Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-481/2020 14.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X8 və X1 ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X9 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunmasını, əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1116/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, 10-xx xxxxxx 2020-ci il tarixlərdə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunması, iddiaçının 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991- 1992-ci illərdə “Pravda” sovxozunda və 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunmasını, əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi üçün sənədlərini DSMF-nin Şamaxı rayon şöbəsinə təqdim etmişdir. DSMF-nin Şamaxı rayon şöbəsinə dəvət edilərək bildirilmişdir ki, onun 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləməyi əmək kitabçasında öz əksini tapmadığından və 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmasına baxmayaraq möhürlə təsdiq edilmədiyi üçün ona yaşa görə əmək pensiyası təyin olunması mümkün deyil. Hesab edir ki, DSMF-nin Şamaxı rayon şöbəsinin ona yaşa görə əmək pensiyası təyin olunması barədə xx.xx.2020-ci il tarixli **********6 saylı imtinası əsassızdır. Belə ki, o, xx xxxx 1955-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, xx xxxxxx 1971-ci il tarixdən əmək fəaliyyətinə başlamış, 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləmişdir. Bu illər əmək kitabçasında öz əksini tapmamışdır. Amma bu illərə dair arxiv arayışları var və həmin arayışlar tam təsdiq edir ki, o 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 19911992-ci illərdə “Pravda” sovxozunda, 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işləmişdir. Bu barədə Əmək kitabçasında qeydlər var lakin qeydlər möhürlə təsdiqlənməmişdir. Hətta əmrdə kadrlar şöbəsinin baş inspektorunun imzası da var. Həmin qeydlərin möhürlə təsqiqlənməməsinin səbəbini izah edə bilmir. Hər halda yaddan çıxmışdır. Amma əmrin sıra nömrəsinin uyğun olması da təsdiq edir ki, əmr saxta deyil. Bu isə təsdiq edir ki, o həmin dövrləri işləmiş və buna görə sosial sığorta fonduna pul köçürülmüşdür. Bundan başqa iddiaçı usta işləyir və 5 ay məcburi dövlət sığorta ödənişləri edib. (VÖEN-nə əsasən) Hesab edilir sığorta ödənişləri hesablandıqdan sonra iddiaçının əmək pensiyasına çıxmaq üçün tələb edilən sığorta stajı düzəlir. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassız olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1116/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim C.Məmmədov) Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon filialına (Şamaxı rayon şöbəsi) müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Vətəndaşın ərizəsinə və təqdim etdiyi sənədlərə baxılmış və müəyyən olunmuşdur ki, onun 1972-1973-cü illərdə rayonun Nəsimi adına sovxozunda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləməsi əmək kitabçasında öz əksini tapmamış, həmçinin 1973-1974-cü illərdə rayonun M.Ə.Sabir adına sovxozunda işləməsi faktı əmək kitabçasında qeyd olunsa da, möhürlə təsdiq edilməmişdir. Buna görə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, vətəndaşa yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq, sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə əsasən də iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Həmçinin əmək kitabçasının ilk qeydində iddiaçının 1971-ci ilin dekabr ayının 10dan 1972-ci ilin noyabr ayının 16-sına qədər işlədiyi göstərilir. Lakin Milli Arxiv İdarəsinin Dövlət Şamaxı filialının 524 saylı arxiv arayışına əsasən, iddiaçı 1971-ci ilin dekabr ayından 1972-ci ilin oktyabr ayına qədər əmək haqqı almışdır. İddiaçı 1972-ci ilin noyabr ayı üçün əmək haqqı almamışdırsa, deməli, həmin ay işləməmişdir. Buna görə həmin ay iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1,0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Həmçinin əmək kitabçasına əsasən iddiaçının bəzi fəaliyyət dövrləri üst-üstə düşür. Belə ki, iddiaçıya məxsus əmək kitabçasından məlum olur ki, o, 1989-cu il mart ayının 1də işdən azad edilmiş, 1989-cu il fevral ayının 2-də isə digər işə başlamışdır; 1995-ci il may ayının 19-da işdən azad edilmiş, 1995-ci ilin aprel ayının 1-dən başqa işə başlamışdır. İddiaçının təqdim etdiyi əmək kitabçası üzrə də bəzi məqamlar şübhə doğurur. Belə ki, iddiaçının 1973-1974-cü illərdə M.Ə.Sabir adına sovxozda işləməsi faktı əmək kitabçasında qeyd olunsa da, möhürlə təsdiq edilməmişdir. Ona görə də həmin dövrün iş stajı kimi nəzərə alınması mümkün deyil. Belə ki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1996-cı il tarixli 186 nömrəli Qərarının 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir, işəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi xx.xx.2020-ci il tarixli Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş M.Ə.Sabir adına sovxozun əmrlər kitabından çıxarışda da iddiaçının işdən çıxma barədə əmri aşkar edilməmişdir. Lakin birinci instansiya məhkəməsi işin bu halına düzgün hüquqi qiymət verməmiş və iddiaçının 1973-1974-cü illərdə M.Ə.Sabir adına sovxozda işləməsi faktının qanunvericiliyin tələblərinə uyğun qaydada təsdiqlənməməsinə baxmayaraq, həmin dövrü sosial sığorta stajına daxil etmişdir. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Belə ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun yaşla bağlı tələbinə cavab versə də (xx.xx.2019-cu il tarixə 64 yaşı tamamlanır), iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik deyil (hətta imtina edilmiş müddətlər daxil edilsə belə). Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X9 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutları qiymətləndirərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan əmək kitabçasınından görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Dövlət Üzümçülük və Şərabçılıq İstehsalatında, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Şamaxı rayon M.Ə.Sabir adına sovxozda, xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Xaqani adına Üzümçülük Sovxozunda, xx.xx.1980-cı il tarixdən xx.xx.1981-ci il tarixədək PMK-9 tresta “Sovxozvinstroy”da, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək İstehsal Filolarının idarə olunması “Dalmoreproduct”da, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Dövlət Aqrar-sənaye Komitəsinin V.İ.Lenin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X6 idarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Pravda” üzümçülük sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X2 idarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Şamaxı X5 Kooperativində işləmişdir. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 524 saylı arxiv arayışından görünür ki, İddiaçı həqiqətən 1972-1973-cü illərdə Şamaxı rayonun Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləmiş və onun əmək haqqı qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivinin Şamaxı filialı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 160 saylı arxiv arayışından görünür ki, Şamaxı rayon M.Ə.Sabir adına sovxozun Dövlət Arxivi Şamaxı filialında saxlanılan əmr kitablarından arxiv çıxarışına əsasən İddiaçı xx.xx.1973-cü il tarixdən 39 №-li briqadaya fəhlə qəbul edilmiş, xx.xx.1974-cü il tarixdən fəhlə gözətçi vəzifəsinə keçirilmişdir. İş materiallarında olan 4 saylı X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli arayışından görünür ki, 4 saylı X7 qeydiyyatda olan vergi ödəyicisi İddiaçı tərəfindən (VÖEN **********) 2019-cu il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş olunmamışdır. 2020-ci il ərzində isə məcburi dövlət sosial sığorta haqları üzrə 150,0 manat ödəniş edilmişdir. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********6 saylı məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının 1972-1973-cü illərdə rayonun Nəsimi adına sovxozunda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda işləməsi əmək kitabçasında öz əksini tapmadığı və 1973-1974-cü illərdə rayonun M.Ə.Sabir adına sovxozunda işləməsi əmək kitabçasında qeyd olunmasına baxmayaraq möhürlə təsdiq edilmədiyi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1ci maddəsinə əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün olmadığı göstərilmişdir. İşdən görünür ki, iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli **********6 saylı imtinasının əsassız hesab olunmasını, əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və Şamaxı rayon Dövlət Arxivinin təqdim etdiyi arayışlarında qeyd olunan müəssisələrdə işlədiyi müddətləri sosial sığorta stajına daxil edilərək ona hüququn yarandığı xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərək müəyyən etmişdir ki, İddiaçı müxtəlif illərdə 1972-1973-ci il tarixə kimi Şamaxı rayonu “Nəsimi” adına sovxozda, 1977-ci ildə Şamaxı rayonu “Lenin” adına sovxozda, 1991-1992-ci illərdə Şamaxı rayon “Pravda” adına sovxozda və Əmək kitabçasında qeyd olunan müəssisələrdə işləmişdir. Həmçinin 4 saylı X11 tərəfindən verilən xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli arayışından görünür ki, iddiaçı 2019-2020-ci illərdə məcburi dövlət sosial sığorta haqları üzrə 5 ay ərzində DSMF-yə 150 manat məbləğində ödəniş etmişdir. Məhkəmə hesab etmişdir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddətlər Əmək kitabçasına, arxiv arayışlarına və məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Belə ki, əmək kitabçasında qeyd olunan müəssisələrdə, məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlər (VÖEN-nə əsasən) və arxiv arayışlarına görə İddiaçı əmək stajı 25 ildən (24 il 8 ay əmək stajı, 5 ay VÖEN ödəyicisi kimi) çox təşkil edir. Yaş həddinə gəlincə isə 2019-cu ilin iyul ayınadək kişilərə pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 64 ildir. İddiaçının xx.xx.1955-ci ildə anadan olduğunu nəzərə alaraq ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 64 yaşında, xx.xx.2019-cu il tarixdən yaşa görə əmək pensiyası hüququ yaradır. Belə olduğu təqdirdə hesab olunur ki, İddiaçı yaşa və sosial sığorta stajına görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin şərtlərinə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda və 1973-1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınmalı olduğu ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdehin bununla bağlı etirazının dəlilləri ondan ibarətdir ki, sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İddiaçının halında isə onun işlədiyi dövrlər əmək kitabçasında göstərilməmişdir, bu hal isə həmin illərin sosial sığorta stajı kimi nəzərə alınması mümkün deyildir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən cavabdehin həmin dəlillərini əsassız hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla x xxxxxx 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. x xxxxxx 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin xx xxxxxx 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Beləliklə, iddiaçının 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda, 1977-ci ildə Lenin adına sovxozda, 1991-1992-ci illərdə “Pravda” sovxozunda və 1973- 1974-cü illərdə Şamaxı rayon M.Ə.Sabir adına sovxozda işlədiyi dövrün “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğunu və bununla bağlı həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda qeyd olunan normaları nəzərə almaqla kollegiya hesab edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1972-1992-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının xx.xx.2019 və xx.xx.2020-ci il tarixli arxiv arayışları ilə təsdiqləndiyindən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, arxiv arayışlarında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının işlədiyini bildirdiyi illər əmək kitabçası ilə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuşsınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalar “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında göstərilməsə də, onun sovxozda işlədiyini təsdiq edən sənədləri başqa qaydada, yəni arxivdə saxlanılan sözügedən müəssisələrə məxsus sənədlərə istinadla arxiv arayışı formasında əldə etmək mümkündür. Bu hal, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi Şamaxı filialının arxiv arayışları ilə də bir daha təsdiqlənmişdir. Odur ki, iddiaçının fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Lakin məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin həlli zamanı maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsində əmək pensiyalarının növləri və tərkibləri (yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası) müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarixinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1 -dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə pensiyanın yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İddiaçının qanunla müəyyən olunmuş pensiya yaşına çatması ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əlavə edilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. Yuxarıda istinad olunan normaya görə iddiaçının yaşa görə pensiya hüququ 64 yaşında yaranır. İddiaçının toplamalı olduğu sosial sığorta stajına münasibətdə kollegiya qeyd edir ki, iş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Dövlət Üzümçülük və Şərabçılıq İstehsalatında, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Şamaxı rayon M.Ə.Sabir adına sovxozda, xx.xx.1977ci il tarixdən xx.xx.1980-ci il tarixədək Xaqani adına Üzümçülük Sovxozunda, xx.xx.1980cı il tarixdən xx.xx.1981-ci il tarixədək PMK-9 tresta “Sovxozvinstroy”da, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək İstehsal Filolarının idarə olunması “Dalmoreproduct”da, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Dövlət Aqrar-sənaye Komitəsinin V.İ.Lenin adına üzümçülük sovxozunda, xx.xx.1987-ci il tarixdən xx.xx.1989-cu il tarixədək X6 idarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək “Pravda” üzümçülük sovxozunda, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək X2 idarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Azərbaycan Respublikası Şamaxı X5 Kooperativində işləmiş və iddiaçının əmək kitabçasına əsasən 19 il 9 ay 13 gün iş stajı olmuşdur. Həmçinin iş materiallarında olan arxiv arayışına əsasən iddiaçı 1972-1973-cü illərdə Şamaxı rayonu Nəsimi adına sovxozda (1 il 5 gün), 1977-ci ildə Lenin adına sovxozda (6 ay 4 gün), 1991-1992-ci illərdə “Pravda” sovxozunda (1 il 3 ay 3 gün) işləmişdir. İddiaçının arxiv arayışına əsasən cəmi 2 il 9 ay 12 gün iş stajı olmuşdur. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur (2 il 25 gün). Beləliklə də əmək kitabçasında olan qeydlərə, arxiv arayışlarına əsasən və hərbi xidmət də daxil olmaqla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 24 il 07 ay 20 gün sosial sığorta stajına malikdir. Həmçinin iddiaçı məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətləri də (VÖEN-nə əsasən) sosial sığorta stajına daxil edilməsini xahiş edir. Məcburi dövlət sosial sığorta haqları üzrə dövlət büdcəsinə ödəniş etdiyi müddətlərin sığorta stajına daxil edilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan 4 saylı X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********442500 nömrəli arayışından görünür ki, 4 saylı X7 qeydiyyatda olan vergi ödəyicisi İddiaçı tərəfindən (VÖEN **********) 2019-cu il ərzində məcburi dövlət sosial sığorta haqları üzrə ödəniş olunmamışdır. 2020-ci il ərzində isə məcburi dövlət sosial sığorta haqları üzrə 150,0 manat ödəniş edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən onun yaşa görə əmək pensiyası hüququnun yarandığı vaxt, yəni 2019-cu ildə sosial sığorta haqları ödənilməmişdir. Həmçinin arayışdan ödənişlərin 2020-ci ildə aylar üzrə aparılması da müəyyən deyildir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi ilə bağlı olaraq isə aşağıdakılar nəzərə alınmalıdır. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının pensiya hüququ 2019-cu ildə yaranmışdır. 2019-cu il üçün əmək pensiyasının minimum məbləği 160 manat olmuşdur. Həmin məbləği gözlənilən pensiya ödənişi müddətinə, yəni 144 aya vurduqda 160x144=23040 manat alınır. Beləliklə də iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün minimum 23040 pensiya kapitalı manat tələb olunur. «Əmək pensiyaları haqqında» AR Qanununun “Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması” adlanan 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Göründüyü kimi qanunverici, “qazanılmış hüquq” konsepsiyasını tətbiq etməklə 2006-cı il yanvarın 1-dək sığortaolunanlara, qazanmış olduqları pensiya hüquqlarının pensiya kapitalına çevrilməsi hüququnu vermiş və bu prosedurun indeksasiya məbləği nəzərə alınmaqla hər il üçün 306 manat, il tam olmadıqda isə bu məbləğin natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmalı olmasını qeyd etmişdir. Hazırda da iddiaçının həmin dövrə aid olan 24 il 07 ay 20 gün ümumi iş stajını nəzərə alsaq iddiaçının qazanmış olduğu pensiya kapitalı indeksləşdirmə nəzərə alınmaqla 17801,57 təşkil edir. Göründüyü kimi iddiaçının tələb olunan 23046 manat pensiya kapitalına qarşı 17801,57 manat pensiya kapitalı yaranmışdır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Məhkəmə kollegiyası hesab edir ki, yaşa görə əmək pensiyası təyin edilməsı üçün tələb olunan sığorta stajı və pensiya sığorta kapitalı toplanmadığından cavabdeh tərəfindən düzgün olaraq iddiaçının müraciətinin təmin olunmasından imtina edilmişdir. Öhdəliyin icrası haqqında iddialara baxılması zamanı nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddiaçının hazırkı iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1116/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin, iş üzrə yeni qərar çıxarılsın. İddiaçının iddia tələbi təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2-1(105)-481/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-481/2020
14.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver