Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-477/2023 20.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X2 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Həsənqulu oğlunun, Cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-646/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçının övladı Hüseynli Ayxan Natiq oğluna xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır.
2. İddiaçının digər övladı X8 01,08.2013-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır.
3. X5 təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir.
4. İddiaçı hazırda xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsini istəyir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər verilməyən müavinətin verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Daha sonra iddiasını dəqiqləşdirərək xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ata tərəfindən irsən keçmə epillepsiya xəstəliyi vardır. Bu xəstəlik hər iki uşağında müəyyən edilmişdir. Hər iki uşaq X4 mütəmadi olaraq müalicə alırlar. Qızı Aytac xx.xx.2020-ci ildə xəstəxanadan çıxdıqdan sonra Forma 088-i sistemə daxil edilmişdir. Azərbaycanda dövlət orqanlarında ərizələrə bir ay ərzində baxılırsa, Ekspertiza və Reabilitasiya Mərkəzində iki aya baxılır. Hər dəfə geri qaytarılan sənəddə bir söz yazılır: düzgün doldurulmamışdır, əlavə müalicə. Hər dəfə geri qaytarılan sənədləri qəbulda oturan həkimlərə doldurdurlar və poliklinikaya gətirib sistemə daxil edirdilər. Beləliklə, sistemə daxil edilən sənədlər dörd dəfə geri qaytarılmışdır. İddiaçı ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Hakimin göstərişi ilə əyani kommisiya təyin edilmişdir. Kommisiya işə məhkəmənin müdaxiləsini görüb müavinəti heç nə etmədən bərpa etmişdir. 2020-ci ilin noyabr ayından verilməyən müavinəti tələb etdikdə, deyilmişdir ki, məhkəmənin qərarı olmadan onu verə bilmirlər.
Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
8. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsinin əsasları kimi xx.xx.2005-ci il tarixdə anadan olmuş qızı X5 və xx.xx.2007- ci il tarixdə anadan olmuş oğlu Hüseynli Ayxan Natiq oğlunun sağlamlıq imkanlarının məhdud olduğunu və bunun əsasında onlara müavinət təyin edildiyini qeyd etmişdir. İddiaçının övladı X9 xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Eyni zamanda digər övladı X6 01,08.2013-cü il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X1 Sisteminin Əlillik alt-sistemi proqram təminatına əsasən övladı X7 hazırda sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyi üçün ona təyin edilmiş sosial müavinətin ödənişinin davam etdirilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. X1 Sisteminin Əlillik altsistemi proqram təminatına əsasən X3 təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir. Bundan sonra iddiaçı ötürülmüş dövrlərlə bağlı müavinət məbləğinin ödənilməsini Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialdan xahiş etmiş, lakin xx.xx.2022-ci il tarixli məktubla imtina edilmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” 25 avqust 1992-ci il tarixli Azərbaycan Respublikası Qanunun 4-1-ci maddəsinə əsasən, Şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşaqın sağlamlıq imkanları məhdudluqunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.2-ci bəndinə əsasən əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Həmin Əsasnamənin 1.5-ci bəndinə görə tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə əlilliyi olan şəxs-müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxsdir. Həmin Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Xidmət) tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.7-ci bəndinə uyğun olaraq şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir, istinad olunan qanunvericilik normalarının qarşılıqlı təhlilindən də məlum olur ki, əlillik şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. Bununla yanaşı qeyd “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun Əlilliyin müəyyən edilməsi başlıqlı 3-cü maddəsinə 2 iyul 2021-ci il tarixində 3.3-1-ci yarımbəndi əlavə edilmişdir. Qanunun 3.3-1-ci yarımbəndinə əsasən Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından da göründüyü kimi, iddiaçının övladı X7 xx.xx.2022-ci il tarixdə, X3 isə xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğu müddəti dayandırılmışdır. Belə ki, iddiaçının övladı A.N.Hüseynlinin sağlamlıq imkankarının məhdudluğu müəyyən edilmədiyi üçün müavinət ödənişi dayandırılmışdır. İddiaçının digər övladı A.N.Hüseynovanın xx.xx.2020-ci il tarixdə sağlamlıq imkanlarının məhdudluğunun müddəti dayandırılmışdır. Yenidən təyinat tarixi isə xx.xx.2021-ci il tarixdə olmuşdur. Bu səbəbdən də həmin dövrlər üzrə ödəniş edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, iddiaçının övladının əlillik müddətinin bitməsi ilə ona əlilliyin təyin edilməsi tarixi arasındakı dövr 10 ay təşkil edir ki, bu qanunla nəzərdə tutulmuş 6 aydan çoxdur. İstinad olunan qanunvericilik aktlarının qarşılıqlı təhlili, işin faktiki halları və İddiaçı iddia ərizəsindən də göründüyü kimi iddiaçının övladının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
9. Sumqayıt İnzibati Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli, 2-1(118)-3015/2022 nömrəli qərardadı ilə AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
10. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-646/2023 nömrəli qərarı ilə iddia təmin edilmişdir.
11. Həmin qərardan narazı qalan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək qərarın ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.
Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, X12 xx.xx.2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialın Əsasnaməsinə uyğun olaraq Mərkəzi Filial “Əmək pensiyaları haqqında” Qanunun 9-cu və 20-ci maddələri üzrə təyin edilən əmək pensiyaları, habelə məcburi dövlət social sığorta haqları hesabına xüsusi rütbəli və hərbi qulluqçulara ödənilən müavinətlər istisna olmaqla, əhaliyə digər əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, social müavinət, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin, azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsini həyata keçirən ixtisaslaşdırılmış mərkəzi struktur qurumdur. Qeyd edilənlərdən göründüyü kimi Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi Filial təyin olunmuş pensiya və müavinətlərin ödənişlərini həyata keçirən inzibati orqandır. Hazırki iş üzrə Mərkəzi Filial sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunduğu tarixdən ödənişin həyata keçirilməsini təmin etmiş, həmin hissədə heç bir hərəkətsizlik etməmişdir. Həmçinin sağlamlıq imkanlarının məhdudluğunun bərpa olunduğu tarix, yəni xx.xx.2021-ci il tarixdən şəxsin müavinət almaq hüququ yaranmış, Mərkəzi Filial hüququn yarandığı tarixdən şəxsin subyektiv hüquqlarını pozmamış, həmin subyektiv hüquqların həyata keçirilməsinə heç bir maneə törətməmişdir. Bundan əlavə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən DTSERA icraata üçüncü şəxs qismində cəlb olunsa da, sağlamlıq imkanlarının məhdudluğunun bərpası müddətinin 10 ay ərzində hansı səbəbdən ötürülməsi müəyyən edilməmişdir. Qeyd edilən məsələdə DTSERA-nın hər hansı hərəkətsizliyinin olub-olmaması məsələsi tam aydınlaşdırılmamışdır. Qeyd etmişlər ki, məhkəmə öz qərarını əsaslandırarkən yalnızca əlilliyin qiymətləndirilməsi məsələsinə toxunmuş, onun bərpası məsələsi ilə bağlı hissələrə aydınlıq gətirmişdir. Hansı ki, həmin vəzifələrin həyata keçirilməsi DTSERA-nın səlahiyyətlərinə aiddir. Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial tərəfindən iddiaçının subyektiv hüququnun pozulmasında hansı hərəkətlərin yerinə yetirildiyi məsələsinə münasibət bildirilməmişdir. Faktiki olaraq Mərkəzi Filial qanunvericiliyin tələblərini həyata keçirmiş və öz üzərinə düşən səlahiyyətləri yerinə yetirmişdir. Sumqayıt İnzibati Məhkəməsi öz qərarında cavabdehin və üçüncü şəxsin eyni yuxarı orqana tabe olduğunu qeyd etmiş və gözlənilən problemlərin həllində koordinasiya ilə işləməli olduğunu bildirmişdir. Bildirmişdir ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filial və DTSERA fərqli inzibati orqanlar olduğundan, onların fəaliyyət istiqamətlərini müəyyən edən əsasnamələr də fərqlilik təşkil edir. Yəni, Mərkəzi filiala pensiya, müavinət və təqaüdlərin təyinatı, habelə pensiya və müavinətlərin yenidən hesablanması ilə bağlı müraciətlər daxil olduğu halda, DTSERA-ya əlilliyin təyin olunması, əlillik dərəcəsinin müəyyən olunması və s. tipli müraciətlər daxil olur. Bu isə o deməkdir ki, hər iki orqan birbirilərinə daxil olan müraciətlərdən xəbərdar ola bilməzlər. Mərkəzi filial və DTSERA yalnız məlumatlar vahid mərkəzi electron informasiya sisteminə daxil edildikdə əməkdaşlıq həyata keçirə bilirlər. İndiki halda da, hər iki orqan tərəfindən qarşılıqlı əməkdaşlıq təşkil olunmuş, fərdi məlumatlar DTSERA tərəfindən Mərkəzi filiala ötürüldükdən dərhal sonra müavinət bərpa edilmişdir. Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının övladının əlillik müddətinin bitməsindən sonra əlilliyinin yenidən qiymətləndirilməsi arasında 6 aydan çox dövrün olması səbəbindən onun pensiyasının ötürülmüş müddət üzrə bərpası qanunvericiliyin tələbləri baxımından ziddir və bu səbəbdən də cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2-1(102)-489/2022 nömrəli qərarının 16-cı bəndinə əsasən qeyd edilən hal baş verdikdə- həmçinin göndərişin natamam doldurulması ilə əlaqədar imtina edilmə qərarında nə Tibbi-Sosial Ekspertiza Agentliyinin, nə də ki iddiaçı tərəfin təqsiri mövcud deyil. Həmin halda məsuliyyəti tibb müəssisəsi daşıyır. Bu halda iddiaçının əlilliyin səbəbinin dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmək hüququ yaranmır. Lakin adı çəkilən şəxsin tibb müəssisəni məhkəməyə verərək tərəfindən hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə keçən müddət ərzində kompensasiyanın ödənilməsini tələb etmək hüququ mövcuddur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
15. “Əmək pensiyaları haqqında” Qanunu: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 41. Əlilliyi olan şəxslərin əlillik müddətinin bitməsi ilə əlaqədar əmək pensiyasının ödənilməsinin dayandırılması və bərpa edilməsi Əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.
16. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, ... Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) X1 sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar ... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
18. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır.
20. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia təmin olunmamalıdır.
22. Belə ki, işin araşdırılan və tərəflər arasında mübahisələndirilməyən hallarına əsasən, iddiaçının övladı Hüseynli Ayxan Natiq oğluna xx.xx.2017-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. İddiaçının digər övladı X8 01,08.2013-cü il tarixdən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmiş və sağlamlıq imkanlarının məhdudluğunun müddəti bitdiyi üçün ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X5 təkrar müayinəsi əsasında xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və müvafiq olaraq ona xx.xx.2021-ci il tarixindən sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinət təyin edilmişdir.
23. Hazırda iddiaçının tələbi və hüquqi marağı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr, yəni 9 ay üçün müavinətin ödənilməsidir.
24. Bununla bağlı qeyd edilməlidir ki, “Əliliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
25. Bundan əlavə, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna xx.xx.2021-ci ildən edilən dəyişikliyə əsasən, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir (3.3-1-ci maddə).
26. İşin yuxarıda qeyd olunan mübahisəsiz hallarında görünür ki, iddiaçıya təkrar əlillik 6 aydan sonra, xx.xx.2021-ci il tarixdə təyin edilmişdir.
27. Birinci instansiya məhkəməsi 06 aylıq müddət ərzində əlilliyin təyin edilməməsinə əlil olan şəxsin məsuliyyət daşımamasına istinadən ödənişin aparılmalı olması nəticəsinə gəlsə də, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan əlillik təyin edən qurumun qərarında göstərilən əlilliyin təyin tarixi ilə bağlıdır. Başqa sözlə, əlillik təyin edən qurumun qərarında qeyd olunan əlilliyin təyin tarixi cavabdehə pensiya ödənişinin hansı qaydada və hansı tarixdən həyata keçirilməli olması üçün əsasdır.
28. Hazırda iddiaçı əlilliyin vaxtında təyin edilməməsində təqsirsiz olması halından çıxış edirsə, bu halda, ilk növbədə o, əlilliyin təyini ilə bağlı xx.xx.2021-ci il tarixli qərarı mübahisələndirməklə, həmin qərarla təyin edilmiş əlilliyin tarixinin dəyişdirilməsinə nail olduqdan sonra hazırkı iş üzrə cavabdehə qarşı əvvəlki dövr üçün müavinətin ödənişinin həyata keçirilməsi ilə bağlı tələb irəli sürə bilər.
29. Bundan əlavə, iddiaçı əlilliyin gec təyin edilməsində təqsirli olan dövlət orqanının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona vurulmuş zərərin əvəzinin ödənilməsini də tələb edə bilər (“İnzibati icraat haqqında” Qanunun 89-cü maddəsi və Mülki Məcəllənin 1100-cü maddəsi).
30. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, yeni qərar qəbul edilməli, iddia rədd edilməlidir.
31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2-1(118)-646/2023 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, yəni 9 ay üçün verilməyən müavinətin verilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.