Məhkəmə qərarları › İş №2-1(105)-467/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-467/2020

24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-467/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X6 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsalandırılmışdır ki, iddiaçı 1992-ci ilin iyun ayında Azərbaycan Respublikası DİN-nin Baş Mühafizə İdarəsində polis nəfəri kimi xidmət etməyə başlamış və 2007-ci ildə səhhətində yaranan problemlə əlaqədar təqaüdə çıxmışdır. Xidmət etdiyi dövrdə Bakı-X8 Mühafizəsi üzrə X3 xx.xx.1994-cü il tarixli 75 ş/h saylı əmri ilə xx.xx.1994-cü il tarixdən 10 gün müddətində Füzuli rayonuna ezam olunmuşdur. O, əmrdə də Füzuli rayonu yazıldığını, lakin üstündən xətt çəkilərək “Beyləqan” yazıldığını görmüşdür. İddiaçı faktiki də Füzuli rayonunda döyüş əməliyyatlarında iştirak etmişdir. O, müharibə veteranı statusunu almaq məqsədi ilə cavabdeh Azərbaycan Respubılikası Daxili İşlər Nazirliyinə müraciət etmişdir. Lakin cavabdeh onun Beyləqan rayonuna ezam olunduğunu, həmin bölgənin isə döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil edilmədiyini bildirərək ona imtina cavabı vermişdir. Bununla əlaqədar iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, DİNnin Baş Əməliyyat və X1 daxil olmuş xx.xx.2019-cu il tarixli, 012-22028-1219 saylı məktubda təqdim olunan arxiv sənədlərində İddiaçı döyüşlərdə iştirak etməsi barədə qeydiyyat aşkar edilməmişdir. Baş Mühafizə İdarəsi tərəfindən təqdim olunan arayışlarda iddiaçının xx.xx.1994-cü il tarixdən 10 gün müddətində Beyləqan rayonuna ezam olunduğu qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarına əsasən Beyləqan rayonu döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil deyildir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir (hakim V.Əzizova). Qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarın ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, X10 X2 Polis Alayında xidmət etdiyi dövrdə Alay komandiri polis polkovnik-leytenantı A.M.Musayevin 75 ş/h saylı,xx.xx.1994-cü il tarixli əmri ilə xx.xx.1994cü il tarixdə 10 gün müddətinə 15 nəfər polis əməkdaşı ilə birlikdə Füzuli rayonuna - Horadiz döyüş bölgəsinə ezam olunmuşlar və X5 rəhbərləri olmuşdur. Çap üsulu ilə yazılmış 75 ş/h saylı, xx.xx.1994-cü il tarixli əmrdə naməlum səbəbdən ’’Füzuli" rayon adının üzərindən qələmlə "Beyləqan" rayon adına düzəliş edilmişdir. Həmin dövrdə Beyləqan rayonu döyüş bölgəsi olmadığına görə polis əməkdaşları Beyləqan rayonuna ezam oluna bilməzdilər. Əmrə əsasən 15 nəfər polis əməkdaşı xx.xx.1994-cü il tarixdə 10 gün müddətinə bilavasitə Füzuli rayonunun Horadiz döyüş bölgəsinə ezam olunmuşlar. Alay komandiri A.M.Musayevin 75 ş/h saylı, xx.xx.1994-cü il tarixli əmri ilə həqiqətən Beyləqan rayonuna ezam olunmuşlarsa, o zaman əmrin üzərində "Düzəlişə inanmalı" sözləri yazılmalı və möhürlə təsdiq edilməli idi. Alay komandiri A.M.Musayevin 75 ş/h saylı, xx.xx.1994-cü il tarixli əmrinin əslini isə iddiaçıya vermirlər. Həmin əmrin üzərində düzəliş edilməsi qeyri-qanunidir, mövcud qanunvericiliyə uyğun deyil və cavabdeh orqanın vəzifəli şəxsləri tərəfindən konstitusion hüquq və əsas azadlıqlarının pozulması deməkdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçı apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, iddiaçını və cavabdehin nümayəndəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İddiaçı iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş Mühafizə İdarəsi Heydər Əliyev adına Bakı Neft Emalı zavodunun Mühafizəsi üzrə Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 27 saylı arayışa istinad edərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmin arayışla müəyyən olunur ki, iddiaçı xx xxxxx 1994-cü il tarixdən 10 gün müddətinə Beyləqan rayonuna döyüş bölgəsinə ezam olunmuşdur. İddiaçı iddia edir ki, arayışda ilkin olaraq Füzuli rayonu qeyd olunmuş, lakin sonradan arayışa düzəliş edilərək Füzuli rayonu əvəzinə Beyləqan rayonu qeyd olunmuşdur. Cavabdeh isə ona əsaslanmışdır ki, iddiaçının xx.xx.1994-cü il tarixdən 10 gün müddətində Beyləqan rayonuna ezam olunduğu qeyd edilsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarına əsasən Beyləqan rayonu döyüş əməliyyatları aparılan inzibati ərazi vahidlərinin sırasına daxil deyildir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçı faktiki olaraq Füzuli rayonuna ezam olunduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir, həmçinin “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarına əsasən Beyləqan rayonunun adı döyüş əməliyyatları aparılan bölgələrin sırasına daxil edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci bəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş səxslər Müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Republikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Hazırki işdə iş materiallarında olan sənədlərdə iddiaçının 1991-ci il oktyabrın 9dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunması müəyyən olunmur. Göründüyü kimi, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, bununla da İddiaçı apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-773/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Elman Əhmədov Fuad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar