Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-474/2024 30.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: rayon icra hakimiyyəti başçısının sərəncamı əsasında torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması) Sədrlik edən və məruzəçi hakim X8, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-38/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamından çıxarışdan görünür ki, X13 bağçılıq-bostançılıq üçün 0.10 hektar torpaq sahəsinin ayrılması və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 314 saylı, 05 sentyabr 2006-cı il tarixli sərəncamından çıxarışdan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X12 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kvm-lik bağ sahəsinin 500 kv.metri özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi qərara alınmışdır. Abşeron rayon Bağlar Təsərrüfatı İdarəsi tərəfindən möhürlə təsdiq edilmiş Abşeron rayon Bağlar Təsərrüfatı İdarəsinə Təhkim olunmuş Ərazinin Baş Planından çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır. Abşeron rayonu Novxanı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yerquruluşu planından çıxarışdan görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsi İddiaçı adına qeydə alınmışdır və onuna adına yerquruluşu planından çıxarış tərtib edilmişdir. RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AN-İ № ******* saylı, 20 iyun 2013-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi X16 tərəfindən X1. RX seriyalı, ******* saylı, xx.xx.2013-cü il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. AZ-İ № ******* saylı, 17 mart 2015-ci il tarixli, 4Ə-870 saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən 0.095 ha torpaq sahəsi X6 tərəfindən X2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, torpaq sahəsinin bir hissəsi Samur- Abşeron su kanalının mühafizə zolağında yerləşir və torpaq sahəsi bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncam ilə X13 ayrılmış torpaq sahəsinin koordinatları ilə X12 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar üst-üstə düşür; İddiaçı adına verilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin Yerquruluşu planından çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür; X13 RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışla məxsus olmuş torpaq sahəsi RX seriyalı, ******* saylı çıxarışla X3 mülkiyyətində olan 0.095 ha torpaq sahəsi ilə eyni torpaq sahəsidir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, təqdim edilmiş sənədlər ekspertiza edilərkən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamından çıxarışla iddiaçıya ayrıldığı müəyyən edilməsinə baxmayaraq iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron Rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X12 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il 373 nömrəli sərəncamından çıxarışla X13 aynlmış 0.10 ha torpaq sahəsinin 18 iyun 2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə tam şəkildə rəsmiləşdirilmişdir. Əlavə olaraq bildiririk ki, baxış keçirilmiş ərazidə yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında, bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi aşkar edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “cavabdeh inzibati orqan tərəfindən X12 adına Abşeron rayon Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsinə mülkiyyət hüquqina dair aparılmış qeyd (xx.xx.2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarış) qismən, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən ona ayrılmış 0,05 ha torpaq sahəsi hissəsində ləğv edilməsi, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən mənə ayrılmış Abşeron rayon Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının qeydə alınmasında cavabdeh inzibati orqanın imtinası qanunsuz hesab edilməsi və Abşeron rayon Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsinə dair onun mülkiyyət hüquqlarının qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X13 Novxanı sovxozu ərazisindən 0,10 ha bağşılıq-bostançılıq üçün torpaq sahəsi ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən həmin bağ sahəsinin 0,05 ha hissəsi F.Nağıyevin və ailə üzvünün razılığı ilə onun adına keçirilmişdir. Həmin sərəncam əsasında onun adına Abşeron rayonu Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 0,05 ha bağ sahəsinin ayrıc sənədi tərtib edilmiş və bağçılığın üzvlü kitabçası verilmişdir. Onun tərəfindən həmin torpaq sahəsinə dair Novxanı bələdiyyəsinə müvafiq olaraq hər il torpaq vergisi ödənilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmiş və həmin İdarə tərəfindən ona 10.1 1.2021-ci il tarixdə imtina məktubu verilmişdir. İmtina məktubundan məlum olmuşdur ki, üçüncü şəxs F.Nağıyevə ayrılmış 0,10 ha torpaq sahəsinin 0,05 ha hissəsi sonradan sərəncamla ona ayrılmasına baxmayaraq, onun müraciəti əsasında bütünlüklə 0,10 ha torpaq sahəsi 3-cü şəxs F.Nağıyevin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü ildə qeydə alınmışdır. Həmçinin məktubda baxış keçirilmiş ərazidə yerləşən torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında, bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi aşkar edildiyi və bu səbəblərdən ərizənin icrasından imtina edildiyi qeyd edilmişdir. Cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilməsi tam əsassız və qanunsuz olmaqla, onun mülkiyyət hüquqlarının pozulmasına əsas olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, təqdim edilmiş sənədlər ekspertiza edilərkən, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.05 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının 05 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamından çıxarışla iddiaçıya ayrıldığı müəyyən edilməsinə baxmayaraq iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X12 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edilmişdir. Nəzərinizə çatdırırıq ki, yuxarıda göstərilən Abşeron rayon icra hakimiyyəti başçısının 12 avqust 1992-ci il 373 nömrəli sərəncamından çıxarışla X13 aynlmış 0.10 ha torpaq sahəsinin 18 iyun 2013-cü il tarixdə **********81 reyestr nömrəli çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə tam şəkildə rəsmiləşdirilmişdir. Nəzərinizə çatdırırıq ki, sözügedən torpaq sahəsi xx.xx.2013-cü il tarixində X4 alqı-satqı müqavilə əsasında özgəninkiləşdirilmiş və sonuncu daşınmaz əmlakın dövlət reyestrindən sözügedən torpaq sahəsi üzərində yerləşən baq evinə dair vahid daşınmaz əmlak kimi xx.xx.2013-cu il tarixində çıxarış əldə etmişdir. Əlavə olaraq bildiririk ki, baxış keçirilmiş ərazidə yerləşən iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur- Abşeron su kanalının mühafizə zolağında yerləşdiyi aşkar edilmişdir. İddiaçının idarəyə təqdim etdiyi 27 dekabr 2019-cu il tarixli ərizəsinin icrası, ilk növbədə başqa şəxsin torpağa olan hüquqları ləğv edilməklə təmin edilə bilər. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydlərə hər-hansı əsassız müdaxilə həmin şəxsin xüsusi mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-38/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və planölçü sənədinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X13 bağçılıq-bostançılıq üçün ayrılmışdır. Abşeron Rayon İcra Hakimiyyəti başçısının 314 saylı, 05 sentyabr 2006-cı il tarixli sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı sərəncamı ilə X12 adına verilmiş Novxanı bağları ərazisindəki 1000 kvm-lik bağ sahəsinin 500 kv.metri özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi və həmin sahədə bağ evi tikintisinə icazə verilməsi qərara alınmışdır. Bununla bağlı iddiaçının adına Abşeron rayonu Novxanı bələdiyyəsinin sədri tərəfindən təsdiqlənmiş yeruquluşu planından çıxarış tərtib edilmişdir. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. Cavabdeh orqan imtinasının ilkin dəlili kimi iddiaçıya ayrılmış 0.05 ha torpaq sahəsinin əvvəllər Abşeron rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X12 adına verilmiş 0.10 ha torpaq sahəsinin sənəd üzrə bir hissəsi olduğu aşkar edildiyini qeyd etmişdir. Cavabdehin qeyd edilən dəlilini araşdırmaq üçün aidiyyatı üzrə sorğular vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.2006-cı il tarixli 314 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış 0,05 ha torpaq sahəsinin koordinatlarının “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, torpaq sahəsinin bir hissəsi Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşir və torpaq sahəsi bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Abşeron rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli sərəncam ilə X13 ayrılmış torpaq sahəsinin koordinatları ilə X12 adına tərtib edilmiş RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışda göstərilən koordinatlar üst-üstə düşür; İddiaçı adına verilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin Yerquruluşu planından çıxarışda göstərilən 0.05 ha torpaq sahəsinin koordinatları ilə “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür; X13 RX seriyalı ******* nömrəli, **********81 reyestr nömrəli çıxarışla məxsus olmuş torpaq sahəsi RX seriyalı, ******* saylı çıxarışla X3 mülkiyyətində olan 0.095 ha torpaq sahəsi ilə eyni torpaq sahəsidir. Qeyd edilən mütəxəssis rəylərindən görünür ki, hal-hazırda iddiaçının üzərində mülkiyyət hüquqlarının alınmasını istədiyi, Abşeron rayonu, Novxanı kəndinə yerləşən 0.05 ha torpaq sahəsi cavabdehin öz imtina məktubunda qeyd etdiyi Abşeron Rayon İcra hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 nömrəli sərəncamdan çıxarışla X12 adına verilmiş 0.10 ha torpaq sahəsi, həmçinin RX seriyalı, ******* saylı çıxarışla X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür. Cavabdeh orqanın qeyd edilən cavab məktubu ilə imtinasının əsaslarından birinin əsassız olduğu aydın olur. Bundan əlavə cavabdeh orqan imtinasının digər bir əsası kimi isə iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin bir hissəsinin Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşdiyini və bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyini göstərmişdir. Mübahisəli torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələrinə və yaşayış evlərinə dair rəngli ortofoto xəritəsindən çıxarışdan görünür ki, mübahisəli torpaq sahəsi və onun ətrafında yerləşən torpaq sahələri Samur- Abşeron su kanalının mühafizə zolağında yerləşməməklə bərabər, bağ sahələri kimi istifadə edilirlər. Həmçinin İcra hakimiyyətinin müvafiq sərəncamından da görünür ki, bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsi “bağçılıq” məqsədilə ayrılmış və ona həmin ərazidə bağ evinin tikintisinə icazə verilmişdir. İddiaçıya torpaq sahəsi satılan zaman bağçılıq məqsədilə satılması, lakin hal-hazırda torpaq sahəsinin bağçılıq təyinatlı kimi qeydə alınmaması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına və pozulmasına səbəb olmamalıdır. Beləliklə göründüyü kimi, cavabdehin iddiaçının hüquqlarının qeydiyyatından imtinasının əsası kimi göstərdiyi hal tamamilə əsassızdır və formal xarakter daşıyır. Bundan əlavə cavabdehin göstərdiyi hərəkətsizlik qanunvericilikdə nəzərdə tutulmuş bir sıra prinsiplərin, həmçinin qanunçuluq prinsipinin pozulmasına əsas olmuşdur. Qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada - sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi cavabdehin nümayəndəsi X14 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini və birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qeyd olunmalıdır ki, hazırki inzibati iş üzrə iddiaçının tələbi “Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən 0.05 ha (Abşeron Rayon İcra Hakimiyyətinin 5 sentyabr 2006-cı il tarixli, 314 saylı sərəncamına əsasən) torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla, çıxarış və plan-ölçü sənədinin verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, qeyd edilən torpaq sahəsinin X12 adına ayrılmış torpaq sahəsinin bir hissəsi olduğunun aşkar edilməsi, onun adına ayrılmış 0,10 ha torpaq sahəsinin müvafiq çıxarışla mülkiyyət hüququnun artıq bir dəfə tam şəkildə rəsmiləşdirilmişdir, torpaq sahəsinin bir hissəsi Samur-Abşeron su kanalının mühafizə zolağında, bir hissəsinin isə bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşdiyi aşkar edilmişdir. Birinci instanisya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, Abşeron rayonu, Novxanı Bağlar massivində yerləşən 0,095 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X13 məxsus olmuş və bu hüquq xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. X12 adına torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilmiş, 29 may 2013-cü il tarixdə uçota alınmışdır, həmin plan və ölçü sənədində torpaq sahəsinin verilməsinə əsas olan sənəd kimi Abşeron rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli 373 saylı Sərəncamı qeyd edilmiş, torpaq sahəsinin ölçüsü kimi 950 kv.m əks olunmuşdur. Qeyd edilən Sərəncamın arxiv çıxarışının məzmunundan görünür ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli 373 saylı Sərəncamına əsasən Abşeron rayonu Səhiyyə işçilərinin “Təbib” yoldaşlıq bağçılıq bostançılıq şirkətinin xx.xx.1992-ci il tarixli 24 nömrəli protokolunun nəzərə alınması, adları qeyd edilən səhiyyə işçilərinin hər birinə- X20 Novxanı sovxoz ərazisindən 0,10 hektar bağçılıq-bostançılıq üçün torpaq sahəsi verilməsi qərara alınmış, adlı siyahıda 11-ci sırada X12 adı qeyd edilmişdir. Azərbaycan Respublikası DT və XK-nın müvafiq rayon şöbəsi tərfindən həmin torpaq sahəsinin ayrılmaısnın qanunamüvafiq olması barədə rəy verilmiş, ona dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. İş materiallarından görünür ki, Abşeron rayonu, Novxanı Bağlar massivində yerləşən 0,095 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur və bu hüquq xx.xx.2013-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan arxiv çıxarışının məzmunundan görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 12 avqust 1992-ci il tarixli, 373 saylı Sərəncamı ilə mərhum X7 adına verilmiş Novxanı bağlar ərazisindəki 1000 kv.m.lik bağ sahəsinin 500 kv.m özünün və ailə üzvlərinin razılığı ilə İddiaçı adına keçirilməsi qərara alınmışdır. Sözügedən 0,05 ha torpaq sahəsinə dair Abşeron rayonu Bağlar Təsərrüfatı İdarəsi tərəfindən baş planından çıxarış və müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilmişdir. İddiaçı adına bağçının üzvlik kitabçası tərtib edilmiş, 500 kv.m olan bağ sahəsinin daimi istifadəsinə verilməsi qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş mütəxəssis rəylərinin məzmunundan görünür ki, iddiaçının adına verilmiş müvafiq yerquruluşu planından çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin koordinatları ilə X4 ayrılmış 0,095 ha torpaq sahəsinin koordinatları üst-üstə düşmür, torpaq sahəsinin bir hissəsi Samur-Abşeron su kanalının mühafizə zolağında yerləşir, torpaq sahəsi bağçılıq üçün ayrılmış torpaq sahəsinin hüdudlarından kənarda yerləşir, X13 ayrılmış torpaq sahəsinin koordinatları onun adına tərtib edilmiş müvafiq çıxarışla üst-üstə düşür, X12 adına tərtib edilmiş müvafiq çıxarışla X3 mülkiyyətində olan 0,095 ha torpaq sahəsi eyni torpaq sahəsidir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, indiki halda sözügedən torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə iddiaçının adına ayrılmış, qeyd edilən sənədin arxiv çıxarışı vardır. Bundan əlavə, sözügedən torpaq sahəsi naturada mövcud olmaqla, faktiki olaraq iddiaçının istifadəsindədir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsi X13 və X4 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan torpaq sahələri ilə üst-üstə düşmür. Bu hal özlüyündən cavabdehin imtina və şikayətinin dəlili kimi istinad etdiyi halları (mülkiyyət hüququnun rəsmiləşdirilməsi ilə bağlı hissədə) təkzib edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının adına torpaq sahəsinin ayrılmasına dair müvafiq Sərəncam hazırda qüvvədə olmaqla, yuxarıda istina edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. İndiki halda isə həmin hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qnaunvericiliklə müəyyən edilmiş əsaslar aşkar edilməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmişdir. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və şikayətinin digər dəlilləri ilə bağlı onu qeyd edir ki, indiki halda qeyd edilən torpaq sahəsinin məhz bağçılıqbostançıqlı üçün ayrılmış torpaq sahələrinə aid olması müvafiq Sərəncamın, o cümlədən torpaq sahəsinin ayrılmasına dair digər sənədlərdə öz əksini tapmışdır. Cavabdeh inzibati orqan həmin torpaq sahəsinin bağçılıq-bostançıqlı üçün ayrılmış torpaq sahələrindən kənarda yerləşməsi halına istinad etsə də, ona dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Başqa sözlə desək, cavabdeh inzibati orqan tərəfindən müvafiq bağçılıq-bostançılıq üçün ayrılmış torpaq sahələrinin hüdudlarını əks etdirən və ona münasibətdə sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən müvafiq ortofoto görüntüsü (xəritə, sxem və s.) təqdim edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin həmin hissədə də arqumenti formal xarakter daşımışdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən torpaq sahəsinin Samur-Abşeron su kanalnın mühafizəsi zonasında yerləşdiyini qeyd edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, müvafiq ərazinin ortofo görüntüsündə həmin ərazidə bağ evlərinin yerləşdiyi, yalnız iddiaçıya məxsus olan torpaq sahəsi deyil, digər bağ torpaq sahələrinin yerləşdiyi öz əksini tapmışdır. Belə olan halda həmin hala istina edilməsi özlüyündə iddiaçının mövcud olan əmlak hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, həmin hissədə də cavabdehn arqumenti əsassız olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, ”X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir.Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir.İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır.Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi).Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Həmçinin, həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. Göründüyü kimi indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, onun sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsipləri əsas götürülməklə, habelə yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqanın imtinasının əsası kimi istinad etdiyi halları əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-38/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-474/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-474/2024
30.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver