Məhkəmə qərarları › İş №2-1(105)-471/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-471/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-471/2021 09.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Ağayev Rəşadət Əhməd oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi ilə, İddiaçı vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi, məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(118)-945/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək , işdən çıxarılması barədə 01 iyul 2020-ci il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində başlamış, 2015ci ildən 2019-cu ilin iyun ayına kimi DSMF-nin Qubadlı rayon şöbəsində baş məsləhətçi, 2020-ci ilin iyul ayına kimi isə Qubadlı rayon Məşğulluq Mərkəzinin müdiri vəzifəsində işləmişdir. 01 iyul 2020-ci il tarixdə qanunsuz olaraq işdən çıxarılmışdır. İşdən azad olunması barədə əmrin surətini hazıradək almamışdır, habelə əmk kitabçası və son haqqhesabı almamışdır. Ona verilən şifahi məlumatdan məlum olmuşdur ki, işdən çıxarılmasına səbəb vətəndaş X3 qanunsuz olaraq 2000 manat pul tələb etməsi və bu səbəbdən də barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət təqibinin başlanılması olmuşdur. Halbuki, müstəntiq X6 04.11.2020-ci il tarixli qərarına əsasən həmin fakt ös təsdiqini tapmadığından cinayət təqibinin başlanması rədd olunmuşdur. 04.12.2020-ci il tarixdə iddiaçı işdən çıxarılması barədə əmrin surətini əldə etmək üçün ərizə ilə cavabdeh nazirliyiə müraciət etsə də, onun ərizəsinə cavab verilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(118)-945/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim vəfa Əzizova). Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, işdən azad olunmağı ilə bağlı əmrin surətini almamış, bu haqda ona heç bir məlumat verilməmişdir. Habelə, əmək kitabçasını və yekun haqq-hesabı almamışdır. Ona verilən şifahi məlumata əsasən işdən çıxarılmağına səbəb vətandaş X3 qanunsuz olaraq 2000 manat pul tələb etməyi və bu səbəbdən də barəsində Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsində cinayət təqibinin başlanılması olmuşdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, kiçik ədlyyə müşaviri X4 icraatında olan ********* nömrəli cinayət iş üzrə 04.11.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarına əsasən, onun X5 2000 manat pul tələb etməyi faktı öz təsdiqini tapmadığı üçün cinayət təqibinin başlanması rədd olunmuşdur. 04.12.2020-ci il tarixdə Əmək və X7 Nazirliyinə tutduğu vəzifədan azad olunamğına dair əmrin surətini poçt vasitəsiylə yaşadığı ünvana göndərilməsiylə bağlı müraciət etsə də ərizəsinə cavab verilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən, işdən çıxarılmağını tamamilə qanunsuz və əsassız hesab edir. Barəsində hüquq-mühafizə orqanları tərəfindən araşdırılma aparıldığı üçün və əmrin surəti ona təqdim edilmədiyi üçün o, məhkəməyə vaxtında müraciət etməmişdir. Bundan əlavə, əmək kitabçası ona verilməmişdir. O, həmin vaxtı işdən azad edildiyini deyil, barəsində verilmiş şikayəti ilə əlaqədar işdən kənarlaşdırıldığını düşünmüşdür. Odur ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır və vahid məhkəmə təcrübəsinə ziddir. Belə ki, eyni hakimin onun kimi şər-böhtna məruz qalaraq cinayət məsuliyyətinə çəlb edilmiş və sonradan bəraət almış başqa bir əməkdaşın işinə bərpa olunması barədə qərarı vardır və son instansiyayadək qüvvədə qalmışdır. TƏRƏFLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri X1 və X8 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının tutduğu vəzifədən azad olunması barədə 01.07.2020-ci il tarixli əmr verilməmişdən qabaq iddiaçının 24.06.2020-ci il tarixdə izahatı alınmışdır. İddiaçının mübahisələndirilən əmrin məzmunundan 01.07.2020-ci il tarixdə məlumatı olsa da, bundan 8 aydan çox müddət keçdikdən sonra, yəni 29.03.2021-ci il tarixində məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüuünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı 10 aprel 2015-ci il tarixli Qərarının 2.3-cü bənidnə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiyüa məhkəməsi düzgün olaraq iddianı mümkün saymamış, buna görə apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85, 87.6 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Apeylasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(118)-945/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qəraqdadından təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh küçəsi 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar