Məhkəmə qərarları › İş №2-1(105)-47/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-47/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-47/2022 01.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “mərhum həyat yoldaşı X1 təhsil və işlədiyi müddətlərin sığorta stajına hesablanmaqla, mərhum həyat yoldaşının vəfat etdiyi 07.10.2018-ci ildən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iş üzrə açar sözlər: ailə başçısını itirməyə görə pensiyanın təyin edilməsi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Ağayev Rəşadət Əhməd oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Şirinova Şəfəq Zahir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “mərhum həyat yoldaşı X3 təyin edilməli olan əmək pensiyasının ailə başçısını itirməyə görə ona təyin edilməsi, mərhum həyat yoldaşının pensiya hüqunun yarandığı tarixdən bu günədək olan fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2- 1(118)-245/2021 saylı qərarından cavabdeh ƏƏSMN tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “mərhum həyat yoldaşı X3 təyin edilməli olan əmək pensiyasının ailə başçısını itirməyə görə ona təyin edilməsi, mərhum həyat yoldaşının pensiya hüqunun yarandığı tarixdən bu günədək olan fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı 01.06.2021-ci il tarixli ərizəsilə iddia tələbinə dəqiqləşdirmə təqdim edərək mərhum əri X3 23.04.2011-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya əsasında ona 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulmasını xahiş etmişdir.

3. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini dəqiqləşdirməyə dair 21.10.2021-ci il tarixli ərizə təqdim edərək İddiaçı 07.10.2018-ci ildən ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir.

4. Məhkəmə kollegiyasının qərardadına əsasən Azərbaycan Respublikası ƏƏSMNnin tabeliyində DSMF-nin 1 saylı Quba-Xaçmaz regional filialı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialının prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

5. Məhkəmə kollegiyasının sonuncu iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini dəqiqləşdirməyə dair təqdim etdiyi ərizəsinə əlavə ərizə təqdim edərək X1 hərbi xidmətdə olduğu, oxuduğu və işlədiyi 1963-1965-ci il (oxuduğu bağban mexanizator), 06.09.1966-18.09.1967-ci il (Elmlər Akademiyasında işlədiyi), 1967-1969-cu il (hərbi xidmətdə olduğu), 1983-1989 (Lenin ordeni adına institutda oxuduğu) il, 11.07.1979-02.07.1988 və 22.10.1992-21.04.1994-cü il (sovxozda işlədiyi) il, 1990-1991-ci (menecer komersant ixtisası aldığı kurs) il, 2005-2007-ci (01.01.2006-cı ildən sonra Lalə Firmasında işlədiyi və hansı ki, sosial sığorta haqqı ödənildiyi illər qeyd olunub) il nəzərə alınaraq İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1955-ci ildə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş, mərhum həyat yoldaşı X4 ilə 03.07.1973-cü ildə nikaha daxil olmuşlar. X4 23.04.1948-ci il tarixdə Quba rayonu, 2-ci Nügədi kəndində doğulmuş və mərhum həyat yoldaşı X4 07.10.2018-ci il tarixdə ölmüşdür. Mərhum həyat yoldaşı 06.09.1966-cı ildən 18.09.1967-ci ilədək Elmlər Akademiyasında, daha sonra 1967-1969cu illərdə hərbi xidmətdə olmuş, 11.10.1978-29.11.1978-ci il tarixədək “Azərittifaq”-da, 1979-1994-cü illərdə Quba rayonu Kirov adına meyvəçilik Sovxozunda müxtəlif vəzifələrdə işləmişdir. Həmçinin başqa vəzifələrdə və yerlərdə 1994-cü ildən 2017-ci ilədək əmək fəaliyyətini davam etdirmişdir. Mərhum həyat yoldaşının pensiya hüququ yaransa da, ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Cavabdeh orqana mərhum həyat yoldaşının əmək pensiyasının ona təyin edilməsi üçün müraciət etsə də, cavabdeh 07.07.2020-ci il tarixli, **********4 saylı məktubla əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina etmişdir. Belə ki, imtina məktubunda mərhum həyat yoldaşının tələb olunan sosial sığorta stajının kifayət qədər olmadığı qeyd edilmişdir. Lakin, mərhum həyat yoldaşının əmək fəaliyyətini təsdiq edən müvafiq arxiv arayışları və əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Əmək pensiyaları haqqında qanunun 1, 4, 6, 7, 14 və 17-ci maddələrinə əsaslanaraq iddia tələbinin təmin edilməsini xahiş edir.

Cavabdehin etirazları:

7. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı iddiaya qarşı etirazında qeyd etmişdir ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasənsosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Halbuki, İddiaçı ailə başçına görə əmək pensiyası ilə bağlı müraciət etdiyi zaman mərhum həyat yoldaşının əmək kitabçasında iddia etdiyi illər qeyd olunmamışdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin, bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsı belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

8. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-245/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia tələbi təmin edilərək İddiaçı mərhum əri X3 23.04.2011-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin pensiya əsasında iddiaçıya 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nin 2 saylı regional ərazi filialının üzərinə qoyulması qərara alınmışdır.

9. Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətli nümayəndəsi Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilərək Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)- 245/2021 saylı qərarının ləğv edilməsi, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsi xahiş edilmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apellyasiya şikayətinin dəlilləri:

10. Cavabdehin apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, hazırkı iş üzrə olan birinci instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməklə iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Qanunun 14.1-ci maddəsinə əsasən, vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1.18 yaşına çatmamış, 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil, 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə, 14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə. İddiaçı mərhum həyat yoldaşı N.Q.Fətəliyevin (06.09.1966-ci il tarixindən 18.09.1967-ci il tarixinədək Elmlər Akademiyasında, 1967-ci il tarixindən 1969-cu il tarixinədək həqiqi hərbi xidmətdə qulluq etdiyi illəri, 11.10.1978-29.11.1978-ci il tarixinədək "Azərittifaqda”, 1979-1994-cu illərdə Quba rayonu Kirov adına meyvəçilik sovxozunda) işlədiyini iddia etdiyi illər mərhum ərinin əmək kitabçasına qeyd olunmamışdır. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılıolmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il 01 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmış şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosıal sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və X9 Nazırliyi tərəfindən müəyyərt lmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, gağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində şayən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajlarını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Hesab edirlər ki, məhkəmə hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən hazırki iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sğortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarıxinədək slğortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İfarəşi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Normativ sənədlərin əlaqəli təhlilindən göründüyü kimi iddiaçının iddia etdiyi illər əmək ktabçasında öz əksini tapmamış, təqdim edilən arxiv arayışlarında isə mərhumun əmək haqqı almasına dair hər hansı məlumat öz əksini tapmamışdır. Bundan əlavə birinci intansiya məhkəməsi iddia edilən illərə münasibət blldirməmiş, qərarın nəticəvi hissəsində hansı illərin sosial sığorta stajına daxil edilməsinə aydınlıq gətirməmişdir. Odur ki, qeyd olunanların nəzərə alınaraq Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-245/2021 saylı qərarının ləğv edilməsini, iddia tələbinin rədd olunmasına dair yeni qərar qəbul edilməsini xahiş edirlər.

b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı tərəfindən cavabdehin apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətində qeyd edilən hüquqi mövqeyi müdafiə edib, onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında cavabdehin yeni nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi iddiaçıya 07.07.2017-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsini cavabdehin üzərinə qoymuşdur. Lakin iddiaçının mərhum əri 07.11.2018-ci il tarixdə vəfat etmişdir. Bir sözlə iddiaçının mərhum əri N.Q.Niftəliyev tələb olunan 18 il 4 ay sosial sığorta stajına malik olmadığından iddiaçının ailə başçısını itirməyə görə pensiya almaq hüququ yaranmır. İddiaçının mərhum həyat yoldaşının 2-ci Nügədi meyvəçilik sovxozunda işlədiyi dövr əmək kitabçasında qeyd edilməyib. 2 №-li X11 işlədiyi dövrdə əmək haqqı aldığını müəyyən etmək mümkün olmamışdır. Mübahisələndirilən dövrlər nəzərə alınsa belə, sosial sığorta stajı çatmır. Çünki tərəfimizdən mübahisələndirilən dövr 6 il 10 ay, mübahisələndirilməyən isə 6 il 7 aydır. Tələb olunan sığorta stajı isə 18 il 4 aydır. Elmlər Akademiyasında işlədiyi illəri qəbul etmirlər. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş edirlər.

14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, ləğv edilməsi üçün heç bir əsas yoxdur. Apellyasiya şikayəti formal mülahizələrə əsaslandığından və işi uzatmaq məqsədi daşıdığından qərarın ləğvinə əsas ola bilməz. Belə ki, mərhum atası vəfat edəndə 70 yaşı olmuş, sonuncu əvvəllər Kənd Sovetinin sədri olmuş, həmçinin fərdi qaydada işləyən diş texniki kimi də fəaliyyət göstərmiş və atası ehtiyac duymadığı üçün pensiya alması ilə bağlı müraciət etməmişdir. Cavabdeh İdarəyə isə, anasına ailə başçısını itirməyə görə pensiya təyin edilməsi ilə əlaqədar müraciət edilmişdir. Anası 4 uşaqlı ana kimi yaşa görə müavinət almışdır. Atası vəfat edəndə anası pensiya yaşına çatmışdı, lakin stajı olmadığı üçün müavinət almışdır. Atasının uzun illər işləməsi, eyni zamanda texniki peşə məktəbindən oxumağa başlamaqla, ali təhsil illəri, hərbi xidmət və müxtəlif iş yerlərində işləməsinə dair sənədləri məhkəməyə təqdim edilməklə iddia tələbinin dəqiqləşdirilməsinə dair vermiş olduğu son ərizəsi və həmin ərizəyə əlavə olaraq verdiyi ərizədə bütün oxuduğu və işlədiyi yerlər barədə göstərilən faktlar iş materiallarında olan həm əmək kitabçası ilə, həm təhsilə dair diplom və şəhadətnamələrlə, eyni zamanda müvafiq arxiv sənədlərilə təsdiq edildiyindən mərhum atasının öldüyü 07.10.2018-ci ildən anası olan iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin olunmasına dair qərar qəbul edilməsini xahiş edirlər.

Tədbiq edilən hüquq

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

16. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

17. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

18. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

19. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

20. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

21. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

22. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir.

23. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

24. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

25. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

26. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər.

27. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

28. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

29. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

30. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

31. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

32. Həmin Məcəllənin 94.3-cü maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarından verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin verildiyi gündən 1 ay ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa Ali Məhkəməyə təqdim edilməlidir.

33. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 149, Vİİ bənd. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

34. “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı:

1. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. (-).

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv İdarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir.

35. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir Maddə. 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. (-). Maddə 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Maddə. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 3.2.3. mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə); 3.2.4. Hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi; 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.2.6. sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Maddə 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. (-). Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə; (-). Maddə 17.1. Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 34. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə görə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır.

36. 2006-cı ilədək qüvvədə olmuş Vətəndaşların pensiya təminatı haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: a) işçinin dövlət tərəfindən mütləq sosial sığorta edilməli olan hər hansı işinin müddəti;... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; İşin hər ili üçün pensiyanın məbləği artırılarkən bu maddənin “a”-”z” və "g" bəndlərində göstərilən dövrlər nəzərə alınır. Yaşa görə pensiya təyin olunandan sonrakı əmək fəaliyyəti ümumi əsaslarla iş stajına daxil edilir. İşin hər ili üçün pensiyanın məbləği artırılan zaman yaşa görə pensiya təyin edildikdən sonrakı iş stajı nəzərə alınmır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

37. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bəndi. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

38. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər.

39. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixlı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə kecirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.3. Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.

40. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hazırki qərarın 15-27-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin dinlənilmə hüququnu təmin edib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-245/2021 saylı qərarı isə dəyişdirilməklə iddia qismən təmin edilərək mərhum N.Q.Fətəliyevin işlədiyi 06.09.1966-cı ildən 18.09.1967-ci il tarixinədək Azərbaycan Elmi tətqiqat Bağçılıq və Subtropik bitkilər institutunda, 1967-1969-cu illərdə həqiqi hərbi xidmətdə, 11.07.1979-cu ildən 09.07.1988-ci ilədək Kirov adına meyvəçılik savxozu və X11, 22.10.1992-ci ildən 21.04.1994-cü ilədək İİ Nügədi meyvəçilik sovxozundakı iş müddətləri sığorta stajına hesablanmaqla sonuncunun vəfat etdiyi 07.10.2018-ci il tarixindən İddiaçı ailə başçısını itirməyə görə pensiya təyin edilməli, eyni zamanda nəzərə alınmalıdır ki, sonuncu 13.05.2012-ci il tarixdən yaşa görə ömürlük sosial müavinət aldığından 07.10.2018-ci ildən ödəniləcək məbləğdən aldığı sosial müavinət məbləği çıxılmaqla hesablaşma gününə təşkil edən fərqin birdəfəlik ödənilməsi, sonrakı dövr üçün ailə başçısını itirməyə görə qanunla müəyyən edilən pensiya məbləğinin müəyyən edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir.

42. Belə ki, hazırki işin hallarından görünür ki, X4 23.04.1948-ci ildə anadan olmaqla 07.10.2018-ci ildə vəfat etmiş və vəfat etdiyi günə hər hansı bir növ əmək pensiyası və sosial müavinət (təqaüd) almamışdır(i.v.6, 19, 116).

43. İş üzrə iddiaçı olan İddiaçı isə xx.xx.1955-ci ildə anadan olmaqla, 03.07.1973-cü ildən X4 ilə nikahda olmuş, 4 uşağı olan ana kimi 13.05.2012-ci il tarixindən yaşa görə ömürlük sosial müavinət təyin olunmuş və hal-hazırda İddiaçı aylıq 130 manat sosial müavinat alır(i.v.4-7, 171).

44. İşdə olan X3 məxsus ИT-İ № ******* saylı əmək kitabçasındakı qeyd olunan məlumatlara əsasən sonuncu 06.09.1966-cı ildən 18.09.1967-ci il tarixinədək (1 il 12 gün) Azərbaycan Elmi tətqiqat Bağçılıq və Subtropik bitkilər institutunda, 11.10.1978-ci il tarixdən 29.12.1978-ci il tarixədək (2 ay 18 gün) “Azərittifaqın” Quba raykoopittifaqının tədarük kontorunda, 11.07.1979-cu il tarixdən 02.02.1981-ci il tarixədək (1 il 6 ay 22 gün) Kirov adına meyvəçılik savxozunda, 23.08.1982-ci il tarixdən 09.07.1988-ci il tarixədək (5 il 10 ay 16 gün) X11, 01.08.1988-ci il tarixdən 15.05.1992-ci il tarixədək (3 il 9 ay 15 gün) Quba 2№-li Konserv Zavodunda işləmiş, beləliklə də, əmək kitabçasındakı qeydlərə əsasən cəmi 12 il 03 ay 23 gün (1 il 12 gün + 2 ay 18 gün + 1 il 5 ay 22 gün + 5 il 10 ay 16 gün + 3 il 9 ay 15 gün = 12 il 03 ay 23 gün) iş stajı qeyd edilmişdir.

45. Mərhum N.Q.Fətəliyevin əmək kitabçasında qeyd edilən iş yerləri barəsindəki məlumatlar həmçinin X14 filialından sorğuya alınmış cavabla da təsdiq edilir. Belə ki, 12.11.2020-ci il tarixli 1497 saylı arxiv çıxarışından müəyyən olunur ki, X4 11.07.1979-cu ildən Kirov adına meyvəçilik sovxozunda meyvə qəbulu məntəqəsində müdir işləməyə başlamış, 02.02.1981-ci il tarixli 27 saylı əmrin 17-ci paraqrafına əsasən “sabiq püre zavod müdirinin hesabında olan məhsullar, invertar və avadanlıqlar meyvə məntəqəsinin müdiri X3 təhvil verilməsi” qərara alınmış, daha sonra Kirov sovxozu üzrə 10.06.1981-ci il tarixli 159 saylı əmrə əsasən “Sovxozun iqtisadiyyatının çoxsahəli olmasını, geniş sahədə yeni intensiv bağçılıqla məşğul olması, eləcə də 1981-ci ilin məhsulunun tədarükü və təşkilatlara vaxtında, keyfiyyətlə göndərilməsi üçün sovxozun nəzdində olan meyvə məntəqəsi və püre balansdan-balansa keçirilməklə Quba konserv zavoduna təhvil verilsin. Məntəqədə işləyən, məntəqənin ştatında olan fəhlə və qulluqçular Quba konserv zavoduna köçürülsünlər. X10 konserv zavoduna təhvil verilməsi üçün aşağıdakı tərkibdən ibarət komissiya yaradılsın. 3.Fətəliyev Niftəli – məntəqə müdiri” (i.v.50.). Arxiv arayışında göstərilən bu qeydlər həmçinin, əmək kitabçasında 44-45-ci səhifələrində olan qeydlərlə də təsdiqlənir.

46. 12.11.2020-ci il tarixli 1497 saylı arxiv çıxarışından o da görünür ki, X12 23.08.1982-ci il tarixli 341 saylı əmrinə əsasən Kirov adına sovxozun balansından zavodun balansına ancaq püre sexi və avtotərəzi qəbul edilsin və 23.08.1982-ci ildən İİ Nügədi kəndində yerləşən sexə Niftəli Fətəliyev sex ustası təyin edilsin. - X12 11.01.1988-ci il tarixli 02 saylı əmrinə əsasən X3 03.01-26.02.1988-ci il tarixindən 1982-83-84-cü illərə görə məzuniyyət, 22.02.1988-ci il tarixli 12 saylı əmrilə isə 27.02-26.03.1988-ci tarixindən 1984-85-ci ilə görə növbəti məzuniyyət verilmişdir (i.v.51).

47. X12 11.07.1988-ci il tarixli 60 saylı əmrinə əsasən başqa işə keçməsilə əlaqədar X4 09.07.1988-ci il tarixdən tutduğu vəzifəsindən azad olunmuşdur (i.v.52 birinci abzas). Arxiv arayışında göstərilən bu qeydlər həmçinin, əmək kitabçasında 2-3-cü səhifələrində olan qeydlərlə də təsdiqlənir. - İİ Nügədi meyvəçilik sovxozu üzrə 22.10.1992-ci il tarixli 175 saylı əmrdən görünür ki, X4 İİ Nügədi meyvəçilik sovxozuna 22.10.1992-ci il tarixdən direktor vəzifəsinə təyin edilmişdir. - İİ Nügədi meyvəçilik sovxozu üzrə 21.04.1994-cü il tarixli 44 saylı əmrdən görünür ki, İİ Nügədi meyvəçilik sovxozunun direktoru X4 21.04.1994-cü il tarixdən AR ƏQM-nin 37-ci maddəsinə əsasən tutduğu vəzifəsindən azad edilmişdir (i.v.52, 2 və 3-cü abzaslar). Arxiv arayışında göstərilən bu qeydlər əmək kitabçasında qeyd edilməyib və bu iş stajı 1 il 5 ay 29 gün təşkil edir.

48. X14 filialından sorğuya cavab olaraq alınmış 12.11.2020-ci il tarixli 1498 saylı arxiv arayışından o da müəyyən olunur ki, Quba rayonu Kirov adına meyvəçilik sovxozunun əmək haqlarının qeydi kitablarına və X12 İİ Nügədi meyvə emalı sexinin əmək haqqı cədvəllərinə əsasən X1 əmək haqları, 1979-cu ilin iyulundan 1988-ci ilin sentyabr ayınadək (9 il 2 ay) son haqq hesab edilməklə, həmçinin 1992-ci ilin sentyabr ayından 1994-cü ilin aprel ayınadək (1 il 7 ay) hesablanmaqla ödənilmişdir(i.v.53).

49. X14 filialından sorğuya cavab olaraq alınmış 23 iyul 2020-ci il tarixli 775 saylı arxiv arayışından müəyyən olunur ki, 1948-ci ilin aprelində doğulmuş X4 1967-1969-cu illərdə orduda xidmətdə olmuşdur(i.v.15).

50. İşdə olan X3 məxsus ИT-İ № ******* saylı əmək kitabçasının X12 kadrlar şöbəsi tərəfindən tərtib edilərək təsdiqlənmiş 25.07.1985-ci il tarixli çıxarışından görünür ki, X4 06.09.1966-cı ildən 18.09.1967-ci il tarixinədək Azərbaycan Elmi tətqiqat Bağçılıq və Subtropik bitkilər institutunun meyvə bitkilərinin seleksiya şöbəsində fəhlə vəzifəsində işləmiş və ordu sıralarına çağırılması ilə əlaqədar şöbənin fəhləliyindən azad edilmiş, 11.10.1978-ci il tarixdən 29.12.1978-ci il tarixədək “Azərittifaqın” Quba raykoopittifaqının tədarük kontorunda, 11.07.1979-cu il tarixdən 02.02.1981-ci il tarixədək Kirov adına meyvəçılik savxozunda, 23.08.1982-ci il tarixdən hazırkı vaxtadək X12 İİ Nügədi kəndində yerləşən püre sexində sex ustası vəzifəsində işləyir(i.v.172).

51. İşdə olan ixtisas haqqında şəhadətnamədən görünür ki, 23 aprel 1948-ci ildə doğulmuş X3 Hügədi kənd orta məktəbinin pedaqoji şurasının ixtisasvermə komissiyasının 21.05.1966-cı il tarixli qərarı ilə bağban-mexanizator peşəsi(ixtisası) adı verilmişdir(i.v.198).

52. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Quba rayon Təhsil şəbəsinin 29.12.2021-ci il tarixli 903 saylı məktubundan müəyyən olunur ki, X4 1955-ci ildə Quba rayonunun İkinci Nügədi kənd səkkiz illik məktəbinin birinci sinfinə daxil olmuş və 1962- 1963-cü dərs ilində Quba rayonunun İkinci Nügədi kənd səkkiz illik məktəbin səkkizinci sinfini bitirmişdir. - 1964-1965-ci illərdə isə Quba rayonunun hazırkı İkinci Nügədi kənd 2 nömrəli tam orta məktəbinin 9-cu sinfinə daxil olmuş və “bağban mexanizator” ixtisasına orda yiyələnmişdir. 1966-cı ildə həmin məktəbin 10-cu sinfini bitirmiş və həmin ildə “bağban mexanizator” ixtisasına görə şəhadətnamə, 10-cu sinifi bitirməsinə görə isə attestat verilmişdir.

53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 44-52-ci bəndlərində istinad edilən əmək kitabçasındakı qeydlərə, həmin qeydləri təsdiq edən arxiv arayışlarının, həmçinin əmək kitabçasında qeyd edilməyən iddiaçının işlədiyi bir sıra işlərin arxiv arayışları ilə təsdiq edilməsi, həmçinin hərbi xidmət illərinin və “bağban mexanizator” ixtisasına yiyələnməsinə dair təhsil illərini təsdiq edən şəhadətnamə üzrə bütün illərin cəmi, 19 il 6 ay 12 gün təşkil edir. Belə ki: - Niftəli Fətəliyevin hazırkı qərarın 45, 46 və 47-ci bəndin birinci hissəsində istinad edilən arxiv arayışlarındakı iş yerlərinin ardıcıllıq müddəti, 11.07.1979-cu ildən 09.07.1988ci ilədək olan müddət 8 il 11 ay 28 gün təşkil edir. - Niftəli Fətəliyevin hazırkı qərarın 47-ci bəndinin ikinci və üçüncü hissəsində istinad edilən arxiv arayışındakı iş yerinin müddəti 22.10.1992-ci ildən 21.04.1994-cü ilədək olan müddət 1 il 5 ay 29 gün təşkil edir. - Beləliklə, 45-47-ci bəndlərdəki qeydlərə əsasən iş stajı 10 il 5 ay 27 gün (8 il 11 ay 28 gün + 1 il 5 ay 29 gün= 10 il 5 ay 27 gün) təşkil edir. - Niftəli Fətəliyevin hazırkı qərarın 44 və 50-ci bəndlərində istinad edilən əmək kitabçasının və əmək kitabçasından çıxarışın qeydlərinə əsasən 11.07.1979-cu ilədək iş stajinin müddəti 06.09.1966-cı ildən 18.09.1967-ci il tarixinədək (1 il 12 gün), 1967-1969cu illərdə (2 il) həqiqi hərbi xidmət müddəti və 11.10.1978-ci il tarixdən 29.12.1978-ci il tarixədək (2 ay 18 gün), 01.08.1988-ci il tarixdən 15.05.1992-ci il tarixədək (3 il 9 ay 15 gün) olan müddət - 7 il 15 gün (1 il 12 gün + 2 il + 2 ay 18 gün + 3 il 9 ay 15 gün = 7 il 15 gün) təşkil edir. - Niftəli Fətəliyevin hazırkı qərarın 51-52-ci bəndlərində istinad edilən təhsil müddəti, yəni 1963-cü ildə 8 illik təhsilini başa vurduqdan sonra oxuduğu “bağban mexanizator” ixtisası üzrə 1964-1966-cı illərin 2 il müddəti əmək stajı ilə birlikdə 19 il 6 ay 12 gün (10 il 5 ay 27 gün + 7 il 15 gün + 2 il = 19 il 6 ay 12 gün) təşkil edir.

54. Beləliklə, mərhum N.Q.Fətəliyevin 07.10.2018-ci ildə öldüyü günə 70 yaşı olduğundan hazırkı qərarın 35-cü bəndində istinad edilən qanunun tələblərinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsinin əsas şərti mərhumun qazandığı sosial sığorta stajının 18 il 4 ay olmasıdır, yəni 70-15 = 55 x 4 ay = 220 ay : 12 ay = 18 il 4 ay.

55. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı qərarın 36-39-cu bəndlərində istinad edilən normaların tələbləri baxımından mərhum N.Q.Fətəliyevin təhsil aldığı peşə ixtisası, həqiqi hərbi xidmət və işlədiyi illərin ətraflı şərh edildiyi hazırkı qərarın 44-52-ci bəndlərində göstərilən müddətlər N.Q.Fətəliyevin sosial sığorta stajının əsası kimi qəbul edilməli və həmin müddətin 19 il 6 aydan artıq olması nəzərə alınaraq ailə başçısını itirməyə görə iddiaçıya pensiya təyin edilməsi üçün zəruri olan 18 il 4 ay tələb olunan stajdan artıq olmasına əsasən iddia tələbi qismən əsaslı hesab edilməlidir.

56. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hazırki qərarın 33-cü bəndində istinad edilən konstitusiyanın müvafiq maddələrinin tələbi baxımından hər kəs qanunla müəyyən edilmiş sosial təminat hüququndan istifadə edə bilər, o cümlədən əmək pensiyaları haqqında qanunun 14.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt ailə başçısını itirməyə görə əmək pensiyasının təyin olunması üçün müraciət edə bilməsi nəzərə alınmaqla iddiaçı 02.06.2020-ci ildə cavabdeh şöbəyə müraciət etməklə ona ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi barədə müraciətinin tamamilə imtina edilməsi əsassız olmuşdur. Belə ki, İddiaçı mərhum həyat yoldaşı N.Q.Fətəliyevin işləyərək əmək fəaliyyəti nəticəsində qazanmış olduğu iş stajının müddəti qanunla tələb olunan sığorta müddətini ödədiyindən iddiaçının pensiya hüququ yaranmışdır.

57. Kollegiya hazırki qərarın 10-cu bəndində öz əksini tapan cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir ona görə ki, bu dəlillərlər əsasən qanun normalarının sadalanmasından ibarət olmaqla iddiaçı tərəfin təqdim etdiyi əmək kitabçasında olan qeydlərin arxiv sənədlərində tam təsvir edilməməsi, diğər hallar da isə arxiv sənədlərilə təsdiqlənsə də, əmək haqqı cədvəllərinin olmaması səbəbindən qəbul edilməməsilə əlaqələndirilmiş, bu isə hazırkı qərarın 33-40-cı bəndlərində şərh olunan normaların tələblərinə cavab verməməklə hazırkı qərarın 43-53-cü bəndlərində istinad edilən iş materiallarında olan sübutların əlaqəli şəkildə təhlililə təkzib edilir.

58. Beləliklə, sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı ailə başçısını itirməyə görə əmək pensiyası hüququ yarandığı vaxtda deyil, bundan çox sonra, yəni 2020-ci ildə müraciət etməsi onun qanunla müəyyən edilən hüquqdan istifadə etməsinə məhdudiyyət qoymur. Bu baxımdan iddiaçının özünün iddia tələbinə dair dəqiqləşdirmə ərizəsi təqdim etməklə mərhum həyat yoldaşı X1 oxuduğu 1963-1965-ci il illər bağban mexanizator ixtisasının, 06.09.1966-18.09.1967-ci illərdə Elmlər Akademiyasında işlədiyi, 1967-1969-cu ildə hərbi xidmətdə olduğu illərin, 1983-1989-cu illərdə Lenin ordeni adına institutda oxuduğu illərin, 11.07.1979-02.07.1988 və 22.10.1992-21.04.1994-cü illərdə sovxozda işlədiyi, 1990-1991ci illərdə menecer komersant ixtisası aldığı kursun, 2005-2007-ci illərdə (01.01.2006-cı ildən sonra Lalə Firmasında işlədiyi və hansı ki, sosial sığorta haqqı ödənildiyi illər qeyd olunub) işlədiyi illərin sosial sığorta stajı kimi hesab olunmaqla 07.10.2018-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini istəməsi, lakin məhkəmə tərəfindən iddia tələbinin göstərilən iş stajlarının yuxarıda şərh edilənlərə əsasən qismən qəbul edilməsi nəzərə alınaraq İddiaçı 07.10.2018-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməli, eyni zamanda nəzərə alınmalıdır ki, İddiaçı 13.05.2012-ci ildən yaşa görə sosial müavinət ödənilmiş, ona görə də sonuncuya 07.10.2018-ci ildən sonra ödənilmiş yaşa görə sosial müavinəti ilə hazırkı qərarın icra edildiyi günə ödənilməli olan ailə başçısını itirməyə görə əmək pensiyasının fərqinin hesablanaraq birdəfəlik ödənilməsi və ailə başçısını itirməyə görə müəyyən olunacaq əmək pensiyasının qanunla müəyyən olunmuş qaydada ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalı, iddianın qalan hissəsi təmin edilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 2-1(118)-245/2021 saylı qərarı dəyişdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı “mərhum həyat yoldaşı X1 təhsil və işlədiyi müddətlərin sığorta stajına hesablanmaqla, mərhum həyat yoldaşının vəfat etdiyi 07.10.2018-ci ildən ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiası qismən təmin edilsin. İddiaçı 07.10.2018-ci ildən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməklə, 07.10.2018-ci ildən sonra ödənilən yaşa görə sosial müavinət məbləği hazırkı qərarın icra edildiyi günə hesablanacaq ailə başçısını itirməyə görə əmək pensiyasının məbləğindən çıxılmaqla qalan fərq məbləğinin birdəfəlik ödənilməsi və ailə başçısını itirməyə görə müəyyən olunacaq əmək pensiyasının qanunla müəyyən olunmuş qaydada ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar