Məhkəmə qərarları › İş №2-1(105)-467/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-467/2023

16.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-467/2023 16.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X1 ibarət tərkibdə, X7 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə Ağahüseyn qızının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-546/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.1965-ci ildə anadan olmuş, xx.xx.1984-xx.xx.1986-cı il tarixlərdə hərbi xidmətdə olmuşdur.

2. Kirovabad şəhər 38 nömrəli orta texniki peşə məktəbi tərəfindən verilmiş diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə həmin məktəbin suvaqçı -rəngsaz peşəsi üzrə tam kursu bitirmişdir. 3.İddiaçının adına açılmış AT-V № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1987-xx.xx.1988-ci, xx.xx.1988-xx.xx.1989-cu illərdə zavodda, xx.xx.1989xx.xx.1990-cı illərdə Dmitrov adına kolxozda, xx.xx.1990- xx.xx.2010-cu illərdə Sumqayıt Səthi Aktiv Maddələr zavodunda, xx.xx.2011-xx.xx.2011-ci il tarixlərdə "xxxx" ASC-də, xx.xx.2012-xx.xx.2013-cü illərdə "xxxx" MMC-də, xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə Abşeron rayon STAS-da, xx.xx.2016-xx.xx.2016-cı illərdə Abşeron rayon MKİİTB-də işləmişdir. xx.xx.2022-ci il tarixdən “X2” MMC-də işləyir.

4. “Azərkimya” İB Səthi Aktiv Maddələr Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/203 saylı arayışdan görünür ki, iddiaçı 24 oktyabr 1990-cı il tarixindən 01 aprel 2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexinin hidrogen qazının təmizlənməsi şöbəsində təmizləyici aparatçı, həmin sexdə xlorun qurudulması və nəql edilməsi aparatçısı vəzifəsində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına 1 N-li Əlavənin 1№-li siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. 5.“Azərkimya” İB Səthi Aktiv Maddələr Zavodu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 05/202 saylı arayışdan görünür ki, İddiaçı 27 aprel 2010-cu il tarixindən 02 sentyabr 2010-cu il tarixinədək Sumqayıt Səthi Aktiv Maddələr zavodunun civə üsulu ilə xlor və kaustik soda istehsalatının elektroliz sexində xlorun qurudulması və nəql edilməsi və qurutma aparatçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına 1№-li Əlavənin 1 №-li Siyahısının Vİİİ bölməsinin 1080A010 şifri üzrə ona güzəştli şərtls pensiya təyin olunması hüququ verilir. 6.Goranboy rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab mətubundan görünür ki, 1992-ci ildə rayonun keçmiş Dmitrov adma kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəbdən də İddiaçı xx.xx.1989-xx.xx.1990-cı illərdə Dmitrov adına kolxozda işləməsi barədə arxiv arayışının inzibati məhkəməyə təqdim olunması mümkün deyildir. 7.İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il trixli məktubu ilə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İmtinada bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunanlara əsasən onun ümumi iş stajı 1 yanvar 2006-cı il tarixinədək 20 ildən az (18 il 8 ay 14 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Əlavə olaraq bildirilmişdir ki, təqdim edilən xx.xx.1987-ci il tarixli AT-V ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Səthi Aktiv Maddələr Zavodu”nda işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində onun ümumilikdə 5 ay 6 gün ödənişsiz məzaniyyətində olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün (“Əmək pensiyaları haqqında” Qanunun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd olunan dövrü onun iş stajına daxil etmək mümkün deyil. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

Birinci instansiya məhkəməsində icraat

8.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərrtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. 9.Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filailının üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Onun xx.xx.2006-cı ilədək 20 il 5 ay 11 gün ümumi və 10 ildən yuxarı xüsusi iş stajı vardır. Belə ki, o, xx.xx.1990-xx.xx.2009-cu il tarixədək Sumqayıt Səthi Aktiv Maddələr Zavodunda güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işləmişdir. Bununla bağlı o, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək 52 yaşdan əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin cavabdehin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ona güzəştli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir.

Cavabdehin etirazının dəlilləri

11. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Mərkəzi Filiala təqdim etdilmiş sənədlərdə qeyd olunanlara əsasən iddiaçının ümumi iş stajı 1 yanvar 2006-cı il tarixədək 20 ildən az (18 il 8 ay 14 gün (xx.xx.1984- xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988- xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1989-cu il, xx.xx.1990-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Əlavə olaraq iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1987-ci il tarixli AT-V ******* nömrəli əmək kitabçasında xx.xx.1990-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Sumqayıt Səthi Aktiv Maddələr Zavodu"nda işlədiyi qeyd olunmuşdur, iddiaçının adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların yerində dəqiqləşdirilməsi zamanı yuxarıda qeyd olunan dövr ərzində iddiaçının ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğu müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən iş stajına aid edilmədiyi üçün qeyd olunan dövrün iş stajına daxil etmək mümkün deyil.Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Həmçinin əmək kitabçasında qeyd edilən xx.xx.1989xx.xx.1990-cı il tarixləri arasındakı dövr arxiv arayışı ilə öz təsdiqini tapmadığı üçün həmin dövrün iş stajına daxil etmək mümkün deyildir.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə

12. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-546/2023 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək Goranboy rayonu Dmitrov adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək xx.xx.2017-ci il tarixdən iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi və iddiaçının pensiya təyin edilməsi üçün cavabdehə müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün alınmamış əmək pensiyasının məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması qərara alınmışdır.

13. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

14. Cavabdeh apellyasiya şikayətini onunla imtina məktubu və iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əlavələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə əsasən bu Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1№li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mülki prosessual Məcəllənin “Qətnamənin qanuniliyi və əsaslılığı” başlıqlı 217-ci maddənin 2-ci bəndində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhz bu səbəbdən “Vətəndaşların pensiya təminatı haqqında” və “Məzuniyyətlər haqqında qanunun” tələblərinə əsasən İddiaçı ödənişsiz məzuniyyətdə olduğu dövrlərə hüquqi qiymət verilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları:

15. Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi.

16. İddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (qüvvədən düşmüşdür): Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) bəndinə əsasən: yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; xx xxxx 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun () 9.1-ci maddəsinə (xx.xx.2022-ci il tarixli 530-VİQD nömrəli Qanunla edilmiş dəyişikliyə qədər olan redaksiyada) əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir.

20. Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 saylı Siyahısı”: 10800000 - Vİİİ. Kimya istehsalatı - 1080A00—17541 - A. Tam iş günü aşağıda sadalanan istehsalatlarda və işlərdə məşğul olan kimya müəssisələrinin və neft kimya sənayesi sahələrinin fəhlələri, rəhbərləri və mütəxəssisləri: kimya uducular; xlor, onun birləşmələri; işıq tərkiblilər; qurğuşun, civə, xrom, onların oksidləri, birləşmələrinin maddələri;

24. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

25. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

28. İşdən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdehin imtinasının, etirazının və apellyasiya şikayətinin dəlilləri iddiaçının qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq 52 yaşdan pensiya təyin edilməsi üçün tələb olunan 1 yanvar 2006-cı il tarixədək 20 il ümumi iş stajı ümumi iş stajının olmaması ilə bağlıdır. Belə ki, cavabdeh qeyd edilən halla bağlı iki dəlil irəli sürmüşdür - iddiaçının ümumilikdə 5 ay 6 gün ödənişsiz məzuniyyətdə olduğu dövrün və əmək kitabçasında qeyd edilən xx.xx.1989xx.xx.1990-cı il tarixlər arasındakı dövrün arxiv arayışı ilə təsdiqini tapmaması sıbıbindən həmin dövrlərin iş stajına daxil edilməsinin mümkün olmaması.

30. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu qərarında onunla əsaslandırmışdır ki, iş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməklə qeyd edir ki, cavabdehin imtinasında, etirazında və apellyasiya şikayətində qeyd edilən dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz.

32. Belə ki, yuxarıda istinad olunan hüquq normalarının tələbi baxımından xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2017-cü ildən (52 yaşdan) güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ yaranması üçün onun həmin vaxta qədər 20 il ümumi stajının, o cümlədən onun 10 il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşədə işləməsinin mövcudluğu təsdiq edilməlidir.

33. İddiaçıya məxsus əmək kitabçasından müəyyən edilir ki, iddiaçı xx.xx.1989xx.xx.1990-cı illərdə Goranboy (keçmiş Q.İsmayılov) rayon Dmitrov adına kolxozda işləmişdir. X3 Filialının məktubundan görünür ki, 1992-ci ildə rayonun keşmiş Dmitrov adına kolxoz idarə heyətinin inzibati binasında yanğın baş vermiş, buna görə də kolxozun idarə heyətinin qərarları, şəxsi hesab kitabları, əmək haqqı cədvəlləri mühafizə olunması üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

34. Kollegiya bu Qərarın 18, 20-21 və 24-cü bəndində istinad edilən normaların tələbləri baxımından qeyd edir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.1989xx.xx.1990-cı illərdə Dmitrov adına kolxozda işləməsinə dair aparılmış qeydlərin mötəbərliyinə hər hansı əsas olmadığından, o cümlədən cavabdeh də belə bir hala istinad etmədiyindən və həmin qeydin mötəbərsizliyi ilə bağlı hər hansı sübut təqdim etmədiyindən, koxoz binasında baş vermiş yanğınla bağlı arxiv sənədləri məhv olması səbəbindən qeyd edilən dövrlərin iddiaçının ümumi iş stajına daxil edilməsindən imtina barədə cavabdehin dəlilləri əsassızdır.

35. Cavabdehin iddiaçının ödənişsiz məzuniyyətdə olduğu 5 ay 6 günlə bağlı dəlillərinə gəldikdə isə, iş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən imzalanmış 22 iyun 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.2010-cu il tarixədək “Sumqayıt Səthi Aktiv Maddələr” zavodunda (hazırkı “Etilen- Polietilen”) civə üsulu ilə xlor, kaustik soda istehsalatının elektroliz sexinin hidrogen qazının təmizlənməsi şöbəsində təmizləyici aparatçı, həmin sexdə xlorun qurudulması və nəql edilməsi aparatçı vəzifəsində işləyib. Vətəndaş xx.xx.1999-xx.xx.1999, xx.xx.1999xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2002, xx.xx.2002-xx.xx.2003, xx.xx.2003-xx.xx.2003, xx.xx.2005xx.xx.2005-ci illərdə ödənişsiz məzuniyyətdə olmuşdur.

36. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu həmin 5 ay 6 günün onun iş stajına daxil edilməməsi barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin qüvvəyə mindiyi xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə əsasən qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir (maddə 29-30) Həmin Qanunun 2-ci maddəsinə əsasən məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi, habelə qanunda nəzərdə tutulan hallarda orta aylıq əmək haqqı saxlanılır. Həmin müddət işçinin əmək stajına (həmçinin ixtisası üzrə) daxil edilir. Bundan əlavə, Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.

37. İddiaçının ödənişsiz məzuniyyətdə olduğu dövrlər isə təqvim üzrə heç bir halda və ümumilikdə 6 aydan artıq olmamışdır. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçının xx.xx.1999-cu il tarixdən başlayan ödənişsiz məzuniyyətin ilk altı ayı qanuna uyğun hesab edilməklə onun əmək stajına aid edilə bilər.

38. Beləliklə, iddiaçının hərbi xidmətdə olduğu, peşə təhsili aldığı müddət və onun əmək kitabçasında qeyd edilmiş dövrlər üzrə işlədiyi müddət nəzərə alındıqda onun 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixədək 20 ildən artıq ümumi iş stajının, həmçinin iş materiallarına əlavə edilmiş arayışlarla 10 ildən artıq güzəştli iş stajının olması öz təsdiqini tapır. Qeyd edilən arayışlarda iddiaçının işlədiyi göstərilmiş peşələr Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarında nəzərdə tutulmuş peşələrə, vəzifələrə uyğundur. Xüsusi ilə qeyd olunmalıdır ki, cavabdeh iddiaçının tələb olunan 10 il güzəştli iş stajını mübahisələndirməmiş, o cümlədən imtinada, etirazda və apellyasiya şikayətində bununla bağlı hər-hansı dəlil irəli sürməmişdir.

39. Beləliklə, işin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün tələb olunan bütün şərtləri ödədiyindən ona əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Odur ki, iddiaçıya həmin pensiyanın təyin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunauyğundur.

40. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2-1(118)-546/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar