Məhkəmə qərarları › İş №2-1(105)-48/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-48/2021

23.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-48/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı X3, Cavabdehin nümayəndəsi X4, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı X3 Cavabdeh1nə qarşı “cavabdehin xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarından Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X7 Cavabdeh1nə qarşı iddia qaldıraraq, “cavabdehin xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” barədə qərar qəbul edilməsini etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Qobustan rayon Bələdiyyəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 başçısı xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı ilə Cavabdeh1 başçısının iddiaçıya müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilməsi haqqında xx xxxxxxx 2015-ci il tarixli 099 saylı sərəncamını ləğv etmiş, 047/1 saylı sərəncamında Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş ərazinin boşaldılması məqsədilə həmin ərazidə iddiaçı tərəfindən inşa edilmiş yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi Cavabdeh1 başçısının memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə tapşırılmış, rayonda tikinti işlərinin aparılması zamanı baş planın tələblərinin pozulması ilə əlaqədar memarlıq və tikinti şöbəsinin müdiri baş memar Məzahir Əliyevə xəbərdarlıq edilmiş, sərəncamın icrasına nəzarət Məzahir Əliyevə tapşırılmışdır. 047/1 saylı sərəncam xx xxxx 2019-cu il tarixdə verilmiş olsa da, iddiaçı həmin sərəncamdan Qobustan rayon İH-nin ona qarşı Qobustan rayon məhkəməsində qanunsuz tikilinin öz hesabına sökülməsi tələbinə dair mülki işə baxılarkən xəbər tutmuş və həmin sərəncamın surətini məhkəmə qətnaməsi çıxarıldıqdan sonra 2019-cu ilin noyabr ayının 11 və ya 12-də İHB-nın aparatının ümumi şöbəsindən ala bilmişdir. Baş memarın məlumatının surətinin ona verilməsindən imtina olunmuşdur. Cavabdeh1 başçısı xx xxxx 2019-cu iltarixli 047/1 saylı sərəncamı Qobustan rayon məhkəməsində iddiaçının zərərinə olan 2(026)-157/2019saylı qanunsuz, əsassız və ədalətsiz qətnamənin çıxarılmasına əsas olduğu, onun Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində nəzərdə tutulan hüquqlarını pozduğu üçün, 047/1 saylı sərəncam tamamilə qanunsuz, əsassız olduğundan iddiaçı məhkəmə qaydasında həmin sərəncamın ləğv olunmasını, pozulmuş hüquqlarının bərpa olunmasından ötrü məhkəməyə müraciət etmək məcburiyyətində olmuşdur. Sərəncamda göstərilir ki, iddiaçı tərəfindən aparılan tikintinin yerləşdiyi torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur və yarımçıq tikilinin sökülüb götürülməsi üçün qanunamüvafıq tədbirlərin görülməsi rayonun baş memarı Məzahir Əliyevə tapşırılsın. Məhz bu sərəncamdan sonra rayon İH iddiaçıya qarşı rayon məhkəməsində iddia qaldırmışdır. Qobustan rayon İHB-nın 047/1 saylı sərəncamı əsassızdır, ona görə ki; yarımçıq tikilinin sökülməsi tələb olunan torpaq sahəsi Qobustan rayon bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 05 saylı qərarı ilə iddiaçıya ayrılmışdır və rayon İHB-nın xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamı ilə həmin ərazidə İH Başçısı aparatının Memarlıq və tikinti şöbəsinin təsdiq etdiyi lahiyə əsasında müasir üslübda sahibkarlıq obyekti tikilməsinə icazə verilmiş və iddiaçı da baş memarın razılaşdığı layihə əsasında tikinti aparmağa başlamışdır. Hər hansı bir şəhərin baş planı bir neçə il üçün yox, uzun müddət üçün şəhərdə aparılacaq tikinti işlərini (onların yerləşdiyi ərazi göstərilməklə) tərtib və təsdiq olunur. Əgər mübahisələndirilən torpaq sahəsi Qobustan şəhərinin baş planında avtovağzal tikintisi üçün nəzərdə tululmuşdursa, Qobustan bələdiyyəsi nə üçün həmin ərazini iddiaçı üçün ayırırdı və Qobustan rayon İHB 099 saylı xx.xx.2015-ci il tarixli sərəncamla o ərazidə ona tikinti aparılmasına icazə verirdi? Qobustan şəhərinin baş planında sonradan dəyişiklik edilərək əvvəlcədən iddiaçıya verilmiş torpaq sahəsində avtovağzal tikilməsi nəzərdə tutulubsa da belə, bu əsasla həmin torpaq sahəsi iddiaçıdan alına bilməz. Çünki, Azərbaycan Respublikası MM-nin 246-cı maddəsi,“Dövlət ehtiyacları üçün torpaq sahəsinin alınması haqqında” Qanunun 3.1-ci maddəsində torpağın alına biləcəyi dövlət ehtiyaclarının konkret siyahısı göstərilib və avtovağzal tikintisi həmin siyahıya aid deyildir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilir ki torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanununda nəzərdə tutulmuş hallarda alına bilər. Qobustan rayonu 29 ildir ki yaradılmışdır. Avtovağzal tikintisi şəhərin baş planında nəzərdə tululmuş olsaydı, belə mühüm obyekt bu uzun müddət ərzində niyə tikilməmişdir? Qobustan şəhərinin baş planında mübahisələndirilən torpaq sahəsi sərəncamda göstərildiyi kimi avtovağzal üçün nəzərdə tulumuşdusa, Baş plan rayon məhkəməsinə təqdim olunmalı idi. Lakin məhkəməyə nəinki baş plan, avtovağzal tikintisi nəzərdə tutulan heç bir sənəd təqdim olunmamışdır. Qobustan rayon İH Başçısının 047/1 saylı sərəncamı qanunsuzdur, ona görə ki; 1.Sərəncamda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1 və 95.1.1-ci maddələrinə istinad olunmuşdur. Həmin Məcəllənin 77.1-ci maddəsində nəzərdə tutulur ki, icazənin verildiyi vaxtdan 3 il ərzində tikintiyə başlanılmadığı və ya tikinti 3 il ərzində dayandırıldığı hallarda, tikintiyə icazə qüvvəsini itirir. İddiaçı məhkəmənin nəzərinə çatdırır ki, 2015-ci ildə tikintinin başlanmasına icazə aldıqdan sonra ona verilmiş torpaq sahəsi 4 metr dərinliydə çuxur olduğundan həmin əraziyə təxminən 300 ağır yüklü avtomaşın torpaq tökdürmüşdür, tökmə torpağın mexaniki vasitələrdən başqa təbii yolla da bərkiməsini gözləmişdir. Adi tikintidən fərqli olaraq binanın bünövrəsinə daha çox karkaz və beton işlədilmişdir və ən əsası isə iddiaçının tikintinin davam etdirməsinə rayon rəhbərliyi mane olmuşdur. Əslində Şəhərsalma və Tikinti Məcəlləsinin 77.1-ci maddəsində tikintiyə başlamaq müddətini nəzərdə tutulan tələbləri pozmamışdır. 2.”Yerli İcra hakimiyyətləri haqqında əsasnamənin 4.11.13 və digər bəndlərində İHB-nin əvvəl verdiyi sərəncamı ləğv etmək səlahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1-ci maddəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71.1-ci maddəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, Qobustan şəhər sakini İddiaçı Ayət oğlu tərəfindən Bakı-Şamaxı avtomobil yolunun sağ tərəfində Qobustan şəhəri ərazisində tikinti aparıldığı aşkarlanmışdır. Həmin əraziyə baxış keçirilərkən vətəndaş tərəfindən qanunsuz olaraq Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsində tikinti apardığı müəyyən edilmişdir. Vətəndaşdan tikinti aparmaq üçün lazımı sənədlər təqdim etməsi tələb olunmuşdur. Lakin vətəndaş tikinti aparılan torpaq sahəsinə aid olmayan başqa əraziyə aid olan sənədlər təqdim etmişdir. Vətəndaşın təqdim etdiyi sənədlərin tikinti apardığı ərazidən 70 metr cənubda yerləşən torpaq sahəsinə aid olduğu müəyyən edilmişdir. Vətəndaşa onun tərəfindən tikinti aparılan torpaq sahəsinin Qobustan şəhərinin Baş planında avtovağzal tikintisi üçün nəzərdə tutulmuş torpaq sahəsi olduğu bildirilmişdir. Vətəndaşa dərhal tikintinin saxlanması üçün məlumat verilmişdir. Vətəndaşdan ərazini əvvəlki vəziyyətə gətirilməsi tövsiyə olunmuş və akt tərtib edilmişdir. Tərəflərindən dəfələrlə adı qeyd olunan vətəndaşa zəbt olunmuş torpaq sahəsini boşaldaraq ərazini əvvəlki vəziyyətə gətirməsi bildirilsə də, vətəndaş bu bildirişlərə məhəl qoymamışdır. Həmin tikilinin qanunsuz olaraq (zəbt olunmuş) tutulmuş torpaq sahəsi üzərində tikildiyi, bununla Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48, 49, 55, 60, 64, 67-ci maddələrinin tələblərinin pozulduğu, həmin Məcəllənin 73-cü maddəsinin birinci bəndinin 1, 4, 6, 7 və 9-cu abzaslarının tələblərinə uyğun olaraq torpaqdan düzgün istifadə olunmamasını nəzərə alaraq, qanunsuz zəbt olunan torpaq sahəsi boşaldılması və həmin torpaq sahəsi üzərində tikilmiş qanunsuz tikilinin sökülməsinin təmin olunması məqsədi ilə Qobustan rayon məhkəməsinə müraciət olunmuşdur. Qobustan rayon məhkəməsi onların haqlı olduğunu və İddiaçı verilmiş xx xxxxxxx 2015-ci il tarixli Sərəncam təyinatı üzrə aparılmadığı üçün xx xxxx 2019-ci il tarixli 047/1 nömrəli sərəncamla ləğv edilməsini nəzərə alaraq İddiaçı tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2(026)-157/2019 saylı qətnamə çıxarmışdır. Qeyd edilənlərə əsasən cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ilə iddia təmin edilmiş, Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv edilməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Qobustan şəhər sakini X7 Bakı-Şamaxı avtomobil yolunun Bakı istiqamətində sağ tərəfdə Qobustan şəhəri ərazisində qanunsuz tikinti işləri aparmışdır. Qobustan şəhərinin Baş planında adı çəkilən ərazi avtovağzal, bazar kompleksi və mehmanxana tikintisi üçün nəzərdə tutulmuşdur. (Baş plan təqdim olunur). Bununla bağlı vətəndaşa şifahi və rəsmi bildirilmişdir ki, tikinti apardığı ərazi onun istifadəsinə verilmiş torpaq sahəsində deyildir. Vətəndaşa sahibkarlıq obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsi onun tikinti apardığı ərazidən 70 metr cənubda yerləşir, (vətəndaşla bələdiyyə arasında bağlanmış icarə müqaviləsi Sizə təqdim olunur). X6 RİH başçısının xx.xx.2015-ci il tarixli 099 saylı Sərəncamı ilə adı çəkilən ərazidə (70 metr cənubda) bələdiyyə ilə bağlanmış icarə müqaviləsi əsasında müasir üslubda sahibkarlıq obyekti tikilməsinə icazə verilmişdir. Lakin vətəndaş H.Sərkərov hardansa bələdiyyə qərarı əldə edərək həmin qərara əsaslanaraq qanunsuz zəbt etdiyi torpaq sahəsində tikinti işləri aparmışdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə əsasən bələdiyyə qərarı ilə tikinti işlərinin aparılması qeyri-mümkündür, buna görə də qanunsuz tikinti aşkar edilən kimi tikinti işləri dayandırılmışdır. Sərəncam təyinatı üzrə aparılmadığına görə xx.xx.2015-ci il tarixli 099 saylı Sərəncam xx.xx.2019-cu il tarixdə 047/1 nömrəli Sərəncamla ləğv edilmişdir. Qobustan Rayon Məhkəməsi də adı çəkilən Sərəncamı nəzərə alaraq X7 tərəfindən aparılmış tikintinin sökülməsi ilə bağlı 2 (026)- 157/2019 saylı Qətnamə çıxarmışdır. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı ona sərəncamla ayrılmamış torpaq sahəsində tikili tikmişdir, həmin torpaq sahəsi avtovağzal tikintisi üçün nəzərdə tutulmuşdur. Şəhərin baş planından da görünür ki, 46 nömrə ilə qeyd olunmuş layihələndirilən avtovağzal ərazisidir, iddiaçı isə orada özbaşına yarımçıq tikili tikmişdir. İddiaçıdan yarımçıq tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması tələb olunsa da, buna heç bir məhəl qoymamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi cavabdehin apellyasiya şikayətini müdafiə edib, onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçının sərəncamla ayrılmış 192 kv.m torpaq sahəsinə heç bir sənədi yoxdur. Həmin yerdə tikili tikilməsi qeyri-qanunidir. İcarə müqaviləsi ilə iddiaçıya icarəyə verilmiş 0.12 ha torpaq sahəsinin həmin torpağa heç bir aidiyyəti yoxdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı ilk öncə apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir və bildirmişdir ki, həmin torpaq sahəsinə xeyli torpaq tökdürmüşdür, onu hamarlaşdırmışdır, xərc çəkmişdir. Tikilini bütünlüklə 192 kv.m torpaq sahəsində inşa etdirmişdir. Artıq tikilini tikməyə başlayandan sonra cavabdehin nümayəndələri tikintinin dayandırılmasını tələb etmişlər. Daha sonra iddiaçı, cavabdeh və üçüncü şəxsin nümayəndələri dəfələrlə apelyasiya baxışı zamanı barışıq sazişi əldə olunması üçün məhkəmə iclaslarının təxirə salınmasını xahiş etmiş və məhkəmə kollegiyasına müvafiq ərizələrlə müraciət etmişlər. İddiaçı da razılaşdırılmış torpaq sahəsinin ona ayrılması üçün cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı ilə bir neçə yerdə torpaq sahələrinə baxış keçirmişlər. Əldə olunmuş razılığa əsasən barışıq sazişi tərtib olunmuş, lakin iddiaçı son məhkəmə iclasında həm cavabdehin, həm də üçüncü şəxsin səlahiyyətli nümayəndələri tərəfindən imzalanmış və möhürlə təsdiqlənmiş barışıq sazişini imzalamaqdan imtina etmiş və bildirmişdir ki, həmin barışıq sazişinin reallaşacağına inanmır. Bu səbəbdən apellyasiya şikayətinə etiraz edib, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən araşdırılması üçün həmin məhkəməyə göndərilməlidir. İşin hallarından görünür ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək məhkəmədən Cavabdeh1 xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə iddianı təmin etmiş və öz mövqeyini belə əsaslandırmışdır ki, İnzibai icraat haqqında Azərbaycan Respublikasının qanununun 68-ci maddəsi qanuni inzibati aktın ləğvi əsaslarını müəyyən edir, lakin hazırkı işdə mübahisələndirilən sərəncamla həmin əsaların olması inzibati orqan tərəfindən sübut olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. İşdən görünür ki, hazırki iş üzrə cavabdehin imtinasının əsas dəlilləri Qobustan şəhərinin baş planında adı çəkilən ərazinin avtovağzal, bazar kompleksi və mehmanxana tikintisi üçün nəzərdə tutulması, tikinti aparılan ərazinin iddiaçının istifadəsinə verilmiş torpaq sahəsində olmaması, vətəndaşa sahibkarlıq obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsinin onun tikinti apardığı ərazidən 70 metr cənubda yerləşməsi, iddiaçı tərəfindən qanunsuz zəbt etdiyi torpaq sahəsində tikinti işləri aparması, xx.xx.2015-ci il tarixli 099 saylı Sərəncamın təyinatı üzrə aparılmadığına görə ləğv olunması olmuşdur. Qeyd edilən dəlillərin araşdırılması üçün ekspertiza təyin edilməli (mütəxəssis rəyi verilməli) olduğu halda, məhkəmə tərəfindən həmin istiqamətdə araşdırma aparılmamışdır. Həmçinin işdən görünür ki, cavabdeh özünün xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamını ləğv edən xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamında Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə;... İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 68.2.2-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda qanuni inzibati akt ləğv oluna bilər. Məhkəmə araşdırması ilə 95.1.1-ci maddədə göstərilən hal təsdiqlənsə, iddiaçının İnzibati icraat haqqında Qanunun 68.2.2-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) lazımi qaydada istifadə etmədiyi müəyyənləşər. Məhkəmə isə hesab etmişdir ki, hazırkı işdə mübahisələndirilən sərəncamla 68.2-ci maddədə qeyd edilən əsaların olması inzibati orqan tərəfindən sübut olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçinın arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzıbati orqanın üzərinə düşür. Lakin cavabdeh orqan imtinasının əsası kimi istinad etdiyi halları təsdiq edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eləcə də məhkəmə bu dəlillərin araşdırılması istiqamətində heç bir araşdırma aparmamışdır. Belə ki, məhkəmə iddiaçının torpaq sahəsinə dair hüquq verən sənədləri olmadan tikinti işləri aparmasını və yaranmış mübahisənin tam həllinin torpaq sahəsinin hüquqi rejimindən və onun üzərindəki hüquqların məxsusluğundan asılı olduğunu qeyd etsə də, həmin istiqamətdə heç bir araşdırma aparmamış, iddiaçı barədə xx.xx.2015-ci il tarixli 099 saylı sərəncamın qəbul olunması üçün əsas olmuş ilkin sənədlərin məhkəməyə təqdim edilməsini tələb etməmiş və bununla da səhv hüquqi nəticəyə gəlmişdir. Halbuki İPM-in 12-ci maddəsinin (İşin hallarının araşdırılması prinsipi) müddəalarına əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur (12.1). Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (12.2). Göründüyü kimi, məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Hazırki iş üzrə isə məhkəmə xidməti vəzifəsi olmağına baxmayaraq, yuxarıda qeyd olunan halların müəyyən edilməsi məqsədilə araşdırma aparmamış, başqa sözlə cavabdehin dəlillərini araşdırmadan sözügedən sərəncamı ləğv etmişdir. Bununla da hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən İPM-in 12-ci maddəsində təsbit olunmuş “İşin hallarının araşdırılması” prinsipinin pozulduğu müəyyən olunur. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (68.2.) İstinad olunan normalardan da göründüyü kimi, məhkəmə, onda yaranmış daxili inam əsasında qərar qəbul etsə də, bu inam, ehtimal, fərziyyə, güman əsasında deyil, məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlar əsasında formalaşır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, hazırki iş, yenidən araşdırılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Kollegiya həmçinin qeyd edir ki, işə yenidən baxılarkən aşağıda qeyd olunanlar da nəzərə alınmalıdır. İPM-in 28.1-ci maddəsində deyilir ki, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). (28.2) Göründüyü kimi, qanunverici məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini təsbit etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh1 məktubundan görünür ki, torpaq sahəsi Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mühafizə zolağına düşür və həmin ərazidə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi icazəsi olmadan tikinti işlərinin aparılmasının qeyri-mümkün olması A.T. Sərkarova bildirilmişdir.(iş mat. səh-15) Belə olduğu təqdirdə kollegiya hesab edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunun mühafizə zolağına düşməsi halı təsdiqləndiyi təqdirdə hazırki iş üzrə qəbul ediləcək məhkəmə qərarlarının Azərbaycan X1 qorunan maraqlarına toxunması ehtimalı istisna olunmur. Odur ki, təkrar işə baxılarkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hazırki iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 87.7.1-ci maddəsinin tələbinə görə İnzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq İnzibati məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, hazırki iş yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2-1(118)-409/2020 saylı qərarı ləğv edilsin. İddiaçı X3 Cavabdeh1nə qarşı “cavabdehin xx xxxx 2019-cu il tarixli 047/1 saylı sərəncamının ləğv olunması” tələbinə dair iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar