Məhkəmə qərarları › İş №2-1(105)-462/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-462/2024

03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-462/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), X2 və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi İddiaçı2, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçılar İddiaçı3, İddiaçı5, İddiaçı1 qanuni nümayəndəsi İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçılara məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m., 16000 kv.m., 51106 kv.m. və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı2 qəyyumu olduğu şəxslər - İddiaçı3, İddiaçı5 və İddiaçı1 məxsus olan və Siyəzən rayonu Dağ Quşçu kəndi ərazisində yerləşən 31399 kv.m, 16000 kv.m, 51106 kv.m və 44701 kv.m torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi həmin qərardan apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(105)-431/2022 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2022ci il tarixli, 2-1(102)-1479/2022 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07 iyun 2022-ci il tarixli, 2-1(105)-431/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 21 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsi ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 12 dekabr 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2-1(104)-217/2023 nömrəli qərardadı ilə həmin qərardaddan ərizəçinin verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 14 iyun 2023-cü il tarixli, 2-1(102)-1521/2022 nömrəli qərarı ilə təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərar qanuni qüvvəyə minərək icraya yönəldikdən sonra cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək məhkəmə qərarının ləğv edilməsi və sonradan müəyyən edilmiş hallar nəzərə alınmaqla, Siyəzən Rayon İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb etməklə, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixində icra üçün daxil olmuş Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(118)-221/2022 saylı qərarının icrası ilə əlaqədar aparılmış araşdırmalar nəticəsində qərarın icrasını mümkünsüz edən yeni hallar və sübutlar müəyyən edilmişdir. Odur ki, icra sənədinin icrası ilə əlaqədar İdarənin mütəxəssisləri tərəfindən torpaq sahəsinə baxış keçirilən zaman məhkəmə qərarında qeyd edilən Siyəzən rayonu, Dağ Quşçu kəndi ərazisində yerləşən 3,1399 ha, 1,6 ha, 5,1106 ha və 4,4701 ha torpaq sahələrinin mövcud olmadığı, belə ki, torpaq islahatı aparılarkən texniki səhvlərə yol verildiyindən, Siyəzən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(059)-163/2012 saylı qətnaməsi ilə Siyəzən rayonu Dağ Quşçu (“Ataçay”) təsərrüfatının bölgü layihəsinə əsasən 104 ailəyə verilmiş xx.xx.2000-ci il tarixli, kod 30504018, JN001-0104 nömrəli "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktları (həmçinin X4 adına olan dövlət aktı da daxil olmaqla) etibarsız hesab olunaraq ləğv edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə xx.xx.2015-ci il tarixində ********** nömrəsi ilə daxil olan Siyəzən Rayon İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli, 9 nömrəli və 2013-cü il tarixli, 81 nömrəli sərəncamlarına əsasən Siyəzən rayonu keçmiş Dağ Quşçu (“Ataçay”) təsərrüfatında torpaq islahatı aparılan zaman yol verilmiş nöqsanların aradan qaldırılması ilə əlaqədar torpaqların əkinə yararsız torpaq sahələri bölgüdən çıxarılmaqla müvafiq ardıcıllıqla bölgü layihəsinin hazırlanması qərara alınmışdır. Qeyd edilən sərəncam əsas götürülərək keçmiş Dağ Quşçu (“Ataçay”) təsərrüfatının vətəndaşlara verilən pay torpaqları Xidmətin tabeliyindəki "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən 2017-ci ildə yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri 104 ailəyə tanıdılaraq sənədləşdirmə işləri aparılmışdır. Müvafiq qətnamədə qeyd edilən 104 ailədən biri olan X4 ailə üzvlərinə (X4 vərəsələri İddiaçı2 qəyyumu olduğu şəxslər - İddiaçı3, İddiaçı5 və İddiaçı1 Fəxrəddin qızına) Siyəzən rayonu, keçmiş Dağ Quşçu (“Ataçay”) kəndi ərazisində yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələr dövriyyədən çıxarılaraq tam yararlı vəziyyətdə olan 7,56 ha əkin və 2,56 ha biçənək sahələrinin hüdudları mütəxəssislər tərəfindən onlara tanıdılmışdır. Lakin, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-221/2022 saylı qərarında artıq Siyəzən Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(059)-163/2012 saylı qətnaməsi ilə ləğv edilmiş Siyəzən rayon Aqrar İslahat Komissiyasının 16 fevral 1998-ci il tarixli 35-111 nömrəli qərarı ilə Siyəzən rayonu, Dağ Quşçu kəndində yerləşən 4,4701 ha, 5,1106 ha, 1,6 ha və 3,1399 ha torpaq sahələri, ümumilikdə, 14,32 ha torpaq sahəsinə dair X5 verilmiş dövlət aktı və həmin torpaq sahələrinə dair keçmiş DTXK-nın Siyəzən rayon şöbəsi tərəfindən verilmiş torpaq sahələrinin plan və ölçüsü sənədlərində nəzərdə tutulan torpaq sahələrinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi barədə qərar qəbul olunduğundan, müvafiq məhkəmə qərarının icrası mümkünsüz olmuşdur. Qeyd olunan hallar birinci instansiya məhkəməsində işə baxılarkən məlum olmadığından, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün əsasdır. Lakin, işə baxan məhkəmə tərəfindən sözügedən hallar nəzərə alınmamış və bunun nəticəsində qanunsuz və əsassız qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim İsmayıl Quliyev). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, ərizəçi tərəfindən qeyd edilmiş hallar ilkin icraat zamanı araşdırılmış hallardır və yeni açılmış hal kimi qiymətləndirilə bilməz. Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının sonradan yeni sübutların və ya halların aşkar olunduğu halda icraatın təzələnə bilməsi üçün, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmaması şərtdir. Hazırkı işdə belə bir halında mövcudluğu müəyyən edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilə bilməz. Qərardadla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların qanuni nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxslər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Həmçinin, bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan maddədə təsbit olunmuş müvafiq dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: 1) Yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; 2) Həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; 3) Həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; 4) Həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; 5) İşin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; Bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır, şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş üzrə məhkəmə icraatının təzələnməsi üçün əsas qismində istinad etdiyi hallar – Siyəzən Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(059)-163/2012 nömrəli qətnaməsi ilə Siyəzən rayonu Dağ Quşçu (“Ataçay”) təsərrüfatının bölgü layihəsinə əsasən hazırkı iş üzrə iddiaçıların vərəsəsi olduğu X4 adına olan Dövlət Aktı da daxil olmaqla, 104 ailəyə verilmiş "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarının etibarsız hesab edildiyi, bundan sonra 2017-ci ildə hazırlanmış yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələrin dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7,56 ha əkin və 2,56 ha biçənək sahələrinin X4 ailə üzvlərinə tanıdılaraq sənədləşdirmə işlərinin aparıldığı, bu baxımdan, 4,4701 ha, 5,1106 ha, 1,6 ha və 3,1399 ha, ümumilikdə, 14,32 ha torpaq sahəsinin sərhədlərinin dəqiqləşdirilərək müəyyən edilməsi barədə öhdəliklərini müəyyən edən məhkəmə qərarının icrasının mümkün olmadığı yuxarıda istinad olunan normada nəzərdə tutulmuş anlamda icraatın təzələnməsini şərtləndirən yeni hallar və ya sübutlar kimi qiymətləndirilə bilməz. Belə ki, Sumqayıt İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş 21 yanvar 2022-ci il tarixli, 2-1(118)-221/2022 nömrəli qərarında qeyd edilmişdir ki, cavabdeh yeni bölgü layihəsinə uyğun olaraq əkinə yararsız sahələrin dövriyyədən çıxarılaraq, tam yararlı vəziyyətdə olan 7,56 ha əkin və 2,56 ha biçənək sahələrinin hüdudlarının mütəxəssislər tərəfindən İddiaçı2 qohumlarına tanıdıldığını qeyd etsə də, onun tərəfindən bu faktı təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Göründüyü kimi yeni açılmış hallarla bağlı ərizədə qeyd edilən hallar ilkin məhkəmə araşdırmasının predmeti olmuş və onlara məhkəmə tərəfindən hüquqi qiymət verilmişdir. Nəzərə almaq lazımdır ki, yeni sübutlar və hallar qismində başa çatmış məhkəmə icraatı zamanı təqdim edilməmiş və araşdırılmamış sübutlar və ya hallar nəzərdə tutulur. Həmçinin, həmin sübut və ya hallar mübahisəyə baxıldığı dövrdə mövcud olmalı, ancaq tərəflərə məlum olmamalı və onların məhkəməyə təqdim olunmaması obyektiv səbəblərə, yəni proses iştirakçılarının iradəsindən asılı olmayan səbəblərə bağlı olmalıdır. Bu baxımdan, cavabdehin istinad etdiyi hallar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar və ya hallar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Beləliklə, sadalananlardan göründüyü kimi cavabdeh icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 fevral 2024-cü il tarixli, 2-1(118)-221/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar