Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-462/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 772/2023 nömrəli qərarından iddiaçı verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Sumqayıt şəhər Məhkəməsinin 2-(060)-6607/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, ərizəçi İddiaçı maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə iddia tələbinin təmin edilməsi, İddiaçı 3 (üç) uşaqlı ana kimi xx.xx.2010-cı ildən pensiya hüququnun yaranması faktının müəyyən edilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-728/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının surətindən görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəz Filialının apellyasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli, 2(060)-6607/2015 saylı qətnməsinin ləğv edilməsi, ərizəçi İddiaçı hüquqi faktın müəyyən edilməsi barədə ərizəsi üzrə işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilməsi qərara alınmışdır. XİV-ЖГ № 384789 saylı, 10 avqust 1989-cu il tarixli, Xİ-ЖГ № 437433 saylı, 26 iyun 1986cı il tarixli, XV-ЖГ № 320255 saylı, 29 may 1990-cı il tarixli “Doğum haqqında şəhadətnamə”lərin surətlərindən görünür ki, X1, X2 və X4 anası İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün pensiya yaş nəddi xx.xx.2022-ci il tarixindən 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və elecə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz əmək kitabçanıza əsasən sığorta stajınız 16 il 10 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə ahnmış pensiya kapitalı 16 il 4 ay 9 gün sığorta stajına uyğun olaraq 12466,19 manat, xx.xx.2009-cu il tarixindən xx.xx.2010-cu il tarixinədək 793,08 manat olmaqla, ümumilikdə 13259,27 təşkil edir ki, bu məbləğ pensiya yaşınızın tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajınız qanunla nəzərdə tutulandan, (25 il) az olduğu üçün Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, əlavə sənədlər təqdim edəcəyiniz təqdirdə sığorta stajınız qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə pensiya təyin edilərkən, 2006- cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən bildiririk ki, Sizə xx.xx.2016-cı il tarixindən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli xidməti məktubunun surətindən görünür ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1981-ci il tarixinədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1985-ci il tarixinədək, xx.xx.1990-cı il tarixindən xx.xx.1997-ci il tarixinədək, 05,12.2005-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək 15 İİ10 ay 9 gün əmək fəaliyyəti dövrü, xx.xx.2008-ci il tarixindən 01,07.2008-ci il tarixinədək 6 ay işsizlikdən müavinət aldığı dövr və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra MEİS) “Pensiya” altsistemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində 2009-cu il üzrə 2 ay (fevral, dekabr), 2010-cu il üzrə isə 4 ay (sentyabr, oktyabr, noyabr, dekabr) olmaqla cəmi 6 ay qeydə alınmış pensiya kapitalı nəzərə alınmaqla ona ümumi 16 il 10 ay 9 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. MEİS-in “Sosial ödənişlər” altsistemində olan məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən sosial müavinət təyin edildiyi üçün sözügedən Qanunun 22.1.5-ci maddəsinin tələblərinə uyğun olaraq ona 25 il güzəşt olunmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “iddiaçıya üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il tarixdə 3 uşağa görə pensiyaya çıxmaq vaxtının 24 fevral 2010-cu ildə yaranmasının müəyyən olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir və ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu ildə Mingəçevir şəhərində anadan olmuş, xx.xx.1985-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, birgə nikahlarından xx.xx.1986-cı il tarixdə X6, xx.xx.1989-cu il tarixdə X8 və xx.xx.1990-cı il tarixdə X9 anadan olmuşdur. O, 21 sentyabr 1976-cı ildən 01 iyul 2008-ci ilə kimi müxtəlif idarə və təşkilatlarda işləmişdir və 3 uşağa görə pensiyaya 51 yaşından çıxmalı idi. Lakin 2010-cu ildə o, Azərbaycan Respublikasında olmadığı üçün bu mümkün olmamışdır. O, şifahi olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət edərək, üç uşaq anası və lazımi qədər əmək stajı olduğu üçün 51 yaşdan ona pensiya təyin edilməsini xahiş etmiş, lakin həmin təşkilatdan hazırda üç uşaq anası kimi ona 2010-cu ildən yaşa görə pensiya təyinatının aparılması mümkün olmadığından məhkəməyə müraciət etməsi bildirilmişdir. O, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının təyin edilməsini xahiş etmiş, lakin cavabdeh formal mülahizələrə istinad edərək əsassız olaraq əmək pensiya təyin edilməsindən imtina etmişdir. Əmək pensiyasının təyin edilməsi üçün əmək kitabçasının olması kifayət edir. Bu əsasdan da hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək ona 3 uşağa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı təqdim etdiyi əmək kitabçasına əsasən sığorta stajı 16 il 10 ay 9 gün təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 16 il 10 ay 9 gün sığorta stajına uyğun olaraq 12466,19 manat, xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək 793,08 manat olmaqla, ümumilikdə 13259,27 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qadınlar üçün Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alman iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunun 22-1.1-ci maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Sözügedən Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2016-cı il tarixdən yaşa görə sosial müavinət təyin edildiyindən Qanunun 22-1.1-ci maddəsi tətbiq edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmir. Sözügedən Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç İl üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona üç uşaqlı ana kimi pensiya təyin edilməsini tələb etmişdir Lakin xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununa edilən əlavə və dəyişikliyə əsasən, üç və üç uşaqlı anaların yaş həddinin dəyişdirilərək xx.xx.2010-cu il tarixdən 2016-cı il tarixədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edildiyi, ərizəçinin müraciətinin isə həmin tarixdən sonraya təsadüf etdiyindən müraciətin müsbət həlli mümkün olmamışdır. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək “üç uşağa görə pensiyaya çıxmaq vaxtının xx.xx.2010-cu ildə yaranması faktının müəyyən edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015- ci il tarixli 2(060)-6607/2015 nömrəli qətnaməsi ilə (hakim İlyas Mahmudov) ərizəçi İddiaçı ərizəsi təmin edilərək, 3 (üç) uşaqlı ana kimi xx.xx.2010-cu il tarixdən pensiya hüququnun yaranması faktı müəyyən edilmişdir. Sumqayıt Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-728/2022 №li qərarına əsasən Sumqayıt Şəhər Məhkəməsinin 10 iyul 2015-ci il tarixli 2(060)-6607/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı xx.xx.2010cu il tarixdən 3 uşağa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-772/2023 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı iddia deyildir. Cavabdeh orqanın İddiaçı ona üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək, ona 10 noyabr 2009-cu il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 14-cü maddəsinə əsasən üç uşağa görə xx.xx.2010-cu il tarixindən əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. xx.xx.2009-cu il tarixdən “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliyə əsasən, üç uşaqlı anaların yaş həddi dəyişdirilərək xx.xx.2010-cu ildən 2016-cı ilədək hər il 6 ay artırılaraq 60 yaş müəyyən edilmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx xxxxxx 1959-cu il təvəllüdlüdür və onun 51 yaşı 24 fevral 2010-cu ildə, yəni qanunvericiliyə edilən dəyişikliklərdən sonra tamam olmuşdur. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Qanunun 14cü maddəsinə əsasən 3 uşağı olanlar - 51 yaşına çatdıqda və azı 16 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Əgər iddiaçının 51 yaşı qanunvericiliyə dəyişiklik edilməzdən əvvələ təsadüf etsə idi, müraciəti 01 yanvar 2010-cu il tarixdən sonra (qanunvericiliyə edilmiş yeni dəyişikliklərin qüvvəyə minməsindən sonra) olsa da, bunu iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilməsi mümkün olardı. Belə ki, “Əmək pensiyaları haqqında” Qanun şəxsin müraciətinin məhz ona müvafiq hüquq verən müddəanın qüvvədə olduğu müddətlərdə edilməli olduğuna dair imperativ qayda nəzərdə tutmur. Əksinə, qanunverici bunu şəxsin müraciəti ilə əlaqələndirməklə onun seçimindən asılı edir. Lakin halhazırki mübahisədə iddiaçının 51 yaşı qeyd olunan qanunverciliyə edilən dəyişiklikdən sonra, yəni 24 fevral 2010-cu ildə tamam olduğundan, bu hal iddiaçının yaranmış (qazanılmış) pensiya hüququ kimi qiymətləndirilə bilməz. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərarla razılaşmır. Belə ki, cavabdehin və məhkəmənin istinad etdiyi Qanun 3 uşaqlı ananın 51 yaşında deyil, hər il 6 ay artırılmaqla 2016-cı ilə qədər 60 yaşında müəyyən etmişdir. Belə nəticəyə gəlmək lazım idi ki, onun 2010-cu ildə 3 uşağa görə pensiya hüququ 24.02. 2010-cu ildə, yəni 51 yaşında deyil, xx.xx.2010-cu il tarixdə, yənii 51 yaş 6 ayda yaranmışdır. Bu halı nəzərdən qaçıran məhkəmə onun ümumiyyətlə belə bir hüquqa malik olmamağı qənaətinə gəlmişdir ki, bu da səhv olmaqla onun pensiya hüququnun pozulmasına səbəb olmuşdur. Bundan əlavə, məhkəmə ərizəçiyə hüquqi yardım göstərmək vəzifəsi var. Bu işə baxan zaman qanunvericiliyin məhz 2010-cu ildə dəyişməsini nəzərə alaraq məhkəmə ona iddia ərizəsinə dəqiqləşmə və dəyişiklik etməklə, pensiyaya hüququnun xx.xx.2010-cu il tarixdə deyil, xx.xx.2010-cu il tarixdə yaranması barədə iddia vermək hüququnu izah etməli idi. Amma məhkəmə bunu etməmiş və bunla da onun hüquqlarını pozulmuşdur. Cavabdehin apellyasiya şikayətinə dair etirazının dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırmışdır ki, iddiaçının apellyasiya şikayəti əsassızdır və məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-772/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Cavabdehin apellyasiya şikayətinə etirazı iddia tələbinə qarşı etirazında qeyd edilənlərlə uyğundur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 8.1. Beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (27 oktyabr 2009-cu il tarixli 904-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 11 noyabr 2009-cu il, № 252, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 11, maddə 879) ilə 8-ci maddə yeni redaksiyada verilmişdir, bu Qanunun 01 yanvar 2010-cu il tarixdə qüvvəyə minmişdir). Əvvəlki redaksiyada Maddə 8. Çoxuşaqlı qadınların, sağlamlıq imkanları məhdud uşağı olan anaların, uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların yaşa görə əmək pensiyası Maddə 8.1. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 5 il sığorta stajı olan qadınların aşağıdakı şərtlər əsasında yaşa görə əmək pensiyası hüququ vardır:3 uşağı olanlar - 51 yaşına çatdıqda;4 uşağı olanlar - 50 yaşına çatdıqda;5 uşağı olanlar - 49 yaşına çatdıqda;6 uşağı olanlar - 48 yaşına çatdıqda;7 uşağı olanlar - 47 yaşına çatdıqda;8 uşağı olanlar - 46 yaşına çatdıqda;9 uşağı olanlar - 45 yaşına çatdıqda;10 və daha çox uşağı olanlar - 44 yaşına çatdıqda və ya 10 il sığorta stajı olduqda yaşından asılı olmayaraq. 8.2. Sağlamlıq imkanları məhdud övladını səkkiz yaşınadək tərbiyə etmiş anaların, 50 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Ananın vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ananın valideynlik hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 3 və daha çox uşağı övladlığa götürüb təkbaşına səkkiz yaşınadək böyüdən ataların, həmçinin 3 və daha çox uşağı səkkiz yaşınadək böyüdən qəyyum kişilərin 55 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda, yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunmalıdır ki, hazırki iş üzrə iddia tələbi üç uşaqlı ana kimi 51 yaşdan əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. İddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür. Cavabdeh inzibati orqan imtinasının və etirazının əsası kimi pensiya yaşının 63 yaş olması, sığorta stajının 6 il 10 ay 9 gün olması, pensiya kapitalının az olması, habelə iddia tələbinin əsası kimi çıxış edən qanunvericilik normasının xx.xx.2010-cu il tarixdən dəyişilməsi hallarına istinad etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, hazırki iş üzrə iddiaçının iddia tələbinin qanuni əsası məhz “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi çıxış edir. Məhkəmə kollegiyası ilk növbədə müvafiq Qanunun 8-ci maddəsinin dispozitiv şərtləri ilə bağlı onu qeyd edir ki, 1 yanvar 2010-ci il tarixədək qüvvədə olan qeyd edilən normanın dispozitiv şərtlərinə əsasən 3 uşağı olanlar, 51 yaşına çatdıqda və azı 5 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ yaranır. 1 yanvar 2010-cu il tarixdən qüvvvədə olan həmin normanın dispozitiv şərtlərinə əsasən beş və daha çox uşaq doğub, övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İndiki halda iddiaçının iddia tələbinin qanuni əsası müvafiq Qanunun 8-ci maddəsinin dispozitiv şərtləri ilə uzlaşmır. Belə ki, iddiaçının 51-yaşı 24 fevral 2010-cu ildə tamam olmuşdur. Qeyd edilən anda qüvvədə olan müvafiq Qanunun 8-ci maddəsinin dispozitiv şərtlərində 3 uşağa görə əmək pensiya hüququnun yaranması əsasları müəyyən edilməmiş, bununla bağlı mövcud olan qanunvericilik norması isə həmin vaxtı (hansı ki 3 uşağa görə əmək pensiyası hüququnun yaranması əsaslarını müəyyən edirdi) artıq qüvvədən düşmüşdür. Başqa sözlə, iddiaçının hazırki iş üzrə iddia tələbinə münasibətdə 1 yanvar 2010-cu il tarixədək olan dövrdə qüvvədə olan müvafiq Qanunun 8-ci maddəsinin dsipozitiv şərtləri (51 yaş şərti) mövcud olmamış, iddiaçının 51 yaşı tamam olduğu vaxtda isə həmin maddənin dispozitiv şərtlərində üç uşağa görə əmək pensiyası hüququnun yaranması əsası müəyyən edilməmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına düzgün hüquqi qiymət verərək, maddi hüquq normasını düzgün tətbiq etmişdir. Həmçinin, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən tələbində əmək pensiyasının təyin edilməli tarixin xx.xx.2010-cu il kimi qeyd edilməsi ilə bağlı hüquqi yardım göstərilməsini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi hallar da iddianın uğurluluq ehtimali baxımından hüquqi əhəmiyyət kəsb etmədiyindən, əsaslı hesab edilməməlidir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, indiki halda ümumi əsaslarla yaşa əmək pensiya hüququnun yaranması əsaslarının da müəyyən edilməsi mümkün olmadığından, bununla bağlı da iddiaçıya hüquqi yardım edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-772/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-462/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-462/2023
13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver