Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-478/2024 03.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Quliyev İsmayıl Rza oğlu və X2 ibarət tərkibdə, X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-2865/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ Cavabdeh başçısının 14 yanvar 2022-ci il tarixli, 09 nömrəli sərəncamına əsasən 17 oktyabr 2007-ci il təvəllüdlü X1 Gülnaz Tərlan qızının himayəsinə verilmişdir. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının 14 yanvar 2022-ci il tarixli, 9 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ilə X4 arasında olan rəsmi nikah müqaviləsi pozulmuş, birgə nikahlarından doğulmuş X5 anasının yanında qalmaqla, hər ay uşağa görə ondan 110 (yüz on) manat aliment alınıb keçmiş həyat yoldaşına verilməsi qət olunmuşdur. Ruziyyə Ələkbərova Azərbaycan Respublikasını tərk edib Türkiyəyə getmiş, qızı X7 isə anası X3 yanına qoymuşdur. Lakin, sonradan ona məlum olmuşdur ki, qızı Azərbaycan Respublikasının ərazisində yoxdur, Türkiyədədir. İddiaçının Dövlət Sərhəd Xidmətinə müraciətindən sonra Cavabdeh başçısının 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamının nədən ibarət olmasına dair xeyli müddət rəsmi ərizələrlə həm Cavabdeh və yuxarı dövlət orqanlarına müraciətlər etmiş, müraciətləri nəticəsində məlum olmuşdur ki, Şəmkir Rayon İHB-nin 9 nömrəli, 14 yanvar 2022-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il təvəllüdlü qızı onun xəbəri və razılığı olmadan ana nənəsi X3 himayəsinə verilmişdir. Hesab edir ki, həmin sərəncam qeyri-qanuni olduğundan ləğv edilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-2865/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, mübahisələndirilən Cavabdeh başçısının 14 yanvar 2022-ci il tarixli, 9 nömrəli qərarı inzibati aktın əlamətlərini özündə əks etdirmir və inzibati akt deyildir. Həmçinin, bu qəbildən olan mübahisələrin həlli xüsusi hüququn tənzimləmə dairəsinə aid olan Azərbaycan Respublikasının Mülki və Ailə Məcəlləri ilə tənzimlənir. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Həmin qərardadla razılaşmayan iddiaçı qərardaddan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İdidaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, Cavabdeh başçısının 14 yanvar 2022-ci il tarixli, 9 nömrəli sərəncamı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt və hakimiyyət orqanının gördüyü tədbirdir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərardad qəbul edilməsini mümkün hesab etmişdir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Hazırda iddiaçı övladı 17 oktyabr 2007-ci il təvəllüdlü X5 nənəsi X3 himayəsinə verilməsinə dair Cavabdeh başçısının 14 yanvar 2022-ci il tarixli, 09 nömrəli sərəncamını mübahisələndirir. Birinci instansiya məhkəməsi ilə həmin sərəncamın inzibati akt olmadığı, habelə, mübahisənin ümumi (publik) hüquqla tənzimlənmədiyi əsası ilə iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normadan göründüyü kimi, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: - inzibati orqan tərəfindən qəbul edilməli; - ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; - ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; - hakimiyyət tədbiri olmalıdır. Qeyd edilməlidir ki, yerli icra hakimiyyəti başçısının sərəncamı isə inzibati aktın normativ anlayışında nəzərdə tutulmuş yuxarıda qeyd edilən bütün əlamətlərə, xüsusən də ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq əlamətinə malik deyildir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisə tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir. Hazırkı işin halları baxımından, nəzərə almaq lazımdır ki, qəyyumluqla, o cümlədən, azyaşlı uşaqların qəyyumluğa və ya himayəyə verilməsi ilə bağlı məsələlər mülki və ailə qanunvericiliyi ilə tənzimlənir. Bu baxımdan, qəyyumluq və himayəçiliklə bağlı münasibətlər mülki hüquq münasibətləri sayıldığına görə həmin münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. İddiaçı apellyasiya şikayətinin dəlillərində sərəncamın inzibati orqan olan icra hakimiyyəti tərəfindən qəbul edildiyini və bu baxımdan inzibati akt sayıldığını bildirmişdir. Kollegiya şikayətin dəlilini əsassız sayaraq qeyd edir ki, hazırkı mübahisəyə münasibətdə azyaşlı uşağın himayəyə verilməsi barədə sərəncamın icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi münasibətin və onunla bağlı mübahisənin mülki-hüquqi xarakterini dəyişdirmir və dəyişdirə bilməz. Bu münasibətlərin xarakteri baxımından həlledici olan himayəçiliklə bağlı məsələnin kim tərəfindən həll olunması deyil, onun hansı hüquq sahəsinə əsasən həll olunmasıdır. İnzibati məhkəmə icraatı qaydasında inzibati orqanların məhz publik (inzibati) sahəsində fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində fəaliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya belə qərarın qəbulundan imtina etdiyi və bunun üzərindən şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Hazırkı mübahisəyə münasibətdə cavabdehin hərəkəti və iddiaçının tələbi inzibati hüquqa deyil, mülki (ailə) hüquq sahəsinə bağlıdır və mülki hüquq normalarına əsaslanır. İPM-in 8.2-ci maddəsinə əsasən, ....... mülki və ya cinayət məhkəmə icraatı qaydasında, ..... baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.1-15.3-cü bəndləri). Qeyd edilənlərə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir. Məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 fevral 2024-cü il tarixli, 2-1(118)-2865/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 3
Məhkəmə qərarları › İş №2-1(105)-478/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-478/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver