Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-466/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş əlilliyə görə təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)- 1649/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıya ümumi xəstəlik səbəbindən üçüncü qrup əlillik təyin edilmiş və üçüncü qrup əlil kimi əlilliyə görə əmək pensiyası təyin edilmişdir.
2. xx.xx.2021-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyasının ödənilməsi dayandırılmışdır.
3. TSEK-in xx.xx.2021-ci il, xx.xx.2022-ci il tarixli qərarları ilə əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin edilməsindən imtina edilmişdir.
4. İddiaçının yenidən əlillik təyin edilməsi ilə bağlı müraciəti əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən 25 avqust 2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən ona İİİ qrup əlillik təyin edilmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilməyən əlilliyə görə təqaüdün ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
6. İddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş əlilliyə görə təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona xx.xx.2021-ci il tarixdə əlillik təyinatından imtina edilmiş və təqaüd verilməsi dayandırılmışdır. Cavabdeh təşkilata bu barədə ərizə ilə müraciətindən sonra, dəfələrlə - xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş və hər dəfə də TSEK-dən eyni məzmunlu şablon cavablar almışdır. Bundan sonra, xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata müraciət edib xx.xx.2022-ci il tarixdə əlillik təyinatının bərpa edildiyini bildirmiş və əlillik müddətinin bitdiyi tarixdən əlillik təyinatı bərpa edilən günədək ona ödənilməmiş təqaüd məbləğinin ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdehin **********1 nömrəli, xx.xx.2022-ci il tarixli məktubla müraciəti müsbət həll edilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
8. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi ona təyin olunmuş əlillik müddətinin xx.xx.2021-ci il tarixdən bitdiyini və ona pensiya ödənişinin həmin tarixdən dayandırıldığını bildirmişdir. Bundan sonra, yenidən əlilliyə görə pensiya təyin olunması ilə əlaqədar Tibbi Sosial Ekspert Komissiyası tərəfindən yoxlanılaraq, İİİ qrup əlillik təyin olunmuş və xx.xx.2022-ci il tarixdən pensiya ödənişi həyata keçirilmişdir. Lakin, iddiaçı bununla razılaşmayıb, cavabdehə müraciət edərək ona 6 aylıq təqaüd məbləğinin xx.xx.2021-ci il tarixdən hesablanaraq ödənilməsini tələb etmişdir. Cavabdeh müvafiq olaraq, ona əlilliyin müəyyən olunması ilə əlaqədar olaraq, qanunvericiliklə nəzərdə tutulan 6 aylıq müddət ötürüldüyündən pensiya ödənişinin qeyd olunan tarixdən ödənilməsinin mümkünsüzlüyü bildirilmişdir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müayinə tarixi xx.xx.2021-ci il olsa da, ona növbəti dəfə əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdən müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliyi olan şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 9 ay 3 həftə təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aylıq müddətdən çoxdur.
9. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1649/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı ödənilməmiş əlilliyə görə təqaüd məbləğinin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə həvalə olunması qərara alınmışdır.
10. Məhkəmə hesab etmişdir ki hazırkı iş üzrə iddiaçının İİİ dərəcə əlil olması işin mübahisəsiz tərəfidir, yəni iddiaçının əlil olması mübahisələndirilmir. Belə ki, iddiaçıya əlillik təyin edilmiş və xx.xx.2021-ci ildən xx.xx.2022-ci il tarixədək 6 aylıq müddət ərzində iddiaçıya əlilliyin yenidən təyin edilməsinin uzanması iddiaçının təqsiri deyildir. Yəni, 6 ay ərzində iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi nəticəsində onun İİİ dərəcə əlilliyi müəyyən edildiyi üçün ötürülmüş həmin müddət də daxil olmaqla iddiaçı əlilliyi olan şəxs hesab edilir. Həmin 6 aylıq müddət ərzində iddiaçıya əlilliyə görə əmək pensiyasının ödənilməməsi onun hüquqlarının və qanuni mənafeyinin pozulmasına səbəb olar.
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixindən ümumi xəstəlik səbəbindən üçüncü dərəсəli əlillik təуin edilmiş, növbəti müayinə tarixi xx.xx.2021-ci il tаriхi müəууən edilmişdir. İddiaçıya təyin edilmiş əlilliyin müddəti xx.xx.2021-ci il tarixdə bitmiş və həmin tаriхdən iddiaçının yenidən müayinədən keçməsi zərurəti yaranmışdır. Lakin, iddiaçının növbəti müауinəsi xx.xx.2022-сi tarixdə həyata keçirildiyindən Реnsiуа X4 çıxarışa əsаsən ona əlilliуə görə əmək pensiyası qeyd оlunan müddətdən bərpa edilmişdiг. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının növbəti müауinə tarixi xx.xx.2021-ci il olsa da, оna növbəti dəfə əlillik dərəcəsi xx.xx.2022-ci il tаriхdən müəyyən edilmişdir. Веlə ki, İddiaçı xx.xx.2021-сi il tarixdən xx.xx.2022-ci il tarixədək əlilliуi оlаn şəxs hesab olunmamışdır. Bu səbəbdən də həmin dövrlər üzrə iddiaçıya ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təуin edilməsi tarixi arasındakı dövr 9 ау 3 həftə təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad оlunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının əlillik müddətinin bitməsindən sоnrа əlilliyinin уеnidən qiymatləndirilməsi arasında 6 ауdаn çox dövrün olması səbəbindən оnun pensiyasını ötürülmüş müddət üzrə bərpası qаnunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsi əsassız olaraq iddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququnun olduğunu vurğulamışdır. İşin faktiki hallarından məlum olduğu kimi iddiaçının müraciəti aidiyyatı üzrə ТSЕК-ə еdildiуindən, iş üzrə cavabdeh qeyd edilmiş qurum olmalıdır. Мəhkəmə prosesi ərzində hakimə bu barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdehə münasibət birmənalı olmuşdur. Nazirliyin tаbeliyində Dövlət Sosiaİ Мüdаfiə Fondu özünün nizаmnaməsinə uyğun olaraq, sadəcə sоsiаl ödənişlərin həyata keçirilməsi prosesini tənzimlədiyindən, iddiaçıya əlilliyin təyin оlunmasının gecikdirilməsi Fоndun səlаhiууət dаirəsinə şamil edilmir. Вu səbəbdən, iddiaçıya münasibətdə cavabdehin dəyişdirilməsinə ehtiyac vardır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
18. İnzibati Prosessual Məcəllə: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır.
20. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
22. Belə ki, işin araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçıya ümumi xəstəlik səbəbindən üçüncü qrup əlillik təyin edilmiş və növbəti müayinə tarixi xx.xx.2021-ci il tarix olaraq qeyd edilmişdir. Növbəti dəfə iddiaçının əlillik vəziyyətinə baxılaraq “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə bir neçə dəfə imtina verilmişdir. Bundan sonra, iddiaçının əlillik vəziyyətinə yenidən baxılmış, ona 25 avqust 2022-ci il tarixdən ümumi xəstəlik səbəbindən İİİ dərəcəli əlillik təyin edilməsi barədə qərar qəbul edilmiş və xx.xx.2022-ci il tarixdən müvafiq olaraq əlilliyə görə əmək pensiyası hesablanaraq ödənilməkdədir.
23. Hazırda iddiaçının tələbi və hüquqi marağı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi ona ödənilməmiş əlillik dərəcəsinə uyğun pensiya ödənilməsidir.
24. Cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona təyin edilmiş əlilliyin xx.xx.2021-ci il tarixdən hesablanması olsa da, nəzərə almaq lazımdır ki, onun təkrar əlillik dərəcəsi ilk dəfə təyin edilən əlillik dərəcəsinin bitdiyi vaxtdan 6 ay ərzində deyil, həmin müddətdən 9 ay keçdikdən sonra təyin edilmiş və ona qədər əlilliyin təyin edilməsində cavabdehin imtinası müvafiq qaydada mübahisələndirilməmişdir.
25. Göstərilənlərə əsasən, iddiaçının tələbi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.3-1-ci maddəsinin (Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir) tələbləri baxımından təmin edilə bilməz.
26. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
27. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(118)-1649/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ona ödənilməmiş əlilliyə görə təqaüd məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.