Məhkəmə qərarları › İş №2-1(105)-460/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-460/2021

14.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-460/2021 14.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X38 və onun vəkili Vəkil2, üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “X5 adına verilmiş torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13.04.2021-ci il, 2-1(118)- 459/2021 saylı qərarından üçüncü şəxs X68 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən X5 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyester nömrəli “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsini və cavabdeh tərəfindən X5 adına X13 məxsus 09 noyabr 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində “torpaq sahəsinin planı və ölçüsü” sənədinin tərtib edilməsi vəzifəsinin cavabdeh təşkilata həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən X5 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarışın və buna müvafiq olaraq 16.02.2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayon 2 saylı DNK-da 22.05.2007-ci il tarixli, 4ə-5-782 nömrəli alqı-satqı müqaviləsi əsasında Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən sahəsi 0,673778 ha olan torpaq sahəsini əldə etmişdir. Həmin torpaq sahəsinə dair onun adına DƏDRX-dən çıxarış və buna müvafiq torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Alqı-satqıdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin əməkdaşları tərəfindən sözügedən torpaq sahəsinə dair Dövlət Aktında və Mehdiabad qəsəbəsində torpaq islahatı aparılan bölgü xəritəsinə uyğun həmin torpaq sahəsi naturada mərz nişanları qoyularaq ona təhvil verilmişdir. Bir müddətdən sonra bir sıra şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına tikinti işləri aparıldığı üçün həmin şəxslərə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinə qarşı mülkiyyət hüququnun bərpası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 1131/2014 saylı, 20 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim İlham Kərimli). İddiaçı həmin qətnamənin dəlillərindən narazı qaldığı üçün apellyasiya şikayəti vermiş, apellyasiya icraatı zamanı apellyasiya instansiya məhkəməsi tərəfindən iş üzrə müvafiq ekspertizalar təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 19 oktyabr 2015-ci il tarixli 14394 saylı ekspert rəyinə ekspert rəylərində bildirilmişdir ki, hal-hazırda iddiaçı X8 mülkiyyətində olan torpaq sahəsi ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən naturaya uyğun gəlir. Mülki işdə olan çıxarışa əsasən cavabdehin mülkiyyətində olan 0,28 ha torpaq sahəsinin, sahəsi, ölçüsü və cizgisi həmin çıxarışın işlənməsinə əsas olmuş Abşeron rayon Notariat Kontorunun 13 fevral 2013-cü il tarixli 4ə-501 saylı notariat işində saxlanılan 09 noyabr 2006-cı il tarixli **********2 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş torpaq sahəsinin ölçüsünə, sahəsinə və cizgi-formasına uyğun deyil. Belə ki, qardaşı Yaşar İsgəndərov tərəfindən Sevil İsgəndərovaya bağışlanılan torpaq sahəsi bağışlanma müqaviləsində 0,38 ha qeyd edilmişdir və Binəqədi-Novxanı yolunun kənarında yerləsir. Cavabdehin mülkiyyətinə verilmiş torpaq sahəsi isə 0.29 ha (0.09 ha az) olmaqla sənəd üzrə bağışlanılan ərazidən düz xətt boyunca 2269 metr aralıda yerləsir. Ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən iddiaçı və cavabdehin mülkiyyətlərində olan torpaq sahələri bir-biri ilə qonşu sahələr deyil, ayr-ayrı yerlərdir. Həmin torpaq sahələri qonşu olmadıqları halda aralarındakı məsafə 2269 metr təşkil edir. Sumqayıt Apellyasiya Məhkəməsinin 25 aprel 2016-cı il tarixli, 2(105)-92/2016 saylı qərardadı ilə iş üzrə növbəti məhkəmə tikinti-texniki ekspertizası və torpaqşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında: “Ərazinin yerquruluşu layihəsinə (ərazinin yerquruluşu xəritəsinə) əsasən iddiaçı X9 adına verilmiş 26 iyun 2007ci il tarixli seriya MH ******* saylı çıxarış əsasında 0,673778 hektar torpaq sahəsinin nə qədər hissəsi Sevil İsgəndərova tərəfindən zəbt edilmişdir?” sualı qoyulmuşdur. Həmin suala cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10 oktyabr 2016-cı il tarixli 21980 saylı ekspert rəyində cavabdeh təşkilat tərəfindən verilmiş mütəxəssis rəyinə istinad edərək bildirilmişdir ki, ərazidə böyük həcmdə tikinti işləri aparıldığı üçün köhnə istinad nöqtələri ləğv edilmiş, bu səbəbdən də işin araşdırılması mümkün olmamışdır. Çox təəssüf ki, işə baxan məhkəmə kollegiyası tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin birinci rəyi deyil, ekspert qarşısında qoyulmuş və cavablandırılmamış sualla bağlı ikinci rəyi əsas götürülərək iddiaçının vermiş olduğu apellyasiya şikayətinin təmin edilməməsi barədə 17 oktyabr 2016-cı il tarixli, 2(105)92/2016 saylı qətnamə qəbul edilmişdir. X2 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) Dövlət Aktı verilmişdir. X88 əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 və onu ailə üzvlərinə seriya MH №0010114 və MH №0010115 saylı 18.05.2007-ci il tarixli çıxarış verilmiş, lakin torpaq sahələri ilə bağlı plan ölçü sənədi verilməmişdir. İddiaçı 22 may 2007-ci il tarixli AN İ №0125206 saylı alqı-satqı müqaviləsi əsasında həmin torpaq sahəsini X3 və onun ailə üzvlərindən almışdır. Alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Məhkəmə araşdırmaları zamanı ona məlum olmuşdur ki, onun adına işlənmiş torpaq sahəsinin planı və ölçüsü sənədi onun hazırlanmasına əsas olmuş Dövlət aktı və ərazinin bölgü layihəsi ilə uyğunsuzluq təşkil edir. Ona satılmış torpaq sahəsinin yerinin yenidən dəqiqləşdirilməsi, gələcəkdə qonşularla hər hansı mübahisənin yaranmaması üçün ərazinin bölgü layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması və qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə müvafiq arayış verilməsi üçün cavabdeh təşkilata müraciət etmişdir. Həmin təşkilatdan **********85 saylı 27.05.2017-ci il tarixli məktubla iddiaçıya bildirilmişdir ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 25.06.2007-ci il tarixli **********57 reyestr nömrəli, mülkiyyətinizdə olan 0,673778 ha torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə naturada yerləşməsi arasında fərq mövcuddur. Göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşür. Bu səbəbdən də naturaya uyğun torpaq sahəsinin plari-ölçü sənədinin düzəliş edilərək verilməsi tərəfimizdən mümkün olmamışdır. Bundan sonra hazırkı iş üzrə cavabdeh təşkilata qarşı ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada ona tanıdılması, naturaya uyğun torpaq sahəsinin plan-ölçüsü sənədinə düzəliş edilməsi, ona tanıdılan torpaq sahəsinin ərazinin bölgü layihəsinə və sərhəd koordinatlarına əsasən heç bir qonşu torpaq sahələri ilə üst-üstə düşməməsi barədə arayış verilməsi tələbinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)21/2019 saylı, 17.01.2019-cu il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, ərazinin yerquruluşu (bölgü) layihəsinə (Dövlət Aktına) və 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarışa uyğun olaraq mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin mərz nişanlarının qoyulması, qonşu torpaq mülkiyyətçilərinin adları göstərilməklə naturada iddiaçıya tanıdılması öhdəliyi cavabdeh ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərar qanuni qüvvəsini almışdır. Torpaq sahəsinin zəbt edən şəxslərin kimliyinin müəyyən edilməsi üçün X43 şikayət ərizəsi ilə müraciət etmiş, Polis Bölməsində müvafiq araşdırma aparılmış, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun adına tərtib olunmuş torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlar naturada müəyyən edilmişdir. Məlum olmuşdur ki, onun torpaq sahəsinə dair alqı-satqıdan sonra plan-ölçü sənədi düzgün tərtib olunmamışdır. Buna baxmayaraq o, plan-ölçü sənədində göstərilən koordinatlar daxilindəki torpaq sahəsində torpaq mülkiyyətçilərinə qarşı mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin vəsaiti hesabına sökülərək torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməklə cavabdehlər Aydınov Zamir Ağasəlİm oğlu, X19, X20, X45, X39, X46 və onların ailə üzvləri tərəfindən boşaldılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir (hakim İ.Kərimli). Məhkəmə tərəfindən iş üzrə tikintitorpaqşünaslıq ekspertizası təyin edilmiş, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, onun mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən, kənd təsərrüfatı təyinatlı 0,673778 ha torpaq sahəsi həmin cavabdehlər tərəfindən zəbt edilməmiş, əksinə mülkiyyətində olan torpaq sahəsinə digər vətəndaşlar X24 (0,06 ha), X14 (0,35 ha), X47 (0,03 ha), X48 (0,03 ha), X31 (0,02 ha), X69 (0,03 ha), X58 (0,03 ha), X49 (0,03 ha), X50 (0,03 ha) və X68 (0,05 ha) tərəfindən müdaxilə olunaraq orada tikinti işləri aparılmışdır. Belə ki, X21 və X40, mülkiyyətində olan torpaq sahəsinin 0,28 ha hissəsinin bir hissəsini notariat kontorunda bağlanmış alqı-satqı müqavilələri əsasında həmin şəxslərə satmış və onlara müvafiq Çıxarış və plan ölçü sənədləri verilmişdir. Buna görə də “X5 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun X4 olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(012)350/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim C.Səfiyeva). Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 dekabr 2019-cu il tarixli, 2(105)-2895/2019 saylı qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsi ləğv edilib iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilmişdir (sədrlik edən və məruzəçi hakim S.Qafari). Həmin qətnamədən cavabdeh N.Babayev tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iddianın aiddiyyət qaydalarına uyğun verilib-verilməməsi hissəsində iş yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmışdır (sədrlik edən və məruzəçi hakim İsmayıl Xəlilov). İşə baxan Ali Məhkəmənin mülki kollegiyasının mövqeyinə görə Sevil İsgəndərovaya və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə qarşı yönələn tələbə inzibati icraat qaydasında baxılmalıdır. Çünki tələb Sevil İsgəndərovaya məxsus olan torpaq sahəsinin müvafıiq icra hakimiyyəti orqanı tərəfindən qanunsuz olaraq başqa əraziyə işlənməsindən gedir. Bu iddiaya cavab verməli olan orqan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2577/2020 saylı, 23.09.2020-ci il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli, 2(012)-350/2019 saylı qətnaməsi qismən “X5 adına verilmiş çıxarışın etibarsız hesab olunması, onun X4 olduğu torpaq sahəsinə dair əqdin etibarsızlığı və həmin torpağa dair sonradan həyata keçirilmiş əqdlərin və çıxarışların etibarsızlığı, həmin torpaq sahəsində inşa edilmiş tikililərin sökülməsi, əvvəlki vəziyyətə bərpa edilməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi” hissəsində ləğv edilərək və iddianının həmin hissə üzrə icraatına xitam verilmişdir (sədrlik edən və məruzəçi hakim T.Quliyev, hakimlər G.Tağızadə, L.Məmmədova). Həmin tələblə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Bundan sonra cavabdeh təşkilata ərizə ilə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən X10 adına verilmiş 16.02.2013-cü ildə tərtib olunmuş **********44 reyestr nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində düzəliş edilərək və X5 adına X13 məxsus 09 noyabr 2006-cı il tarixli **********12 saylı daşınmaz əmlakın pasportunda qeyd edilmiş koordinatlar daxilində Torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən **********88 saylı 28.10.2020-ci il tarixli məktubla müraciətin həllindən imtina edilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13.04.2021-ci il, 2-1(118)-459/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı Çıxarış və buna müvafiq olaraq 16 fevral 2013-cü ildə tərtib edilmiş **********544 saylı reyestr nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi qərara alınmışdir (hakim Ceyhun Məmmədov). Qərardan narazı qalan 3-cü şəxs X68 apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən torpaq sahəsinə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ərizəçinin mülkiyyətində olan 0.673778 ha torpaq sahəsinin sənəd (torpaq sahəsinin planı və ölçüsü) üzrə yerləşməsi ilə naturadakı yerləşmə yeri arasında fərq mövcuddur. Ərizəçi tərəfindən göstərilən (faktiki) torpaq sahəsi başqa şəxslərin torpaq sahələri ilə sənəd üzrə üst-üstə düşür. Məhkəmə nəzərə almamışdır ki, o, torpağın vicdanlı alıcısıdır və halhazırda həmin torpaq sahəsində ev tikərək ailəsi ilə birlikdə yaşayır. Torpaq sahəsini notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə əldə edib və sonradan bu cür problem ilə üzləşəcəyini ehtimal belə etməmişdir. İndiki vəziyyətdə iddiaçının nə üçün məhz mübahisə olunan torpaq sahələrinə iddia etməsi və qeydiyyatın dəyişdirilməsi haqqında iddia irəli sürməməsi halları məhkəmə tərəfindən araşdırılmamış, göstərilən hallara hər hansı münasibət bildirilməmişdir. Qanunvericiliyə müvafiq olaraq vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdiyi hüquqlar saxlanılmalı olduğuna baxmayaraq məhkəmənin həmin şəxslərin qeydiyyatlarının ləğv edilməsi barədə qəbul etdiyi qərar qanuni və əsaslı ola bilməz. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X68 və onun vəkili Vəkil2 apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs X7 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə Cavabdeh nümayəndəsi və digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X32 cavabdehlər DƏDRX-in 4 saylı ərazi idarəsinə, X11,X51,X25 və X15 qarşı “alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi,torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldırlaraq ona təhvil verilməsi” tələbi ilə Abşeron Rayon Məhkəməsinə iddia ərizə ilə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətanəməsinə əsasən iddia tələbi qismən təmin edilmişdir. Tərəflərin verdiyi apellyasiya şikayəti əsasında iddia tələbinə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi 27 dekabr 2019-cu il tarixli qətnaməsi ilə Abşeron rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsini ləğv edərək, iş üzrə yeni qətnamə qəbul etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qeyd olunan iddia tələbi üzrə verilmiş apellyasiya şikayətinə baxılarkən, iş üzrə məhkəmə tikinti texniki ekspertizası təyin edilmişdir. Məhkəmə tikinti-texniki ekspertizasının 28 noyabr 2019-cu il tarixli 22742 saylı rəyində qeyd olunmuşdur ki, “İddiaçı Ədalət Gülməmmədovdan JN-510 (kod ********) nömrəli Dövlət aktına əsasən alqı-satqı qaydasında aldığı ərazinin pay torpaqlarının bölgü layihəsinə əsasən faktiki olaraq mülkiyyətində olan 0,67 ha torpaq sahəsinin koordinatların naturaya uyğun olması müəyyən edilmişdir, X26 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X38 mülkiyyətində olan 0,05 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X16 mülkiyyətində olan 0,02 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. Ağa-zadə Rəşad Fərhad oğlunun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X27 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X28 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X33 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. X41 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir. Həmçinin mütəxəssis tərəfindən qeyd olunmuşdur ki, iş materiallarında olan X52 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin naturada dəqiq koordinatları müəyyən edilərkən məlum oldu ki, həmin koordinatlar İddiaçı mülkiyyətində olan 0,67 ha torpaq sahəsinə işlənmişdir.” Buna görədə Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi qismən təmin edilərək,X5 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarış qismən etibarsız hesab edilmiş və həmin çıxarış əsasında sonradan aparılmış hüquqi hərəkətlər etibarsız hesab edilmişdir. Həmin qətnamədən verilmiş kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iddia tələbinə yenidən hüquqi qiymət verilməsi məqsədi ilə iş Sumqayıt Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır. Ali Məhkəmənin 28 iyul 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinə dair X5 adına verilmiş çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsinə inzibati icraat qaydasında baxılmalıdır. Qeyd olunan qərara istinad edən Sumqayıt Apellyasiya Məhkəməsi 23 sentyabr 2020-ci il tarixli 2(105)-2577/2020 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 05 mart 2019-cu il tarixli qətnaməsini ləğv edərək, iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən “Daşınmaz əmlak obyektlərinə Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyən edilməsinə imkan verən ünvan verilir. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmin Qanunun 10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına təqdim olunmalıdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. Həmin Qanunun 14.4-cü maddəsinə əsasən qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. Həmin Qanunun 15.1.6-cı maddəsinə əsasən bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 14 oktyabr tarixli 135 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “ nın 1-ci bəndinə əsasən dövlət reyestrinin aparılması dedikdə, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqları, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsi, onlara xitam verilməsi barədə məlumatların dövlət reyestrinə daxil edilməsi başa düşülür. Həmin Qaydaların 19-cu bəndinə əsasən daşınmaz əmlak obyektinin ünvanı barədə məlumatlar İ fəslin "Ünvan (olduğu yer)" qrafasına daxil edilir. Bu məqsədlə daşınmaz əmlak obyektinin poçt ünvanı və həmin əmlakın harada olduğunu dəqiq müəyyən etmək üçün istifadə oluna biləcək digər məlumatlar qeyd edilir. Həmin Qaydaların 45-ci bəndinə əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə uyğun olaraq qeydiyyat orqanına təqdim edilmiş əvvəl yaranmış hüquqlar barədə məlumatlar bu Qaydalarla nəzərdə tutulmuş qaydada dövlət reyestrinə daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasının məqsədi həmin əmlak üzərində olan hüquqların dövlət tərəfindən tanınmasıdır. Qeydiyyat orqanının vəzifəli şəxsləri qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Qeydə alınacaq hüquqların dövlət qeydiyyatı üçün həmin hüquqların qanunla müəyyən edilmiş tələblərə uyğun olmasının müəyyən edilməsi məqsədi ilə qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən daxili təlimatın tələblərinə əsasən müvafiq araşdırmalar aparmaq səlahiyətləri var. Təqdim edilmiş sənədlərin həqiqiliyində şübhələr olduğu tədqirdə hüquqların qeydə alınması proseduru dayandırılaraq həmin şübhəli halın aradan qaldırılması üşün tədbirlər görülür, şübhələr aradan qaldırılmadığı tədqirdə hüquqların dövlət reyesterində qeydiyyata alınmasından imtina olunur. Hazırki, iddia tələbi araşdırılan zaman müəyyən edilmişdir ki, X12 mülkiyyətində olan 0,380054 ha torpaq sahəsinə görə “torpaq sahəsinin planı və ölçüsü” hazırlanarkən texiniki səhvə yol verilməsi və yeni koordinatlar barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən DƏDRX-nin Abşeron ərazi İdarəsinə 59 saylı 07 fevral 2013-cü il tarixli məktub göndərmişdir. Nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması nəzərədə tutulub. Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur. X1 torpaq sahəsi qeydiyyatdan keçirilən zaman təqdim olunmuş torpağın koordinatlarının səhv göstərilməsinə baxmayaraq, DƏDRX-nin 4 saylı Ərazi İdarəsinin vəzifəli şəxsləri zaman etibarı ilə fəaliyyət göstərmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin məktubuna əsaslanmaqla X11 bağışlanmış torpaq sahəsinin yerini müəyyən edərək hüquqlarını qeydiyyata almışdır. Halbuki, bu cür halda qeydiyyat orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsinə əsasən zəruri olan mərçəkmə və inventarlaşma aparılması hüququ var idi. Bundan başqa nəzərə alınmalıdır ki, əvvəl qeyd olunduğu kimi Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən mülki iş üzrə təyin edilmiş tikinti texniki ekpertizanın rəyi ilə hazırkı, iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş şəxslərin torpaq sahələrinin koordinatlarının səhvən İddiaçı mülkiyyətində olan 0,673778 ha torpaq sahəsinin koordinatlarının yerinə işlənməsi müəyyən edilmişdir. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədlərin lazımi qaydada araşdırmaması nəticəsində İddiaçı hüquqları pozulmuşdur. Belə ki, X2 və onun ailə üzvlərinə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli qərarı ilə Abşeron rayonu Mehdiabad qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,673778 ha və 0,1416 ha olmaqla cəmi 0,82 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon torpaq şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair (JN:510 KOD ********) dövlət aktı verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən X2 və onu ailə üzvlərinə seriya MH №0010114 saylı 18.05.2007-ci il tarixli çıxarış verilmişdir. 22 may 2007-ci il tarixli AN İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında iddiaçı həmin torpaq sahəsini X3 və onun ailə üzvlərindən almış, alqı-satqıdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya 25.06.2007-ci il tarixli seriya MH № ******* saylı çıxarış verilmişdir. 1998-ci ildən 2007-ci ilədək X3 və onun ailə üzvləri, 2007-ci ildən sonra isə iddiaçı qeyd olunan torpaq sahəsindən maneəsiz istifadə etmişdir. Məhkəmə Kollegiyası tərəfindən işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmasının müəyyən edilməsi məqsədilə İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRXnin 4 saylı Ərazi İdarəsinə, X21, X51, X15, X6, X34, Ağa-zadə Rəşad Fərhad oğluna, X22, X53, X42, X35, X36, X54, X15, X37, X17, X29, X30, X18, maraqlı şəxslər Abşeron rayonu 1 saylı Notariat Kontoru, Abşeron rayonu 2 saylı Notariat Kontoruna qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq sahəsinin cavabdehlər tərəfindən boşaldılaraq ona təhvil verilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsində 05 mart 2019-cu il tarixdə baxılmış 2(012)-350/2019 saylı mülki iş birinci instansiya məhkəməsindən tələb edilərək öyrənilmişdir. Öyrənilən həmin işin faktiki hallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinin tələblərinə tam əməl olunmaqla işin halları düzgün araşdırılmış və iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, bağışlanılan torpaq sahəsinin kordinatları hədiyyəni alan yeni mülkiyyətçiyə münasibətdə qanunsuz olaraq dəyişdirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən X5 adına verilmiş 18 fevral 2013-cü il tarixli ******* saylı çıxarış və buna müvafiq olaraq 16 fevral 2013-cü ildə tərtib edilmiş **********544 saylı reyester nömrəli “Torpaq sahəsinin plan və ölçü sənədi ləğv edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Üçüncü şəxs X68 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 13.04.2021-ci il, 2-1(118)-459/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar