Məhkəmə qərarları › İş №2-1(105)-471/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-471/2024

24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-471/2024 24.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X3 ibarət tərkibdə, X32 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “özəlləşdirmənin etibarsız hesab edilməsi və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(118)-154/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət 2 nömrəli mənzilə dair X4 adına 4 nəfərdən ibarət ailə tərkibi ilə (qızları X17, X14, X18 və X15) Azərbaycan SSRİ Abşeron rayon X10 İcraiyyə Komitəsi tərəfindən verilmiş 25 iyun 1975-ci il tarixli, 000075 nömrəli order verilmişdir. AZ seriyalı, 068814 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən X8 23 yanvar 2011-ci il tarixdə ölmüşdür. Daha sonra həmin mənzil X4 həyat yoldaşı X16 adına 2005-ci il tarixdə özəlləşdirilərək onun adına Abşeron rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 17799 qeyd nömrəli, 1146 inventar nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzilə dair özəlləşdirmənin etibarsız hesab edilməsi və həmin mənzilə dair verilmiş 17799 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyun 1975-ci il tarixli, 000075 nömrəli order əsasında ünvan 2 ünvanında yerləşən 2 nömrəli mənzil (keçmiş ev 13A, mənzil 2) X7 məxsus olmuşdur. Həmin orderdə Əzizi (keçmiş soyadı Bünyadova) Xalidə Nəbi qızı da ailə üzvü kimi göstərilmişdir. Hazırda iddiaçıya məlum olmuşdur ki, ev X5 və X19 xüsusi mülkiyyətindədir. Mənzilin order üzrə sahibi X8 vəfat etdikdən sonra mənzil onun həyat yoldaşı X11 adına özəlləşdirilmişdir. X20 vəfat etdiyindən mənzillər paylı mülkiyyət kimi onun övladları olan X5 və X19 xüsusi mülkiyyətinə keçmişdir. SSRİ dövründə mənzillər istifadəçi və icarəçi olaraq mənzil sahiblərinə order əsasında məxsus olmuşdur. Sonradan 1993-cü ildə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Mənzilin özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı tələb olunur. İddiaçı sözügedən mənzildə qeydiyyatsız yaşayır. Orderdə adı göstərilməsinə, həmçinin, mənzildə faktiki yaşamasına baxmayaraq, mənzilin X11 adına özəlləşdirilməsi ilə bağlı iddiaçı heç vaxt razılıq verməmişdir, mənzilin özəlləşdirilməsindən məlumatı olmamışdır. Bununla da, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin tələbləri pozulmaqla, mənzilin özəlləşdirilməsi qanunsuz həyata keçirilmişdir. Hazırda yaşayış sahəsi adıçəkilən şəxslərin mülkiyyətinə verildiyi üçün iddiaçı qeydiyyatda olduğu mənzildə yaşayış hüququnu itirmək təhlükəsi ilə qarşılaşmış və buna görə də onun hüquqları, o cümlədən, mülkiyyət hüququ pozulmuşdur. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən həmin ünvan 2 ünvanında yerləşən mənzil 2-yə dair X12 adına 1146 inventar nömrəli, 17799 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinin ləğvi ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət daxil olmamışdır. Eləcə də, qeydiyyat vəsiqəsi əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə çıxarışın əldə edilməsi ilə bağlı müraciət aşkar edilməmişdir. Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavabdeh təşkilatın imtinasının olub-olmaması ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu maddəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hesab edir ki, iddia mümkün sayılmamamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(118)-154/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, hal-hazırda iddiaçının mübahisələndirdiyi yaşayış evi ilə 25 iyun 1975-ci il tarixli orderlə onun mərhum atası və ailə üzvlərinin mülkiyyətinə ayrılmış mənzil ayrı-ayrı mənzillərdir, qeyd olunan orderlə onun mərhum atasına məxsus olmuş ev (A tikilisi) sökülmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ailə quraraq orderdə göstərilən mənzilin pasport qeydiyyatından çıxmışdır. Belə olan halda, həmin mənzil üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığı halda, o həmin evdə qeydiyyatda olmadığından onun razılıq ərizəsi tələb olunmur. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsində icarədarın ailə üzvü – uşağı kimi hüququ təsbit olunmuşdur. Buna baxmayaraq, mənzil özəlləşdirildiyi zaman mənzil sahəsinə istifadə hüququ olan digər ailə üzvləri mənzilə hüququ olanlar barədə cavabdeh orqana düzgün məlumat verməmiş, mənafeləri baxımından mənzilin özəlləşdirilməsinə istədikləri qaydada nail olmuş və gələcəkdə gözlənilən mülkiyyət hüququnu nəzərə almamışlar. Belə ki, işə baxan məhkəmə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, həmin maddədə göstərilmişdir ki, vətəndaş yaşadığı mənzili özəlləşdirmək barədə X6 və mülkiyyət hüquqlarının qeydiyyatı orqanına verdiyi ərizəyə, mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizəsi, mənzil sahəsinin orderi, mənzilin kommunal şəraiti barədə MKİS-nin arayışı əlavə edilir. Mənzilə dair 1975-ci ildə verilmiş orderdə, mənzil sahəsinə hüququ olan şəxslərin, ailə üzvlərinin sırasında iddiaçının adı da göstərildiyinə baxmayaraq, cavabdeh orqan yalnız Forma 2 arayışı əsasında mənzilin özəlləşdirilməsini həyata keçirmişdir. Bundan əlavə, mübahisə yaşayış mənzili və mənzilə dair verilmiş qeydiyyatın ləğvi barədə olsa da, həmin mənzilin yerləşdiyi torpaq sahəsinə olan vərəsəlik hüququ da məhkəmə tərəfindən, ümumiyyətlə, araşdırılmamış, bu yöndə iddia tələbinin dəyişdirilməsi barədə hüquq və vəzifələr iddiaçıya izah edilməmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş proses iştirakçılarına (iddiaçıya) yardım vəzifəsini tam yerinə yetirməmiş, məhkəmə çəkişməsi prinsipinin tələblərini pozmuşdur. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğu yoxlanılmadan iddia tələbinin əsaslığına hüquqi qiymət verildiyindən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Şəxsin inzibati məhkəməyə müraciəti “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın bilavasitə onun hüquq və azadlıqları ilə bağlı hərəkət və ya hərəkətsizliyindən müdafiə məqsədi daşımalıdır. Bu mənada, şəxsin məhkəmə qaydasında hüquqi müdafiəyə ehtiyacını şərtləndirən konkret inzibati fəaliyyət mövcud olmalı və ən azından onun hüquqlarını pozma potensialına malik olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər (7-ci bənd). Hazırkı işdən görünür ki, iddiaçının özəlləşdirilmə nəticəsində reyestrdə aparılmış qeydiyyatın ləğvinə dair iddianı qaldırmağa hüquqi marağı aradan qalxmış, konkret halda reyestrdə qeydiyyatın mübahisələndirilməsinə dair hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, Abşeron rayon X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən tərəfindən mənzilə dair X16 adına tərtib edilmiş 2007-ci il tarixli, 17799 qeyd nömrəli, 1146 inventar nömrəli “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu” ndan görünür ki, yaşayış evi “A” (yaşayış evi) və “B” (təsərrüfat damı) tikililərindən ibarət olmuş, hansı ki, yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən texniki pasportda göstərilən tikililərin hazırda mövcud olub-olmaması, habelə həmin tikililərdən hansının orderdə göstərilən və iddiaçı tərəfindən mübahisələndirilən yaşayış evi olduğunun müəyyən edilməsi məqsədilə cavabdeh inzibati orqandan mütəxəssis rəyi alınmışdır. Həmin rəydən görünür ki, texniki pasportda göstərilən tikililərdən “A” tikilisi tamamilə sökülmüş, “B” isə yerində mövcuddur, 000075 nömrəli, 25 iyun 1975-ci il tarixli orderdə göstərilən mənzil texniki pasportda göstərilən tikililərə aid deyil. Belə ki, mənzilə dair orderdə göstərilmiş sahə, mərtəbəlik, ünvan və təyinat ilə texniki pasportdakı məlumatlar arasında uyğunsuzluq var, üst-üstə düşmür. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi X16 adına özəlləşdirilən mənzilə dair tərtib edilmiş texniki pasportda göstərilən yaşayış evi sökülmüşdür. Eyni zamanda, işdən görünür ki, hazırkı iş üzrə iddiaçının qardaşları arasında mülki məhkəmə çəkişmələri zamanı da mübahisə predmeti hazırkı mənzil və onun yerləşdiyi torpaq sahəsi olmuşdur. Belə ki, iddiaçı X1 cavabdeh X21 qarşı yaşayış evinin onun hissəsinə verilməsi və torpaq sahəsinin bölünməsi tələbinə dair iddiası Abşeron Rayon Məhkəməsinin 01 iyun 2017-ci il tarixli, 2(012)-1570/2017 nömrəli qətnaməsi ilə təmin edilmiş, iddiaçı və cavabdehin paylı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin üzərində inşa edilmiş sahəsi 86,6 kv.m olan birmərtəbəli fərdi yaşayış evinin iddiaçının hissəsinə verilməsi şərtilə, 03 may 2017-ci il tarixdə verilmiş ekspert rəyində göstərilmiş bölgü plan sxeminə uyğun 0,10 ha torpaq sahəsinin onlar arasında paylara uyğun şəkildə naturada bölünməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvəyə minmiş 02 dekabr 2019-cu il tarixli, 2(105)-1107/2019 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-1570/2017 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən mübahisəli 0,10 ha torpaq sahəsinin (daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışda göstərilən) üzərində inşa edilmiş sahəsi 86.6 kv.m olan birmərtəbəli tikilinin iddiaçıya aid hissədə qalması şərtilə, sözügedən 0,10 ha torpaq sahəsinin 03 iyun 2019-cu il tarixli ekspert rəyinə əlavə edilmiş sxemə uyğun olaraq iddiaçı X2 4/9, X22 4/9 və X9 1/9 hissə olmaqla, aralarında naturada bölünməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 avqust 2020-ci il tarixli, 2(102)-2778/2020 nömrəli qərarı ilə apellyasiya instansiya məhkəməsinin 2(105)-1107/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bu normasının mənasına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən və hazırkı iş üçün preyudisial əhəmiyyət daşıyan hallardan görünür ki, mərhum X16 mülkiyyətində olmuş Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Nəsimi küçəsində yerləşən yaşayış sahəsi 20.1 kv.m, köməkçi sahəsi 46.2 kv.m olan 2 otaqdan ibarət yaşayış evi sökülmüş, həmin ərazidə X5 tərəfindən 86.6 kv m özbaşına tikili inşa edilmişdir. Beləliklə, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilən hallardan, həmçinin iş üzrə təqdim edilən mütəxəssis rəyindən göründüyü kimi, vaxtilə X16 adına özəlləşdirilən yaşayış evi hazırda tamamilə sökülmüş, yerində Ş.Bayramov tərəfindən özbaşına tikili inşa edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının özəlləşdirilməsini mübahisələndirdiyi yaşayış evi hazırda ümumiyyətlə mövcud olmadığından (söküldüyündən), evin özəlləşdirilməsini mübahisələndirməkdə iddiaçının hüquqi marağının mövcudluğu müəyyən olunmur. Çünki, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırda isə bu mümkün deyildir. Birinci instansiya məhkəməsi isə işin yuxarıda qeyd edilən xüsusatlarını nəzərə almadan işə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Beləliklə, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin sadalanan xüsusatlarını nəzərə alaraq hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək iddia mümkün sayılmamalı, apellyasiya şikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 2-1(118)-154/2023 nömrəli qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar