Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-458/2022 31.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı “xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati 14 mart 2022 -ci il tarixli, 2-1(118)- 422/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş Məhkəməsinin apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı xx.xx.1955-ci il tarixdə Azərbaycan Respublikası, Cəbrayıl rayonunda anadan olmuşdur. Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 53, mənzil 11-də qeydiyyatdadır. (AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsi) İddiaçıya məxsus İT-İ seriyalı ******* əmək kitabçasının surətinə əsasən o, 1975-ci ildən 1977-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Mənzil Kommunal İdarəsində, xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində, xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında, xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində, xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində, xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində, xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində işləmişdir. İddiaçı cavabdeh inzibati orqana əlilliyə görə əmək pensiyasının yaşa görə əmək pensiyası növünə keçirilməsinə dair xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçının sığorta stajı 16 il 04 ay təşkil edir. xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi dövrün yerində qarşılıqlı yoxlanması zərurəti yaranmış, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün sosial sığorta stajının yoxlanılması mümkün olmamış və bu səbəbdən həmin illər sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Cavabdeh orqan “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə istinad edərək müraciətin icrasından imtina etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin 1 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 18 iyul 1977-ci ildən əmək fəaliyyətinə başlamış, 2006-cı ilədək müxtəlif yerlərdə və vəzifələrdə işləmişdir. Bu hal ona məxsus əmək kitabçasında da öz əksini tapır. Pensiya yaşına çatdığı üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsinə dair cavabdeh orqana müraciət etmiş, müraciətinə cavabdeh orqan tərəfindən baxılmış və imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Qeyd edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006cı il tarixədək işlədiyi dövr iddiaçının əmək kitabçasında öz təsdiqini tapır. Lakin, cavabdeh orqan həmin illərdə işlədiyi idarələrin hüquqi ünvanının məlum olmadığını əsas gətirərək sosial sığorta stajının yoxlanılmasının mümkün olmadığını və bu səbəbdən də həmin illərin sosial sığorta stajı kimi nəzərə alınmasından imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hesab edir ki, xx.xx.1992-ci ildən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr əmək kitabçasında öz təsdiqinin tapdığından sözügedən Qaydaların 3.1.1-ci bəndinin tələbinə əsasən işlədiyi həmin dövrlər sosial sığorta stajına daxil edilməlidir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, cavabdehin xx.xx.2014-cü il tarixli 0539 nömrəli qərarı ilə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində filiala müraciət edərək onu əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçirməyi xahiş etmiş, lakin filialın xx.xx.2021- ci il tarixli, **********7 nömrəli məktubu ilə ona imtina verilmişdir. Məktuba əsasən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək işlədiyi illərin yerində qarşılıqlı yoxlanması zərurəti yarandığı, lakin idarələrin hüquqi ünvanı məlum olmadığı üçün həmin illərin sosial siğorta stajına daxil edilərək ona yaşa görə əmək poensiyasının təyin edilməsinin qeyrimümkün olduğu bildirilmişdir. Belə ki, iddiaçıya məxsus ******* nömrəli hərbi biletə əsasən o, xx.xx.1975-xx.xx.1977-ci illərdə (1 il 11 ay 12 gün) sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilməyən sosial siğorta stajı, xx.xx.1977-xx.xx.1977-ci illərdə Mənzil Kommunal İdarəsində işlədiyi müddət (1 ay 2 gün), xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində işlədiyi müddət (12 il 4 ay 2 gün), xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermaında işlədiyi müddət (1 il 3 ay 19 gün), cəmi 15 il 8 ay 5 gün təşkil edir. İddiaçının əmək kitabçasına əsasən mübahisələndirilən sosial siğorta stajı xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində (8 ay 21 gün), xx.xx.1993-xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində (3 il 3 ay 8 gün), xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində (7 ay 2 gün), xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə- LTD” firmasında (1 il 10 ay 25 gün) və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində (6 il 5 ay 15 gün), ümumilikdə, 12 il 11 ay 9 gün təşkil edir. İşin hallarını tam və dəqiq araşdırmaq məqsədi ilə iddiaçının işlədiyini iddia etdiyi “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin mövcudluğunu və iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək həmin müəssisələrdə işləməsi faktını dəqiqləşdirmək üçün müvafiq qurumlara lazımi sorğular göndərilmişdir. Belə ki, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Bas İdarəsinin xx.xx.2022-ci il tarixli, **********185100 nömrəli cavab məktubunda reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativi ilə bağlı heç bir məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli, 27 nömrəli cavab məktubunda “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə-LTD” firması və “Sontexnik” (“Santexnik”) kooperativinin arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilmədiyi bildirilmişdir. İddiaçının xx.xx.1992-xx.xx.1993-cü illərdə “Pircahan” kooperativində, xx.xx.1993xx.xx.1996-cı illərdə “Çinar-93” kiçik müəssisəsində, xx.xx.1997-xx.xx.1998-ci illərdə “Orbita-servis” texniki mərkəzin 4 nömrəli sexində, xx.xx.1998-xx.xx.2000-ci illərdə “Çinarə-LTD” firmasında və xx.xx.2000-xx.xx.2006-cı illərdə “Sontexnik” (“Santexnik”) kooperativində işləməsi faktı əmək kitabçasında qeyd edilsə də kommersiya qurumlarının dövlət reyestrində həmin müəssisələrin dövlət qeydiyyatından keçməsi, vergi uçotuna alınması, fəaliyyət göstərməsi ilə bağlı hər hansı bir sənəd aşkar edilməmiş, həmçinin həmin müəssisələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Hesab edir ki, bu hal iddiaçının adıçəkilən müəssisələrdə işləməsi ilə bağlı əmək kitabçasında olan qeydlərin qeyri-mötəbər olduğunu təsdiq edir. Buna görə də həmin dövr (xx.xx.1997xx.xx.2006-cı illər) sosial sığorta stajına daxil edilə bilməz. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022-ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova) Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, işə baxan məhkəmə əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, işlədiyi müəssisələr barədə heç bir məlumat aşkar edilməmişdir. Həmçinin, Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2022-ci tarixli məktubdan da görünür ki, arxiv sənədləri dövlət mühafizəsinə təhvil verilməmişdir. İddiaçı məhkəmənin gəldiyi nəticə ilə razılaşmır. Qeyd edir ki, işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapır. Belə olan halda hesab edir ki, iddia tələbinin təmin olunmaması tamamilə əsassızdır və hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 14. Sübut etmə vəzifəsi Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, İddiaçı qanunla tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi öz təsdiqini tapmamışdır. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisədən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: İddiaçının apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, işlədiyi dövr əmək kitabçasında öz təsdiqini tapır. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsassız hesab edir. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə görə, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edə bilmək üçün qanunun qeyd edilən müddəasında təsbit edilmiş iki şərtin məcmu şəkildə birgə mövcudluğu tələb olunur: 1) şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; 2) fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olduğundan, 65 yaşında, yəni xx.xx.2020-ci ildə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Hazırda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya yaşına çatması ilə bağlı birinci şərt ödənilir. İkinci şərtlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 25 il sığorta stajı olmalıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi iddiaçının xx.xx.1992-xx.xx.1993-cü il tarixlərində “Parçalı” kooperativində, xx.xx.1993-xx.xx.1996-cı il tarixlərində “Çinar-93” KMdə, xx.xx.1997-xx.xx.1998-ci il tarixlərində “Orbita-Servis” Texniki mərkəzində 4 nömrəli sexdə, xx.xx.1998-xx.xx.2000-ci il tarixlərində “Çinar BTB” firmasında işlədiyi dövrlərin düzgünlüyünü yoxlamaq məqsədilə Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müvafiq sorğular vermişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2022-ci il tarixli, 34 nömrəli cavab məktubundan görünür ki, “Parçalı” kooperativi, “Çinar” mağazası, “Orbita-Servis” Texniki mərkəzi, “Çinar-93” KM-in arxiv sənədləri Dövlət Arxivinin Sumqayıt Filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən DSMF-nin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanan 13 yanvar 2022-ci il tarixli, **********185100 nömrəli məktubdan görünür ki, reyestr məlumatlarında “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita-Servis” Texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə LTD” firması və “Santexnik” Kooperativi barədə heç bir məlumat aşkar edilməmişdir. Göründüyü kimi, işin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış halları əsasında müəyyən olunur ki, “Pircahan” kooperativi, “Çinar-93” kiçik müəssisəsi, “Orbita- Servis” Texniki mərkəzin 4 nömrəli sexi, “Çinarə LTD” firması və “Santexnik” Kooperativi hüquqi şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməmiş, həmçinin, müəssisələrin arxiv sənədləri dövlət arxivinə təhvil verilməmiş, yəni adıçəkilən müəssisələr haqqında məlumat əldə etmək mümkün olmamışdır. Bununla da, iddiaçının qeyd olunan müəssisələrdə işləməsi ilə bağlı əmək kitabçasındakı qeydlərin mötəbərliyini müəyyən etmək mümkün olmamışdır. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərə əsasən isə iddiaçı 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Mənzil Kommunal İdarəsində, xx.xx.1978-xx.xx.1991-ci illərdə Böyük məişət texnikasının təmiri atelyesində, xx.xx.1991-xx.xx.1992-ci illərdə “Sumqayıt qorno” univermağında işləmiş, ümumilikdə, 15 il 08 ay 20 gün sosial sığorta stajına malikdir. Beləliklə kollegiya hesab edir ki, iddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində göstərilən şərtlər (25 il sığorta stajı) mövcud olmadığı üçün cavabdehin imtinası əsaslı olmuşdur. Bununla da, İPM-in 14.3-cü maddəsinin tələbinə əsasən sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh inzibati orqan iddiaçıya pensiya təyin edilməsini istisna edən halların mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı 25 ildən az sığorta stajına malikdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya pensiya təyin olunmasından imtina etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi iddianın təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. Odur ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır, qanuni məhkəmə qərarının ləğvinə səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 mart 2022 -ci il tarixli, 2-1(118)-422/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-458/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-458/2022
31.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver