Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-459/2023 09.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxsin mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1365/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 58.4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslər .............. X6r. İddiaçı xx.xx.2022-ci il tarixində ərizə ilə cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət edərək, qızı X3 Sumqayıt şəhəri, 12-ci mkr, ev 7A ünvanında yerləşən 28 nömrəli mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli 123-39011H-3222 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd olunan məsələnin yaşayış sahəsinə münasibətdfə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq X3 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. İddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X3 iddiaçının xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 12-ci mkr, 7A saylı evin 28 saylı mənzilindən qeydiyyatdan çıxarılması vəzifəsinin Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 12-ci mkr., 7A saylı evin 28 saylı mənzilinin xüsusi mülkiyyətçisidir. Sumqayıt regional “Asan Xidmət” Mərkəzində xx.xx.2021-ci il tarixdə yazdığı ərizəyə əsasən qızı X8 mənzilə qeydiyyata alınmışdır. Mənzil iddiaçıya 1996-cı ildən verildiyi vaxtdan bu günədək həmin mənzildə məcburi köçkünlər yaşayır. X8 əri və uşaqları ilə birlikdə Sumqayıt şəhəri, Qurd dərəsi bağlarında yaşayır. O, iddiaçının ərizəsinə əsasən onun mülkiyyətində olan mənzilə qeydiyyata alınsa da, heç vaxt həmin mənzildə yaşamamışdır. Təklif etməyinə baxmayaraq, könüllü olaraq cavabdehə ərizə ilə müraciət edərək mənzildən qeydiyyatdan çıxarılmaqdan imtina etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1365/2023 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim: İ.Quliyev). Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı üçüncü şəxs X4 onun mənzilinə qeydiyyata alınmasına razılıq verməsinə baxmayaraq, üçüncü şəxs mənzilə köçməmiş və orada yaşamır. Üçüncü şəxsə mənzilə istifadə hüquqları verilməmiş, onunla bu barədə notariat orqanında yazılı müqavilə bağlanmamış və bu səbəbdən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu müəyyən edən 228-ci maddəsinə müvafiq olaraq iddiaçı ilə qızı T.Orucova arasında yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilmədiyinə, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına görə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq ilk öncə inzibati orqana, ərizəsi təmin olunmadığı üçün daha sonra inzibati məhkəməyə müraciət etmişdir. Konstitusiya Məhkəməsinin Pelnumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Yəni bu hüquq verilmədiyi halda üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə hüquqi mövqeyi Konstitusiya Məhkəməsinin Qərarına ziddir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, hazırkı iş üzrə iddiaçı olan anası ona ölümündən sonra mübahisələndirilən mənzili satıb üçüncü şəxs də daxil olmaqla, iddiaçının beş övladı arasında bölməyini bildirmiş, bu səbəbdən də o, həmin mənzilə qeydiyyata alınmışdır. Üçüncü şəxs şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi üçüncü şəxsin istifadə hüququna dair məsələnin həllinin mülki məhkəmə icraatı qaydasında həllini tapmaması əsası ilə iddianı mümkün saymamış və iddiaçıya üçüncü şəxsin mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə biləcəyi ilə bağlı hüququ izah edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin hallarından görünür ki, Sumqayıt şəhəri, 12-ci mkr, ev 7A ünvanında yerləşən yerləşən 28 saylı mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxs iddiaçının ərizəsi əsasında sonuncunun mülkiyyətində olan mənzilə qeydiyyata alınmışdır. AR Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışına əsasən iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla, mənzildə qeydiyyatda olan digər şəxslər ................... üçüncü şəxs X5r. Göründüyü kimi üçüncü şəxs hal-hazırda iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatdadır. Hazırda iddiaçı onun mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Üçüncü şəxs isə məhkəmə iclasında izahatında iddiaçının ona ölümündən sonra mübahisələndirilən mənzili satıb üçüncü şəxs də daxil olmaqla, onun beş övladı arasında bölməyini bildirdiyini, bu səbəbdən də onun həmin mənzilə qeydiyyata alındığını qeyd etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərində Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarına istinad edərək üçüncü şəxsin mənzilə istifadə hüquqlarının olmadığını və belə hüquq mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməyəcəyini, bu baxımdan sonuncunun yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı ümumi məhkəməyə müraciət edilməməli olduğunu qeyd etmişdir. Həmçinin, iddiaçı tərəf dəlillərinin əsası kimi iddiaçıya məxsus sözügedən mənzil üzərində üçüncü şəxsin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığının göstərildiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 20 aprel 2023-cü il tarixli məktubunu məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçının istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında göstərilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsindən göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Müraciətedənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin ərizəsi əsasında ona məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi hazırkı kateqoriyadan olan işlərdə qeydiyyatdan çıxarılması tələb olunan şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 6-7-ci bəndlərinə görə, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı işdə üçüncü şəxsin mənzildə yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsi mülki qaydada araşdırılmalı, məhkəmə qətnaməsi ilə üçüncü şəxsin mənzilə istifadə hüququnun olmaması müəyyən edildiyi halda iddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə bağlı inzibati orqana, müraciəti təmin edilmədiyi halda isə inzibati məhkəməyə müraciət edə bilər. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2-1(118)-1365/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 4
Məhkəmə qərarları › İş №2-1(105)-459/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-459/2023
09.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver