Məhkəmə qərarları › İş №2-1(105)-46/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-46/2023

12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-46/2023 12.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X31 və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil3, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2, üçüncü şəxs X5 nümayəndəsi X6, üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-147/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs X12 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayonu Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 saylı qərarından çıxarışdan görünür ki, Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə X18 ayrılmış 0.099 ha 65 №-li sahədə yaşayış sahəsi 36 kv.m olan bir mərtəbəli, 2 otaqlı mənzil tikdirməsinə icazə verilmişdir.

2. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 hektardan ibarət həyətyanı torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X13 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, qeyd edilən torpaq sahəsi X18 Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989cu il tarixli qərarı ilə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda X30 sovetlərinin torpaq sahələriin ayrıması barədə qərarları nəzərdə tutulmamışdır.

4. Daha sonra iddiaçı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 hektardan ibarət həyətyanı torpaq sahəsi üzərində mərhum həyat yoldaşı X13 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

6. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X19 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X12 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbə X29 İcrayyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli qərarı ilə Saray qəsəbəsində yerləşən 0,0990 ha torpaq sahəsi iddiaçının mərhum həyat yoldaşı X18 ayrılmışdır. 05 dekabr 1991-ci il tarixdə Altay Yusifov vəfat etmişdir. Həmin vaxt iddiaçının uşaqları azyaşlı olduğundan o, torpaq sahəsindən istifadə edə bilməmişdir. Bir müddət keçəndən sonra maraqlandıqda torpaq sahəsinin başqa şəxslər tərəfindən zəbt edildiyini öyrənmişdir. Bundan sonra aralarında dəfələrlə məhkəmə çəkişmələri olmuşdur və nəticədə o, məhkəmə mübahiəslərini udmuşdur. Hazırda iddiaçı mübahisəli torpaq sahəsi üzərində mərhum həyat yoldaşının mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Halbuki, onun mərhum həyat yoldaşına ayrılmış torpaq sahəsi mahiyyət etibarı ilə vətəndaşların əvəzsiz mülkiyyətinə ayrılmış torpaq sahələri kateqoriyasına aiddir. Cavabdehin arqumenti ondan ibarətdir ki, yuxarıda qeyd edilən fərmana əsasən təqdim olunmuş siyahıda xalq deputaları sovetinin deyil, yerli zəhmətkeşlər deputatı sovetinin qərarları torpaq sahəsi üzərində hüququn qeydiyyatı üçün əsas götürülə bilər. Hətta cavabdeh imtina bildirişində belə bir arqument gətirir ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə, konkret olaraq 1930-70-ci illərdə yerli dövlət hakimiyyəti orqanları qismində zəhmətkeş deputaları sovetlər, sonrakı illərdə isə xalq deputatları sovetləri çıxış etmişdir. Həmçinin Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin xx.xx.2021-ci tarixli cavab məktubunda zəhmətkeş deputatları sovetləri Azərbaycan SSR-nin 1937-ci il Konstitusiyası ilə təsis edilərək 1978-ci il Konstitusiyası qəbul edilənədək fəaliyyət göstərmişdir. 1978-ci il Konstitusiyası ilə yerli (rayon, şəhər, qəsəbə, kənd) xalq deputatları sovetləri olaraq adı dəyişdirilmişdir. Göründüyü kimi, Xalq deputatları sovetlərinin zəhmətkeş deputatları sovetinin hüquqi varisi olması öz təsdiqini tapır.

9. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməmiş və bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum X9 miras qalmış 0,0990 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə baqlı iddiaçının nümayəndəsinin 29 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı həmin torpaq sahəsinin X18 Abşeron rayonu Saray qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Halbuki, xalq deputatları sovetlərinin qərarları torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranması üçün əsaslar sırasına daxl edilməmişdir. Bundan başqa torpaq sahəsinin ilkin bas planının və va təsdiq edilmiş avrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Bu əsaslarla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.

10. Üçüncü şəxs qismində cəlb edilmiş X5 nümayəndələri X20 və Məmmədov Zaur Alxan oğlu iddianı qəbul etməmişlər və bildirmişlər ki, X18 torpaq sahəsinin ayrılmasına dair qərara ayrıc aktı və sxem əlavə edilmədiyindən həmin torpaq sahəsinini məhz Ş.Məmmədovanın istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. əvvəlki məhkəmə mübahisələri zamanı məhkəmələr yanlış mütəxəssis və ekspert rəyinə əsaslanaraq yanlış qərar qəbul etmişlər. Bununla bağlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər.

11. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-147/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia təmin edilərək, Abşeron rayon Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum həyat yoldaşı X18 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

12. Qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Həmin qərardan həmçinin üçüncü şəxs X12 apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

14. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən mərhum X10 miras qalmış 0,0990 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının nümayəndəsinin 29 dekabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.0990 ha torpaq sahəsinin X21 Abşeron rayonu Saray qəsəbə X29 icraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə ayrıldığı müəyyən edilmişdir. Bundan başqa torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.

15. Üçüncü şəxs X5 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Saray qəsəbə X29 İcrayyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli qərarı ilə Saray qəsəbəsində yerləşən 0.990 ha torpaq sahəsi X18 verilmişdir. Torpaq ayrılan zaman X18 ayrılmış torpaq sahəsinin yerləşmə sxemi təqdim edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsi qərarını əsaslandırarkən qeyd etmişdir ki, X18 ayrılmış torpaq sahəsinin yerləşmə yerinin məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə Ş.Məmmədovanın mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşdüyünü müəyyən edilmişdir. İddiaçının iddia etdiyi torpaq sahəsində 22 ildir fərdi yaşayış evi inşa etmişdir və orda qalır. Sumqayıt İnzibati Məhkəməsinin bu əsaslandırması qanunsuz və əsassızdır. Məhkəmənin istinad etdiyi Sumqayıt Apellyasiya Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3227/2019 saylı qərarı özündə bir ziddiyyətləri cəmləşdirir. Sumqayıt Apellyasiva Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli, 2(105)-3227/2019 saylı məhkəmə qərarının 6-cı vərəqinin 2-ci abzasında ekspert rəyində qeyd olunmuşdur ki, X37 ayrılmış 0.099 ha torpaq sahəsinin kordinatları, ayrıc aktı və hər hansı tərpənməz nöqtəyə bağlılığı olmadığı üçün həmin torpaq sahəsinin harada olmasını və mübahisələndirilən toıpaq sahəsi ilə üst-üstə düşübdüşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmin qərarın 10-cu səhifəsi 3-cü abzasında qeyd olunmuşdur ki, Abşeron rayon Dövlət Arxivinin xx.xx.2015-ci il tarixli H- 113 saylı məktubundan görünür ki, Abşeron rayonu Saray qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarı ilə Məmmədov Şövkət qızma toıpaq sahəsi ayrılmadığı qeyd edilmişdir. Lakin sonradan əldə etdiyi (halbuki məhkəmə sorğu verərək özu bunu əldə edə bilərdi) Azərbaycan Respublikası Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı iclas protokolundan çıxarışa əsasən sözügedən mübahisəli torpaq sahəsi X8 ayrılmışdır. Sözügedən qərarın 10-cu səhifəsi 4cü abzasında qeyd olunmuşdur ki, Abşeron Rayon Saray Qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8-saylı qərarına əsasən Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə mərhum X18 ayrılmış 0.099 ha torpaq sahəsində mənzil tikilməsinə icazə verilməsi ilə əlaqədar tərtib edilmiş xx.xx.1990cı İl tarixli torpaq sahəsinin sxematik planından görünür ki, mübahisəli torpaq sahəsi bir tərəfdən yol, digər tərəfdən mağaza yolu, Səfərov tumas və Məmmədov Alxan ilə qonşudur. Onun mülkiyyətində olan torpaq sahəsi nə mağaza yolu nə də ki Səfərov Tumas ilə qonşudur. Bağların sxematik xəritəsinə əsasən iddiaçının iddia etmiş olduğu torpaq sahəsi hal-hazırda X14 mülkiyyətində olan torpaq sahəsinin üzərinə düşür. Belə ki, X22 məxsus torpaq sahəsi tərəfdən yol, digər tərəfdən mağaza yolu, Səfərov Tumas və Məmmədov Alxan (hazırki mülkiyyətçi Cabbarov Elçin) ilə qonşudur. Həmçinin iddiaçı cavabdeh inzibati orqana təqdim etdiyi təhkim aktında da iddia etdiyi torpaq sahəsi X22 məxsus torpaq sahəsidir. Həmin qərarın 10-cu səhifəsi axrıncı abzasında qeyd edilmişdir ki, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı qərarının əldə edilməsinin mümkün olmadığı bildirilmişdir. İnzibati Prosessual Məcəllənin tələblərinə əsasən sübutların əldə edilməsində məhkəmə tərəflərə yardımçı olmalıdır. Sonradan vəkil sorğusu verdirərək həmin qərarın təsdiq olunmuş surətini əldə etmişdir. Həmin qərarın 13cü səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərardadının surətindən görünür ki, məhkəmə iclasında şahid qismində dindirilən X3 mərhumun onunla qonşuluqda yaşadığını, lakin tez vəfat etdiyindən həmin yerdə ev tikə bilmədiyini qeyd etmişdir. X1 və X4 oxşar ifadələr vermişlər. Həmin məhkəmə prosesi zamanı şahidlərə başqa torpaq sahəsi göstərilmiş və buda onların yanlış ifadə vermələrinə səbəb olmuşdur. Belə ki, şikayətə əlavə olunmuş qonşular tərəfindən imzalanmış aktdan da görsənir ki, həmin torpaq sahəsi özünə məxsus olmuşdur. Qərarın 13-cü səhifəsinin 2-ci abzasında qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş və Abşeron rayonu Saray qəsəbə sakinləri tərəfindən imzalanmış aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən 66 saylı 0.099 ha torpaq sahəsi xx.xx.1989-cİ ildə Abşeron rayon, Saray qəsəbəsi XDS İK-nın 59.8 nömrəli qərarı əsasında onlara torpaq sahəsi ayrılarkən X18 ayrılmışdır. Həmin torpaq sahəsinin bir tərəfi yol, bir tərəfi Məmmədov Alxan, bir tərəfi Səfərov Tumas, bir tərəfi isə əvvəllər mağaza yeri kimi nəzərdə tutulmuş hal-hazırda Quliyevə Rasimə məxsus torpaq sahəsi ilə əhatə olunmuşdur. Beləliklə aktda qeyd olunan sakinlər o cümlədən bir tərəfi qoşu olduğu Səfərov Tumas da Yusifov Altaya sağ tərəfdən torpaq sahəsinin ayrıldığını qeyd etmişdir. O, ümumiyyətlə sağ tərəfdən Səfərov Tumasla qonşu deyildir. Burada deyilənlərə əsasən, iddia olunan torpaq sahəsi hazırda Quliyevə Rasimə məxsus torpaq sahəsi ilə Məmməd Alxana məxsus torpaq sahəsinin arasında bir yerə düşür. Lakin naturada sözügedən torpaq sahələri arasında boş yer yoxdur. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-147/2022 saylı qərarının 5-ci səhifəsi axrıncı abzasında qeyd olunmuşdur ki, iddiaçının mərhum ərinə ayrılmış toıpaq sahəsi qanunsuz olaraq X23 tərəfindən zəbt olunmuşdur. Bu işdə olan şahid ifadələri, Abşeron rayon X26 tərtib etdikləri aktla, Abşeron rayonu Saray qəsəbə X35 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarı ilə X5 adına torpaq sahəsinin ayrılmaması barədə Abşeron rayon Dövlət Arxivinin məktubunun mövcud olmasını qeyd edərək, iddianı təmin etmişdir. Qonşulara başqa torpaq sahəsi göstərilərək, onlara yanlış ifadə verilməsinə səbəb olmuşdur. Qonşular məhkəmə tərəfindən dindirilməmiş, hansı torpaq sahəsinin mübahisə predmeti olması göstərilməmişdir. Həmçinin, Abşeron Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarının əsli Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində saxlanılır. Məhkəmə tərəfindən idarəyə sorğu verilib əsli əldə oluna bilərdi. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-147/2022 qərarı tam əsassız və qanunsuzdur. Həmin qətnamə maddi və prossesual hüquq normaları pozulmaqla qəbul edildiyi üçün ləğv edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətlərinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X5 nümayəndəsi X20 və üçüncü şəxsin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətlərinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr.

Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Maddə 21. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 21.1. Məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. 21.2. Daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir.

Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı Fərmanı:

1. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” :

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ...1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; ...2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar;

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayətləri təmin edilməməlidir.

27. İş materiallarında olan Abşeron rayonu Saray qəsəbə XDS İK-nin xx.xx.1989-cu il tarixli 59.8 saylı qərarından çıxarışdan görünür ki, Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 saylı əmri ilə X18 ayrılmış 0.099 ha 65 N-li sahədə yaşayış sahəsi 36 kv.m olan bir mərtəbəli, 2 otaqlı mənzil tikdirməsinə icazə verilmişdir.

28. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mövcud bazaya əsasən X5 mülkiyyətindədir. Torpsaq sahəsi üzərində 15x14 m ölçüdə ev vardır.

29. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli imtina bildirişindən görünür ki, qeyd edilən torpaq sahəsi X18 Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli qərarı ilə ayrılmışdır. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda X30 sovetlərinin torpaq sahələrinin ayırması barədə qərarları nəzərdə tutulmamışdır.

30. DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 müraciətinə cavab olaraq verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 4 saylı Ərazi İdarəsinin **********43 nömrəli xx.xx.2017-ci il tarixli bildiriş məktubunda “Abşeron rayonu Saray qəsəbə XDS İKnin xx.xx.1989-cu il tarixli 59.8 saylı qərarına əsasən ayrılmış 0.0990 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində saxlanılan məlumata əsasən X24 məxsus **********53 saylı çıxarışla mülkiyyətə verilmiş torpaq sahəsinin üzərinə düşdüyü müəyyən edilmişdir” qeydi texniki yanlışlıq səbəbindən olmuşdur. belə ki, Abşeron rayon Saray qəsəbə XDS İK-nin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə mərhum A.Yusifova ayrılmış 0.0990 ha torpaq sahəsinə dair torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının təqdim edilməməsi səbəbindən həmin torpaq sahəsinin harada yerləşdiyini müəyyən etmək mümkün olmamışdır. Həmin torpaq sahəsinin coğrafi vəziyyəti barədə heç bir məlumat aşkar edilməmişdir. Odur ki, mübahisəli torpaq sahəsinin X15 mülkiyyətində olan torpaq sahəsi və ya X5 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü barədə qənaətə gəlmək üçün əsas hesab olunmamalıdır.

31. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-638/202 nömrəli, 15 noyabr 2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertin qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1. Abşeron rayon Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə X18 ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsinin iş materiallarında olan 16 yanvar 1990-cı il tarixli aktda göstərilən sxematik plana (səh.13) uyğun olaraq faktiki sərhədləri, ölçüləri və koordinatları müəyyənləşdirilsin. 2. Sxematik plana uyğun olaraq X18 ayrılmış Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsinin koordinatları daşınmaz əmlakın dövlət reyetrində digər şəxslərin adına qeydə alınmış daşınmaz əmlakın koordinatları ilə üst-üstə düşürmü? Əgər düşürsə, kimin adına qeydə alınmış daşınmaz əmlakla üst-üstə düşməsi müəyyənləşdirilsin, üst-üstə düşən sahələrin sərhədləri və ölçüləri göstərilməklə müvafiq sxem tərtib edilsin. 3. İddiaçının naturada iddia etdiyi torpaq sahəsinin koordinatları daşınmaz əmlakın dövlət reyetrində digər şəxslərin adına qeydə alınmış daşınmaz əmlakın koordinatları ilə üst-üstə düşürmü? Əgər düşürsə, kimin adına qeydə alınmış daşınmaz əmlakla üst-üstə düşməsi müəyyənləşdirilsin, üst-üstə düşən sahələrin sərhədləri və ölçüləri göstərilməklə müvafiq sxem tərtib edilsin.

32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2022 nömrəli, 03 may 2022-ci il tarixli rəyində aşağıdakılar qeyd olunmuşdur: Qərardadın 1-ci sualı üzrə - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-32/2-2602/2023 nömrəli mütəxəssis rəyində mütəxəssis rəyinə əsasən, Abşeron rayon Saray üzmçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli 23 nömrəli əmri ilə (Abşeron rayonu Saray qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59,8 saylı qərarı ilə) X18 ayrılmış Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsinin iş materiallarında olan 16 yanvar 1990-cı il tarixli aktda göstərilən sxematik plana (səh.13) uyğun olaraq faktiki sərhədləri, ölçüləri va koordinatlarının müəyyənləşdirilməsi həmin aktın üzərində torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qeyd olunmaması, torpaq sahəsinin heç bir tərəfinin ölçüsünün göstərilməməsi səbəbindən mümkün olmamışdır. Lakin sözügeden xx.xx.1990-ci il tarixli aktda X18 ayrılmış torpaq sahəsinin qərb qonşuluğunun “mağaza yolu” ilə, şərq qonşuluğunun Məmmədov Alxanla, şimal qonşuluğunun Səfərov Tumasla, cənub qonşuluğunun isə “yol”la sərhədləndiyinin qeyd edildiyini nəzərə almaqla Abşeron rayonu Saray qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə X18 ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrindən **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 mülkiyyətində olan 0.088 ha torpaq sahəsinin yerləşdiyi coğrafi mövqeyə uyğun gəldiyi müəyyən edildi.

33. Qərardadın ikinci sualı üzrə - mütəxəssis rəyinə əsasən, sxematik planda torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının qeyd olunmaması səbəbindən X18 ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerleşen 0.099 ha həyətyanı torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi mümkün olmamışdır. Lakin, xx.xx.1990-cı il tarixli aktda göstərilən sxematik planda qeyd edilmiş qonşuluqlara nəzərən Abşeron rayonu, Saray qəsəbə X29 İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli 59.8 saylı qərarı ilə X18 ayrılmış Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0099 ha həyətyanı torpaq sahəsinin **********89 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən X14 mülkiyyətində olan 0.088 ha torpaq sahəsinin yerləşdiyi coğrafi mövqeyə uyğun gəldiyi müəyyən edildi.

34. Qərardadın üçüncü sualı üzrə - mütəxəssis rəyinə əsasən, X12, X25, X20 və Məmmədov Zaur Alxan oğlunun paylı mülkiyyətində olmuş, hal-hazırda sahiblik və istifadələrində olan, üzərində X12 və ailə üzvlərinə məxsus fərdi yaşayış evi olan 0.10 ha torpaq sahəsinin koordinatları daxilində yerləşdiyi, daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********28 reyestr nömrəli çıxarışa əsasən X5 paylı mülkiyyətində olmuş 0.10 ha torpaq sahəsinin ilkin sənəd üzrə koordinatlarının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğunluq təşkil etdiyi və üst-üstə düşmə halının olmadığı müəyyən olundu.

35. Göründüyü kimi hazırkı iş üzrə cavabdehin mütəxəssis rəyi və həmin rəyə əsaslanan ekspert rəyi ilə də X18 ayrılmış Abşeron rayon Saray qəsəbəsində yerləşən 0,0990 ha həyətyanı torpaq sahəsinin yerinin konkret olaraq müəyyən edilməsi mümkün olmamışdır. Yalnız xx.xx.1990-ci il tarixli akta istinadən X14 mülkiyyətində olan 0.088 ha torpaq sahəsinin yerləşdiyi coğrafi mövqeyə uyğun gəldiyi göstərilmişdir.

36. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-3227/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə və X8 qarşı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2005-ci il tarixli JN-146a kod 30800086 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və onun əsasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 2(012)- 4017/2016 saylı 02 dekabr 2016-cı il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamə dəfələrlə apellyasiya və kassasiya instansiyaları məhkəmələrinin baxış predmeti olmuşdur. Sonuncu dəfə apellyasiya instansiya məhkəməsinin istinad olunan qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir.

37. Həmin qətnamədən cavabdeh X12 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli qərarı ilə təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

38. Azərbaycan Respubliksı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

39. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

40. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

41. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

42. Hazırkı iş üzrə iddiaçı, cavabdeh və üçüncü şəxs yuxarıda adı çəkilən mülki iş üzrə də tərəflər olmuşlar. Həmin işlə hazırkı işdəki mübahisə predmeti eynilik təşkil edir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə qərarı hazırkı iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmin qətnamə ilə iddiaçının mərhum ərinə ayrılmış torpaq sahəsinin Ş.Məmmədovanın mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst üstə düşdüyü müəyyən edilmişdir.

43. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

44. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həmin məhkəmə qərarı cavabdeh inzibati orqan üçün də məcburidir və həmin qərarla müəyyən edilmiş hallar mövcud mübahisə üzrə əsas götürülməlidir.

45. Cavabdehin digər imtina əsası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli torpaq sahəsinə dair mülkiyyət hüququ Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 439 saylı fərmanına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır.

46. Sadalanan xüsusatlara və istinad edilən maddi hüququ normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

47. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 iyun 2022-ci il tarixli, 2-1(118)-147/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar