Məhkəmə qərarları › İş №2-1(105)-469/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-469/2025

01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-469/2025 01.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Axundov Toğrul Bəhruz oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, Məmmədova Jalə Həsən qızının katibliyi ilə, İddiaçı yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq kollegiya aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(105)-1083/2024 saylı qərarı ilə şikayət qeyri-mümkün hesab edilmişdir. Buna səbəb iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi olmuşdur. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə 17 fevral 2025-ci ildə ərizə ilə müraciət edərək yeni açılmış hallarla bağlı iş üzrə məhkəmə icraatının təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin qərarı 04 mart 2024-cü il tarixdə çıxarılmışdır. Lakin iş üzrə əhəmiyyət kəsb edən bir sıra sübutlar vardır ki, həmin sübutlar məhz məhkəmə qərarı çıxarıldıqdan sonra əldə edilmişdir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, ..... Məhkəmə iddia tələbinin təmin edilməməsinə əsas olaraq qeyd etmişdir ki, müharibə veteranı adənm verilə bilməsi üçün təkcə şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması faktının sübuta yetirilməsi kifayət deyildir, bununla yanaşı şəxsin həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı da tam sübuta yetirilməlidir. Yuxarıda da qeyd etdiyi kimi qardaşım itkin düşdüyü üçün hərbi hissəni tərk etmiş, qardaşına şəhidlik statusu verilmişdir. Daha sonra hərbi hissəyə qayıtmışdır. Əgər qanuni surətdə hərbi hissəni təkr etməsəydi barəsində cinayət işi açılardı. Lakin barəsində bununla bağlı hər hansı cinayət işi açılmamışdır. Qeyd olunanlara əsasən hesab edirəm ki, məhkəmənin qərarı tam əsassız və qanunsuzdur. Məhkəmə öz səlahiyyətləri daxilində araşdırma aparmamışdır. Belə ki, iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra SHÇDX-nin Cəbrayıl Rayon Şöbəsi tərəfindən verilmiş 24 may 2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx xxxxx 1973-cü il təvəllüdlü İddiaçı 11 yanvar 1990-cı il tarixdə keçmiş Cəbrayıl RHK-da ilkin hərbi qeydiyyata alınmış, 20 may 1991-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmiş, 30 yanvar 1994-cii il tarixdə hərbi hissəni təkr tetmiş, Füzuli Hərbi Prokurorluğunun 16 iyun 2011-ci il tarixli, 17/2357 saylı məktubuna əsasən barəsində cinayət işi və təqsirləndirici material olmadığına görə Cəbrayıl RHK-da hərbi qeydiyyata alınmış, 30 aprel 2023-cii il tarixdə ehtiyatda olmağın son yaş həddinə çatdığına görə hərbi qeydiyyatdan silinmiş, fərarilərin qeydiyyatından keçmir.Həmçinin iş üzrə məhkəmə qərarı çıxarıldıqdan sonra əldə edilmiş Füzuli Hərbi Prokurorluğunun 13 iyun 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı barəsəində 1992-ci il tarixdə eləcə də digər vaxtlarda Füzuli hərbi prokurorluğunda hər hansı cinayət işi istintaq edilməmiş və təqsirləndirici material olmamışdır. Qeyd olunan hər iki məktub məhkəmə qərarı çıxarıldıqdan sonra ona təqdim edilmişdir. Həmçinin əlavə olaraq qeyd edir ki, 12 iyun 2024-cü il tarixdə ona məcburi köçkün statusunu təsdiq edən vəsiqə təqdim edilmişdir. Bilindiyi kimi fərari kimi qeydiyyatda olan şəxsə məcburi köçkün statusunun verilməsi yol verilməzdir. Qeyd olunanlardan da göründüyü kimi iş üzrə əhəmiyyət kəsb edən bir sıra sübutlar məhz məhkəmə qərarı çıxarıldıqdan soma əldə edilmişdir. Qeyd olunanlara əsasən hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Cavabdeh ərizəyə yazılı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir (hakim: Rahim Həsənov). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının ərizəsində qeyd etdiyi sübutun (arayışların) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1381/2024 nömrəli, 04 mart 2024-cü il tarixli qərarının qəbul edilməsində sonra əldə edilməsinə münasibətdə bildirir ki, həmin sübutları əldə edən zaman inzibati mübahisənin sonradan Sumqayıt Apellyasiya Məhkəməsində olmasına baxmayaraq, həmin məhkmədə prosessual müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-1083/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərardadının 3-cü səhifəsinin ilk abzasından da göründüyü kimi, müddətin ötürülməsinin üzürlü hesab edilməsi ilə bağlı iddiaçı tərəfindən ərizənin təqdim edilməməsi (apellyasiya məhkəməsi tərəfindən hüquqi yardım edilməsinə baxmayaraq) qanunla ona verilmiş hüququn itməsi ilə nəticələnmişdir. Başqa sözlə desək, hal-hazırda iddiaçının istinad etdiyi sübutun (arayışların) varlığı artıq apellyasiya icraatı ərəfəsində mövcud idi. İddiaçının yeni açılmış hallarla bağlı icraatın təzələnməsi üçün verdiyi ərizədə göstərdiyi arqumentlər icraatın təzələnməsi üçün deyil məhkəmə qərarından apellyasiya qaydasında şikayət vermək üçün əsasdır. Ona görə məhkəmə hesab edir ki, iddiaçının qeyd olunan məhkəmə qərarından apellyasiya şikayəti vermək üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası ilə bağlı Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ olmuş, lakin müvafiq hüququndan istifadə etməmişdir. Qərardadla razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və icraatın təzələnərək iddianın təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini ərizə ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o vətəndaş olaraq apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası ilə bağlı ərizənin verilməli olduğunu bilməmiş, bu səbəbdən də icraatın təzələnməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə gəlməməsinin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər. Həmçinin, bununla bağlı nəzərə almaq lazımdır ki, yeni açılmış hallar üzrə işə yenidən baxılması mərhələsində məhkəmə səhvləri, məhkəmə qərarlarının əsaslılığı, məhkəmə tərəfindən maddi hüquq normalarının tətbiqi və yaxud da prosessual qanunvericilik normalarının pozulması ilə bağlı məsələlər araşdırılmır. Yeni açılmış hallar üzrə icraat zamanı işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edə bilən və ya işin düzgün həlli üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. İPM-nin 102-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Həmin Məcəllənin 106.2-ci maddəsinə görə icraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edilir. Yəni, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsi üçün qeyd olunan maddədə təsbit olunmuş müvafiq dispozisiya şərtləri mütləq ödənilmiş olmalıdır: yeni sübutlar və ya hallar ilkin məhkəmə icraatı zamanı obyektiv mövcud olmalıdır; həmin sübutların və ya halların mövcud olduğu məhkəməyə və tərəfə məlum olmamalıdır; həmin sübutlar və ya hallar sonradan, yəni qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatından sonra aşkar və ya məlum olmalıdır; həmin sübutların və ya halların ilkin icraat zamanı təqdim olunmaması ərizəçidən asılı olmayan səbəblərə bağlı olmalıdır; işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etməlidir; bu şərtlər birlikdə və eyni zamanda mövcud olmalıdır. Bu şərtlərin və ya onlardan hər hansı birinin mövcud olmaması qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatının təzələnməsini istisna edir. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraatın təzələnməsi yolu ilə yenidən baxılması, hüquqi sabitliyin və məhkəmə qərarlarının yekunluğunun əsas prinsiplərindən biri kimi yalnız istisna hal kimi nəzərdə tutulur və bu institutun tətbiqi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 100-cü və 106.2-ci maddələrində konkret və məhdud şəkildə göstərilmiş hallarda mümkündür. Lakin hazırkı iş üzrə ərizəçi tərəfindən təqdim olunmuş SHÇDX-nin 24 may 2024-cü il tarixli və Füzuli Hərbi Prokurorluğunun 13 iyun 2024-cü il tarixli arayışlarının mahiyyətinə görə məhkəmə qərarı qəbul edilməmişdən əvvəl mövcud olması, onların apellyasiya şikayətinin verilməsi mərhələsinə qədər ərizəçiyə məlum olduğu halda bu sübutlardan istifadə üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün ərizə verilməməsi, yəni ərizəçinin şəxsi prosessual səhlənkarlığı səbəbindən bu hüququndan istifadə etməməsi nəzərə alınmaqla və ümumiyyətlə mahiyyətinə görə həmin sübutların yeni açılmış hal kimi hüquqi qiymətləndirilməsi mümkün deyil. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilk dəfə Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərarı xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermiş, məhkəmə iddiaçı tərəfindən verilmiş şikayəti qeyri-mümkün hesab etmişdir. Buna səbəb iddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddətin ötürülməsi olmuşdur. İddiaçı apellyasiya şikayətində müddətin ötürülmə səbəbini ilk dəfə mübahisələndirilən qərardan şikayət verən zaman müddət bərpa ilə bağlı ərizə verməli olduğunu bilməməsi, bu səbəbdən də icraatın təzələnməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi ilə əsaslandırsa da, nəzərə alınmalıdır ki, iddiaçının şikayəti zamanı müddət ötürdüyü üçün Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən ona hüquqi yardım edilərək məktub göndərilmiş, məktubda müddət bərpası barədə ərizə verilməsi ona izah edilmiş, məhkəmə iclasında iştirak etmiş, eyni zamanda yekun qərarda qeyd edilən hallar ətraflı göstərilmişdir. İddiaçı eyni zamanda xx.xx.2025-ci il tarixində Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərarından təkrarən apellyasiya şikayəti vermiş, eyni zamanda ötürülmüş müddətin bərpası barədə ərizə təqdim edərək Sumqayıt İnzibati Məhkəməsinin 04 mart 2024-cü il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərarından apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 01 may 2025-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddət bərpa edilməmiş, apelyasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Bu baxımdan, iddiaçının istinad etdiyi arayışlar qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün sonradan aşkar olunmuş yeni sübutlar kimi təfsir oluna və qiymətləndirilə bilməz. Göründüyü kimi iddiaçı icraatın təzələnməsi üçün qanunun müddəalarından irəli gələn hallar ilə əlaqədar hər hansı bir əsas gətirməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsinin ərizənin rədd edilməsi barədə gəldiyi nəticə əsaslı və düzgündür. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 12 mart 2025-ci il tarixli, 2-1(118)-1381/2024 nömrəli qərardadı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına (ünvan: AZ 1025, ünvan 3 bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar