Məhkəmə qərarları › İş №2-1(105)-470/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-470/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-470/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən X8 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dair mülkiyyət hüquqlarının İddiaçı adına (xüsusi mülkiyyətinə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərardadına əsasən X9 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X8 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini almışdır. X3 arvadı X2 alqı-satqıya notarial qaydada razılığını vermişdir. xx.xx.2024-cü il tarixli, 7E- 2907 reyestr nömrəli etibarnaməyə əsasən xx.xx.2024-cü il tarixədək X9 tərəfindən İddiaçı Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X8 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə dair müvafiq hərəkətləri etməyi etibar etmiş, X6 arvadı X2 alqı-satqıya notarial qaydada razılığını ifadə etmişdir. X3 Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə sonuncuya ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün müraciət etməyə və hüquqlarının qeydiyyata alınmasına subyektiv hüququ yaranmışdır. Belə ki, sözügedən şəxsin (X6) Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmrinə etimad hüququ yaranmışdır, bu səbəbdən də onun Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsini legitim gözlənti hüququ qorunmalıdır. İddia tələbi isə İddiaçı 17 fevral 2024-cü il tarixli ilkin müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli 41 nömrəli əmri ilə vətəndaş X8 ayrılmış Abşeron rayonu Donuzkökəltmə sovxozunda fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini alması və MM-in 225.6-cı maddəsinin tələblərinə uyğun olaraq X6 arvadı X1 alqı-satqıya notarial qaydada razılığını ifadə etməsi əsasında sözügedən əmlaka dair mülkiyyət hüquqlarının öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi ilə bağlıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etiraz ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Donuzkökəltmə sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə 10 may 2024cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışla 0,08 ha torpaq sahəsinin X8 ayrıldığı və iddiaçının sözügedən torpaq sahəsi üzərində müraciət etmək səlahiyyətinin olmadığı müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərarı ilə iddia təmin edilmiş, Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989cu il tarixli 521 saylı qərarı və Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən üçüncü şəxs X8 ayrılmış fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinə dair İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır (hakim Qəşəm Məmmədli). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı işdə olan hüquq müəyyənedici sənədlər və üçüncü şəxslə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən ilkin sübutu təşkil edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandımış əlavə olaraq qeyd etmişdir ki, torpaq sahəsinin müayinə baxışına şərait yaradılmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Maddə 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Maddə 15.3. İnzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab etməklə yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki: Abşeron rayon Dövlət arxivinin xx.xx.2018-ci il tarixli, F-898 nömrəli arxiv çıxarışından görünür ki, Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarı ilə sovxoz əmək kollektivi şurası ilə həmkarlar komitəsinin birgə ümumi iclasının 23 nömrəli qərarına əsasən X8 0,08 ha torpaq sahəsi ayrılmışdır. Abşeron rayon Donuzkökəltmə Sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrindən çıxarışdan görünür ki, X8 fərdi yaşayış evi tikmək üçün 0,08 ha torpaq sahəsi ayrılmışdır. X9 ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə notarial ilkin müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən tərəflər Azərbaycan Respublikası Nazirlər Sovetinin 26 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmri ilə birinci tərəfə ayrılmış Abşeron rayonu Donuzkökəltmə Sovxozunda fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsini 112500 (yüz on iki min beş yüz) manata ikinci tərəfə satılması barədə və xx.xx.2074-cü il tarixinə kimi alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək bu müqaviləni bağladılar. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən birinci tərəf satılacaq torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata qiymətləndirir və torpaq sahəsini və üzərindəki tikilini həmin qiymətə ikinci tərəfə satmağı, ikinci tərəf isə həmin torpaq sahəsini 112500 (yüz on iki min beş yüz) manata almağı öhdəsinə götürür. İkinci tərəf satış məbləğini, yəni 112500 (yüz on iki min beş yüz) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə birinci tərəfə ödəyir. X5 xx.xx.2024-cü il tarixli notarial ərizəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin 28 oktyabr 1989-cu il tarixli 521 saylı qərarına və Donuzkökəltmə Sovxozunun xx.xx.1998-ci il tarixli 41 nömrəli əmrinə əsasən əri X6 adında olan Abşeron rayonu, Donuzkökəltmə sovxozunun ərazisində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,08 ha torpaq sahəsinin satılmasına etiraz etmir. Sumqayıt İnzibati Məhkəməsinin 07 yanvar 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərardadına əsasən X9 hazırkı iş üzrə inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Hazırkı mübahisənin predmetini cavabdehin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsindən imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə iddiaçının subyektiv hüququnun olub-olmamasına münasibətdə qeyd etmişdir ki, İddiaçı ilə üçüncü şəxs A.Ağayev arasında 0,08 ha torpaq sahəsinin 0,03 ha hissəsinin satılmasına dair müqavilə imzalanmışdır. Həmin müqavilə ilkin müqavilə formasında bağlansa da, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürülmüş torpaq sahəsinin dəyəri olan 112500 manat məbləğində ödənişin edilməsi ilə bağlı öhdəlik tam formada icra olunmuşdur. Bu hal üçüncü şəxsin izahatında da öz təsdiqini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən müqavilənin şərtləri tam şəkildə icra edildiyindən onun hazırkı iddianı qaldırmaqla bağlı subyektiv hüququ olmuşdur. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinə əsasan 0,08 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün üçüncü şəxs X8 ayrılmışdır. Üçüncü şəxs həmin torpaq sahəsinin 0,03 ha hissəsini iddiaçıya satmış və bununla bağlı tərəflər arasında xx.xx.2024cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən üçüncü şəxsə 112500 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra iddiaçı ona satılmış 0,03 ha torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən onun müraciəti cavabsız saxlanılmışdır. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Cavabdehin iddiaya dair etirazında göstərilən imtina üçün əsas olmuş dəlilləri məhkəmə əsassız hesab edir. Belə ki, iddiaçının həmin torpaq sahəsinin qeydiyyata alınaraq adına çıxarışın verilməsi ilə bağlı subyektiv hüququ mövcud olmuş, eyni zamanda torpaq sahəsi digər şəxslərin hüquqları ilə yüklü deyil, müqaviləyə əsasən 0,03 ha torpaq sahəsi iddiaçıya satılmış, həmin torpaq sahəsi iddiaçının istifadəsindədir, torpaqla bağlı hər hansı mübahisə mövcud deyil. Torpaq sahəsinin ayrılmasına dair Abşeron Rayonu Donuzkökəltmə sovxozunun 04 iyul 1998-ci il tarixli, 41 nömrəli əmrinin ləğv və ya etibarsız hesab edilməsi iş materiallarına əsasən müəyyən edilmir, həmin sənədlərin mötəbərsizliyinə dair dəlillər cavabdeh tərəfindən təqdim edilməmişdir. İddiaçı məhz qanuni istifadəsində olan torpaq sahəsi üzərində hüquqlarının qeydiyyatını tələb edir. Məhkəmə hesab etmişdir ki, hazırkı işdə olan hüquq müəyyənedici sənədlər və üçüncü şəxslə iddiaçı arasında bağlanmış müqavilə iddiaçının torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edir. Cavabdeh tərəfindən həmin hüquqmüəyyənedici sənədlərin qanunvericiliklə tələb olunan müvafiq sənədlərə uyğunluğu yoxlanılmadan, qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, əsassız olaraq torpaq sahəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşır və cavabdehin apellyasiya şikayəti dəlillərinə münasibətdə isə aşagıdakıları qeyd edir. Cavabdehin dəlilləri ondan ibarətdir ki, iddiaçının müraciət etmək hüququ yoxdur və torpaq sahəsinə müayinə baxışı üçün şərait yaradılmamışdır. Məhkəmə kollegiyası iddiaçının müraciət etmək hüququnun olmaması ilə bağlı cavabdehin dəlilini əsassız sayır. Kollegiya hesab edir ki, yuxarıda qeyd edilən sənədlər iddiaçının müraciət hüququ üçün əsas təşkil edir və birinci insatnsiya məhkəməsi öz qərarında qeyd edilən halı kifayət qədər əsaslandırmışdır. Cavabdehin ikinci dəlili isə ondan ibarətdir ki, iddiaçı tərəfindən torpaq sahəsinə müayinə baxışı üçün şərait yaradılmamışdır. Lakin cavabdeh inzibati orqan bununla bağlı hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ:

Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 fevral 2025-ci il tarixli, 2-1(118)-3486/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar