Məhkəmə qərarları › İş №2-1(105)-480/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-480/2025

08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-480/2025 08.05.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X3 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 18 mart 2024-cü il tarixdən təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-1(118)- 2451/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi İşin halları İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus №681364 saylı diplomdan görünür ki, iddiaçı xx.xx.1981-xx.xx.1982-ci illərdə Sumqayıt şəhər 85 №-li texniki peşə məktəbinə təhsil almışıdır. İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus № ******* saylı hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur İş materiallarına əlavə olunmuş iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozda çilingər, qarovulçu; xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəbrayıl rayonu Dağ-Maşanlı mağazasında müdirsatıcı; xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozda fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Təsərrüfat Tikinti Sahəsində çilingər, xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilədək “Kimyasənayetəmirtikintiquraşdırma” trestində çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Sumqayıt Kompressorlar zavodunda müxtəlif peşələrdə, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də ocaqçı, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Azərbaycan-Çexiya Alov-Metal1” Birgə müəssisəsində əridici, xx.xx.2009-cu il tarixdən Metaləritmə sexində indeksion ocağın təmirçisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC, Sumqayıt Texnologiyalar Parkının Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun alüminium elektrotexniki çubuqlar sexində 3-cü dərəcəli operator-əridici, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alümunium elektrotexniki çubuqlar sexində Alümunium elektrotexniki çubuqlar sahəsində 3-cü dərəcəli əridici operator peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də Ümumi istehsalat və Təchizat əməliyyatları departamentinin Kabel istehsalı bölməsinin mis və alüminium elektrotexniki çubuqlar sexində əridici operator peşəsində çalışır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən verilmiş 01-PH/171 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC-nin "xxxx"nın Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində operator-əridici vəzifəsində işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndinə əsasən əridici peşə xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. Güzəştli pensiya üçün staj: 02 il 02 ay 03 gün təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" MMC-nin 24 saylı, xx.xx.2024-cü il tarixli arayışına əsasən, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexində Alüminium elektrotexniki çubuqlar sahəsinin 3-cü dərəcəli əridici operator vəzifəsində işləməyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir. Güzəştli pensiya üçün staj: 07 il 11 ay 16 gün təşkil edir. İş materiallarına əlavə olunmuş STP GLOBAL CABLE” MMC-nin 27 saylı, xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar istehsalı sexində 5ci dərəcəli əridici operator vəzifəsində çalışmağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 7-ci “Metallurgiya istehsalı” (Əlvan metallar) Fəslinin 7.18.1 “Əritmə istehsalı” bəndində müəyyən edilmiş “əridici” peşəsinin xüsusiyyətləri ilə eynidir. Güzəştli pensiya üçün staj: 03 il 03 ay 13 gün təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, №3-17-1/2-G-172966/2024 saylı “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktub onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Metallurgiya istehsalat (əlvan metallar) (7) əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.18) fəhlələr bəndində (a) əridicilər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş "xxxx"ASC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli **-PH-*** nömrəli arayışında xx.xx.2010-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində “STP”-nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində "xxxx"MMC-nin 9 aprel 2024-cü il tarixli 24 nömrəli arayışında xx.xx.2012-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsində, STP Global Cable MMC-nin xx.xx.2024-cü il tarixli 27 nömrəli arayışında xx.xx.2020-ci il tarixindən bu günədək isə Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator əridici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, İddiaçı işlədiyi sahənin sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş siyahıda nzərdə tutulan metallurgiya istehsalat (əlvan metallar) sahəsinə aid olmadığı müəyyən edilib. Bu fakt "xxxx"ASC-nin 4 iyun 2024-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyinin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, ona 18 mart 2024-cüq il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1964-cü il təvəllüdlüdür. xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhər 85 №-li texniki peşə məktəbinə daxil olmuşdur. 24 iyul 1982-ci il tarixdə sözügedən məktəbi bitirmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1984cü il tarixədək hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozda çilingər, qarovulçu; xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Cəbrayıl rayonu Dağ-Maşanlı mağazasında müdirsatıcı; xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Cəbrayıl rayonu Jdanov adına üzümçülük sovxozda fəhlə, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək Sumqayıt Təsərrüfat Tikinti Sahəsində çilingər, xx.xx.1992-ci ildən xx.xx.1993-ci ilədək “Kimyasənayetəmirtikintiquraşdırma” trestində çilingər, xx.xx.1993-cü il tarixdən xx.xx.2001-ci il tarixədək Sumqayıt Kompressorlar zavodunda müxtəlif peşələrdə, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də ocaqçı, xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək “Azərbaycan-Çexiya Alov-Metal1” Birgə müəssisəsində əridici, xx.xx.2009-cu il tarixdən Metaləritmə sexində indeksion ocağın təmirçisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2012-ci il tarixədək "xxxx" ASC, Sumqayıt Texnologiyalar Parkının Mis və Alüminium elektrotexniki çubuqlar zavodunun alüminium elektrotexniki çubuqlar sexində 3-cü dərəcəli operator-əridici, xx.xx.2012-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alümunium elektrotexniki çubuqlar sexində Alümunium elektrotexniki çubuqlar sahəsində 3-cü dərəcəli əridici operator peşəsində işləmişdir. xx.xx.2020-ci il tarixdən hal-hazıra kimi "xxxx" MMC-də Ümumi istehsalat və Təchizat əməliyyatları departamentinin Kabel istehsalı bölməsinin mis və alüminium elektrotexniki çubuqlar sexində əridici operator peşəsində çalışır. “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarına əsasən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına dair tərəfimdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-G-172966/2024 saylı məktubu ilə ona imtina cavabı vermişdir. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi QaydasTnın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyqun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğunuz vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnın Metallurgiya istehsalatı (əlvan metallar) (7) əlvan və qiymətli metalların emalı və təkrar emalı yarımbölməsinin (7.18) fəhlələr bəndində (a) əridicilər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli **-PH-*** nömrəli arayışında xx.xx.2010-xx.xx.2012-ci il tarixlər arasındakı dövr ərzində "STP”nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində, "xxxx" MMC-nin 9 aprel 2024-cü il tarixli 24 nömrəli arayışında xx.xx.2012- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsində, STP Global Cable MMC-nin xx.xx.2024-cü il tarixli 27 nömrəli arayışında xx.xx.2020-ci il tarixindən bugünədək isə Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operatorəridici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi sahənin sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASC-nin 4 iyun 2024 -cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də hesab olunur ki, iddiaçı tələb edilən güzəştli iş stajına malik deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-1(118)-2451/2025 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi və İddiaçı 18 mart 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır (hakim Aynur Axundova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı işlədiyi operator əridici vəzifəsi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci Metallurgiya istehsalatı (əlvan metallar) fəslinin 7.18.1. Əritmə istehsalatı bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvanmetallar) Fəslinin “Metalın əridilməsi elektrotermik üsulla alınması”nın a) Fəhlələr bəndindəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər...Cavabdeh tərəfindən təqdim edilmiş aktın hansı sənədlər əsasında tərtib edilməsi qeyri-müəyyəndir, cavabdeh tərəfindən tərtib edilmiş aktla bağlı heç bir təsdiqedici sənəd məhkəməyə təqdim edilməmiş, həmçinin sözügedən akt iş materialları və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərlə təkzib edildiyinə görə məhkəmə hesab edir ki, qeyd edilən akt iddianın əsassızlığının sübutu kimi qiymətləndirilə bilməz.. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandırmış və yekun olaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etirazında iddia ərizəsindəki və birinci instansiya məhkəməsinin qərarındakı halları sadalayaraq qeyd etmişdir ki, cavabdeh orqanın məhkəməyə təqdim etdiyi apellyasiya şikayətində istinad edilən aktın heç bir hüquqi əsasının olmaması, birinci instansiya məhkəməsinin düzgün qərar qəbul etdiyini, birinci instansiya məhkəməsinin qərarının dəyişidirilmədən saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, öz izahatlarında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi 18 mart 2024-cü il tarixdən (60 yaşı tamam olduğu tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Cavabdeh inzibati orqan imtina cavabını onunla əsaslandırmışdır ki, İddiaçı iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı, onun işlədiyi sahənin sözügedən arayışlarda istinad edilən və yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmadığı müəyyən edilib. Bu fakt "xxxx" ASCnin 4 iyun 2024 -cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur . Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda istinad olunan qanunvericilik normalarına görə, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) azı 25 il ümumi iş stajının mövcud olması; 2) azı 12,5 il güzəştli iş stajının mövcud olması. İddiaçının 60 yaşının tamam olduğu tarixə azı 25 il ümumi iş stajına malik olması mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisənin predmeti, iddiaçının iş stajına aid sənədlərdə qeyd olunan məlumatların işlədiyi sahənin metallurgiya istehsalatı (əlvan metallar) sahəsinə aid olmaması təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş 04 iyun 2024-cü il tarixli Aktda qeyd edilmişdir ki, yoxlama zamanı İddiaçı işlədiyi müəssisənin xx.xx.2012-ci ilədək "xxxx"nun nəzdində elektrik naqillərinin istehsalı ilə məşğul olduğu, 2012-ci ildən sonra həmin müəssisənin Sumqayıt Texnologiyalar Parkı MMC kimi fəaliyyət göstərdiyi və elektrik kabellərinin istehsalı ilə məşğul olduğu, onun işlədiyi sahənin fəaliyyət istiqaməti sənayenin metalluriya sahəsinə aid olmadığı qeyd edilmişdir. Akt DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X1 şöbəsinin böyük mütəxəssisi Eyvaz Əhmədov və "xxxx" ASC-nin X2 rəisi Mirzə Mirzəyev tərəfindən imza edilmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən təqdim edilmiş aktın birinci instansiya məhkəməsi tərəfindən mötəbər sübut kimi qəbul edilməməsi halı ilə razılaşır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" ASC-nin İdarə Heyətinin sədri tərəfindən imzalanmış 21 yanvar 2025-ci il tarixli, 01-PH/30 saylı məktubunda qeyd edilmişdir ki, “1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2010cu ildə (əmr № 224/6-kş, xx.xx.2010-cu il) "xxxx"ASC-nin “STP”- nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexinə operator-əridici vəzifəsinə təyin edilmiş, xx.xx.2011-ci ildə (Əmr №-22/6-kş, xx.xx.2011-ci il) Vəzifə və dərəcəsi saxlanılmaqla Kabel zavodunun Mis və Alümin elektrotexniki çubuqlar sahəsinə keçirilmiş və xx.xx.2012-ci ildə (Əmr №-48/6-kş, xx.xx.2012-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilmişdir. “STP”-nin Mis və Alümin elektrotexniki çubuqlar zavodunun Mis elektrotexniki çubuqlar sexində operator-əridici vəzifəsində işləməsinə görə əlavə əmək haqqına ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci “Metallurgiya istehsalı (Əlvan metallar)” Fəslinin 7.18.1. “Əritmə istehsalatı” bəndinə əsasən əridici peşə xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədəuyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin" 1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallr) Fəslinin “Metalın əridilməsi və elektrotermik üsulla alınması’ min a) Fəhlələr bəndidəki 1070500a16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 02 il, 02 ay, 03 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx"ASC adlandırılmışdır”. STP Global Cable MMC-nin direktoru tərəfindən imzalanmış 24 yanvar 2025-ci il tarixli, 009İR/MX saylı məktubdan görünür ki, “1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən "xxxx" MMC-nin Kabel zavodunun Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexinin 5-ci dərəcəli əridici operatoru peşəsində xx.xx.2020 il tarixindən (əmr İRD-1-006 saylı) hal hazıradək çalışır. Əməkdaşa "xxxx" MMC-nin Mis və alüminium elektrotexniki çubuqlar istehsalı sexində operator əridici vəzifəsində çalışdığına görə əlavə əmək haqqı ödənilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator-əridici vəzifəsi Azərbaycan Respubllikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının 7-ci fəslinin Metallurgiya istehsalatı (əlvan metallar) 7.18.1.Əritmə istehsalatı bəndində müəyyən edilmiş əridici peşəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının "Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin "1№-İi siyahısının, Vİİ " Metallurgiya istehsal" (əlvan metallar) Fəslinin "Metalın əridilməsi elektrotermik üsulla alınması"nın a) Fəhlələr bəndindəki 1070500a16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzıştli şərtlərlə pensiya hüququna malikdirlər. Güzəştli pensiya üçün staj: 4 il 1 ay 10 gün təşkil edir”. "xxxx" MMC-nin Baş İnsan resurslarının inzibatçısı tərəfindən imzalanmış 30 yanvar 2025-ci il tarixli, 15 saylı məktubda qeyd edilmişdir ki, “1964-cü il təvəllüdlü İddiaçı (FİN xxxxxxx) həqiqətən, "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3-cü dərəcəli operator əridici peşəsinə xx.xx.2012-ci il tarixində (əmr 01-kş saylı) təyin edilib və xx.xx.2020-ci il tarixində (əmr 217-İRD/x saylı) A ərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (işçinin öz təşəbbüsü ilə) mək müqaviləsinə xitam verilib.Əməkdaşa "xxxx" MMC-nin Kabel zavodunun Mis və Alüminium elektrotexniki çubuqlar sexi Alüminium elektrotexniki çubuqlar sahəsinin 3cü dərəcəli operator əridici peşəsində çalışdığına görə əlavə əmək haqqı ödənilib. Yuxarıda qeyd edilənlərə əsasən, İddiaçı işlədiyi operator əridici vəzifəsi Azərbaycan Respubllikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 7-ci Metallurgiya istehsalatı (əlvan metallar) fəslinin 7.18.1. Əritmə istehsalatı bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridicilər” vəzifəsinin xüsusiyyətləri ilə eynidir və ona güzəştli şərtlərlə pensiya təyin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarının “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “1 №-li siyahısının, Vİİ “Metallurgiya istehsal” (əlvan metallar) Fəslinin “Metalın əridilməsi elektrotermik üsulla alınması”nın a) Fəhlələr bəndindəki 1070500a- 16613 saylı şifrəsinə əsasən əridicilər koduna uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər”. İddiaçının işlədiyi operator əridicinin vəzifələrinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması ilə bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 7-ci “Metallurgiya istehsalatı” (Əlvan metallar) fəslinin 7.18.1 Əritmə istehsalatı bəndinin 7-ci sətrində müəyyən edilmiş “əridici” qeyd edilmişdir. İddiaçının işlədiyi müəssisələrin rəhbərlikləri tərəfidən verilmiş məktublarla onun işlədiyi peşələrin həmin Siyahıda göstərilən peşələrlı uyğunluğu təsdiq edilmişdir. Belə olan halda cavabdehin ”Azenco” ASC-nin X2 müdiri tərəfindən imzalanmış akta istinad edərək iddiaçının tələbinin təmin edilməsindən imtinası əsassız və qanunsuz hesab edilməlidir. Kollegiya qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Bununla bağlı, cavabdehin nümayəndəsi istinad etdiyi aktdan başqa imitnasını və apellyasiya şikayətini əsaslandıran hər hansı tutarlı dəlil gətirə bilmədi. İşin sadalan xüsusatlarını ümumiləşdirərək kollegiya hesab edir ki, iddiaçının 60 yaşının tamam olduğu 18 mart 2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə müəyyən edilmiş bütün şərtlərin ödənildiyi müəyyən olunduğundan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, e-2-1(118)-2451/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar