Məhkəmə qərarları › İş №2-1(105)-458/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-458/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-458/2023 19.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə X18 qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Şirkətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1117/2023 nömrəli qərardadından Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Şirkəti cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Xırdalan şəhərində, Şirkətə məxsus kontrakt sahəsinin və eləcə də 3 saylı mədənin 6-cı sahəsinin ərazisinin hüdudları, həmçinin 361959 saylı neft quyusunun mühafizə zolağı daxilində X4 mülkiyyətinə torpaq sahəsinin ayrılması barədə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədinin və xx.xx.2022ci il tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X15 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ("xxxx"), X21 Bi.Vi. və ARDXŞ-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Saziş üzrə Əməliyyat şirkəti qismində İddiaçı şirkətinə (“Şirkət”) 01 sentyabr 2005-ci il tarixindən Saziş ərazisində neft-qaz əməliyyatlarının aparılmasında müstəsna hüquq verilmişdir. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanunun Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X15 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikası Hökümətinin təminatı və öhdəlikləri təsdiq edilmişdir. Sazişin 2 və 8-ci maddələrinin və AZEX OYL Kompani Bi.VL, ARDNŞ-in Ortaq Neft Şirkəti (“Podratçı Tərəflər”) və X17 şirkətləri arasında imzalanmış X8 5-ci maddəsinin müddəalarına əsasən, Sazişin 2-ci Əlavəsində göstərilən koordinat perimetrləri daxilində ayrılmış Kontrakt sahəsində əməliyyat şirkəti qismində fəaliyyət göstərən İddiaçı şirkətinə (“Şirkət”) neft-qaz əməliyyatlarının həyata keçirilməsi üçün müstəsna hüquq verilmişdir. Azərbaycan Respublikası Hökuməti tərəfindən (“Hökumət”) Saziş üzrə verilən Təminat və öhdəliklərin 1 (a) bəndində Hökumət Saziş üzrə ARDNŞ-in verdiyi hüquqlara, o cümlədən, Neft-qaz əməliyyatları üçün Podratçiya gərək olan torpaq sahələrindən istifadə etməsinə təminat verir; 1 (e) bəndində isə Hökumətin aşağıda sadalanan təminatı öz əksini tapmışdır: “Podratçı Tərəflərin heç bir hüququ, mənafeyi və ya əmlakı Azərbaycan Respublikasının hər hansı hakimiyyət orqanlarının hər hansı hərəkətləri nəticəsində qəsb edilə bilməz, milliləşdirilə bilməz və va başqa səkildə özgə tərəfindən mənimsəmilə bilməz. Saziş ərazisinin torpaq sahələri ilə bağlı hüquq pozuntuları aşkar olunan zaman İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı (bundan sonra “Şirkət”) bu pozuntularla əlaqədar dərhal hüquq mühafizə orqanlarına və müvafiq məhkəmələrə müraciət edir. O cümlədən də Şirkət Saziş ərazisindəki toıpaq sahələrində inzibati orqanlar tərəfindən ayrıayrı şəxslərə torpaq ayrılmasına dair verilmiş qərar, sərəncam, mülkiyyət hüquqi haqqında şəhadətnamələri və daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışları müvafiq məhkəmələrdə mübahisələndirir. Belə ki, xx.xx.2022-ci il tarixdə Şirkətə daxil olmuş müraciət əsasında müəyyən edilmişdir ki, “X15 haqqında Saziş”ə və “X13”nə (“Saziş” və ya "xxxx") əsasən neft-qaz məliyyatlarınm aparılması məqsədilə Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları və 361959 saylı neft quyusunun mühafizə zolağı daxilində (Abşeron rayonu, Xırdalan şəhəri ünvanda) yerləşən X4 istifadəsində olan torpaq sahəsinə dair 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli “torpaq sahəsinin planı və pölçüsü” sənədi və xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Sazişin tələbinə görə, Saziş ərazsinin hissəsindən imtina haqqında məsələlər Podratçı tərəflərin səlahiyyətlərinə aid olduğu üçün və həmçinin Nazirlər Kabinetinin 150 saylı 14 oktyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Hökümətinin Zəmanətlərinin 2(i) bəndinə uyğun olaraq Podratçı tərəflərin hüquqlarından heç biri onların razılığı olamdan azaldıla və dəyişdirilə bilməz. Bu səbəbdən də, tərəfimizdən Şirkətə aid torpaq sahələrinə dair fiziki və hüquqi şəxslərə Çıxarışlar təqdim edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti qarşısında SOCAR tərəfindən məsələ qaldırılması xahiş edilmişdir. Lakin, SOCAR-m 10 oktyabr 2022-ci il tarixli məktubu ilə sözügedən məktubda qaldırılan məsələ ilə bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisə ilə əlaqədar, vətəndaşa məxsus hüquq təsdiqedici sənədlərin müvafiq məhkəmədə mübahisələndirilməsi tövsiyə edilmişdir. X4 mülkiyyətinə ayrılmış torpaq sahəsi məlum “X15 haqqında” Sazişə əsasən Şirkətin qanuni istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları və 361959 saylı neft quyusunun təhlükəsizlik zolağı daxilində yerləşir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmış və iddia ərizəsinə əsasən, qeydiyyat orqanı tərəfindən verilmiş çıxarışın ləğvi tələb olunmasına baxmayaraq, inzibati orqan tərəfindən verilmiş çıxarışın qanunsuz və əsassız verilməsi iddia ərizəsində əsaslandırılmamış, buna dair hər hansı mötəbər sübut işə əlavə edilməmişdir. Ləğv edilməsi xahiş edilmiş daşınmaz əmlakın dövlət reyestrindən X4 adına Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.15 ha torpaq sahəsinə dair verilmiş ********** qeydiyyat və **********68 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli çıxarış 4Ə-759 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən verilmişdir. Belə ki, X14 **********38-12301 reyestr nömrəli əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.36 ha torpaq sahəsinin yalnız 0.15 ha torpaq sahəsini 4Ə-759 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X4 adına özgəninkiləşdirmişdir. Bundan sonra X6 ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.15 ha torpaq sahəsinin: -0.015 ha hissəsini 4Ə-1994 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X7; -0.009 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli, 4Ə-1995 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X3; -0.008 ha torpaq sahəsini 4Ə-1964 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X5 özgəninkiləşdirmiş; -0.0191 ha torpaq sahəsinə dair, həmin torpaq sahəsinin ümumi yol kimi istifadə ediməsi səbəbindən, X6 tərəfindən azalma barədə notarial qaydada təsdiq edilmiş 8İ-13229 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli ərizə 4 saylı Abşeron Ərazi İdarəsinə təqdim edilmiş; -yerdə qalan 0.051 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən **********01 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmiş; -yerdə qalan 0.0479 ha torpaq sahəsinə dair xx.xx.2022-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrindən **********02 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. X6 **********01 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.051 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş bölgü eskizinə əsasən torpaq sahəsini altı ayrı hissəyə ayırmış və ayrı- ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən: -0.0095 ha torpaq sahəsinə dair **********51 reyestr nömrəli; -0.0085 ha torpaq sahəsinə dair **********52 reyestr nömrəli; -0.0088 ha torpaq sahəsinə dair **********53 reyestr nömrəli; - 0.0089 ha torpaq sahəsinə dair **********54 reyestr nömrəli; -0.0076 ha torpaq sahəsinə dair **********55 reyestr nömrəli; -0.0077 ha torpaq sahəsinə dair **********56 reyestr nömrəli çıxarışlar almışdır. X6 **********02 reyestr nömrəli çıxarışa əsasən Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 0.0479 ha torpaq sahəsinə dair notarial qaydada təsdiq edilmiş bölgü eskizinə əsasən torpaq sahəsini yeddi ayrı hissəyə ayırmış və ayrıayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən: -0.0068 ha torpaq sahəsinə dair **********72 reyestr nömrəli; - 0.0069 ha torpaq sahəsinə dair **********73 reyestr nömrəli; - 0.007 ha torpaq sahəsinə dair **********74 reyestr nömrəli; -0.0071 ha torpaq sahəsinə dair **********75 reyestr nömrəli; -0.0072 ha torpaq sahəsinə dair **********76 reyestr nömrəli; -0.0064 ha torpaq sahəsinə dair **********77 reyestr nömrəli; -0.0065 ha torpaq sahəsinə dair **********77 reyestr nömrəli çıxarışlar almışdır. Etirazda qeyd olunanlara əsasən iddianın mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1117/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şirkəti ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında neft hasilatı ilə bağlı saziş imzalanmış və iddiaçıya Neft şirkətinə məxsus bir sıra ərazilər icarəyə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb edilən daşınmaz əmlaklar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sahibliyində və digər üçüncü şəxslərin mülkiyyətində olduğundan icarə əsasında xidmət göstərən İddiaçı Şirkətinin subyektiv hüququ yoxdur. Bu səbəbdən də iddia tələbi mümkün sayılmamalıdır. Həmin qərardaddan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək işin baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Şikayətin dəlilləri Apellyasiya şikayətində göstərilir ki, dövlət tərəfindən neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərdən əsasən Abşeron və Binəqədi rayonları daxilində yerləşən hissəsi Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X15 haqqında” Sazişinə əsasən İddiaçı Şirkətinin istifadəsinə verilmişdir ki, Əməliyyat Şirkəti həmin torpaq sahəsi üzərində müstəsna hüquqlara malikdir. Məhkəmə, qərardadında “torpaq sahəsinin SOCAR tərəfindən Əməliyyat Şirkətinə icarəyə verildiyi” ifadəsini işlətməklə yanlışlığa yol vermişdir. Belə ki, torpaq sahələrinin istifadəsini tənzimləyən Sazişin 10-cu maddəsindən göründüyü kimi zəruri olan, qanuni istifadəsində olan torpaq sahələrini pulsuz istifadə üçün Podratçının sərəncamına verir... Lakin məhkəmə bu nüansı nəzərdən qaçırmışdır. Məhkəmənin həmin əsaslandırmasını nəzərə alaraq belə nəticə hasil olur ki, SOCAR-ın istifadəsində olan torpaqlar dövlətə məxsus olduğuna görə həmin torpaq sahələrinin zəbti və ya hər hansı bir formada özgəninkiləşdirilməsi hallarına qarşı tədbir görmək üçün subyektiv hüququ yoxdur, bu işləri bu sahədə dövlət tərəfindən səlahiyyət verilmiş (dövlət torpaqlarının səmərəli idarə olunması, mühafizəsinin təşkili və s.) qurum olan Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirməlidir. Lakin təbii ki, Respublika üzrə bütün dövlət torpaqlarının mühafizəsinin yalnız ƏMDX tərəfindən həyata keçirilməsi mümkünsüz məsələdir. Belə ki, hər bir torpaq istifadəçisi istifadə etdiyi əmlakın mühafizəsini həyata keçirməlidir. Bu hal Dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanı ilə də dövlət müəssisə və təşkilatlarının qarşısında bir vəzifə olaraq müəyyən olunmuşdur. Məhkəmənin pozduğu maddi hüquq normalarından digərləri isə, mülki qanunvericiliyin normalarıdır. Belə ki, məlum olduğu kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. İş üzrə apellyasiya şikayəti subyektiv hüququnun olmaması əsası ilə iddiası mümkün hesab olunmayan iddiaçı tərəfindən deyil, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verildiyindən kollegiya tərəfindən apellyasiya şikayətinin mümkünlük iclası təyin edilmiş və dinlənilmə hüququ təmin edilməklə İPM-nin 64-cü maddəsinin tələblərinə uyğun olaraq mübahisənin faktiki və hüquqi tərəfləri, o cümlədən apellyasiya şikayətinin mümkünlüyü ilə bağlı məsələlər məhkəmə iclasında iştirak edən şikayət verənin nümayəndəsi ilə müzakirə edilmiş, nümayəndə Y.Səfərəliyev apellyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında iş üzrə iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosüssual Məcəllə Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. 81.2. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, İPM-nin yuxarıda istinad olunan 81-ci maddəsinə əsasən məhkəmə qərarlarından yalnız işdə iştirak edən tərəflər və məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər şikayət vermək hüququna malik olmaqla onu mübahisələndirə bilərlər. İPM-in 81.2ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin müvafiq normalarına əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Kollegiya qeyd edir ki, hazırkı işdə iddiaçı qismində İddiaçı şirkətinin Azərbaycan Respublikasındakı filialı çıxış etmişdir. Birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçı həmin qərardadı mübahisələndirməmiş, qərardaddan yalnız Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilərək onun ləğv edilməsi xahiş olunmuşdur. Qeyd olunmalıdır ki, hazırkı iş üzrə iddia ərizəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “maraqlı şəxs” kimi göstərilsə də, məhkəmə tərəfindən üçüncü şəxs qismində icraata cəlb edilməmiş, bununla belə onun nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddianın təmin olunmasını xahiş etmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, “Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddia ərizəsində üçüncü şəxslərin göstərilməsinə İPM-in 46.2.3-cü maddəsinə uyğun olaraq iddiaçının həmin şəxslərin üçüncü şəxs qismində icraata cəlb edilməli olduğuna dair vəsatəti kimi yanaşılmalıdır. Son nəticədə, istər iddia ərizəsi tərtib edilərkən iddiaçının özü tərəfindən üçüncü şəxs kimi göstərilməsindən, istərsə də, ayrıca vəsatət kimi verilməsindən asılı olmayaraq, məhkəmə, hər bir halda, üçüncü şəxs qismində cəlbetmə məsələsini İPM-in 28 və 50.0.6-cı maddələrinə uyğun olaraq bu barədə ayrıca akt formasında qərardad çıxarmaqla həll etməlidir. Çünki qeyd edilən normalara əsasən sırf iddia ərizəsində göstərildiyinə və ya bu barədə müvafiq vəsatət verildiyinə görə yox, yalnız məhkəmə tərəfindən çıxarılmış cəlbetmə barədə pozitiv qərardaddan sonra həmin şəxs üçüncü şəxs qismində proses iştirakçısı statusu qazınmış olur. Eyni zamanda Ali Məhkəmənin İnzibati Kollegiyasının yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli qərardadında üçüncü şəxslərin məhkəmə aktlarını müstəqil qaydada mübahisələndirmək imkanı ilə bağlı məsələlər təhlil edilərək göstərilmişdir ki, “...İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir. İPM-nin 81.2-ci maddəsinin təhlilindən və yuxarıda qeyd edilən qərardadda ifadə olunmuş hüquqi mövqedən göründüyü kimi inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda apellyasiya şikayəti verən Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) hazırki iş üzrə tərəf (iddiaçı və ya cavabdeh) və ya məhkəmə icraatının digər iştirakçısı qismində çıxış etməmiş, apellyasiya şikayətinin müvafiq dəlilləri baxımından məhkəmə kollegiyası da onun üçüncü şəxs qismində cəlb edilməsini məqsədəmüvafiq hesab etməmişdir. Belə ki, apellyasiya şikayətində iddiaçının deyil, məhz SOCAR-ın qeyd edilən iddianın qaldırılmasında subyektiv hüququnun mövcudluğu barədə dəlillər irəli sürülmüş və müvafiq normalara istinad edilmişdir. Həmçinin, hazırki iş üzrə iddia tələbi təmin və ya rədd edilməmiş, habelə məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi halı müəyyən olunmamışdır. Yuxarıda qeyd edildiyi kimi, hazırkı işdə İPM-nin 35.3-cü maddəsinin tələblərinə uyğun olaraq iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir ki, həmin qərardad da məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, nəzərə alınmalıdır ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Qeyd olunan hallar, o cümlədən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mübahisə predmeti olan mübahisəli hüquq münasibətləri çərçivəsində hüqularının və qanunla qorunan mənafelərinin pozulması ehtimalının mövcudluğunu iddia etdiyi halda ayrıca məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququ nümayəndənin diqqətinə çatdırılmış, nümayəndə SOCAR-ın hüquq idarəsinin iş yükünün həddindən artıq çox olması səbəbindən hazırkı kateqoriya işlər üzrə iddiaların məhz əməliyyat şirkəti olan İddiaçı Şirkəti tərəfindən qaldırılmasının məqsədəmüvafiq hesab edildiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud deyldir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1117/2023 nömrəli qərardadından Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar