Məhkəmə qərarları › İş №2-1(105)-468/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-468/2024

30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-468/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, xx.xx.1977-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2- 1(118)-268/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1957-ci il təvəllüdlüdür. BT№ 017049 seriyalı diplomun surətindən görünür ki, İddiaçı 1974-1977-ci illərdə Sabir adına Bakı Pedaqoji peşə məktəbində təhsil alımışdır. İddiaçının adına açılmış ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1977-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qubadlı rayon H.Quliyev adına X6 Çaytumas məktəb-liseyində ibtidai sinif müəllimi işləmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şərqi Zəngəur Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işləmişdir. Elm və Təhsil Nazirliyi Şərqi Zəngəur Regional Təhsil İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Əliyeva X2 rayon H.Quliyev adına X6 Çaytumas məktəb-liseyində ibtidai sinif müəllimi işləmişdir. Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, 1993-cü ildə rayonun işğalı ilə əlaqədar Qubadlı rayon Çaytumas kənd orta məktəbindən Qubadlı rayon X9 mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Qubadlı rayon Çaytumas kənd orta məktəbi üzrə 189 saylı 01 iyun 1991-ci əmrdən görünür ki, müəllimlərin, o cümlədən İddiaçı (9-cu sıra) növbəti məzuniyyətə buraxılmması qərara alınmışdır. Əmək pensiyasnını yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 saylı qərardan görünür ki, İddiaçı əmək pensiyası hüququnun yarandığı tarix xx.xx.2017-ci il, təyin edildiyi tarix xx.xx.2019-cu il, yenidən hesablandığı tarix kimi xx.xx.2022-ci il tarix göstərilmişdir. Həmçinin qərarda yenidən hesablamanın vətəndaşın ərizəsi əsasında aparıldığı, sosail sığorta stajının və pensiya sığorta kapitalının düzgün müəyyən edilməməsi səbəbindən vətəndaşın pensiya ödənişində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 1948.82 manat artıq ödənilmiş məbləğin olduğu aşkarlanmışdır. Qubadlı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, 1993-cü ildə rayonun işğalı ilə əlaqədar İddiaçı 1977-ci il tarixdən 1993-cü il tarixədək M.Ə.Sabir adına məktəbdə işlədiyi və əmək haqqı alması barədə Qubadlı rayon Dövlət Arxivinə, Dövlət mühafizəsinə heç bir sənəd təhvil verilməmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, S.N.Əlivevava xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. Lakin S.N.Əlivevanın yasa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 04 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12267,77 manat pensiya kapitalı əsasında pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 196,21 manat məbləğində müəyyən edilmişdir. Qanunun 6-1 -ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə uyqun olaraq xx.xx.2019-cu il tarixdən iddiaçı S.N.Əlivevanın pensiyasının məbləği 200 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı S.N.Əlivevanın əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata. xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Qanunvericilik normalarının tələblərinə uyqun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11419,19 manat pensiya kapitalı əsasmda pensiyasının məbləği yenidən hesablanmış və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixdən 404,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yenidən hesablanma ilə bağlı müraciətinin araşdırılması zamanı pensiya təyin edilərkən hüququn yaranma tarixinin, sığorta stajının və pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya məbləğində 2020,68 manat artıq ödəmə aşkar edilmişdir. İddiaçı pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək nəzərə alınmışdır. Həmçinin xx.xx.2006cı il tarixədək 12 il 04 ay sığorta stajı hesablanmalı olduğu halda, 28 il 04 ay sığorta stajı hesablanmışdır. Belə ki, iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrü şahidlik əsasında qeyd edildiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. xx.xx.2019cu il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş məbləğin bir hissəsi xx.xx.2022-ci il tarixdən ötən dövr üzrə İddiaçı ödənilməli olan məbləğlə (71,86 manat) əvəzləşdirıldikdən sonra qalıq borc məbləği 1948,82 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, pensiyası hesablanarkən xx.xx.1977-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək 16 illik Qubadlı rayonu, Çaytumas kənd orta məktəbində əmək və rəsmxətt müəllimi kimi fəaliyyət göstərdiyi dövrün nəzərə alınması, xx.xx.1993-cü il tarixindən 2022-ci il tarixinədək 28 il 4 ay Qubadlı rayonu, Çaytumas kənd orta məktəbində sinif müəllimi kimi fəaliyyət göstərdiyi dövrü ümumi əmək fəaliyyətinin müddəti kimi hesaba alınması, imtina məktubunun ləğv edilməsi, pensiya kapitalının, sığorta stajının düzgün hesablanması və illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar sonuncu aldığı ən yüksək pensiya məbləğinə uyğun olaraq, pensiyasının 598 manatdan az olmayaraq ödənilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş və sonuncu ərizəsində məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi dövrün sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017-ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 15.03.197-ci ildə Qubadlı rayonu Xocik kəndində anadan olmuşdur. 1974-cü ildə Ali və Orta ixtisas təhsili Nazirliyin nəzdində olan M.Ə.Sabir adına Bakı pedaqoji məktəbinə daxil olmuş və ümumtəhsil məktəblərində İV-Vİİİ sinilər üçün texniki, əmək və rəsmxət müəllimi ixtisası üzrə tam kursunu bitirmişdir. xx.xx.1977-cı ildə ona Dövlət ixtisas Komissiyasının qərarı ilə əmək və rəsmxət müəllimi ixtisası verilmişdir. xx.xx.1977-ci ildə Qubadlı rayonu Çaytumas kənd orta məktəbinə ixtisası üzrə əmək və rəsmxət müəllimi kimi Qubadlı Rayonu Təhsil şöbəsi müdiri tərəfindən təyin edilmişdir. 1977-ci ildən 1993-cü ilədək əmək və rəsmxət müəllimi kimi fəaliyyət göstərmişdir. Qubadlı rayonu 1993-cü il avqustun 31-də erməni işğalı nəticəsində Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçməsi ilə əlaqədar o, məcburi köçkün düşmüş və Sumqayıt şəhərində məskunlaşmışdır. Sumqayıt şəhərində yerləşən H.Quliyev adına X6 Çaytumas məktəb-liseyində fəaliyyətini davam etdirmişdir. 15 mart 2022-ci ildə direktorun 11 №-li əmrinə əsasən 65 yaşı tamam olduğuna görə əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, əmək fəaliyyətinin müddəti 45 ilə bərabərdir. Ona yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixindən yaranmışdır. Pensiya kapitalının düzgün hesablanmadığına görə və 1977-ci il tarixdən 1993-cü il tarixədək 16 illik əmək fəaliyyəti nəzərə alınmamışdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə pensiyanın artırılması ilə bağlı elektron ərizə ilə müraciət etmişdir. Belə ki, 2017-ci üdə 60 yaşı tamam olmuşdur. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyası 2019-cu ildən başlayaraq hesablanmışdır. Belə ki, aldığı ilk pensiya xx.xx.2019- cu il tarixdə 196,21 manat olub. İllik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2020-ci il tarixində 233,20 manata, xx.xx.2021-ci il tarixində 259,78 manata, xx.xx.2022-ci il tarixindən 268,62 manata çatdırılmışdır. 2022-ci il tarixin iyun ayına aldığı pensiya 297 manat olub. 2022-ci ilin iyul ayında pensiya məbləği 582 manat, avqust ayında isə 598 manat olub. Belə bir qeyri-stabil hesablamaya əsaslanaraq o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron ərizə ilə müraciət etmişdir. Bir müddət sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən imtina məktubu almışdır. Cavabdeh onun əmək pensiyasını yenidən hesablayarkən əksinə azalma aparmış, 1993-cü il tarixədək hesablanmış 194 manatı kəsmiş, 2022-ci ilin iyul və avqust aylarında aldığı pensiya məbləğindən 40 manat artıq ödənilmiş məbləğ kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən pensiya kapitalından kəsilir. Hal-hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən hesablanan 1993-cü il tarixindən 2022-ci il tarixinədək pensiya 404 manatdır. Bu məbləğdən 40 manat kəsir olduğu halda, hazırda ona 364 manat pensiya verilir. Onun 1977-ci il tarixindən 2022-ci il tarixədək 45 illik əmək fəaliyyətinə görə cəmi 364 manat pensiya verilir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, S.N.Əlivevava xx.xx.2019cu il tarixdən avtomatlaşdırılmış qaydada yasa görə əmək pensiyası təyin edilmişdir. Lakin S.N.Əlivevanın yasa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaranmışdır. Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 04 ay sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12267,77 manat pensiya kapitalı əsasında pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2019-cu il tarixdən 196,21 manat məbləğində müəyyən edilmişdir. Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1dən 240 manat məbləğində müəyyən olunur. Bu Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir. Təyin edilmiş əmək pensiyasının məbləğinin əmək pensiyasının minimum məbləğinə çatdırılması məqsədilə bu maddəyə əsasən ödənilən məbləğ əmək pensiyasının sığorta hissəsinin tərkibi hesab edilir. Qanunun 6-1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş tələblərinə uyqun olaraq xx.xx.2019-cu il tarixdən iddiaçı S.N.Əlivevanın pensiyasının məbləği 200 manata çatdırılmışdır. Qanunun 29.1-ci maddəsinin tələblərinə müvafiq olaraq iddiaçı S.N.Əlivevanın əmək pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata. xx.xx.2022-ci il tarixdən 268,62 manata çatdırılmışdır. Qanunvericilik normalarının tələblərinə uyqun olaraq xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış 11419,19 manat pensiya kapitalı əsasmda pensiyasının məbləği yenidən hesablanmış və işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi xx.xx.2022-ci il tarixdən 404,56 manat məbləğində müəyyən edilmişdir. İddiaçı yenidən hesablanma ilə bağlı müraciətinin araşdırılması zamanı pensiya təyin edilərkən hüququn yaranma tarixinin, sığorta stajının və pensiya kapitalının düzgün müəyyən edilməməsi səbəbindən xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək pensiya məbləğində 2020,68 manat artıq ödəmə aşkar edilmişdir. İddiaçı pensiya təyin edilərkən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixdən xx.xx.2019cu il tarixədək nəzərə alınmışdır. Həmçinin xx.xx.2006-cı il tarixədək 12 il 04 ay sığorta stajı hesablanmalı olduğu halda, 28 il 04 ay sığorta stajı hesablanmışdır. Belə ki, iddiaçının əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmək fəaliyyəti dövrü şahidlik əsasında qeyd edildiyindən həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək artıq ödənilmiş məbləğin bir hissəsi xx.xx.2022-ci il tarixdən ötən dövr üzrə İddiaçı ödənilməli olan məbləğlə (71,86 manat) əvəzləşdirıldikdən sonra qalıq borc məbləği 1948,82 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-268/2024 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddianın təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 saylı qərarının ləğv edilməsi, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilərək əmək pensiyasının xx.xx.2017-ci il tarixdən təyin edilməsi, xx.xx.2017ci ildən xx.xx.2019-cu il tarixədək ödənilməmiş əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məlum hadisələrlə əlaqədar iddiaçının işlədiyi məktəbin, Təhsil İdarəsinin və s.sənədlərinin arxivə təhvil verilməməsi təbiidir və buna görə məsuliyyətin sosial təminat hüququ məhdudlaşdırılmamalıdır. Bundan başqa araşdırılan sübutlar məcmu qaydada qiymətləndirildikdə iddiaçının həqiqətən də Qubadlı rayon Çaytumas kənd orta məktəbində 1977-1993-cü illərdə işləmçəsi öz təsdiqini tapır. Belə ki, onunla birlikdə şəxslərin şahdi ifadələri, məhkəməyətə təqdim edilmiş və həqiqiliyi şübhə doğurmayan Çaytumas kənd orta məktəbinin 1991-ci ilə aid olan əmrdə iddiaçının adının olması və Şərqi Zəngəzur Təhsil İdarəsinin verdiyi arayış iddiaçının həmin məktəbdə işləməsinin təsdiqi kimi çıxış edə bilər. Bundan başqa iddiaçının pensiya hüququnun xx.xx.2017-ci il tarixdən yaranması ilin mübahisəsiz halıdır və cavabdehin özü tərəfindən də təsdiq edilir. Cavabdeh iddiaçının həmin vaxtdan hüququ yaransa da, iddiaçının müraciət etməməsinə dair dəlilinə münasibətdə iddiaçının əmək pensiyası hüququnun yarandığı vaxt, yəni xx.xx.2017-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanununun 31-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. İddiaçı rüşvət, hədəqorxu və ya aldatma yolu ilə, səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə əmək pensiyası məbləğinin alınmasına nail olubsa və ya pensiya məbləğinin hesablanmasının qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda onun barəsində ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə məhkəməyə müraciət oluna bilər. Qanunvericilik əmək pensiyasının təyin edilməsini aidiyyətini səlahiyyətli orqan kimi Dövlət Sosial Müdafiə Fondu orqanının qərar qəbul etməsi ilə şərtləndirir. Cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində, əmək pensiyasının güman olunan səhv təyin edilməsi halı ilə bağlı bu, iddiaçıdan ödənişin tutulmasına əsas qismində çıxış edə bilməz. Belə ki, nə cavabdehin etirazında, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İddiaçıya əlilliyə görə təyin edilmiş pensiya onun xeyrinə əlverişli inzibati aktın (pensiya təyin olunması barədə qərarın) mövcud olmasına baxmayaraq, inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) “pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində inzibati akt qəbul edilən maraqlı şəxsi inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə olduğu halda icrasının dayandırılması barədə ayrıca inzibati akt qəbul etmədən, iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Cavabdeh Dövlət Sosial X7 Ödənişlərlə Təyinar üqzrə Mərkəzi Filialı tərəfindən əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, iddiaçının qanunla müəyyən edilmiş qaydada razılığı alınmadan ödənilmiş pensiya məbləğinin müəyyən hissəsini geri tutmağa başlanılmışdır. İddiaçı qanunla qorunan etimad hüququna malik olduğundan, ondan artıq ödənilmiş pensiya məbləğinin tutulması yolverilən deyil. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. İddiaçının apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, xx.xx.1977-cü il tarixdən xx.xx.1993-cü illər iş stajını nəzərə alaraq, xx.xx.2022-ci il qərarının pensiya məbləğinin azaldılması hissəsində ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin məzmununa uyğun izahat verərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmaqla, iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: Maddə 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”

1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçının işlədiyi xx.xx.1977-xx.xx.1993-cü illər iş stajı nəzərə alınmaqla, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarın pensiya məbləğinin azaldılması hissəsində ləğv edilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmiş, həmin vaxtda xx.xx.2017-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı nəzərə alınmalı olduğu halda, xx.xx.2006-cı il tarixindən xx.xx.2019-cu il tarixinədək nəzərə alınmış, xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı 12 il 4 ay olduğu halda, 28 il 4 ay sığorta stajı hesablanmış, xx.xx.1977-xx.xx.1993-cü illərdə işlədiyi dövrlər şahidlik əsasında qeyd eidldiyindən, nəzərə alınması mümkün olmamış, xx.xx.2019-cu ildən xx.xx.2022-ci il tarixədək öədnilmiş məbləğin bir hissəsi ödənilməli olan məbləğlə əvəzləşdirildikdən sonra, qalıq borcun məbləği 1948,82 manat təşkil etmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla, ona 60 yaşının tamam olduğu vaxtda, yəni xx.xx.2017-ci il tarixdə yaşa görə əmək pensiyası hüququ yaranmış, xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmiş, ödənilmişdir. Daha sonra iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət olunaraq, işdən azad olunduğu üçün, əmək pensiyasının hesablanmasında nəzərə alınmayan sığorta kapitalının yenidən hesbalanmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2022-ci il tarixli qərar qəbul edilmiş, həmin qərar əsasında iddiaçıya münaisbətdə əmək pensiyasının yendiən hesbalanması zamanı pensiya hüququnun yarandığı tarixin,sosial sığorta stajının və PSKnın düzgün müəyyən edilməməsi səbəbindən vətəndaşın pensiya ödənişində xx.xx.2019-cu il tarixindən xx.xx.2022-ci il tarixədək ümumilikdə 1948,92 manat artıq ödənilmiş məbləğ aşkar edilmiş, xx.xx.1977-xx.xx.1993-cü ilədək olan dövr əmək kitabçasının doldurulma qaydasına uyğun olmadığından sosial sığorta stajı kimi hesablanmamışdır. İndiki halda iddiaçının hüquqi marağı məhz onun barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarili qərarın xx.xx.1977-xx.xx.1993-cü ilədək olan dövrün nəzərə alınmadığından, pensiya məbləğinin azaldılması hissəsində ləğv edilməsindən, xx.xx.2017-ci il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyası məbləğinin həmin dövrlər nəzərə alınmaqla, yenidən hesbalanmasına nail olmaqdan ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində pensiya məbləğinin yenidən hesablanması zamanı iddiaçının işlədiyi xx.xx.1977-xx.xx.1993-cü illərə aid dövləri sosial sığorta stajı kimi nəzərə almamaqla, apardığı yenidən hesablanma ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Təhsil Nazirliyinin nəzdində olan Sabir adına Bakı Pedoqoji məktəbinə 1974-cü il tarixdə daxil olmuş, 29 iyun 1977-ci ildə həmin məktəbi bitirmiş, əmək və rəsmxətt müəllim ixtiası verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, iddiaçı xx.xx.1977-cı il tarixdən xx.xx.2022-ci il tarixədək Qubadlı rayonu Hafiz Quliyev adına X6 Çaytumas məktəb-liseydə ibtidai sinif müəllimi olaraq çalımışdır. İş materiallarında olan Qubadlı rayonu Dövlət Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, Qubadlı rayonunun 1993-cü il tarixdə işğal olunması ilə əlaqədar olaraq, Qubadlı rayonu, Çaytumas məktəbinindən heç bir sənəd arxivə təhvil verilməmişdir. Həmçinin, iddiaçıya məxsus olan əmək kitabçasının məzmunundan görünür ki, iddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Çaytumas kənd orta məktəbində əmək və rəsmxətt müəllimi kimi, həmin tarixdən ibtidai sinif müəllim kimi xx.xx.2022-ci il tarixə kimi çalışmış, 65 yaşının tamam olması ilə əlaqədar olaraq işdən azad olunmuşdur. Göründüyü kimi, iddiaçının xx.xx.1977-xx.xx.1993-cü illərə aid dövrdə müəllim peşəsində işləməsi halı əmək kitabçası, məktəbin direktoru tərəfindən təqdim edilmiş məktub və digər sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən cavabdeh tərəfindən mübahisələndirilən həmin dövrlər iddiaçının sosial sığorta stajına daxil edilməli olduğu halda, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əmək pensiyasının yenidən hesablanması zamanı həmin dövrün nəzərə alınmamaqla, pensiya məbləği yenidən hesablanmış, nəticə olaraq təyin edilmiş pensiya məbləği azaldılmışdır. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı məhz pensiya məbləğinin yenidən hesablanmaqla, pensiya məbləğinin azaldılması hissəsində iddiaçıya münasibətdə hüququnun əsassız olaraq məhdudlaşdırılmasına və onun üçün maddi mərhumiyyətlərin yaranmasına səbəb olduğundan, habelə qanunvericiliyin tələbinə zidd olduğundan, həmin hissədə qanunsuz əlverişsiz inzibati akt qismində çıxış etmişdir. Həmçinin, bununla bağlı məhkəmə kolegiyası qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır, 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi bu Qanunun 65-ci, 67-ci və 68-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir, 69.2-ci maddəsinə əsasən inzibati aktın bir hissəsinin etibarsız sayılması və ya ləğv edilməsi həmin aktın digər hissələrinin etibarsız sayılmasına və ya ləğv edilməsinə (həmin hissələr bir-biri ilə əlaqədar deyildirsə) səbəb olmur. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, cavabdeh inzibati orqanın imtinasını qanunsuz və əsassız hesab etməkdə haqlı olmuş, cavabdehin apellyasiya şikayətinin dəlilləri iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuş, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, məhkəmə araşdırması zamanı iddiaçıya hüquqi marağına uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizənin təqdim edilməsinə dair hüquqi yardım göstərilmiş, iddiaçı tərəfindən isə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilərək, onun barəsində qəbul edilmiş müvafiq qərarın xx.xx.1977-xx.xx.1993-cü illərə aid dövrün sosial sığorta stajı kimi nəzərə alınmadığından, pensiya məbləğinin azalılması hissəsində ləğv edilməsini xahiş etmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia tələbi təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-268/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı qismən- iddiaçıya xx.xx.2017-ci il tarixdən təyin edilmiş əmək pensiyasının yenidən hesablanması (pensiya məbləğinin azaldılması) hissəsində ləğv edilsin. İddiaçı xx.xx.1977-cü il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayon Çaytumas kənd orta məktəbində işlədiyi dövr onun sığorta stajına daxil edilərək, xx.xx.2017-ci il tarixdən təyin edilmiş əmək pensiya məbləğinin yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar