Məhkəmə qərarları › İş №2-1(105)-48/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-48/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-48/2024 16.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Ssosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1306/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları НЗ № ******* seriyalı hərbi biletin surətindən görünür ki, İddiaçı 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. B№137858 seriyalı diplomun surətindən görünür ki, İddiaçı sentyabr 1978 may 1981-ci tarixlərdə Sumqayıt şəhər 41 nömrəli orta texniki peşə məktəbinin “texnoloji avadanlıqların təmi üzrə çilingər” ixtisası üzrə təhsil almışdır. İddiaçıya məxsus ИТ-№ ******* seriyalı əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1983-xx.xx.1983-cü il tarixlərdə “Sumqayıt Sintez Kauçuk” zavodunda, xx.xx.1983xx.xx.1984-cü il və xx.xx.1984-xx.xx.1984-cü illərdə Sumqayıt Superfosfat zavodunda, xx.xx.1984-xx.xx.1985-ci illərdə Bakı dəniz limanında, xx.xx.1985-xx.xx.1992-ci illərdə Sumqaylt Kompressorlar zavodunda qəlibçi, çilingər, çilingər-təmirçi, xromlayıcı peşəsində, xx.xx.1992- xx.xx.1992-ci il tarixlərdə Sumqayıt İstehsalat Kombinat nəzdində “Nigar” kooperativində, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Sumqayıt mexaniki təmir zavodunda, xx.xx.1993-xx.xx.2004-cü il tarixlərdə Sumqayıt Kompressorlar zavodunda qum quruducusu, xromlayıcı, xx.xx.2004-xx.xx.2004-cü il tarixlərdə Quba rayon Hırbi Komissarlığında, xx.xx.2008-xx.xx.2009-cu illərdə "xxxx" MMC-də, xx.xx.2011- xx.xx.2011-ci il və xx.xx.2021xx.xx.2012-ci il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2018- xx.xx.2022-ci il tarixlərdə "xxxx" MTK-da işləmişdir. Cavabdehin iddiaçıya ünvanladığı işlədiyiniz vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığı haqqında xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Qeyd olunanları nəzərə alaraq, müraciətinizə müvafiq sənədlər əlavə edilmədiyindən sizin işlədiyiniz vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X5 həqiqətən zavodun 358-k saylı 20 mart 1984-cü il tarixli Əmrinə əsasən Sumqayıt Superfosfat zavodunun 2 saylı Sulfat Turşusu (SKS-2) sexinə 3-cü dərəcəli Çilingər-Təmiçi vəzifəsinə işə qəbul edilmiş və Avqust 1984-cü il tarixinə kimi Sumqayıt Superfosfat zavodunun 2 saylı Sulfat Turşusu (SKS-2) sexində 3-cü dərəcəli Çilingər-Təmiçi vəzifəsində işləmişdir. Sonra isə zavodun 835-k saylı 03 Avqust 1984-cü il tarixli Əmri ilə Azərbaycan SSR Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. X3 xx.xx.1983-xx.xx.1984-cü il tarixləri arasında işləməsi haqqında heç bir məlumat tapa bilmirlər. Belə ki, xx.xx.1984-cü il tarixdən 31. 01.1984-cü il tarixə kimi zavod üzrə verilən bütün Əmrlər tam yoxlanıldı. Yəni xx.xx.1984-cü il tarixində işdən çıxması haqqında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 13 Sentyabr 1992-i il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti yaradılaraq, Sumqayıt Superfosfat zavodu Şirkətin tərkibinə daxil edilmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 241 nömrəli 27 Noyabr 2001-ci il tarixli Sərəncamına əsasən Sumqayıt Superfosfat zavodu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı müraciətinə müvafiq sənədlər əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 26 il 7 ay 3 gün (xx.xx.2006-cı il tarixinədək 22 il 3 gün əmək stajı (xx.xx.1981- xx.xx.1983-cü il hərbi xidmət, xx.xx.1983-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1992-ci il, xx.xx.1993-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 4 il 7 ay sığorta stajı), təşkil edir. Eyni zamanda adıçəkilən şəxsin xx.xx.2006-cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 20381,72 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 4402,25 manat olmaqla, cəmi pensiya kapitalı 24783,97 manat təşkil edir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx.xx.2023-cü il tarixli, 18 nömrəli arayışından görünür ki, X5 09 avqust 1983-cü il tarixindən 03 noyabr 1983-cü il tarixinə kimi Sumqayıt “Sintezkauçuk” zavodunda işlədiyi müddətdə ödənişsiz məzuniyyətdə olmamışdır. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx.xx.2023-cü il tarixli, 195 nömrəli arayışından görünür ki, X5 09 avqust 1983-cü il tarixindi 03 noyabr 1983-cü il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodur. KN-4 sexində nəql edici peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən (butadien-nitril kauçukun ayrılması istehalatında) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx.xx.2023-cü il tarixli, 200 nömrəli arayışından görünür ki, X5 09 avqust 1983-cü il tarixindən 03 noyabr 1983-cü il tarixinə kimi tam iş günü Sumqayıt “Sintezkauçuk” zavodunun KN-4 sexində nəql edici peşəsində işləmişdir. Göstərilən peşə (vəzifə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarının 1 nömrəli siyahısının 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən (butadien-nitril kauçukun ayrılması istehsalatında) güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodunun xx.xx.2023-cü il tarixli, məktubundan görünür ki, “Azərkimya” İstehsalat Bidiyinin “Etilen-polietiten” zavodunun ştat cədvəlində qəlibçi, xromlayıcı peşələri mövcud deyildir. Çilingər və təmirçi çilingər peşələri isə mövcuddur. Həmin sahələrdə bu peşələr üzrə çalışanların hər birinə münasibətdə ayrıayrılıqda çalışdıqları iş şəraitindən asılı olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı təsdiq edilmiş 1 nömrəli Siyahı və 2 nömrəli Siyahıya əsasən o, cümlədən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahı üzrə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilir. "xxxx" Elmi-İstehsalat Müəssisəsi MMC-nin xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müəssisədə sadəcə mexaniki yığma işlər üzrə çilingər peşəsi mövcuddur. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahının 9-cı bəndindəki 10901000-1754a koduna və o cümlədən, 23 yanvar 2007-ci il tarixli 12 nömrə' Qərarı ilə təsdiq edilmiş Siyahının 9.2-ci bəndinə uyğundur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1962-ci il təvəllüdlüdür. O, 1978-1981-ci illərdə təhsil almış, 1981-1983-cü illərdə hərbi xidmətdə olmuşdur. Bundan sonra 1985-2004cü illərdə Sumqayıt Komressporlar zavodunda ağır işlərdə işləmişdir. Həmin stajı ona güzəştli şərtlərlə pensiya əldə etmək hüququ verir. Bununla bağlı o, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli məktubla oma imtina cavabı vermişdir. Cavabdeh onun işlədiyi müəssisədən güzəştli staj barədə arayış verə bilməməsinə istinad etmişdir. halbuki, həmin müəssisə artıq fəaliyyət göstərmir və iddiaçının həmin arayışı təqdim etməyə fiziki imkanı yoxdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinin mümkülüyünə dair ərizəsində qeyd etmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********9 nömrəli məktub ilə iddiaçının işlədiyi vəzifələrin güzəştii şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmadığını müəyyən etməyin mümkün olmadığı bildirilmişdir. Belə ki, qeyd olunanları nəzərə alaraq İddiaçı tərəfindən işlədiyini iddia etdiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması ilə bağlı güzəştli arayış təqdim etməməsi səbəbindən işlədiyini iddia etdiyi vəzifələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İddiaçı zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Göründüyü kimi, İddiaçı müraciətinə işlədiyini iddia etdiyi vəzifələrlə bağlı güzəştli arayış əlavə edilmədiyindən onun işlədiyi vəzifənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüguqu verən vəzifələrə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1306/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim Vəfa Əzizova) Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. Cavabdehin mövqeyinə görə iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdə işləməsini təsdiq edən arayışı təqdim etmədiyinə görə ona imtina cavabı verilmişdir. İddiaçı işlədiyi “Sumqayıt Sintez Kauçuk” və Sumqayıt Kompressorlar zavodlarının hazırda işləmədiyinə istinad edərək onun çalımış olduğu peşələrin 2 nömrəli Siyahının hansı koduna uyğun olmasını təsdiq edən arayışları təqdim edə bilməmişdir. Bununla da iddiaçının əmək kitabçasında qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini, onun işlədiyi sahələr, peşələr və vəzifələrin siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmaq mümkün olmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci inistansiya məhkəməsi işi tam və obyektiv araşdırmamışdır. Belə ki, məhkəmə öz qərarındada qeyd edir ki, onun ”Sumqayıt Sintez Kauçuk” və Sumqayıt Komperssorlar zavodlarında işlədiyi peşlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli Siyahısında hansı koda uyğun olmasını təsdiq edən arayışları təqdim edə bilməməsinin səbəbi hal-hazırda həmin müəssələrin fəaliyyət göstərməməsi olmuşdur. Halbuki, birinci inistansiya məhkəməsi iş materiallarında olan onun adına açılmış HT-№ ******* seriyalı əmək kitabçasında "Sumqayıt Sintez Kauçuk" və Sumqayıt Komperssorlar zavodlarında işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli Siyahısında hansı koda uyğun olmasının müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyətinə sorğu ünvanlamalı idi. Apellyasiya instansiya məhkəməsi tərəfindən birinci inistansiya məhkəməsində buraxılmış səhvlər aradan qaldırılmalı iş materiallarında olan onun adına açılmış HT-№ ******* seriyalı əmək kitabçasında "Sumqayıt Sintez Kauçuk" və Sumqayıt Komperssorlar zavodlarında işlədiyi peşlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 nömrəli siyahısında hansı koda uyğun olmasının müəyyən edilməsi ilə bağlı müvafiq icra hakimiyyətinə sorğu ünvanlamalıdır. Həmin sorğunun müvafiq icra hakimiyyətinə ünvanlanmaması onun konstitusiyada müəyyən olunmuş sosial təminat almaq hüququndan məhrum edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinin mümkülüyünə dair ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh orqanın üzrərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (əvvəlki -“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Azərbaycan Respublikası Qanununu qüvvəyə minənədək olan redaksiyada) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (yeni redaksiyada) Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; ... 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Maddə 25. Sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilir. Maddə 31.2-1. Sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri .... İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ..... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayankurslarda,ixtisasartırma vəyenidən ixtisaskeçmə kurslarında, aspiranturada, dokt oranturada və klinik ordinaturada təhsil müddəti .... Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “ İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının Bənd 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. 2.1. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 3.1. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. 3.5. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. İş yerini dəyişdikdə belə hallar aşkar olunarsa, yeni iş yerindəki işəgötürən bu barədə işçiyə lazımi köməklik göstərməlidir. 3.2a bəndində müvafiq aparılmış yazılarda səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən aparılır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6- cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddiaçının hüquqi marağı ona 60 yaşının tamam olduqdan sonra xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh inzibati orqan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğunu müəyyən etmək mümkün olmadığından, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmiş, iddiaçı tərəf isə cavabdehin imtinasının qanunazidd olmasına istinad edərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad edilən əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin eidlməsi üçün zəruri olan şərtlər: 1) qanunla tələb olunan pensiya yaş həddinin 5 il azaldılmaqla pensiya yaş həddinin tamamlanması 2) 12 il 6 ay güzəştli iş stajına malik olması şərtindən ibarətdir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1962-ci il təvəllüdlü olmaqla, 60 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuş, bununla da qanunla tələb olunan pensiya yaş həddi ilə bağlı şərt ödənilmişdir. Digər şərtin-qanunla tələb olunan müddətdə güzəştli iş stajına malik olub-olmaması ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cavabdeh iddiaçının işlədiyi vəzifənin müvafiq qərarla müəyyən edilmiş hansı vəzifəyə uyğun olması halının müəyyən edilməsinin mümkün olmadığından, iddiaçıya münasibətdə ümumiyyətlə güzəştli iş stajına malik olmadığını bildirir. İddiaçıya məxsus əmək kitabçasında əks olunmuş qeydlərin məzmunundan görünür ki, xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilədək Sumqayıt Sintez Kauçuk zavodunda, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilə kimi və xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi Sumqayıt Superfosfat Zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunda qəlibçi, çilingər, çilingər-təmirçi, xromlayıcı peşələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək həmin zavodda, qum quruducusu xromlayıcı peşəsində işləmişdir. İş materiallarından olan “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş arayışın məzmunundan görünür ki, iddiaçı 09 avqust 1983-cü ildən 03 noyabr 1983-cü ilə kimi zavodun KN-4 sexində nəqledici peşəsində işləmişdir, həmin peşə müvafiq Qərarın 8-ci bölməsinin 1-ci bəndinin 1080A010 şifrinə əsasən (butadiene-nitril kauçukun ayrılması istehsalatında) güzəştli şərtlərlə pensiya hüququ verir. Həmçinin, iş materiallarında olan “Azərkimya” İstehsalat Birliyi “Etilen-Polietilen” Zavodu tərəfindən verilmiş məktubun məzmunundan görünür ki, həmin sahədə çilingər və təmirçiçilingər peşələri mövcuddur, çalışdıqları iş şəraitindən asılı olaraq, müvafiq Siyahı üzrə müəyyən edilmiş yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə birgə Sumqayıt Kompressorlar Zavodunda eyni peşədə (qəlibçi, xromlayıcı) işləyən şəxs X4 güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Belə ki, qeyd edilən şəxsə pesniya təyin edilməsinə dair aparılmış inzibati icraatın materialları tələb edilmiş, həmin materiallarda olan sənədlər (əmək kitabçasında əks olunmuş qeydlər, “Sumqayıt Kompressorlar” Zavodu tərəfindən verilmiş) bu halı təsdiq etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, eyni sahədə, eyni peşə üzrə işləyən şəxslərə fərqli yanaşmanın mövcudluğu halı qanunvericiliyin norma və bərabərlik, etimadın qorunması kimi prinsiplərinin tələbinə ziddir. Hər şeydən əvvəl isə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, iddiaçı ilə eyni sahədə və eyni peşədə işləyən şəxsə münasibətdə məhz Sumqayıt Kompressorlar Zavodunda xromlayıcı peşəsində işlədiyi dövrlər güzəştli iş stajı kimi nəzərə alınmaqla (bu hal pensiya işinə dair inzibati icraatın materiallarıəmək kitabçası, arayış əsasında öz təsdiqini tapır), ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edildiyi halda, iddiaçıya münasibətdə həmin zavodda, eyni sahədə və eyni peşədə işlədiyi dövrün güzəştli iş satjı kimi nəzərə alınmaması özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozur. Nəticə etibarilə iddiaçının güzəştli şərtlərlə pensiya hüququndan məhrum olmasına, onun üçün əlverişsiz nəticələr yaranmasına səbəb olur. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamanı oxşar müəssisələr tərəfindən təqdim edilmiş arayışlar əsasında həmin sahələrdə fəaliyyət göstərən çilingər, təmirçi-çilingər peşələrin məhz müvafiq Qərar ilə təsdiq edilmiş Siyahılar üzrə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olduğu müəyyən edilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Kompressorlar Zavodunda qəlibçi, çilingər, çilingər-təmirçi, xromlayıcı peşələrində, xx.xx.1993-cü il tarixdən xx.xx.2004-cü il tarixədək həmin zavodda, qum quruducusu xromlayıcı peşəsində işlədiyi dövrlər onun güzəştli iş stajına daxil edilməlidir. Bununla da, iddiaçının qanunla tələb olunan azı 12 il 6 ay güzəştli iş stajına malik olması halı da öz təsdiqini tapmışdır. Nəticə etibarilə iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün tələb olunan digər şərt də ödənilir. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının iddia tələbi məhz ona xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı olduğundan, həmin dövrdə isə qüvvədə olan qanunvericiliyin tələbinə əsasən pensiya təminatına imkan verən həcmdə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalına malik olması ilə bağlı şərt mövcud olmamışdır. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olmuş, cavabdehin imtinası əsassız və qanunazidd olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-1306/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalının üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar