Məhkəmə qərarları › İş №2-1(105)-465/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-465/2023

17.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-465/2023 17.11.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkün sayılmaması, işin hallarının tam araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X10, hakimlər Babayeva Hökümə Çingiz qızı və X19 ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X13, Üçüncü şəxs X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(118)-32/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi barədə qərar qəbul eidlməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia onunla əsaslandırılmışdır ki, cavabdeh əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə və 3-cü şəxslər

1. Sumqayıt ş., 4 saylı Notariat ofisinə; 2. X5; 3. X14; 4. X20 qarşı, onun tərəfindən aşağıdakı məzmunda iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı ilə atası- Rzayev Əlirza Yasəf oğlu arasında bağlanmış 21 avqust 19985-ci il tarixli 5000 saylı icarə Müqaviləsinə əsasən Növzxanı bağlar masivindəki 0,22 ha torpaq sahəsi bağçılıq təsərrüfatı üçün bizim ailənin istifadəsinə və sahibliyinə verilmiş və müqavilə 10 il müddətinə bağlanmışdır. Bundan sonra, atası tərəfindən verilmiş 20 fevral 1990-cı il tarixli razılıq ərizəsinə əsasən istifadəsində və sahibliyində olan 0,22 ha torpaq sahəsinin 0,11 hə hissəsinə X23 adına 14 iyun 1990-cı il tarixli icarə müqaviləsi verilmiş və həmin vaxtdan da bağırı həmin hissəsi onun ailəsinin sahibliyinə və istifadəsinə keçmiş, eyni zamanda bizə verilmiş bağ sahəsinin icarə müqaviləsi də qeyd olunan tarixdən yenilənərək müqavilənin üzərində də müvafiq qeyd aparılmışdır. Beləliklə, 1985-ci il tarixli Müqavilə üzrə, 0,22 ha bağ sahəsi 14 iyun 1990-cı il tarixədək bizim sahibliklərində və istifadələrində olmuş, qeyd olunan tarixdən 2020-ci ilin avqust ayınadək isə, həmin bağın 0,11 ha hissəsi ailəmizin sahibliyində və istifadəsində olmuşdur. Azərbaycan Respublikasının 1994-cü il tarixdə qəbul edilmiş Torpaq Məcəlləsinə və 1996-cı il tarixdə isə qəbul edilmiş “Torpaq İslahatı haqqlnda” Qanununa əsasən vətəndaşların istifadəsində və sahibliyində olan torpaq sahələri və bağçılıq təsərrüfatları əvəzsiz olaqar onların mülkiyyətinə verildiyindən həmin tarixlərdən də hər hansı müqavilələrin başlanılması zərurətinin olmadığı bizə bildirilmişdir. 1996-cı və 1997-ci illərdən başlayaraq atası tez-tez xəstələndiyindən və 2006-cı ilin mart ayında vəfatı ilə əlaqədar olaraq, həmçinin maliyyə çətinliyi ilə əlaqədar olaraq, istifadələrində və sahibliklərində olan bu torpaq sahəsinin adlarına dövlət qeydiyyatına alınması üzürlü səbəblərdən mümkün olmamışdır. Nəhayət, 15 oktyabr 2019-cu il tarixdə, Sumqayıt şəhəri, Sumqayıt Bələdiyyəsinin Bələdiyyə mülkiyyətinin idarəetmə şöbəsindən istifadəmizdə və sahibliyimizdə olan 3706 saylı bağ sahəsinin Texniki Pasportu əldə edilmiş və bu bağın vərəsəlik qaydasında adıma keçirilməsi üçün müvafiq prosessual hərəkətlər həyata keçirilməyə başlanılmış və bu məqsədlə, atamdan miras əmlakın qəbulu üçün Sumqayıt şəhəri 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edilmişdir. Bununla yanaşı, 2020-ci ilin iyul ayında bağda olarkən mənə məlum olmuşdur ki, bağın bir hissəsi X6 tərəfindən zəbt edilərək həmin sahədə tikinti işləri aparılmaqdadır. Bununla əlaqədar olaraq, tərəfindən dərhal Sumqayıt şəhər Məhkəməsinə müraciət olunaraq, cavabdeh X4 həyata keçirdiyi tikililəri öz hesabına sökməklə, zəbt etdiyi və iddiaçıya məxsus bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edilməklə yanaşı, eyni zamanda, iddianın təmini tədbiri kimi, ərizə Nə məhkəməyə müraciət olanaraq, mənə məxsus, Sumqayıt şəhəri, Novxanı bağlar massivi 3706 saylı ünvQnda yerləşən bağ şahəmdə, tikinti işlərinin aparılmasının cavabdeh X5 və digər şəxslərə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmiş və Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərardadı ilə, tərəflərindən təqdim edilmiş ərizə təmin edilərək, işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 1 ünvanda yerləşən bağ sahəsində tikinti işlərinin aparılması cavabdeh X8 pğlqna və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh tərəfindən məhkəmənin bu qərardadından apellyasiya şikayəti verilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarddı ilə, Cavabdeh S.N.Qardaşxanovun verdiyi şikayəti təmin edilməmiş, Sumqayıt şəhər Məhkəməsinin 05 avqust 2020-cı il tarixli, 2(060)-4611/2020 saylı qərardadı cavabdeh S.N.Qardaşxanova münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Elə bu ərəfədə də, cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi və Sumqayıt şəhəri, 4 saylı notariat ofisində həyata keçirilən xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsindən məlum olmuşdur ki, "Satıcı, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4308V ünvanda yerləşən ümumi sahəsi 0,0991 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 0,03 ha torpaq sahəsini 7000 manata X1 və bu torpaq sahəsi- ƏMDKnin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət üzrə 0,0991 ha Satıcıya məxsusdur. Bundan başqa, həmin alqısatqı müqaviləsindən o da məlum olur ki, X21, faktiki olaraq Moskva şəhəri, Biryulevskaya küçəsi ev 32, mənzil 4 ünvanda yaşayır və alqı-satqı zamanı onun adından verilmiş etibarnamə üzrə, Sumqayıt, H.Zeynalabdin qəs., SKZ yat-2 ünvanda pasport qeydiyyatında olan X25 çıxış etmiş və ona belə bir etibarnamə, Sumqayıt şəhəri, 4 saylı notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmişdir. Bununla yanaşı, Vəkilimiz X24 tərəfindən Sumqayıt şəhəri 4 saylı notariat ofisinə ünvünlanmış müraciəti əsasında, ona göndərilmiş 27 noyabr 2020- ci il tarixli, 3456 saylı cavab məktubundan məlum olmuşdur ki, eynilə X8-oğlu ilə aparılan alqı-satqı müqavilələri üzrə olduğu kimi, birinci alqı-satqıdan sonra, X2 qalan 0,0691 ha torpaq sahəsinin 0,04 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında 10500 manata X15 və yerdə qalan 0,0291 hə hissəsi isə, 30.03,2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında, ünvan 4 ünvanda qeydiyyatda olan X3 və bu alqı satqı üzrə də X9 adından həmin X26 çıxış etmişdir. Göstərilənlərdən əlavə, Sumqayıt şəhəri 4 saylı notariat ofisi tərəfindən Vəkilləri X16 ünvünlanmış 27 noyabr 2020-ci il tarixli, 3456 saylı cavab məktubundan oda məlum olmuşdur ki, X21 tərəfindən ilkin olaraq Etibarnamə, ünvan 5 ünvanda qeydiyyatda olan X12 adına, xx.xx.2019-çu il tarixdə 1 il müddətinə, RF, Moskva Vil., Zveniqorod notariusunda, NC)T. P.N.Qriqoryevna tərəfindən verilmiş və bu etibarnamə əsasında da, 4 saylı notariat ofisi tərəfindən X22 xx.xx.2019-cu il tarixli etibarnamələr ilə yuxarıda qeyd olunan alqı-satqı müqavilələri həyata keçirilmişdir. Lakin, həmin Etibarnamənin təsdiq olunmuş surətinin onlara təqdim olunması barədə həm 4 saylı notariat ofisinə, həmçinin də Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi idarəsinə olunan sorğuları isə cavabsız qalmışdır. Bu cür əməliyyatın həyata keçirilməsini qanunsuz hesab edir, istisna etmirlər ki, X21 tərəfindən X17 verilmiş qeyd olunan etibarnamə saxtadır. Yəni, 3 ildən artıq müddətdir ki, həmin torpaq sahəsinin onların istifadələrində və sahibliklərində olmasına baxmayaraq, qış aylarında, torpaq sahəsi sahibsiz qaldığı müddətlərdə həmin torpaq sahəsinə heç bir aidiyyəti olmayan sənədlərlə onların torpaq sahələri faktiki olaraq zəbt edilərək tərtib edilmiş saxta sənədlərlə X9 adına dövlət reyestrindən çıxarış alınmış və törətdikləri bu cinayət əməlinin izinin itirilməsi məqsədi ilə də, həmin torpaq sahəsinin ayrı-ayrı şəxslərə olmaqla dərhal özgəninkiləşdirilməsi həyata keçirilmişdir. Ona görə də hesab edir ki, ona məxsus torpaq sahəsi koordinatlarında, X9 tam mülkiyyət hüququnu təsdiq edən 0,0991 ha torpaq sahəsi üzrə adına verilmiş reyestrdən çıxarış ləğv edilməli və həmin çıxarış əsasında həyata keçirilmiş bütün əməliyyatlar etibarsız hesab edilməklə, Rzayev Əlirza Yasər oğlunun vərəsəsi kimi, Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 0,11 ha ölçüdə olan 3706 saylı bağ sahəsinin dövlət qeydiyyatına alınması və həmin sahəyə onun adına reyestrdən çıxarışın verilməsi vəzifəsinin Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması bərədə məhkəmə qərarı çıxarılmalıdır. Onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisə üzrə iş Sumqayıt şəhər Məhkəməsinin icraatında olduğu müddətdə yuxarıda qeyd olunan məsələlər müəyyən edildikdən sonra məlum olmuşdur ki, mübahisəyə aidiyyəti üzrə İnzibati Məhkəmədə baxılmalı olduğundan, ərizə ilə məhkəməyə müraciət olunaraq iddia ərizəsinin geri qaytarılması və bu barədə müvafiq qərardad qəbul edilməsi xahiş edilmişdir. Bununla əlaədar olaraq məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli qərardad qəbul edilmiş, həmin qərardad sənədlərlə birgə bizə xx.xx.2020-ci il tarixdə təqdim edilmiş və dərhal da tərəflərindən, qoşmalar də əlavə edilmklə, yeni iddia ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(118)-32/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır (Leyla Mirzəyeva). İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qəbul etdiyi qərardadının bu cür əsaslandırmasının heç bir hüquqi əsası olmadığından, həmin qərardad ləğv edilməli və işdə olan sübutlar əsasında iddia tələbimin təmin ediməsi barədə müvafiq məhkəmə qərarı qəbul edilməlidir. Belə ki, həm Sumqayıt Şəhər Məhkəməsində, həmçinin də Sumqayıt İnzibati Məhkəməsində, məhz, həm ölüm haqqında Şəhadətnaməyə, həmçinin də, vərəsəlik işinin açılması barədə 3 saylı notariat ofisinin 1061 saylı, xx.xx.2020-ci il tarixli, cavabdehə olan müraciət məkrubu əsasında o, vərəsə kimi qəbul edildiyi halda, hazırki işdə, dobdoğmaca atasının vərəsəsi kimi qəbul edilməmişdi.Yaxud, vərəsə olmadığı halda, 2 il ərzində nümayəmdə və vəkilinin məhkəməyə təqdim etdiyi vəsatətlərinə baxılırdı və əksər hallarda da, vəsatatlər təmin edilirdi. Hətta, ekspertizanın aparılması barədə təqdim etdiyi vəsatəti də təmin edilərək məhkəmənin qəbul etdiyi müvafiq qərardadı ilə ekspertiza da təyin edilirdi?. Bundan başqa, məhz, həmin vəsatətlər və tərəfindən məhkəməyə təqdim etdiyi sübutlar əsasında cavabdehin bütün saxtakarlıqları aşkar edildiyi bir vaxtda, məhkəmə tərəfindən bu cür qanunsuz və əsassız qərardadın qəbul edilməsi heç cür başa düşülən olmamışdır. Bütün qeyd olunanlarla yanaşı, nümayəndə və vəkilinin göstərişi ilə tərəfindən, xx.xx.2023-cü il tarixdə, yenidən Sumqayt şəhəri 3 saylı notariat ofisinə müraciət olunaraq, xx.xx.2006-cı il tarixdə ölmüş atası Rzayev Əlirza Yasər oğluna məxsus miras əmlakının qəbulu ilə əlaqədar, vərəsəlik işinin açılması, vərəsələrin dairəsinin müəyyən edilərək onun vərəsə kimi tanınmağı barədə müvafiq arayışın verilməsi xahiş edilmiş və 3 saylı notariat ofisinin ona ünvanladığı 559 saylı, xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, "Siz,xx.xx.2006-cı il tarixdə ölmüş atamız Rzayev Əlirza Yasər oğlunun miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinə müraciət etmisiniz və Rzayev Əlirza Yasər oğlunun vərəsəsi kimi tanınmısınız." Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində icraat zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə etmiş, izahat vermiş, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X27 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs X18 mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1133.1.Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr birinci növbədə sayılırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və ya bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarı: 2.1.Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığının tam olaraq yoxlanılması apellyasiya baxışının predmetini təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Hazırki iş üzrə iddiaçının iddia tələbi “atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi qərardadını iddiaçının atasının vərəsəsi olmadığının müəyyən edilməsi, mübahisə predmeti olan fərdi yaşayış evinə dair iddiaçının hər hansı hüququnun pozulması, həmin torpaq sahəsi və fərdi yaşayış evi üzərində subyektiv hüquqlara malik olması halının öz təsdiqini tpamması əsası ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, 3706 saylı bağ, Sumqayıt, Novxanı, bağın ümumi sahəsi 1100 kv.m, bağın istifadəçisi Rzayev Əlirza Yasər oğlu, sahənin ayrıldığı il 1985-ci il qeyd edilməklə, vətəndaşların istifadəsində olan bağ təsərrüfatının texniki pasportu tərtib edilmiş, 5000 №li icarə müqaviləsi bağlanılmışdır. İş materiallarından görünür ki, Rzayev Əlirza Yasər oğlu xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən verilmiş 11 mart 2023-cü il tarixli məktubun məzmunundan görünür ki, xx.xx.2006-cı il tarixdə ölmüş atası Rzayev Əlirza Yasər oğlunun miras əmlakının qəbulu üçün Sumqayıt şəhəri 3 saylı notariat ofisinə ərizə ilə müraciət etdiyi və Rzayev Əlirza Yasər oğlunun vərəsəsi kimi tanındığını qeyd etmişdir. İş materiallarında olan Sumqayıt şəhəri 3 saylı Notariat Ofisi tərəfindən Daşınmaz Əmlakıın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi İdarəsinə ünvanlanmış verilmiş 23 avqust 2020-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı xx.xx.2006-cı il tarixdə vəfat etmiş atası Rzayev Əlirza Yasər oğluna məxsus miras əmlakın qəbulu üçün notariat ofisinə ərizə ilə müraciət etmişdir. İddiaçı Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3706 ünvanında yerləşən torpaq sahəsinin Rzayev Əlirza Yasər oğluna məxsus olmasına dair mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim etməmişdir. Rzayev Əlirza Yasər oğlunun adına mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsi xahiş olunmuşdur. Göründüyü kimi indiki halda iddiaçının vəfat etmiş şəxs Rzayev Əlirza Yasər oğlunun vərəsəsi olması halı müəyyən edildiyi və iş materialları əsasənda aşkar olduğu halda, birinci instansiya məhkəməsi yalnış olaraq iddiaçının vərəsə olmaması halına istinad etmiş, nəticə etibarilə isə iddiaçının torpaq sahəsi və fərdi yaşayış evinə dair subyektiv hüququnun olmaması qənaətinə gəlmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə əsasən miras qoyan şəxsə məxsus olan əmlak miras əmlak qismində çıxış etməklə, ona dair əmlak hüquqları məhz vərəsəlik hüquq münasibətləri konteksində miras qoyanın vərəsələrinə keçir. İndiki halda isə iddiaçının vəfat etmiş şəxs atası Rzayev Əlirza Yasər oğlunun vərəsəsi olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, daşınma əmlak dövlət reyestri haqqında qanunvericiliyin tələbinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin halları tam araşdırılmamış, qeyd olunan halları diqqətdən qaçırmış, iş materiallarında olan sənədlər tədqiq edilməmiş, habelə məhkəmə özü xidməti vəzifəsinə görə müvafiq notariat orqanına sorğu verməklə, həmin halı müəyyən edə bildiyi halda, bununla bağlı heç bir tədbir görməmiş, bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazıki iş üzrə birinci instansiya məhkəməsi istinad etdiyi əsaslarla iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına uyğun olmamaqla, düzgün olmamış, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olmaqla, təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 mart 2023-cü il tarixli, 2-1(118)-32/2023 nömrəli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “atası Rzayev Əlirza Yasər oğluna məxsus torpaq sahəsi üzrə cavabdeh tərəfindən tam mülkiyyət üzrə 0,0991 ha torpaq sahəsinə dair xx.xx.2019- cu il tarixdə X11 verilmiş **********82 reyestr nömrəli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın və həmin çıxarış əsasında verilmiş bütün hüquqverici sənədlərin ləğv edilməsi” tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar