Məhkəmə qərarları › İş №2-1(105)-465/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-465/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-465/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X1 (sədrlik edən və məruzəçi), Hakimlər X3 qızı və X4oğlundan ibarət tərkibdə, X8 katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 adına verilmiş JN-196 kod ******* olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab olunması və X2 adına rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)- 159/2025 nömrəli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Məhkəmənin sorğusuna əsasən Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/2 saylı qərarının surəti təqdim olunmuşdur. Həmin qərara əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0033 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə iddiaçı və mərhum anası X1 ümumi mülkiyyətinə 1,15 ha pay torpaq sahəsi verilmişdir. İddiaçı və mərhum anası X1 adları torpaq almaq hüququ olan vətəndaşların siyahısında 18 nömrə ilə qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının və anasının adına 0.18 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. xx.xx.2024-cü il tarixli aktla müəyyən olunur ki, DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0033 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında səhv olaraq 1. X7 2. X8 qeyd olunmuşdur, doğru adlar isə aşağıdakı kimidir. 1. X5

2. İddiaçı Qusar rayon Notariat Ofisinin arayışı və xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, xx.xx.2013-cü ildə vəfat etmiş mərhum X1 vərəsəsi İddiaçıdır. JN-0196 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Çiləgir kənd sakini X4 Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-196a saylı qətnaməsi ilə Qusar Rayon Avaran-qışlaq kəndindən 0.97 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışla müəyyən olunur ki, Qusar Rayonu, Avaranqışlaq kəndində 0.9692 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. Qusar Rayon Məhkəməsinin iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022-ci il tarixli G(029)-549/2022 nömrəli məktubu ilə müəyyən olunur ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-196a/2006 saylı mülki iş mövcud deyildir. İddiaçı torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh həmin torpaq sahəsinin koordinatları ilə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən işlənilmiş JN 0196, KOD 30103028 nömrəli Dövlət Aktında göstərilən koordinatların üst-üstə düşməsi səbəbindən müraciətin təmin edilməsindən imtina etmişdir. Daha sonra iddiaçı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən işlənilmiş JN 0196, KOD 30103028 nömrəli Dövlət Aktının və onun hüquqi nəticələrindən əmələ gəlmiş çıxarışların ləğv edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********32 nömrəli imtina məktubu ilə həmin aktın yalnız məhkəmə qərarı əsasında ləğv ola biləcəyini bildirərək, onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X3 adına işlənmiş JN 033, KOD 30103028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının koordinatları ilə X2 adına işlənmiş JN 0196, KOD 30103028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı və reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2020-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə torpaq sahəsinin koordinatları üst-üstə düşür. Qeyd: mübahisələndirilən torpaq sahəsi hal-hazırda X6 tərəfindən istifadə olunur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X2 adına verilmiş 0,97 ha torpaq sahəsinə dair JN-196 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin dövlət aktı əsasında X2 adına dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “X2 adına verilmiş JN-196 kod ******* olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab olunması və X2 adına rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 17/2 saylı qərarına əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0033 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə onun və mərhum anası X1 ümumi mülkiyyətinə 1,15 ha pay torpaq sahəsi verilmişdir. Qeyd olunan dövlət aktı üzrə torpaq sahəsinin hər hansı hissəsinə digər şəxsin adına dövlət aktının və ya daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilib-verilməməsi, verildiyi təqdirdə hansı əsasa görə (alqı-satqı, bağışlama, məhkəmə qətnaməsi və s.) işlənməsi barədə məlumatların (dövlət aktı, çıxarış) verilməsi barədə xx.xx.2022-ci il tarixli vəkil sorğusuna 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, qeyd olunan dövlət aktının mülk nömrəsi 0033 olan hissəsi üzrə 0,9692 ha torpaq sahəsinə Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-196a saylı qətnaməsinə əsasən ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X2 adına 0,97 ha torpaq sahəsinə dair JN-196 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı işlənmiş və həmin dövlət aktı əsasında X2 adına dövlət reyestrində xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarış işlənmişdir. Qusar rayon Məhkəməsi tərəfindən vəkil sorğusuna verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan isə görünür ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-196a/2006 saylı mülki iş mövcud deyildir. Göründüyü kimi, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən ona və ailə üzvlərinə verilmiş JN-0033 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı üzrə 1,15 ha pay torpaq sahəsinin mülk nömrəsi 33 olan (0,9692 ha) hissəsinə digər şəxsin adına dövlət aktının işlənməsi mövcud olmayan məhkəmə qətnaməsi əsasında baş vermişdir. O qeyd olunan 0,9692 ha torpaq sahəsini heç kimə satmamış, bu barədə heç kimlə heç bir müqavilə bağlanmamış, X6 adında şəxsi də tanımır. Ona görə də ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən X2 adına 0,97 ha torpaq sahəsinə dair JN-196 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının və həmin dövlət aktı əsasında X2 adına dövlət reyestrində xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışın ləğv edilməsinə dair ərizə ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, 5 saylı Xaçmaz Ərazi İdarəsinin ərizəsinə verdiyi xx.xx.2022-ci il tarixli, **********32 nömrəli cavab məktubu ilə ərizəsi təmin edilməmiş və qeyd olunan dövlət aktının və dövlət reyestrindən çıxarışın yalnız məhkəmə qərarı ilə mümkün olması bildirilmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, İddiaçı etibarnamə ilə səlahiyyətli nümayəndəsi Vəkil1 Qusar rayonu, Avaranqışlaq yerləşən torpaq sahəsinə dair vətəndaş X2 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə 11.11 2022-ci il tarixli, **********32 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki; “Məlumat üçün bildiririk ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Müraciətinizə cavab olaraq bildiririk ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikası qanununun 2.4 maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir və ərizədə qeyd olunan Qusar rayonu, Avaranqışlaq kəndində yerləşən torpaq sahəsinə dair X2 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2487/2023 nömrəli qərardadı ilə X6 üçüncü şəxs qismində zəruri cəlbetmə qaydasında inzibati məhkəmə icratına cəlb edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-159/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, X2 adına verilmiş JN-196 kod ******* olan torpağa mülkiyyət hüququna dair Dövlət aktının etibarsız hesab olunması və X2 adına rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.(hakim Rahim Həsənov) Məhkəmə qərarını cavabdehin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə və Qusar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli G(029)-549/2022 nömrəli məktubuna istinad etməklə əsaslandırmış və qeyd etmişdir ki, X2 adına işlənilmiş dövlət aktı qanunvericiliyin tələbinə uyğun olmadığından etibarsız inzibati aktdır. Qərardan narazı qalan üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X2 adına verilmiş JN-196 kod ******* olan Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, həmin X12 rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli 2-196a saylı qətnaməsinə əsasən verilmişdir. Bəhram Ələskərov qeyd olunan dövlət aktında göstərilən 0.97 ha torpaq sahəsini dəyərini ödəməklə satın almış, həmin vaxtdan etibarən onun faktiki sahibliyində və istifadəsində olmuşdur. Bəhram Ələskərovun satın aldığı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ həmin vaxt hüquqların dövlət qeydiyyatını həyata keçirən orqan olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsində qeydiyyata alınmaqla JN-196 kod ******* olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. Daha sonra isə hüquqların dövlət qeydiyyatını həyata keçirmək səlahiyyəti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə keçdiyindən Bəhram Ələskərovun torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət aktı əsasında dövlət qeydiyyatına alınmaqla xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışla rəsmiləşdirilmişdir. Dövlət Aktının verilməsinə əsas olmuş qətnamənin Qusar rayon məhkəməsində aşkar olunmamasında Bəhram Ələskərovun heç bir təqsiri yoxdur, buna görə həmin şəxs məsuliyyət daşıya bilməz. Həmin şəxs torpaq sahəsini satın alarkən üzərinə düşən öhdəlik satın aldığı torpaq sahəsinin dəyərini ödəmək olmuşdur. O, torpaq sahəsinin dəyərini ödəməklə üzərinə düşən öhdəliyi tam yerinə yetirmişdir. Onun üzərinə əlavə öhdəlik və məsuliyyət qoyulması haqsız və əsassızdır. Bundan başqa, İddiaçı 20 ilə yaxın müddət ərzində torpaq sahəsi ilə bağlı Bəhram Ələskərova qarşı heç bir tələb irəli sürməmiş, onun torpaq sahəsindən istifadə etməsinə, ona sahiblik etməsinə narazılıq ifadə etməyərək torpaq sahəsinin Bəhram Ələskərova məxsus olması faktını qəbul etmişdir. Bu, isə onu təsdiq edir ki, Bəhram Ələskərov torpaq sahəsinin dəyərini ödəməklə satın almış və onun qanuni və əsaslı mülkiyyətçisidir. Eyni zamanda torpaq sahəsinə dair verilmiş Dövlət Aktı müvafiq səlahiyyətli orqan tərəfindən verildiyindən Bəhram Ələskərovun həmin sənədin mötrəbərli olmasına hər hansı şübhəsi yarana bilməzdi. Belə olan halda, dövlət aktının verilməsi zamanı hər hansı formal pozuntulara yol verilməsinə görə Bəhram Ələskərovun 20 ilə yaxın müddət əvvəl əldə etdiyi torpaq sahəsindən məhrum olunması qanuni və əsaslı sayıla bilməz. b) İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etiraz iddia ərizəsinin məzmunu ilə oxşar məzmunludur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında üçüncü şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, qərarın dəyişdirilmədən saxlanmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilsə də, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən əsasla iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 17/2 saylı qərarı ilə müəyyən olunur ki, ləğv edilmiş DT və XK Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-0033 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçı və mərhum anası X1 ümumi mülkiyyətinə 1,15 ha pay torpaq sahəsi ayrılmış, iddiaçı və mərhum anasının adları torpaq almaq hüququ olan vətəndaşların siyahısında 18 nömrə ilə qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçının və anasının adına 0.18 ha torpaq sahəsinə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Yəni iddiaçı və anasına Qusar rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə 1,15 ha pay torpaq sahəsi ayrılsa da, yalnız 0.18 ha torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının vəkili tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğularla müraciət olunduqdan sonra torpaq sahəsinin 0.97 ha hissəsinin X2 mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən olunmuş və iddiaçının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, üçüncü şəxsin adına olan Dövlət Aktı və çıxarışın ləğv edilməsi barədə müraciətindən cavabdeh tərəfindən imtina olunmuşdur. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, JN-0196 KOD 30103028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Çiləgir kənd sakini X4 Qusar Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2-196a saylı qətnaməsi ilə Qusar Rayon Avaranqışlaq kəndindən 0.97 ha torpaq sahəsi ayrılmışdır. xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********03 reyestr nömrəli çıxarışla müəyyən olunur ki, Qusar Rayonu, Avaranqışlaq kəndində 0.9692 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi X2 mülkiyyətindədir. Qusar Rayon Məhkəməsinin iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2022ci il tarixli G(029)-549/2022 nömrəli məktubu ilə müəyyən olunmuşdur ki, Qusar Rayon Məhkəməsinin 2006-cı il üzrə arxivində 2-196a/2006 saylı mülki iş mövcud deyildir. Birinci instansiya məhkəməsi tərəfindən işin qeyd edilən hallarının araşdırılması məqsədilə məhkəmə-tikinti ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X3 adına işlənmiş JN 033, KOD 30103028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının koordinatları ilə X2 adına işlənmiş JN 0196, KOD 30103028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı və reyestr nömrəsi **********03, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixli xx.xx.2020-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə torpaq sahəsinin koordinatları üst-üstə düşür. Qeyd: mübahisələndirilən torpaq sahəsi halhazırda X6 tərəfindən istifadə olunur. Beləliklə, yuxarıda sadalanan sübutların tədqiqi nəticəsində müəyyən edilir ki, hüquqmüəyyənedici sənədlərə əsasən, iddiaçıya aqrar islahat zamanı 0.15 ha pay torpağı qanuni əsaslarla ayrılmış, Qusar Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 17/2 saylı qərarının arxiv surəti məhkəməyə təqdim olunmuş, adlı siyahıda iddiaçı və anasının adı qeyd olunmuşdur. Üçüncü şəxs X2 adına işlənmiş JN 0196, KOD 30103028 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı isə Qusar Rayon Məhkəməsinin mövcud olmayan qətnaməsi əsasında verilmişdir. İşdən görünür ki, cavabdeh inzibati orqan iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qərarını mübahisələndirməmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, üçüncü şəxsə Qusar Rayon Məhkəməsinin qətnaməsi əsasında dövlət aktı, dövlət aktı əsasında isə çıxarış verilmişdir. Həmin vaxt müvafiq qətnamənin olmasından məlumatlı olmamışlar.(iş vərəqi səh 96) Mülkiyyətə verilmiş torpaq sahəsinin plan cizgisi ilə müəyyən olunur ki, 0033 nömrəli torpaq sahəsi 9692 kv.m olmaqla, 33 N torpaq sahəsi isə 1800.09 kv.m olmaqla həmin torpaq sahəsi ilə bağlı 2 plan cizgi tərtib olunmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri iddianın rəddi üçün əsas ola bilməz. Belə ki, torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında” Əsasnamə ilə tənzimlənirdi. Bu Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə institutunun arxivində müddətsiz olaraq saxlanılır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanı rayon (şəhər) torpaq şöbələri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4.3-cü maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə görə Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Odur ki, hazırki iş üzrə iddiaçının sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. 20 ilə yaxın müddət ərzində torpaq sahəsinin üçüncü şəxsin sahiblik və istifadəsində olması iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 fevral 2025-ci il tarixli, 2-1(118)-159/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar