Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-475/2020 20.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi ilə, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi məsələsinəSumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəməiclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2-1(112)-2123/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Fərid Mədətli) Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1173/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsinə” dair iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)1173/2020 saylı işin Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Ceyhun Məmmədov) Əsaslandırma hissə Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Belə ki,hazırki işin hallarından görünür ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3cü maddəsinə istinad edərək hazırkı işi ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərmişdir. Qeyd olunan maddədə göstərilir ki, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bakı İnzibati Məhkəməsi qərardadında göstərmişdir ki, hazırkı mübahisə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlıdır və iddiaçının yaşadığı ünvan ünvan 1 ünvanıdır. Qeyd olunan ünvan Sumqayıt İnzibati Məhkəməsinin dislokasiyasına aid olduğundan, hazırki iş aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Sumqayıt İnzibati Məhkəməsi isə hazırki mübahisə üzrə özünü səlahiyyətli saymamış və qərardadında göstərmişdir ki, hazırki işdə İddiaçı ilə Suraxanı rayon İcra Hakimiyyəti arasında xidməti münasibət mövcud deyil və iddia tələbi İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xidməti hüquq münasibətlərindən irəli gəlmir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Qərardadda həmçinin göstərilmişdir ki, qeyd olunan maddənin də tərifindən göründüyü kimi qanunvericilik keçmiş hərbi qulluqçu ilə xidməti hüquq münasibətlərində olmayan yerli icra hakimiyətlərinin üzərinə göstəriş qoyur. Bu isə bir daha ona dəlalət edir ki, Bakı İnzibati Məhkəməsi İPM-nin 8.1.3-cü maddəsinin müddəalarına əsaslanmaqla iddiaçının yaşadığı yerin inzibati məhkəməsinə inzibati işi göndərməkdə haqlı olmamışdır. İddiaçı ilə Suraxanı rayon İcra Hakimiyyəti arasında xidməti münasibət mövcud deyil. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, N saylı hərbi hissədə qeydiyyatdadır. İş materiallarından həmçinin görünür ki, İddiaçı xx xxx 2016-cı il tarixdən etibarən Suraxanı rayonunda hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin8.1.4-cü maddəsinə əsasən, digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, həm iddiaçının yaşayış yeri, həm də cavabdehin yerləşdiyi yer Suraxanı rayonunun inzibati ərazisi hesab edildiyindən mövcud mübahisəyə İPM-in 8.1.4-cü maddəsinə əsasən ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. AR İPM-in 9.1.3-cü maddəsinə əsasən, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən, məhkəmə icraatının hər bir iştirakçısı və mübahisəyə baxan hər bir məhkəmə aidiyyətlə bağlı yuxarı məhkəməyə müraciət edə bilər. Yuxarı məhkəmə müraciət üzrə şifahi məhkəmə baxışı keçirmədən də qərar qəbul etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “onun ailə üzvləri ilə birlikdə yaşayış sahəsi ilə təmin olunmağı üçün icra hakimiyyətində mənzil növbəsinə qəbul edilməyi barədə sərəncam verilməsi vəzifəsinin cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Məmmədov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2-1(105)-475/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-475/2020
20.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver