Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-466/2021 04.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 202Nci il tarixli, 2-N(NN8)-N36/202N saylı qərarından İddiaçı tərəfindən apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, könüllü olaraq müharibəyə getmiş, Şamaxı batalyonun tərkibində Seyfəlidə yerləşən N saylı hərbi hissədə (komandir Ceyhun adlı şəxs idi), sonra isə Güllücə döyüşündə iştirak etmiş və döyüşmüşdür. Sonra batalyon döyüş zamanı dağıldı və cəmi bir neçə əsgər sağ qalmışdı. Sonra onu N saylı hərbi hissəyə göndərdilər. Həmin hərbi hissədə ona serjant hərbi rütbəsi verərək bölmə komandiri təyin etdilər və orada xidmətini davam etdirdi. Rütbəni ona Tacəddin Mehdiyev vermişdi. Bütün bunlar onun hərbi hissəyə daxil olmağı və tərxis olmağı barədə hərbi biletində qeyd olunmuşdur. Eyni zamanda nəzərə alınmalıdır ki, o, hərbi xidmətə vətənini müdafiə etmək üçün könüllü getmişdir, "fərari" adlanmağı məntiqsizdir, könüllü getdiyi halda o niyə fərarilik etməli-qaçmalı idi, bu iftiradır. Hərbi biletində tərxis olunmağı barədə də qeyd vardır. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 202N-ci il tarixli, 2-N(NN8)-N36/202N saylı qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandıraraq qeyd etmişdir ki, fərari olduğunu sübut edən heç bir fakt təqdim olunmayıb, fərari kimi cinayət işi açılmayıb, təhqiqat, istintaq aparılmayıb, nəhayət məhkəmə tərəfindən sübut olunmayıb. Digər tərəfdən əgər, bu barədə lazımı orqanlara məlumat verilməyibsə bunu bilib etməyən şəxs və ya şəxslər barəsində cinayət işi açılmalıdır. Bu faktlara məhkəmə əhəmiyyət verməmiş, tamamilə əsasız qərar qəbul etmişdir. Onun şahidləri də vardır, onunla xidmət etmişlər və dediklərini təsdiq etməyə hazırdırlar. Lakin məhkəmə şahidləri dindirməmiş, işin mahiyyətinə varmadan qərar qəbul etmişdir. Bu halda Müdafiə Nazirliyi onun "fərari" olduğunu sübut edə bilmirsə və bu barədə heç bir dəlili yoxdursa deməli onu fərari adlandırmağa da haqqı yoxdur. Məhkəmə xüsusi əhəmiyyət kəsb edən bu məsələnin üstündən keçmiş, qanunsuz qərar qəbul etmişdir. TƏRƏFLƏRİN iZAHATİ Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Azərbaycan Respublikası İPM-nin N2-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (N2.N). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (N2.2). Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 30.04.20N9-cu il tarixli 9/2-55N3 №-li arxiv arayışından görünür ki, Şamaxı RHK-dan səfərbər olunmuş, baş əsgər İddiaçı N nömrəli hərbi hissə komandirinin N dekabr N993-cü il tarixli 0220 nömrəli əmri ilə şəxsi heyət üzvlüyünə daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N994-cü il tarixli 04 nömrəli əmrində sıravi İddiaçı adı şəxsi heyətin siyahısından təsərrüfat bölməsinin aşbazı vəzifəsində qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin 0N fevral N994-cü il tarixli N9 nömrəli əmrində hərbi hissəni özbaşına tərk etmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda Şamaxı RHK-dan çağırılmış, N963-cü il təvəllüdlü, sıravi İddiaçı 25.0N.N994-cü il tarixdə hərbi hissəni tərk etməsi barədə məlumat vardır. N saylı hərbi hissə komandirinin fevral, may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Cavabdehin nümayəndəsinin birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə etirazda da (iş materialında səh. 37-39) qeyd edilmişdir ki, Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin iddiaçıya verdiyi 30.04.20N9-cu il tarixli 9/2-55N3 №-li arxiv arayışında göstərilir ki, N nömrəli hərbi hissə komandirinin 0N fevral N994- cü il tarixli N9 №-li əmrində hərbi hissəni özbaşına tərk etmiş bir qrup hərbi mükəlləfiyyətlilərin şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılması barədə məlumat vardır. Əmrə əlavə olunmuş adlı siyahıda Şamaxı RHK-dan çağırılmış, N963-cü il təvəllüdlü, sıravi İddiaçı 25.0N.N994-cü il tarixdə hərbi hissəni tərk etməsi barədə məlumat vardır. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin müddəalarına görə hərbi biletlər hərbi qulluqçuların hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sübut hesab olunur. Bundan əlavə, Müdafiə Nazirliyinin onunla xidməti münasibətdə olmuş o kateqoriya şəxslərə müharibə veteranı adı və vəsiqəsi vermə öhdəliyi yaranmışdır ki, həmin şəxslər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçısı olmaqla yanaşı cəlb olunduqları hərbi xidmətdən əvvəllər ehtiyata və istefaya buraxılmış olsunlar. Çünki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışla çağırıldıqları gündən hərbi qulluqçu statusu əldə edir, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. İddiaçının hərbi xidmətdən buraxılması və hərbi hissənin siyahısından çıxarılması barədə hərbi hissə komandirinin əmri olmamışdır. Çünki, iddiaçının hərbi xidmətdən buraxılmasını iddia etdiyi dövrdə Azərbaycan Ordusundan ehtiyata buraxılma olmamışdır. İş materiallarında olan Tərtər Hərbi Prokurorluğunun N8.06.20N9-cu il tarixli N9HP3395 saylı məktubundan görünür ki, N963-cü il təvəllüdlü, vətəndaş İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi olmamışdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. «Hərbi qulluqcuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cu maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, konüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqcu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin NN-ci bəndinin 8ci yarımbəndində əsasən N99N-ci il oktyabrın 9-dan N994-cu il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələr və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezamiyyətdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara- müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən cıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi və bunun müvafiq mötəbər sənədlərlə sübut olunmasıdır. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən N99N-ci il oktyabrın 9-dan N994cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkiğində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunanlara əsasən düzgün olaraq hesab etmişdir ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Belə ki, döyüş əməliyyatları aparan hərbi hissədə xidmət keçmə faktı həmin hərbi hissəyə həm qanunla müəyyən edilmiş qaydada daxil olmanı, həm də qanunla müəyyən edilmiş qaydada təxris olmanı ehtiva edir. Təxris barədə nizami hissə üzrə əmrin olmaması isə hərbi hissənin tərkibində qanunla müəyyən edilmiş qaydada çıxmamanı təsdiq edir. Bü isə şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmə faktının tam təsdiq olunmadığına dəlalət edir. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 aprel 202N-ci il tarixli, 2-N(NN8)-N36/202N saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-466/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-466/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver