Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-470/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Klinik Hərbi Hospitalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarlarının ləğv edilməsi, ekspertizanın təyin edilərək Zəfər altsisteminə yerləşdirilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2- 1(118)-2080/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 9318 nömrəli arayışa əsasən İddiaçı növbədənkənar hərbi xidmətə yararlı sayılmışdır. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Klinik Hərbi Hospitalı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarlarının ləğv edilməsi, ekspertizanın təyin edilərək Zəfər altsisteminə yerləşdirilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-ci ildən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin milli ordu sıralarında hərbi qulluqçu kimi N saylı hərbi hissədə xidmət göstərmiş, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi hospitallarda müayinə və müalicələr almış, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. Müharibədən sonra reabilitasiya ilə bağlı 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, iddiaçını hospitala müalicəyə buraxmamışlar. Məzuniyyət götürüb hospitala gedib qeydiyyata düşmüşdür. Daha sonra müayinə və müalicə üçün 19 may 2021-ci il tarixdən 19 iyun 2021-ci il tarixədək hərbi hospitalda müalicə olunaraq, kafi vəziyətində ordan buraxılsa da, psixiatriya və travmatoloqiya şöbəsindən yer olmadığına görə bir aydan sonra əməliyyata gəlməsini yazmışdılar. Hospitaldakı müalicə və müayinələrdən narazıdır. İddiaçıya xidmətə tam yararsız diaqnozunun qoyulmasına söz verildiyinə baxmayaraq, komissiyaya iki gün qalmış tərkibi dəyişdirilmişdir. Qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuş, hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Cavabdeh Hərbi Həkim Komissiyası tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər xəstəliklərinə görə hərbi xidmətə yararsız olduğunu bildirmişdilər. Buna görə hesab edir ki, cavabdeh HKK-nın 16 iyun 2021-ci il tarixdəki arayışı ləğv olunmalı və ekpertiza təyin olunmalıdır. Hal-hazırda iddiaçının hərbi xidmət dövründə aldığı xroniki xəstəlikləri ilə bağlı vəziyyəti kafidir, hərbi xidmətə tam yararsızdır və qüvvədə olmuş qanunvericiliyə görə qərarlar ləğv olunaraq Zəfər alt sisteminə yerləşdirilməlidir. Onun rəsmi müraciətinə cavab olaraq bildirilmişdir ki, yaşadığı ərazi üzrə həkim komissiyasına müraciət olunmalıdır. Hərbi hospitalda komissiyada olanda bu barədə maraqlanmaq istədikdə iddiaçını heç kim qəbul etməmişdir. Avqust ayının sonunda cərrahiyə şöbəsində əməliyyatdan sonra eyni epikriz təkrar yazılmış, lakin komissiyaya çıxarılmamışdır. Hesab edir ki, qanunun ağırlaşdığı hallarda geriyə qüvvəsi olmadığı üçün, (müharibə dövründə xəsarətlər aldığı dövrdə) qüvvədə olan qanunlar tətbiq olunmalıdır Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-2080/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Könül Həbibova). Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehlərə qarşı qaldırdığı iddia tələbi özlüyündə qeyri-müəyyən olduğundan tələbin qanunvericiliklə nəzərdə tutulmuş mümkünlük şərtlərini yoxlamaq mümkün deyildir. Bundan əlavə, iddiaçının ləğvini tələb etdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının qərarları həm iddia ərizəsində qeyd olunmamış, həm də iddia ərizəsinə qoşma şəklində əlavə edilməmişdir. Hazırki iddia tələbi ilə bağlı iddiaçı pretenziya qaydalarına da riayət etməmişdir. İPM-in 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan aydın olur ki, iddiaçı tərəfindən ayrı-ayrı vaxtlarda hazırkı tələblərlə, eyni cavabdehlərə qarşı iddia ərizələri ilə məhkəməyə müraciətləri olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək işin birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, məhkəmə tərəflərin iştirakı olmadan və vəsatətinə əsasən yeni ekspertiza təyin olunmadan hazırkı qərardadı qəbul etmişdir. Halbuki, tərəflər məhkəmə iclasına dəvət olunaraq sübutlar araşdırılmalı idi. İşə baxan məhkəmə onun bomba partlayışı nəticəsində aldığı kontuziya-kəllə beyin travması, beyin hissəsində qəlpələrin təsirindən 24 fevral tarixədək Respublika Psixiatriya Xəstəxanasına göndərilməsi və müalicədə olduğuna görə məhkəmə iclasının təxirə salınması barədə ərizə və teleqramla müraciət etməyinə baxmayaraq, həmçinin, iddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə kimi qəbul etmədən qərardad qəbul etmişdir. AR MN hərbi hospitalına dəfələrlə müraciətdən sonra beyin nahiyəsindəki ağrılara və psixi vəziyyətinə görə tomoqrafiya keçirilmiş və beynində qəlpələrin olduğu sübut edilsə də, ekspertiza və şəhadətləndirilmə vaxtı onları gizlətmişlər. Hospitalda isə ona yalnız ağrıkəsici dərmanlar vermişlər. Halbuki, müharibədən sonra reabilitasiya və müalicələr aparılmalı idi. Ekspertdən də müayinə olunmasını tələb etsə də, ona göndəriş verilməmişdir. Hansı ki, həmin müayinənin işin mahiyyəti üzrə həll edilməsi üçün böyük əhəmiyyəti vardır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflər məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdilər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İşdən görünür ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur Belə ki, iddiaçı daha əvvəl analoji tələblə, yəni Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı həmin orqanın 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi tələbi ilə məhkəmədə iddia qaldırmış, Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)-958/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 dekabr 2023-cü il tarixli, 2-1(104)-941/2023 nömrəli qərarı ilə həmin qərardan iddiaçının verdiyi apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının həmin qərardan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilmə barədə ərizəsi məhkəmənin 26 yanvar 2024-cü il tarixli qərardadı ilə təmin edilməmişdir. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 aprel 2024-cü il tarixli, 2-1(102)-1388/2024 nömrəli qərardadı ilə təmin edilməmişdir. Bununla da, Sumqayıt İnzibati Məhkəməsinin 14 sentyabr 2023-cü il tarixli, 2-1(118)-958/2023 nömrəli qərarı qanuni qüvvəyə minmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, İPM-in 45.5, 45.5.1-ci maddələrinə əsasən iddia ərizəsinin icraata qəbul edilməsi aşağıdakı hüquqi nəticələri doğurur: İddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İndiki halda isə ümumiyyətlə nəinki hazırkı iddia ilə paralel eyni iddia ilə başqa məhkəməyə müraciət olunub, hətta yuxarıda artıq göstərildiyi kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı vardır. Eyni zamanda, İPM-nin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmçinin, qeyd edilməlidir ki, (İPM-in 1.2-ci maddəsinə istinadən) MPM-in 82.3-cü maddəsinə müvafiq olaraq bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sözügedən prosessual hüquq normalarından göründüyü kimi, hazırkı iddiaya məhkəmə icraatında baxılması mümkün deyildir. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3- cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 fevral 2020-ci il tarixli qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işin bu vəziyyəti hazırkı iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və gəlinən nəticə İPM-in 78-ci maddəsinin tələbinə uyğundur. İPM-in 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. İddiaçı yenidən eyni tələblə məhkəməyə müraciət etməsi üçün yeni əsasların mövcud olduğunu əsaslandıra bilməmişdir. Bundan əlavə iddiaçı apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin onun iştirakını təmin etmədən yekun məhkəmə aktı qəbul etdiyini bildirmişdir. Kollegiya həmin dəlili əsassız sayaraq bildirir ki, işdən göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya 11 dekabr 2023-cü il tarixli məhkəmə bildirişi və SMS xəbərdarlıq göndərilərək 10 yanvar 2024-cü il tarixli məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının iştirakının təmin edilməsi məqsədilə həmin məhkəmə iclası növbəti – 09 fevral 2024-cü il tarixə təxirə salınmış, iddiaçıya həmin məhkəmə iclası ilə bağlı 15 yanvar 2024-cü il tarixli məhkəmə bildirişi və SMS xəbərdarlıq göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Göründüyü kimi iddiaçı məhkəmə iclasları barədə lazımi qaydada məlumatlandırılmış, lakin özü məhkəmə iclasında iştirak etməmişdir. Beləliklə, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2-1(118)-2080/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-470/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-470/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver