Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-469/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunma) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)-905/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin katibliyi Mərkzəi Arxivinin xx.xx.2022-ci il il tarixli 4/2 -407N saylı məktubundan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin N8 noyabr N993-cü il tarixli 3N3 №-li əmrində Sumqayıt ŞHK-dan göndərilmiş N MAT-tn şəxsi heyəti hərbi hissənin tərkibinə daxil edilmiş və bütün növ təchizatlarla təmin edilmişdir (əsas: § N0, səh. 94). Əmrə əlavə edilmiş adlı siyahıda Sumqayıt ŞHK-dan çağnlmış, sıravi X4 adı qeyd edilmişdir (əsas: səh. 33, ünvan 8 m/r, ev N6, mən. 48, siyahıda adı Mövlüd yazılıb).N nömrəli hərbi hissə komandirinin N6 sentyabr N994-cü il tarixli 257 №-li əmrilə 26 MAT-ın hərbi qulluqçusu, sıravi İddiaçı 7 MAT-ın şəxsi heyətinə keçirililərək, atıcı vəzifəsinə təyin edilmişdir (əsas: § N6, səh. 94).7 MAT-m hərbi qulluqçusu İddiaçı hərbi hissəni özbaşına tərk etdiyi üçün N nömrəli hərbi hissə komandirinin N sentyabr N994-cü ii tarixli 269 №-li əmrilə ştatdan kənar çıxarılmış və bütün növ təchizatı dayandırılmışdır (əsas: § N6, səh. 94). N nömrəli hərbi hissə komandirinin aprel N994-cü il tarixli nizami hissə üzrə əmrlərində və yaralanaların qeydiyyatı kitablarında İddiaçı yaralanması və sentyabr N995-ci il tarixli nizami hissə üzrə əmrlərində xidməti barədə məlumat aşkar edilməmişdir. N saylı hərbi hissənin tibb bölüyü tərəfinfən verilmiş xx.xx.N994-cü il tarilxi arayışdan görünür ki, İddiaçı xx.xx.N994-xx.xx.N994-cü il tarixlərdə stasionar müalicədə olmuşdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı məhkəməyə müraciət edərək ona ona müharibə veteranı adı və vəsiqəsinin verilməsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı N993-cü ildə könüllü olaraq hərbi komissiyaya gəlmişdir. Giləzidə hərbi təlimləri keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Çəmənli kəndində döyüşlərdə iştirak etməyə başlamışdır. N994-cü ilin aprel ayında düşmənin atdığı minomyotdan ayağından yaralanmışdır. Bir neçə gün müalicədən sonra yenidən döyüşə qayıtmışdır. N994-cü ilin noyabr ayında ayağının şişdiyinə görə komandir müalicə üçün onu evə məzuniyyətə göndərmişdir. Müalicədən sonra hərbi hissəyə qayıtmışdır. Lakin müalicəsi başa çatmamışdı. Belə ki, komandir vəziyyətini görüb yenidən onu müalicə üçün evə göndərmişdir. N995-ci ilin yanvar-mart aylarında 45 saylı xəstəxanada müalicə olunmuşdur. O, mülakoicə olunarkən hərbi hsissə yoldaşları qayıtdılar və sentyabr ayında nazirliyin əmri ilə təxris olunmağı haqqında ona xəbər göndərdilər. Həmin vaxt yeriyə bilmədiyi üçün hərbi hissəyə qayıda bilməmişdir. Hərbi bileti də həmin ərəfədə hərbi hissədə itmiş.dir. Arxiv arayışında qeyd olunur ki, o xx.xx.N994-cü ildə hərbi hissəni özbaşına tərk etmişdir. Əslində isə o, səhhəti ilə bağlı hərbi hissəni tərk etmişdir Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 22 iyun 2022-ci il tarixli 4/2-407N nömrəli arayışa əsasən İddiaçı özbaşına hərbi hissəni tərk etmiş və onun barəsində N sentyabr N994-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi xidməti və hərbi hissədən xaric olması barədə təsdiq edən sənədlər aşkar edilməmişdir. Bundan başqa qanunvericiliyinin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir.Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs “statusunu əldə etməməsinə səbəb olur. diaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Bundan əlavə, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)-905/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmamışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilərək və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, N993-cü ildə könüllü olaraq hərbi komissiyaya gəlmiş, Giləzidə hərbi təlimləri keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Çəmənli kəndində döyüşlərdə iştirak etmişdir. N994-cü ilin aprel ayında düşmənin atdığı minomyotdan ayağından yaralanmışdır. Bir neçə gün müalicədən sonra yenidən döyüşə qayıtmışdır. N994-cü ilin noyabr ayında ayağının şişdiyinə görə komandir müalicə üçün onu evə məzuniyyətə göndərmişdir. Müalicədən sonra hərbi hissəyə qayıtmış, lakin müalicəsi tam başa çatmamışdır. Belə ki, komandir vəziyyətini görüb yenidən onu müalicə üçün evə göndərmişdir. N995-ci ilin yanvar-mart aylarında 45 saylı xəstəxanada müalicə olunmuşdur. Müalicə olunarkən hərbi hissə yoldaşları qayıtmış və sentyabr ayında nazirliyin əmri ilə təxris olunmağı haqqında ona xəbər göndərilmişdir. Lakin həmin vaxt yeriyə bilmədiyi üçün hərbi hissəyə qayıda bilməmişdir. Hərbi bileti də həmin ərəfədə hərbi hissədə itmişdir. Arxiv arayışında isə qeyd olunmuşdur ki, guya mən xx.xx.N994-cü ildə hərbi hissəni özbaşına tərk etmişdir. Lakin bu tamamilə əsassızdır. Belə ki, hərbi hissəni öz başıma yox, məhz hərbi hissə komandirinin göstərişi ilə müalicə olunmaq üçün tərk etmişdir. Qeyd olunan hallar məhkəmə iclasında göstərilsə də məhkəmə nəzərə almamışdır. Məhkəmənin qərarına nəzər saldıqda isə iş üzrə əhəmiyyət kəsb edən hər hansı əsaslandırma aparmamış, ancaq hüquq normaları qeyd etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 3. Müharibə veteranları 2-ci hissə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ......Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya müharibə veteranı adının və vəsiqəsinin verilməsindən cavabdehin imtinası təşkil edir. İddiaçı müharibə veteranı adının verilməsi üçün əsas kimi onun N993-cü ildə könüllü olaraq hərbi komissiyaya gəlməsinə, Giləzidə hərbi təlimləri keçdikdən sonra N saylı hərbi hissənin tərkibində Ağdam rayonunun Çəmənli kəndində döyüşlərdə iştirak etməyə başlamasına, N994-cü ilin aprel ayında düşmənin atdığı minomyotdan ayağından yaralanmasına istinad etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Mərkəzi Arxivin xx.xx.2022-ci il tarixli 4/2-407N nömrəli arayışına əsasən hərbi hissəni özbaşına tərk etdiyinə, habelə xx.xx.N994-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar olunmadığına görə ona “Müharibə Veteranr adının və vəsiqəsinin verilməsindən imtina olunur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, müharibə veteranı adının verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir. Bununla yanaşı, həm də, şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. İddiaçının hərbi xidmətdən qanuni şəkildə təxris edilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd olunmalıdır ki, müvafiq qanunveriiclik normalarının tələbinə əsasən “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün bir sıra zəruri şərtlər olmalıdır, həmin şərtlərə şəxsin müvafiq döyüş əməliyyatlarını həyata keçirən hərbi hissənin tərkibində olması (bununla da aparılmış döyüş əməliyyatlarında iştirak etməsi) və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması halı daxildir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış döyüş əməliyyatlarında iştirak etdiyini və əmrlə təxris olunduğunu əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Həmçinin, qeyd olunmalıdır ki, iddiaçı özü də izahatında hərbi hissəyə qayıtmadığını bildirmişdir. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zərrui edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbini təmin etməməklə düzgün nətcəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-N(NN8)-905/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən N ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ N025, Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-469/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-469/2023
23.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver