Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-48/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının etibarnamə üzrə nümayəndəsi X11, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinətin bərpası və ödənilməyən müavinətin hesablanaraq birəfəlik ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-1(118)-1224/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: AA seriyalı 303354 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən İddiaçı Şuşa rayonundan məcburi köçkündür. İddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinətin bərpasını və ödənilməyən müavinətin ödənilməsini xahiş etmişdir. Cavabdeh 23 oktyabr 2019-cu il tarixli 4/461 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı ərizəsində də qeyd etdiyi kimi həyat yoldaşı və üç övladı ilə birlikdə anasına məxsus olan evdə yaşayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərc müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın 2.1-ci bəndinə, “məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla)”, həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş mənzil mülkiyətçisi olan məcburi köçkünlərin adlı siyahısı” na uyğun olaraq verilən aylıq müavinətin bərpası mümkün deyildir. İddiaçı Cavabdeh və Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının özü, həyat yoldaşı X19, oğlu Məhəmmədəli Həsənzadə, qızları Abuzəndə Həsənzadə və Mehriban Həsənzadənin məcburi köçkünlüyə görə aylıq müqavinətinin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək yalnız Cavabdeh qismində nəzərə alınmasını, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin üçüncü şəxs qismində işə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, həyat yoldaşı və üç övladı “məcburi köçkün” statusuna malikdir. İddiaçı X19 ilə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikah haqqında şəhadətnaməni həmin tarixdən dərhal sonra Azərbaycan Respublikası Suşa rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Buna baxmayaraq, uzun müddət müstəqil ailə təsərrüfatını həyata keçirtdiyi halda Cavabdeh müvafiq bölməsi 17 aprel 2019-cu il tarixdən onu ailəsi ilə birlikdə ayrı təsərrüfat qeydiyyatına almışdır. Cavabdeh ona və ailə üzvlərinə məcburi köçkünlər üçün nəzərə tutulmuş aylıq müavinətin ödənişini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 saylı qərarına əsasən 01 yanvar 2018-ci il tarixdən dayandırmışdır. Aylıq müavinətlərin ödənişinin dayandırılması ilə bağlı Cavabdeh qərarını Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi də təsdiqləmişdir. Məcburi köçkünlüyə görə aylıq müavinətlərin ödənişinin dayandırılmasına səbəb cavabdehin iddiaçının müraciətlərinə imtina cavabında öz əksini tapan əsaslar olmuşdur. xx.xx.2012-ci il tarixdən ailə qurduğu gündən müxtəlif yerlərdə kirayədə yaşamışdır və yaşayır. Bakı şəhəri N.Nərimanov rayonu, Qurban Primov küçəsi, bina 5, mənzil 13-ün mülkiyyətçisi anası X15 olsa da əslində həmin evi böyük qardaşı X16 almış və anasının adına rəsmiləşdirmişdir. Onun və ailə üzvülərinin həmin ünvan üzrə rəsmi pasport qeydiyyatı yoxdur. Yalnız məcburi köçkün kimi müvəqqəti qeydiyyatı həmin ünvan üzrədir. Qeyd edir ki, onun və ailə üzvlərinin ünvan 2 üzrə məcburi köçkün kimi qeydiyyatı formal xarakter daşıyır. Bu hallar isə məcburi köçkünlüyə görə aylıq müavinətlərinin ödənişinin dayandırılmasına səbəb ola bilməz. Onun və ailə üzvülərinin adına indiyədək heç bir daşınmaz əmlak olmamışdır və hazırda da yoxdur. Bu halı rəsmi sənədlər də təsdiq edir. Sumqayıt İnzibati Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı həyat yoldaşı X11 hüquqlarının müdafisəi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. İddiaçının həyat yoldaşı tam fəaliyyət qabiliyyətli şəxsdir. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçının ailə üzvü X13 Bakı şəhəri, ünvan 1 ünvanlarında yerləşən mənzillərə xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçının qardaşı X22 ilə təsərrüfatını ayırmadan öncə, O.T.Həsənov mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etmişdir. Bildirir ki, O.T.Həsənovun sözügedən yaşayış sahələrini sonradan başqa şəxslərə satması və ya bağışlaması halı belə iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın 2.1-ci bəndi nəinki məcburi köçkünün yaşayış sahəsi əldə etməsini, hətta sonradan həmin yaşayış sahəsini başqa şəxsə satmasını və ya bağışlaması halını da vahid aylıq müavinətin ödənilməsini istisna edən hal qismində müəyyənləşdirmişdir. Göründüyü kimi, adıçəkilən Qaydanın 2.1-ci bəndinin tələbinə müvafiq olaraq, iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinət ödənilməməlidir. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq bəndin tətbiq olunmasını istisna edən halların (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) mövcudluğuna da dair heç bir etibarlı sübut təqdim edə bilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-1(118)-1224/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim L.Mirzəyeva). Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-1(118)-1224/2022 nömrəli qərardadı ilə iddiaçının iddia tələbi həyat yoldaşı X11 məcburi köçkünlüyə görə aylıq müavinətinin bərpası və 01 yanvar 2018-ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsinə dair hissədə mümkün sayılmamışdır. (hakim L.Mirzəyeva). İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, o, xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olduğu gündən kirayədə yaşayır və həmin tarixdən ünvan 2 ünvanında qardaşı, anası və ya digər şəxslə birgə təsərrüfat aparmamışdır. Hesab edir ki, bu səbəbdən onlar iddiaçının ailə üzvləri sayıla bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarında yaxın qohum və birgə ailə təsərrüfatını həyata keçirtdiyi ailə üzvlərinə (özü, həyat yoldaşı və övladları) fərq qoyulmamasına işə baxan məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilməmişdir. Qeyd edir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, Qurban Primov küçəsi, bina 5 ünvanında yerləşən 13 saylı mənzili qardaşı alaraq anasının adına rəsmiləşdirmişdir. 1993-cü ildən iddiaçının ailəsi qeyd edilən ünvanda məcburi köçkün kimi məskunlaşmış və qeydiyyata düşmüşdür. Əgər iddiaçının qardaşı öz adına və anasının adına mülki qanunvericiliyə əsasən yaşayış sahəsi əldə edirsə bu hal iddiaçının hüququnu məhdudlaşdıra bilməz. İddiaçı heç vaxt yaşayış sahəsi əldə etməmiş, başqalarına satmamış və bağışlamamışdır. İddiaçı və ailə üzvlərinin (həyat yoldaşı və övladları) həmin ünvanda məcburi köçkün kimi qeydiyyatı formal xarakter daşımaqla müvafiq idarə və təşkilatlardan arayışların alınması üçündür. b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə etiraz edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın 2.1-ci bəndinə əsasən iddiaçıya vahid aylıq müavinətin verilməsi mümkünsüzdür. Bundan əlavə Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin 10 dekabr 2010-cu il tarixli, 127 saylı əmrinin 5.1-ci maddəsi də (Məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla)) vətəndaşa yemək xərci üçün aylıq müavinət verilməməsinə səbəbdir. Üçüncü şəxs apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etirazla eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində küçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1 . Bu Qanunda istifadə edilən əsas anlayışlar məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. (-). Maddə 6 . Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquq və vəzifələri Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir: (-) dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq; (-). “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanun: Maddə 9. Məcburi köçkünlərə maddi yardımlar Məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. (-). “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1206 nömrəli Fərmanı: Bənd 1. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilsin. (-) Bənd 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 2.1. bu Fərmanın 1-ci hissəsində göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; (-). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstəriş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İddia ərizəsindən görünür ki, iddiaçının tələbi özü, həyat yoldaşı X19, oğlu X2, qızları X8 və X3 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətinin bərpası və 01 yanvar 2018-ci il tarixindən ödənilməyən müavinətin ödənilməsi barədə olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərardadı ilə iddia tələbi həyat yoldaşı X11 məcburi köçkünlüyə görə aylıq müavinətinin bərpası və 01 yanvar 2018ci ildən hal-hazıradək ödənilməyən aylıq müavinətin ödənilməsi hissəsində mümkün sayılmamışdır. İddiaçı ərizə ilə apellyasiya instansiya məhkəməsinə müraciət edərək həyat yoldaşı X11 da iddiaçı tərəf kimi qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası tərəfindən iddiaçıya hüquqi yardım edilmiş, yetkinlik yaşına çatmış həyat yoldaşı X11 müvafiq tələblə inzibati məhkəmədə müstəqil qaydada iddia qaldırmaq hüququ izah edilərək iddiaçının ərizəsi təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.1 və 26.1.1-ci maddəsinə əsasən mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna malikdirlər. Mülki Məcəllənin 28.2-ci maddəsinə görə fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Hazırkı mübahisə cavabdehin iddiaçının özü, onun yetkinlik yaşına çatmayan övladları Məhəmmədəli Hikmət oğlu, X8 və X3 məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətinin bərpası və 01 yanvar 2018-ci il tarixindən ödənilməyən müavinətin ödənilməsindən imtinası barədədir. Cavabdeh iddiaçının müraciətinin icrasından Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərc müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın 2.1-ci bəndinə istinadən imtina etmişdir. İddia tələbinin hüquqi əsasını “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli 1206 nömrəli Fərmanı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası təşkil edir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər (fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan, habelə təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 60,0 (altmış) manat məbləğində vahid aylıq müavinət müəyyən edilmişdir. Qeyd edilən Fərmanın 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə 01 yanvar 2017-ci ildən qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Qayda hazırlanmışdır. Həmin Qaydanın 1-ci hissəsinə görə bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir. Qaydanın 1 və 1.1-ci bəndinə əsasən aylıq müavinət ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) məcburi köçkün statusu olan şəxslərə verilir. Qaydanın 2-ci bəndində aylıq müavinətin şamil edilmədiyi məcburi köçkün statusu olan şəxslərin kateqoriyası təsbit edilmişdir. 2.1-ci bənddə belə kateqoriyadan olanlara məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvləri (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) aid edilmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi məcburi köçkün statusu olan şəxsin məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə etməsi həmin şəxslə birlikdə yaşayan ailə üzvlərinə də aylıq müavinətin verilməsinin dayandırılması üçün əsasdır. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişdə qeyd edilir ki: ev təsərrüfatı – bir şəxsdən və ya şəxslər qrupundan ibarət institusional vahiddir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir evdə (mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzil-kommunal xidmətləri və ərzaq məhsullarının istehlakını birgə həyata keçirsinlər. İstinad olunan normadan görünür ki, şəxslər qrupu (hazırki halda iddiaçının anası, iddiaçının qardaşı və iddiaçının özü və onların həyat yoldaşı və uşaqları) bir evdə yaşayaraq öz gəlir və əmlakını tam və ya qismən birləşdirdiyi üçün onlar vahid ev təsərrüfatı hesab olunur. Məhz bu səbəbdəndir ki, iddiaçının qardaşının 2013-2014-cü il tarixlərində öz adına yaşayış sahəsi əldə edərkən iddiaçı və onun övladları eyni təsərrüfat qeydiyyatında olduqlarından qardaşına tətbiq olunan yanaşma iddiaçıya da tətbiq olunmuşdur. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, nikaha daxil olduğu gündən, yəni xx.xx.2012-ci il tarixindən qardaşıgildən ayrı yaşamışdır. Məhkəmə kollegiyasının iclasında isə bildirmişdir ki, nikaha daxil olma ayrı təsərrüfat sayılır. Nikaha daxil olmanın ayrı təsərrüfat sayılıb-sayılmaması, sayıldığı təqdirdə təsərrüfatın ayrılmasının hansı formada rəsmiləşdirilməsinin aparılması ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2017-ci il 27 sentyabr tarixli 22/05 №-li qərarı ilə təsdiq edilmiş Şəhər və qəsəbə inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələrində təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin: -1-ci fəslinin 6-cı bəndində qeyd olunub ki, ev təsərrüfatlarının uçotu kitabları (1 №-li forma) hər beş ildən bir yenilənir. Ev təsərrüfatlarının uçotu kitabları məsul şəxslər tərəfindən yanvarın 1-dən 30-dək şəhər, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə bütün təsərrüfatlar başdan-başa gəzilərək təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə yanvar ayının 1-i vəziyyətinə tərtib edilir və hər il üzrə məlumatların doğru-düzgünlüyü şəxsi hesabın son səhifəsinin aşağı hissəsində məsul şəxsin və təsərrüfat başçısının imzaları ilə təsdiq edilir. İdarə və müəssisələrə məxsus evlərdə, yardımçı təsərrüfatlarda, yataqxanalarda, internat məktəblərində, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulmuş müəssisələrdə, ahıllar və əlilliyi olan şəxslər üçün internat evlərində, xəstəxanalarda və digər yerlərdə yaşayan təsərrüfatların uçotuna da xüsusi diqqət yetirilməli, müvafiq yoxlama aparılmalıdır. Növbəti 4 ildə ev təsərrüfatlarının uçotu kitablarındakı məlumatlar yanvar ayının 1-i vəziyyətinə təkrar yoxlanılır və həmin ayın 30-dək qeydlərin dürüstləşdirilməsi başa çatdırılır. -2-ci fəslinin 6-cı bəndində qeyd olunub ki, təsərrüfat bölündükdə mövcud təsərrüfatın tərkibindən ayrılan şəxslər şəxsi hesabdan çıxarılır və şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin onlara aid sütununda çarpaz xətt çəkilir. Yeni yaranmış təsərrüfat üçün isə yerləşdiyi ərazi üzrə müvafiq ev təsərrüfatlarının uçotu kitabında yeni şəxsi hesab açılır. “Əlavə məlumatlar” adlı bölmədə isə həmin təsərrüfatlar üzrə müvafiq olaraq aşağıdakı qeydlər aparılır: “____ nömrəli təsərrüfat bölünmüşdür”, “____ nömrəli təsərrüfatdan ayrılmışdır” və təsərrüfatın bölünməsini rəsmiləşdirən sənədin adı və tarixi göstərilir. -2-ci fəslinin 7-ci bəndində qeyd olunub ki, ayrı-ayrı təsərrüfatlar birləşdikdə (məsələn, təsərrüfat üzvləri evlənərkən) onlardan birinin şəxsi hesab nömrəsı saxlanılır. Bu zaman həmin şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” və digər bölmələrinə müvafiq qeydlər əlavə edilir, “Əlavə məlumatlar” adlı bölməsində isə “____ nömrəli təsərrüfat ilə birləşmişdir” sözləri yazılır. Digər təsərrüfatın şəxsi hesabı isə bağlanır və onun yuxarı hissəsində “___ nömrəli təsərrüfatla birləşdiyinə görə şəxsi hesab ________ tarixdə bağlanmışdır” sözləri yazılır. -3-cü fəslinin “Təsərrüfat üzvlərinin siyahısı” bölməsində 6-cı bənddə qeyd olunmuşdur ki, “Bu ünvanda daimi yaşayır” sətrində təsərrüfat üzvlərinin bu ünvanda neçənci ildən daimi yaşadığı qeyd edilir. -3-cü fəslinin “Təsərrüfat üzvlərinin siyahısı” bölməsində 10-cu bənddə qeyd olunmuşdur ki, “Müvəqqəti qaib (12 ay və daha az müddətdə kənarda yaşayan) təsərrüfat üzvləri haqqında qeydlər” sətrinin 1-ci qrafasında ev təsərrüfatlarının uçotu kitabı açılan zaman qaib olan, yaxud ev təsərrüfatlarının uçotu kitabı açıldıqdan sonra ilk dəfə müvəqqəti olaraq təsərrüfatdan çıxıb gedən şəxslər haqqında qeydlər aparılır. Məsələn, “2022-ci ilin iyulunda hərbi xidmətə”, “2022-ci ilin sentyabrında Rusiyaya işləməyə”, “2024-cü ilin avqustunda təhsil almağa” və s. Həmin şəxslərin geri qayıtmaları haqqında qeydlər 10-cu sətrin növbəti qrafasında, təkrar müvəqqəti getməsi və geri qayıtması halları baş verdikdə isə bu sətrin digər qrafalarında aparılır. Qeydlər il ərzində müntəzəm olaraq aparılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı bu qeydlər təkrar yoxlanılır. Müvəqqəti qaiblər kateqoriyasına aşağıdakılar aid edilir: (..) - şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində qeydiyyatda olan, lakin faktiki olaraq onun hüdudlarından kənarda müvəqqəti yaşayan şəxslər. -3-cü fəslinin 11-ci bəndində qeyd olunmuşdur ki, “Təsərrüfatın tərkibindən tamamilə çıxan üzvlər haqqında qeydlər” sətrində səbəbi göstərilməklə təsərrüfat üzvünün təsərrüfatdan çıxıb getdiyi və ya çıxarıldığı ay, il yazılır. Bu zaman çıxıb gedənlər haqqındakı qeydlərdə həmin şəxslərin inzibati ərazi dairəsi daxilində başqa təsərrüfata, yaxud inzibati ərazi dairəsindən kənara daimi yaşamağa getdiyi göstərilməlidir. Məsələn, “2023-cü ilin aprel ayında ərə getməsi ilə əlaqədar ____ nömrəli təsərrüfata köçüb getmişdir”, “2023-cü ilin iyun ayında iş yerini dəyişməsi ilə əlaqədar Sumqayıt şəhərinə köçüb getmişdir”, “xx.xx.2023-cü il tarixdə ölümü ilə əlaqədar çıxarılmışdır”, “2018-ci ilin mart ayında məhkəmənin qərarına əsasən çıxarılmışdır”. Eyni zamanda, şəxsi hesabın 1-ci “Təsərrüfat üzvlərinin siyahısı” bölməsinin təsərrüfatın çıxıb getmiş və ya çıxarılmış (ölmüş) üzvünə aid sütununda çarpaz xətt çəkilir. Təsərrüfatların tərkibindən çıxan və ya çıxarılan şəxslər haqqındakı qeydlər bütün il boyu aparılır və yanvarın 1i vəziyyətinə təsərrüfatların başdan-başa gəzişi zamanı yoxlanılır. Qeydlər mütləq bu sətirdə edilməlidir, həmin qeydlərin başqa sətirlərə yazılması, habelə təsərrüfat üzvünün təsərrüfatın tərkibindən çıxması və ya çıxarılması haqqında qeydlərin aparılmaması əhalinin sayı, cins və yaş tərkibi barədə dəqiq məlumatların əldə olunmasını çətinləşdirir. Yaşayış yerini istər müvəqqəti, istərsə də daimi tərk etmiş əhali haqqında müvafiq olaraq 10 və 11-ci sətirlərdə vaxtında dolğun aparılmış qeydlər əhalinin sayı və tərkibi barədə məlumatların dürüstlüyünü təmin edir. -3-cü fəslinin 12-ci bəndində qeyd olunub ki, “Daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər” sətrində müvafiq inzibati ərazi dairəsinə daimi yaşamaq üçün yeni gəlmiş şəxslər haqqında qeydlər aparılır. Məsələn, “2023-cü ilin aprel ayında, Samux rayonunun Salahlı kəndindən”. Eyni şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsi üzrə bir təsərrüfatdan başqa təsərrüfata gəlmiş, yaxud əvvəllər 2 №-li forma üzrə müvəqqəti yaşayanların uçotunda olub şəhər, qəsəbə, sahə inzibati ərazi dairəsində daimi məskunlaşmış şəxslər 12-ci sətirdə heç bir qeyd aparılmadan ev təsərrüfatlarının uçotu kitablarında müvafiq təsərrüfatların şəxsi hesabına daxil edilirlər. Müvəqqəti qaiblikdən qayıdan şəxslər barədə də bu sətirdə heç bir qeyd aparılmır. Yeni gələnlər haqqında qeydlər ev təsərrüfatlarının uçotu kitablarına bütün il boyu yazılır və yanvarın 1-i vəziyyətinə təsərrüfatların başdanbaşa gəzişi zamanı yoxlanılır.” Beləliklə qanunvericiliyin aparılmış təhlili nəticəsində müəyyən olunur ki, təsərrüfat üzvlərinin tərkibinin dəqiq müəyyən olunması məqsədi ilə onların uçotu aparılır. İddiaçının dəlilləri ilə bağlı qeyd edilməlidir ki, nikaha daxilolma bütün hallarda ayrı təsərrüfat sayılmır. Bu tərəflərin arzusuna bağlıdır. Yəni, istəsələr tərəflərdən biri əvvəlki təsərrüfatında qalar, həyat yoldaşını isə öz təsərrüfatına daxil edər. Bütün hallarda, uçot məlumatları beş ildən bir yenilənir və yanvar ayının 1-i vəziyyətinə tərtib edilir, növbəti dörd ildə isə ilkin məlumatların dürüstlülüyü yoxlanılır. Belə olan təqdirdə kollegiya qeyd edir ki, hətta qəbul edilsə belə ki, iddiaçı ailə qurduqdan sonra anası və qardaşına məxsus təsərrüfatdan ayrılmışdır, hər il edilən dürüstləşmə və beş ildən bir aparılan yenilənmə səbəbi ilə mövcud dəyişiklik qeydə alınmış olmalı idi. Lakin işin halları iddiaçının qeyd etdiklərinin əksini göstərir, işdən görünür ki, iddiaçının ailəsi ilə birgə ayrı təsərrüfat kimi qeydə alınması 17 aprel 2019-cu il tarixdən aparılmışdır. Belə ki, Cavabdeh başçısı yanında Şura iclasının 17 aprel 2019-cu il tarixli 06 saylı iclas qərarından görünür ki, Şuşa şəhər sakini, hal-hazırda ünvan 3 ünvanında məskunlaşmış İddiaçı ərizəsi nəzərə alınaraq ayrı təsərrüfat kimi qeydiyyata alınması qərara alınmışdır. İddiaçının ayrı təsərrüfata ayrılmamışdan əvvəlki təsərrüfat tərkibi, ailə üzvlərinin siyahısı barədə təsdiqedici sənədlərin təqdim edilməsi ilə bağlı məhkəmə kollegiyasının sorğusuna cavab olaraq cavabdeh tərəfindən təqdim edilmiş Şuşa şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 3466 nömrəli təsərrüfat kitabından xx.xx.2019-cu il tarixinə çıxarışdan görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixindən ünvan 4 ünvanında təsərrüfat qeydiyyatında olmuşdur. Həmin təsərrüfatda qeydiyyatda olanlar sırasına ailə başçısı, iddiaçının atası X23, anası X15, qardaşı X22, qardaşı arvadı X20, qardaşı oğulları Həsənzadə Akif və X12rı, arvadı X19, oğlu X4, qızları Həsənzadə Abuzəndə və X7rı aid edilmişdir. Bundan başqa, kollegiyanın sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilən sənədlərdən görünür ki, "xxxx" MTK təsisçilərinin 29 iyul 2013-cü il tarixli, 0167 nömrəli və 27 fevral 2014-cü il tarixli, 0268 nömrəli ümumi iclas protokollarına əsasən müvafiq olaraq ünvan 5 ünvanında yerləşən 29 saylı mənzil və həmin ünvanda yerləşən 30 saylı mənzil iddiaçının qardaşı X13 tam mülkiyyətinə verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli və ******* nömrəli çıxarışlara əsasən, müvafiq olaraq 29 və 30 saylı mənzillər, xx.xx.2013-cü il və xx.xx.2014-cü il tarixdə xüsusi mülkiyyət hüququ üzrə O.T.Həsənovun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iddiaçıya hansı vaxtdan vahid aylıq müavinətin təyin edilərək ödənilməsi və müavinətin hansı tarixdən, hansı səbəbdən dayandırılması ilə bağlı məlumatın məhkəməyə təqdim edilməsi ilə bağlı sorğusuna cavab olaraq cavabdehin 13 dekabr 2022-ci il tarixli, 5/519 nömrəli məktubundan görünür ki, X13 adına şəxsi mənzil olduğu üçün (ünvan 6 ünvanında yerləşən mənzil 29 və həmin ünvanda yerləşən mənzil 30) AR NK-nın 24 yanvar 2017-ci il tarixli, 11 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərc müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası” nın 2.1-ci bəndinə, həmçinin, Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən göndərilmiş “mənzil mülkiyətçisi olan məcburi köçkünlərin adlı siyahısı” na uyğun olaraq 2018-ci ilin yanvar ayından ailəyə verilən vahid aylıq müavinət dayandırılmışdır. Eləcə də, Qaçqınların və X14 üzrə Dövlət Komitəsi tərəfindən məhkəmə kollegiyasına ünvanlanmış 13 yanvar 2023-cü il tarixli, 02/116 nömrəli və 17 yanvar 2023cü il tarixli, 02/157 nömrəli məktublardan görünür ki, iddiaçının qardaşı Orxan Həsənovun adına şəxsi mənzil olduğu üçün ona verilən müavinət mövcud qanunvericiliyin tələblərinə əsasən Cavabdeh tərəfindən dayandırılmışdır. Cavabdeh tərəfindən iddiaçının, onun övladları X1, X5 və X3 adları 2018-ci il və sonrakı illər üzrə siyahılara daxil edilərək Komitəyə təqdim olunmamışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçının məcburi köçkün statusuna malik qardaşı X22 2013 və 2014-cü illərdə mənzil qanunvericliyinə uyğun olaraq öz adına mənzillər əldə etmiş, həmin tarixdə iddiaçı və onun övladları O.T.Həsənovla birgə ünvan 4 ünvanında təsərrüfat qeydiyyatında olmuş, cavabdeh inzibati orqan tərəfindən iddiaçı və onun övladlarına verilən vahid aylıq müavinətin ödənişi 2018-ci ilin yanvar ayından dayandırılmış, bundan sonra isə iddiaçı 17 aprel 2019-cu il tarixindən ayrı təsərrüfat kimi qeydiyyata alınmışdır. Kollegiya hesab edir ki, iddiaçının məcburi köçkün statusuna malik qardaşı 2013- 2014-cü il tarixlərində öz adına yaşayış sahəsi əldə edərkən iddiaçı və onun övladları onunla birgə təsərrüfat qeydiyyatında olduqlarından, başqa sözlə, qardaşı ilə birgə yaşayan ailə üzvləri hesab edildiklərindən, eyni zamanda iddiaçı və övladlarının 2.1-ci bəndin tətbiqini istisna edən xüsusi kateqoriyalı şəxs (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri) olması iş üzrə müəyyən edilmədiyindən cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı iddia ərizəsinin dəlillərində xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olduğu tarixdən dərhal sonra cavabdehə müraciət edərək ayrı təsərrüfat qeydiyyatına alınmasını xahiş etdiyini, cavabdehin təqsiri üzündən uzun müddət sonra 17 aprel 2019-cu il tarixdən ailəsi ilə birlikdə ayrı təsərrüfat qeydiyyatına alındığını bildirsə də, tələbinin əsası kimi istinad etdiyi halı təsdiq edən dəlil və ya sübutu nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 iyun 2022-ci il tarixli 2-1(118)-1224/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-48/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-48/2023
17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver