntularının törədilməsi mövcud qanunvericiliyə əsasən hüquqi məsuliyyətə səbəb olur. Lakin qanunverici məsuliyyətə cəlb etmənin məhdudiyyətsiz deyil, müəyyən müddət çərçivəsində həyata keçirilməli olmasını təsbit edir. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. İstinad olunan normadan göründüyü kimi səyyar vergi yoxlaması üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyəti yoxlanılır. Hazırki işin hallarından görünür ki, iddiaçı barəsində aparılmış sonuncu yoxlama ƏDV üzrə mart 2019 - fevral 2022-ci illəri əhatə etmişdir. Başqa sözlə, cavabdeh yoxlamada qeyd olunan dövrlər üzrə 3 illik zaman kəsiyində aşkara çıxmış pozuntularla bağlı iddiaçını məsuliyyətə cəlb etməyə haqlı ola bilər. Lakin cavabdeh, iddiaçını, 2008- 2013-cü il tarixli alqı-satqı müqavilələrinə əsasən məsuliyyətə cəlb etmişdir. Bununla da müəyyən olunur ki, cavabdehin hüquq pozuntusu kimi aşkara çıxardığını iddia etdiyi hal (2008-2013-cü illər) yoxlama dövrü (mart 2019 - fevral 2022-ci illər) ilə əhatə olunmur. Hətta fərz olunsa ki, iddiaçı tərəfindən həqiqətən də hüquqpozuntusu törədilmişdir, həmin dövrdən (2008-2013-cü illər) 3 (üç) ildən çox vaxt keçdiyindən, iddiaçı müddətin keçməsi əsası ilə vergi məsuliyyətinə cəlb oluna bilməz. Belə ki, Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, həmçinin bu Məcəllənin 71.4-cü maddəsi ilə müəyyən edilmiş sənədlərin və məlumatların saxlanılması ilə bağlı ən azı 5 il, habelə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 56.1-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75 və 213-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 aprel 2002-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb etmə müddətlərinin müəyyən edilməsi iqtisadi mühitin sabitliyinə, təsərrüfat fəaliyyəti iştirakçılarının iqtisadi fəaliyyətə inamının artırılmasına şərait yaratmaqla, son nəticədə bu subyektlərin hüquqi təhlükəsizlik mexanizminin təmin olunmasına xidmət edir. Avropa Məhkəməsi tərəfindən də qəbul olunan hüquqi müəyyənlik prinsipi “hüquqi təhlükəsizlik konsepsiyasının” baş prinsiplərindən biri hesab olunur. Hüquqi müəyyənlik ümumi ideya kimi bir çox hüquq sistemlərinə daxil edilmişdir. Onun əsasını isə hüquqi məsuliyyətə cəlb etmə müddətləri də əhatə olunmaqla, hüquqi vəziyyətin sabitliyini təmin edən əvvəlcədən xəbər vermə təşkil edir. (..) Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntularına görə məsuliyyətə cəlb etmə müddəti həmin Məcəllənin 56-cı maddəsində (..) nəzərdə tutulan qaydada tətbiq olunmalıdır.” İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı) Məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin əvvəlki 3 səyyar vergi yoxlaması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin satışının müəyyən edilməməsi və vergi ödəyicisinin də həmin faktı təsdiq edərək yoxlama aktlarını imzalaması dəlilinə münasibətdə qeyd edir ki, vergi orqanları kameral və ya səyyar vergi yoxlaması, eləcə də operativ vergi nəzarəti zamanı vergi ödəyicisinin izahatından asılı olmayaraq araşdırma aparmaq və hüquq pozuntusu aşkar etdiyi təqdirdə, həmin vergi ödəyicisini məsuliyyətə cəlb etmək hüququna malikdir. Başqa sözlə desək, vergi ödəyicisinin izahatı vergi orqanının yoxlama çərçivəsində araşdırma aparmaq imkanını və hüququnu məhdudlaşdırmır. Bu isə o deməkdir ki, cavabdeh vergi orqanı hazırkı səyyar vergi yoxlaması zamanı aşkar etdiyi faktları, əvvəlki 3 səyyar vergi yoxlaması zamanı da aşkar etmək hüququna və imkanına malik olmuşdur. Bundan başqa, Vergi Məcəlləsində əvvəlki səyyar vergi yoxlamaları zamanı məlumatların (sənədlərin) təqdim edilməməsi vergilərin hesablanması ilə bağlı müəyyən edilmiş 3 illik müddətin axımını dayandıran hal qismində nəzərdə tutulmamışdır. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. (Vergi Məcəlləsinin 3.8-ci, 36.2-ci və 53.3-cü maddələri). Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, iddiaçıya səyyar vergi yoxlaması zamanı əlavə dəyər vergisi hesablanarkən yuxarıda sadalanan pozuntulara yol verildiyindən, inzibati orqan qəbul etdiyi inzibati aktı əsaslandıra, həmçinin onun qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyindən, həmçinin bunu sübut etmiş olsaydı belə, məsuliyyətə cəlbetmə müddəti keçdiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 mart 2023-cü il tarixli, 2-1(118)-2013/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar