Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-463/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması) Sədrlik edən və məruzəçi hakim X17, hakimlər Babayeva Hökümə Çingiz qızı və X14 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Qusar Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarının, X15 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələri”nə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1000/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarının, X15 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələri” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, anası X15 adına mülkiyyət hüququ ilə ünvan 1 ünvanda yerləşən 60 kv.m sahəsi olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsi olmuş, anası xx.xx.2005-ci ildə vəfat etmiş və həmin mülk vərəsəlik qaydasında xx.xx.2022-ci il tarixdə onun mülkiyyətinə keçmişdir. Son günlərdə aldığı məlumatlar əsasında ona məlum olmuşdur ki, mərhum atası, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 adında xx.xx.1950-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən tikintinin ümumi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evi olmuşdur. Həmin fərdi yaşayış evi sonradan qeyriqanuni yollarla ünvanları 72 və 74 olmaqla iki hissəyə ayrılmış, bir hissəsi anası Sayaxanımın adına, digər hissəsi Zeynəbin adına rəsmiləşdirilmişdir. Reyestr xidmətindən əldə etdiyi məlumata görə Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında mart 2004-cü il tarixli texniki pasport və xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X15 adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********93-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Qeyd olunan ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə Qusar rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən onun adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Qusar şəhər Sovetinin 25. 08.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanda yerlaşen fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X4 adına xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Qusar rayon notariat kontorunun xx.xx.2016 cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrinden X10 adına xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. X18 yuxarıda qeyd olunan fərdi yaşayış evini Qusar rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 49-98 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirmiş, dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X5 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 1-1 0301 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 2V-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd olunan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X11inin (fərdi yaşayış evi tam) və X12 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmiş, sonradan X18 adına olan 0.0115 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixli, 4-435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X2 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-c il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X2 mülkiyyət hüququ tanınmışdır. Cavabda qeyd olunur ki, yeni ünvan verilən zaman Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə 72 və 74 ünvanları verilmişdir. Göründüyü kimi mərhum atası, xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 xx.xx.1950-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport’a əsasən qanuni sahibliyində olmuş Qusar şəhəri, Stalin(indiki Heydər Əliyev) küçəsində yerləşən tikintinin ümumi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evi heç bir əsas olmadan qanunsuz şəkildə digər şəxslərin adına rəsmiləşdirilmişdir. Tərəfindən həmin fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Qusar Notariat Ofisinə müracət edilmiş, notariat tərəfindən şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə mərhumun adına mülkiyyət hüququnu təsdiq edən sənədin olmadığı bildirilmişdir. Nəticədə iddiaçının vərəsəlik və gözlənilən mülkiyyət hüququ pozulmuşdur. Mərhuma məxsus olmuş mübahisəli yaşayış evini qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyətinə keçirmək istəyir. Bununla bağlı aidiyyatı üzrə notariat orqanına ərizə ilə müraciət etmişdir. Mübahisəli yaşayış evi mülkiyyət kimi dövlət qeydiyyatına alınmasa da onun sahib olduğu sahiblik və istifadə hüquqları, o cümlədən, fərdi yaşayış evi üzərində gözlənilən mülkiyyət hüququ ona keçmişdir. Bununla da nədə ifadə olunmasından və harada yerləşməsindən asılı olmayaraq ondan qalan və miras kütləsinə daxil olan bütün əmlakları, tələbləri, hüquqları və vəzifələri qəbul etmiş hesab olunur. Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarı; xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi, X15 adına verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli **********93-10301 reyestr nömrəli çıxarış, Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. Həmin şəhadətnaməyə əsasən onun adına verilmiş dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; Köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsi; ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X5 adına verilmiş xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış, həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə dair Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2016 cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; həmin şəhadətnaməyə əsasən dövlət reyestrindən X10 adına verilmiş 21.01,2016-cı il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; X18 ilə X7 arasında Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2016-cı il tarixli, 49-98 reyestr nömrəli bağışlanma müqaviləsi; Dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X5 (0.01154 ha torpaq sahəsi tam) adına verilmiş xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********3 1-1 0301 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış; Qusar rayon notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2V-102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə; ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X2 (fərdi yaşayış evi tam) və X12 (0.01154 ha torpaq sahəsi tam) adına verilmiş xx.xx.2018- ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış; X18 ilə X7 arasında 0.0115 ha torpaq sahəsinə dair Qusar rayon notariat kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli, 4-435 reyestr nömrəli bağışlanma müqaviləsi; Dövlət reyestrindən X2 adına verilmiş xx.xx.2023- ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarışın etibarsız sayılması; xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 xx.xx.1950-ci il tarixli "Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasporta əsasən qanuni sahibliyində olmuş Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən ümumi tikint sahəsi 217,97 kv.m, həyətyanı sahəsi 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evinin ondan qalan miras kütləsinə daxil edilməsi, həmin miras əmlakın tərəfimdən qəbulu faktının müəyyən edilməsi, həmin miras əmlak üzərində vərəsəlik hüququnun tanınması, həmin miras əmlaka dair adıma vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi vəzifəsinin Qusar Notariat Ofisinə həvalə edilməsi, həmin fərdi yaşayış evinin ona təhvil verilməsi, X2 fərdi yaşayış evindən və yerləşdiyi həyətyanı torpaq sahəsindən çıxarılması üçün qanuni əsaslar vardır və bu ardıcıl şəkildə əvvəlcə inzibati və sonra isə ümumi məhkəmə icraatı qaydasında həyata keçirilməlidir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, müraciətə xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-8503/2023 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında mart 2004-cü il tarixli texniki pasport və xx.xx.1989-cu il tarixli, 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X15 adına xx.xx.2018-cı ıl tarixli, ********** qeydiyyat nömrəli **********93-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq yuxanda qeyd olunan ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0397 ha həyətyanı torpaq sahəsinə Qusar rayon notariat kontorunun xx.xx.2022-ci il tarixli, 2V-846 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən İddiaçı adına xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Bundan əlavə, Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli, 102 nömrəli qərarına əsasən köhnə reyestr kitablarında xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0078 ha həyətyanı torpaq sahəsinə həyətyanı torpaq sahəsinə dövlət reyestrindən X4 adına xx.xx.2015ci il tarixli, ********** qeydiyyat nömrəli, **********12-10301 reyestr nömrəli çıxarış işlənmiş və sonradan həmin torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış evinə Qusar rayon notariat kontorunun 09.01,2016-cı il tarixli, 2V-06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən dövlət reyestrindən X12 adına 21.01,2016-cı il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. X18 yuxarıda qeyd olunan fərdi yaşayış evini Qusar rayon notariat kontorunun xx.xx.2016-cı il tarixli, 4Ə-98 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirmiş, dövlət reyethndən X3 (fərdi yaşayış evi tam) və X4 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********31-10301 reyestr nömrəli çıxarış işlənmişdir. Əlavə olaraq Qusar rayon notariat kontorunun xx.xx.2018-ci il tarixi' 2V102 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən yuxarıda qeyd olunan ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evinə dövlət reyestrindən X3 (fərdi yaşayış evi tam) və X13 (0.01154 ha torpaq sahəsi tam) adına xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmiş, sonradan X18 adına olan 0.0115 ha torpaq sahəsini Qusar rayon notariat kontorunun xx.xx.2018-ci İİ tarixli, 4Ə-435 reyestr nömrəli bağışlanma müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, xx.xx.2023-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışla X3 mülkiyyət hüququ tanınmışdır. Yeni ünvan verilən zaman Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə 72 və 74 ünvanları verilmişdir." Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1000/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim İsmayıl Quliyev). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin mümkün sayılaraq icraata götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun eyni məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, mübahisələndirilən inzibati akta diqqət yetirdikdə aydın olur ki, həmin qərarın kimə ünvanlandığı məlum deyil, ünvanla bağlı bir qanuni sənəd (xx.xx.1984-cü il tarixdə vəfat etmiş X1 adında xx.xx.1950-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vərəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”) qüvvədə olduğu halda digər bir inzibati aktın (Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarı, X15 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsi və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsi) qəbul edilməsi səlahiyyəti Qusar şəhər Sovetində olmamış, ola da bilməzdi. Həmçinin, həmin inzibati akt həm faktiki, həm də hüquqi cəhətdən icrası mümkün olmayan aktdır. Belə ki, Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989-cu il tarixli 102 nömrəli qərarı ilə bir ünvanda yerləşən fərdi yaşayış evi iki ünvan üzrə fərqli ölçülərdə və fərqli şəxslərin adlarına dəyişdirilmişdir. Faktiki olaraq bu qərar bir evi iki hissəyə bölməklə onun naturada olan vəziyyətində dəyişiklik etmiş və faktiki olaraq mümkün olmayan namümkün edilmişdir. Bütün bu əsaslardan verilən iddianın qanuni və əsaslı olduğu, məhkəmənin mövqeyinin isə düzgün olmadığı görünür. Məhkəmə iddianın dəlillərini və qanuni əsaslarını düzgün qiymətləndirmədən tələsik belə bir mümkünsüzlük qərarına gəlmişdir. Həmçinin, sözsüz ki, mübahisələndirilən qərarların icrası nəticəsində mübahisələndirilən çıxarış və qeydiyyat vəsiqələri əldə edildiyindən həmin qeydiyyat vəsiqələrinin ləğvi ilə bağlı tələbə bir iddiada baxılması üçün istisna hal müəyyən edilmir. Bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında konkret mövqe vardır və yanaşmaları o mövqeyə uyğundur. Məhkəmənin qərardadında qeyd olunmuşdur ki, “iddiaçı qərarın etibarsızlığını deyil, ləğvini tələb edə bilər. Məhkəmədə iddiaçıya hüquqi yardım edilsə də o iddianın təmin edilməsini, işə baxılmasını məhkəmədən xahiş etmişdir. Onun göstərdiyi dəlillər inzibati aktın ləğvi üçün əsas ola bilər. Lakin bu halada iddia müddəti tətbiqinin tətbiq edilməsi nəzərə alınmalıdır. Bundan əlavə tələbin ikinci hissəsində qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsini istəyir. Bununla bağlı məhkəmə qeyd edir ki, qeydiyyat vəsiqələrinin verilməsinin əsasını onun tərəfindən mübahisələndirilən qərar təşkil etdiyinə görə, həmin qərar məhkəmə qaydasında ləğv edildiyi halda, qeyd edilən qərar əsasında aparılmış dövlət reystrində qeydiyyatın silinməsi səlahiyyətli inzibati orqandan tələb edilə bilər”. Məhkəmə qeydiyyat vəsiqələrinin ləğvi ilə bağlı tələbə hazırda baxılmasının mümkün olmaması, həmin qərar məhkəmə qaydasında ləğv edildiyi halda, qeyd edilən qərar əsasında aparılmış dövlət reyestrində qeydiyyatın silinməsi səlahiyyətli inzibati orqandan tələb edilə bilinməsi qənaətinə haqsız olaraq gəlsə də bu hissədə prosessual vəzifəsini yerinə yetirməmiş, hüquqi yardım göstərmək vəzifəsini icra etməmişdir. Məhkəmə işin halları üzrə yalnış nəticəyə gəlməklə və qanunvercilik normalarını yalnış tətbiq etməklə iddianı heç bir əsas olmadan mümkün saymamışdır. Məhkəmə qeyd olunanları araşdırmadan və qeyd olunanlarla bağlı düzgün hüquqi dəyərləndirmə aparmadan yalnış nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehlərin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.5. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iddiaçı tərəfin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi “Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) xx.xx.1989cu il tarixli 102 nömrəli qərarının, X15 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli 269 reyestr nömrəli qeydiyyat vəsiqəsinin və X4 adına verilmiş köhnə reyestr kitablarında yerləşən xx.xx.1989-cu il tarixli, 270 reyestr nömrəli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilmələri” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilmişdir. Məhkəmə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddiaçı qərarın etibarsızlığını deyil, ləğvini tələb edə bilər. Məhkəmədə iddiaçıya hüquqi yardım edilsə də o iddianın təmin edilməsini, işə baxılmasını məhkəmədən xahiş etmişdir. Qeydiyyat vəsiqələrinin verilməsinin əsasını iddiaçı tərəfindən mübahisələndirilən qərar təşkil etdiyinə görə, həmin qərar məhkəmə qaydasında ləğv edildiyi halda, qeyd edilən qərar əsasında aparılmış dövlət reystrində qeydiyyatın silinməsi səlahiyyətli inzibati orqandan tələb edilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı iddia tələbinin əsası kimi mərhum atası X1 adında tərtib edilmiş xx.xx.1950-cı il tarixli “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” a əsasən Qusar şəhəri, Stalin küçəsində (indiki Heydər Əliyev küçəsi) yerləşən tikintinin ümumi sahəsinin 217,97 kv.m, həyətyanı sahəsinin 624,23 kv.m olan 56 saylı fərdi yaşayış evi olduğunu, sonradan həmin fərdi yaşayış evinin 72 və 74 saylı olmaqla iki hissəyə bölünməsi, 74 saylı evə dair mülkiyyət hüququnun başqa şəxslərin adına rəsmiləşdirilməsi halına istinad etmişdir. İş materiallarından görünür ki, X8 xx.xx.1984-cü il tarixdə vəfat etmişdir. İş materiallarından görünür ki, ünvan 9 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X22 məxsus olmaqla, bu hüquq 2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, həmin çıxarışın məzmunundan evə dair məlumat kimi ümumi sahəsi 60,3 kv.m, torpaq sahəsinin ölçüsü kimi 0,03971 ha qeyd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2005-ci il tarixdə X25 vəfat etmiş, onun adına vərəslik işi açılmış, həmin 72 saylı ümumi sahəsi 60,3 kv.m, yaşayış sahəsi 50,3 kv.m, yardımçı sahəsi 10 kv. olan 3 otaqlı fərdi yaşayış evinə dair iddiaçının adına 29 sentyabr 2022-ci il tarixdə qanun üzrə vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir. İş materiallarından görünür ki, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinə dair iddiaçının adına xx.xx.2022-ci il tarixdə texniki pasport tərtib edilmişdir. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, Qusar şəhər Sovetinin xx.xx.1989-cu il tarixli 102 saylı qərarına əsasən köhnə reyestr kitablarında xx.xx.1989-cu il tarixli 270 reyestr qeydiyyat vəsiqəsinə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0,078 ha həyətyanı torpaq sahəsinə dair X4 adına 2015-ci il tarixdə çıxarış işlənmiş, xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən X12 adına çıxarış işlənilmiş, xx.xx.2016-cı il tarixli bağışlama müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmiş, dövlət reyestrində X9 və X4 adına xx.xx.2017-ci il tarixli çıxarış işlənilmişdir, xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X3 adına çıxarış işlənilmişdi, Qusar şəhəri, Stalin (indiki Heydər Əliyev) küçəsində yerləşən 56 nömrəli fərdi yaşayış evinə 72 və 74 ünvanları verilmişdir. Həmçinin, işin mübahisəsiz halı ondan ibarətdir ki, 72 saylı ev iddiaçının faktiki istifadəsində olmaqla, 74 saylı ev onun və ya valideynlərinin heç vaxt istifadəsində olmamış, 74 saylı ev əmisinin ailəsinin istifadəsində olmuş, hazırda da əmisinin nəvələri (mülkiyyətçi X6r) istifadəsindədir. Eyni zamanda işin müəyyən edilmiş hallarından görünür ki, Qusar şəhəri Sovetinin 25 avqust 1989-cu il tarixli 102 nömrəli qərarına əsasən iddiaçının mərhum anası X16 adına tərtib edilmiş qeydiyyat vəsiqəsinin məzmununda fərdi yaşayış evinin nömrəsi kimi məhz 72 saylı ev qeyd edilmişdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçının mərhum atası X1 adına tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventarzasiyası və qiymətləndirilməsi barədə” Texniki pasportub məznununda da fərdi yaşayış evinin nömrəsi kimi (56) 72 saylı ev kimi qeyd edilmişdir. İndiki halda iddiaçı məhz 74 saylı fərdi yaşayış evinə dair tərtib edilmiş Qusar şəhər Sovetinin qərarı və onun əsasında verilmiş hüquqmüəyyənedici sənədləri mübahisələndirir, habelə iddia tələbinin əsası kimi 56 saylı fərdi yaşayış evinin onun mərhum atasına məxsus olması, 56 sayl mənzilin sonradan qeyri-qanuni yolla 72 və 74 saylı mənzilə ayrılması kimi hallara istinad edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda məhz 72 saylı fərdi yaşayış evinin iddiaçının mərhum atası və anasına məxsus olması halı müəyyən edilmiş, onların adına tərtib edilmiş müvafiq sənədlər məhz 72 saylı fərdi yaşayış evi ilə bağlı olmuşdur. Hətta hazıradək məhz 72 saylı mənzil onların istifadəsində olmuş, 74 saylı mənzil onların istifadəsində olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 56 saylı fərdi yaşayış evinin onun mərhum atasına məxsus olması, qanunsuz olaraq 56 saylı mənzilin 74 və 72 saylı mənzilə ayrılması hallarına istinad etsə də, həmin hallara dair heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, məhkəmə araşdırması zamanı da həmin halın müəyyən edilməsi mümkün olmamışdır. Hətta iddiaçının özünün təqdim etdiyi sənədlər belə məhz 72 saylı ünvanda yeləşən evlə bağlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının müvafiq ünvanda yerləşən 74 saylı mənzilə dair Qusar Şəhər Sovetinin qərarını və həmin qərar əsasında tərtib edilmiş müvafiq qeydiyyat vəsiqələrini mübahisələndirməklə bağlı subyektiv hüququ olmamışdır. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, indiki halda iddiaçının subeyktiv hüququ o halda mövcud ola bilərdi ki, 74 saylı ünvanda yerləşən evə dair onun, mərhum atası və ya anasının əmlak hüquqlarının mövcudluğu müəyyən edilmiş olardı. İndiki halda isə həmin hal məhkəmə araşdlrması zamanı müəyyən edilməmişdir. Bundan əlavə, cavabdehlərin hansı hərəkətləri nəticəsində iddiaçının hansı hüquqlarının (əmlak hüquqlarının və s.) və ya qanuni maraqlarının pozulması halının, o cümlədən hüquqi müdaxilənin mövcudluğu da müəyyən edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd edir ki, hətta iddiaçının subyektiv hüququnun mövcud olduğunu qəbul etsək belə (hansı ki həmin hal məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir), bu halda iddiaçı tərəfindən Qusar şəhər Sovetinin (XDS İcraiyyə Komitəsinin) müvafiq qərarının qanunverciliklə müəyyən edilmiş prosessual müddətdə mübahisələndirilməməsi, başqa sözlə iddianın mümkünlük şərtlərinin biri qismində çıxış edən qanunvericiliklə müəyyən edilmiş iddia müddətinə əməl edilməsi ilə bağlı şərtə riayət edilməməsi halı ortaya çıxmış olacaqdı. Belə ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Həmçinin, 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Nəticə etibarilə iddiaçı istinad edilən qərarın mübahisələndirilməsi imkanını 2011-ci il 1 yanvar tarixədək itirmişdir. 2011-ci il 1 yanvar tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il 1 yanvar tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi halı da müəyyən edilməmişdir. Bununla da, məhkəmə kollegiyası qeyd olunan hallara əsasən hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni olmuşdur. Həmçinin, qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibatı prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci ıl tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd). Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə yuxarıda istinad olunan əsasla iddia mümkün sayılmamalı və birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə qanuni olduğundan, apellyasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğvi üçün əsas hesab edilməməlidir. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-1000/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-463/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-463/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver