Məhkəmə qərarları › İş №2-1(105)-462/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-462/2025

23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-462/2025 23.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əzizova Vəfa Ehtiram qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-1175/2025 nömrəli qərarından üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi Müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Abşeron Rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.1999-cu il tarixli sərəncamı ilə ayrılmış Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.1 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini Sumqayıt İnzibati Məhkəməsindən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə X3 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçının iddia etdiyi mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olan torpaq sahəsinə gedən yoldan ibarət olmasını və hazırki mübahisənin həlli onun hüquqlarına toxunacağını bildirərək üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(118)-4086/2024 nömrəli qərardadı ilə X3 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati icraata cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-1175/2025 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Üçüncü şəxs E.İsmayılzadə həmin qərardan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxılmasını qərara almışdır. Belə ki, məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırki mübahisənin həlli hər hansı şəkildə E.İsmayılzadənin hüquqularına və qanunla qorunan mənafelərinə toxunmadığından onun üçüncü şəxsin qismində iştirakı zəruri deyildir. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edərək, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardad ləğv edilməli, üçüncü şəxs tərəfindən verilmiş şikayət üzrə apellyasiya icraatı mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. İPM-nin 87.2 və 87.3-cü maddələrində qeyd edilir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin əsaslara məhz işə apellyasiya qaydasında baxılması üçün zəruri olan prosessual əsaslar daxildir. İnzibati prosessual qanunvericiliklə müəyyən edilmiş həmin əsasların olmaması halı özlüyündə apellyasiya şikayətinin icraata qəbulundan imtina edilməsinə səbəb olur. Bu kontekstdə, İPM-nin 81.2-ci maddəsinin yalnız tələbləri təmin olunmayan inzibati məhkəmə icraatının iştirakçılarının şikayət verə biləcəyi barədə imperativ göstərişini nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, X2 Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-1175/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamalıdır. Odur ki, üçüncü şəxsin apellyasiya şikayətinin mümkün sayılması barədə qərardad ləğv edilməli, şikayət üzrə icraat mümkün sayılmayaraq şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh edilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 80, 85, 86 və 89-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 17 aprel 2025-ci il tarixli 2-1(105)-462/2025 saylı qərardadı ləğv edilsin. X2 Sumqayıt İnzibati Məhkəməsinin 9 fevral 2025-ci il tarixli, 2-1(118)-1175/2025 nömrəli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar